Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3687/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 ilə Rəcəbov Bayram Tərlan oğlunun birgə nikahından xx xxxxxxx 1985-ci il tarixdə, Bakı şəhərində Rəcəbova Hicran Bayram qızı adlı qız övladının doğulması faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayonu Ələt İcra Nümayəndəliyi tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.1985-ci il tarixli, 329 saylı doğum haqqında akt qeydində dəyişiklik edilərək, “soyad” qrafasında “Rəcəbov”-un “Rəcəbova, “atasının adı” qrafasında “Bayram oğlu”nun “Bayram qızı”, “cinsi” qrafasında “kişi”nin “qadın” kimi yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Lakin doğum haqqında şəhadətnaməmin soyad bəndində "Rəcəbova" yerinə "Rəcəbov", ata bəndində isə "Bayram qızı" yerinə "Bayram oğlu" qeyd edilmişdir. 2012-ci il 07 yanvar tarixində nikaha daxil olaraq qızlıq soyadını (Rəcəbova) dəyişib Cəbrayılova soyadını götürmüşdür. Nə nikah bağlayan zaman, nə də şəxsiyyət vəsiqəsini alarkən hər-hansı maneə ilə rastlaşmamışdır. Təxminən 1 il öncə Asan Xidmətdə yerləşən qeydiyyat şöbəsinə yaxınlaşaraq soyadını dəyişib qızlıq soyadını geri götürməklə bağlı müraciət ünvanlamışdır. Lakin qeydiyyat şöbəsi doğum haqqında şəhadətnaməsində olan yanlış qeydlərə görə bunu edə bilməyəcəklərini, anası X1 xx.xx.1985-ci tarixdə qız övladı dünyaya gətirib-gətirməməsi ilə bağlı "X16" PHŞ-yə sorğu ünvanladıqlarını, lakin müvafiq məlumatları əks etdirən sənədləri aşkar etmədiklərinə görə ərizəsini təmin edə bilməyəcəklərini bildirmişlər. Bundan sonra məcbur olub məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunsa da, cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uygun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmdan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X10 iddiaçının onun bacısı olduğunu və doğum haqqında şəhadətnamədə soyadının və cinsinin səhv göstərildiyini bildirdi. Məhkəmə, proses iştirakçılarının və şahidin izahatını dinləyərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur. - 3 saylı Bakı “Asan xidmət” X7 xx.xx.2022-ci il tarixli 05/Q-320/62 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ünvanladığınız Qaradağ rayonu Ələt İN tərəfindən adınıza tərtib edilmiş 329 saylı xx.xx.1985-ci il tarixli doğum haqqında akt qeydinin “uşaq” qrafasının “soyad” bəndində “Rəcəbov”-dan “Rəcəbova”-ya, “ata adı” bəndində “Bayram oğlu”-dan "Bayram qızı”-na, “cinsi” bəndində “kişi”-dən “qadın”-a düzəliş edilməsi barədə xx.xx.2021-ci il ərizənizə baxılmışdır. Bildiririk ki, adınıza tərtib edilmiş doğum haqqında akt qeydində doğulduğunuz tibb müəssisəsi barədə heç bir məlumat olmadığından, Sizin verdiyiniz məlumatlar əsasında ananız X1 xx.xx.1985-ci il tarixdə “qız” övladı dünyaya gətirib gətirməməsi barədə məlumat əldə etmək məqsədilə tərəfimizdən “X16” PHS-və sorğu edilmiş, lakin həmin tibb mərkəzində sorğu edilən məlumatları əks etdirən sənəd aşkar edilməməsi barədə cavab məktubu alınmışdır. Beləliklə, ananız X1 xx.xx.1985-ci il tarixdə məhz “qız” övladı dünyaya gətirməsini təsdiq edən sənəd aşkar etmək mümkün olmamışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizənizi təmin ədə bilmirik. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” - Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 132 saylı mənzil-kommunal istismar sahəsinin 647 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Rəcəbova Hicran Bayram qızı Qaradağ rayonu Ələt qəsəbəsi E.İmanov küçəsi 17 saylı evin 25 №-li mənzilində qeydiyyatdadır. - AZ-İ seriyalı, 719016 nömrəli, xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən Rəcəbova Hicran Bayram qızı ilə X8 nikahları xx.xx.2012-ci il tarixdə bağlanmışdır, Rəcəbova İddiaçı soyadını qəbul etmişdir. - İddiaçıya aid Xİ-JQ seriyalı, 313774 nömrəli, 29 oktyabr 1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən iddiaçının adı Rəcəbov Hicran Bayram oğlu kimi göstərilmişdir. O, xx.xx.1985-ci il tarxdə Bakı şəhərində anadan olmuşdur. Atası – Rəcəbov Bayram Tərlan oğlu , anası isə X2r. - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/Q-223/62 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki, “doğum haqqında akt qeydinizdə dəyişiklik edilməsi barədə Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Sənədlər nəzərdən keçirilərkən Qaradağ rayon Ələt qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1985-ci il tarixdə tərtib edilmiş 329 saylı doğum haqqında akt qeydində uşaq haqında məlumat qrafasında soyadınız “Rəcəbov”, ata adınız “Bayram oğlu”, cinsiniz “kişi" yazıldığı halda, xx.xx.2017-ci ildə ASAN3 tərəfindən verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqənizdə və Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci ildə tərtib edilmiş 07 nömrəli nikah haqqında akt qeydində qadın haqında məlumat qrafasında sizin soyadınız evlənənədək “Rəcəbova" ata adınız “Bayram qızı", cinsiniz “qadın” göstərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Nəzərinizə çatdırırıq ki, qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır.” - İddiaçıya məxsus xx.xx.1985-ci il tarixli 329 saylı doğum haqqında akt qeydindən görünür ki, Rəcəbov Hicran Bayram oğlu xx.xx.1985-ci il tarixdə anadan olmuş, atası Rəcəbov Bayram Tərlan oğlu, anası isə X2r. Cinsi kişi kimi göstərilmişdir. - 32 nömrəli şəhər poliklinkası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə doğulmuşdur və həmin şəhər poliklinikasında qeydiyyatdadır. - AZ-İİİ 235982 nömrəli, xx.xx.2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 anası İddiaçı olmaqla xx.xx.2012-ci il tarixdə doğulmuşdur. - AZ-İİİ 359533 nömrəli, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 anası İddiaçı olmaqla xx.xx.2019-cu il tarixdə doğulmuşdur. - AZ-İİİ 010458 nömrəli, xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 anası İddiaçı olmaqla xx.xx.2017-ci il tarixdə doğulmuşdur. - xx.xx.2003-cü il tarixli A seriyalı 659385 saylı orta təhsil haqqında attestatdan görünür ki, Rəcəbova Hicran Bayram qızı 2003-ci ildə Qaradağ rayonu 127 saylı orta məktəbini bitirmişdir. - xx.xx.2001-ci il tarixli B seriyalı 448692 saylı orta təhsil haqqında attestatdan görünür ki, Rəcəbova Hicran Bayram qızı 2001-ci ildə Qaradağ rayonu 127 saylı orta məktəbində əsas təhsili bitirmişdir. - Bakı 2 saylı baza tibb məktəbi tərəfindən verilmiş 3571 qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli diplomdan görünür ki, Rəcəbova Hicran Bayram qızı 2008-ci ildə həmin tibb məktəbini bitirmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı məxsus xx.xx.1985-ci il tarixli, 329 saylı doğum haqqında akt qeydində dəyişiklik edilərək, “soyad” qrafasında “Rəcəbov”un “Rəcəbova, “atasının adı” qrafasında “Bayram oğlu”nun “Bayram qızı”, “cinsi” qrafasında “kişi”nin “qadın” kimi yazılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmidir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə, inzibati orqanın dəlillərini əsaslı hesab etmir ona görə ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçının adı Rəcəbova Hicran Bayram qızı olsa da, cavabdeh orqanın təqsirinə görə ona məxsus xx.xx.1985-ci il tarixli, 329 saylı doğum haqqında akt qeydində və onun əsasında verilmiş Xİ-JQ seriyalı, 313774 nömrəli, 29 oktyabr 1985-ci il tarixli doğum haqqında şəhadətnamədə iddiaçının adı “Rəcəbov Hicran Bayram oğlu”, cinsi isə “kişi” kimi göstərilmişdir. İddiaçı isə haqlı olaraq, həmin səhvlərin düzəlməsini cavabdehdən xahiş etsə də, cavabdeh tərəfindən heç bir inzibati araşdırma aparmadan ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 və 26.4-cü maddəsinə görə, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Qaradağ rayonu Ələt icra nümayəndəliyi tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.1985ci il tarixli, 329 saylı doğum haqqında akt qeydində dəyişiklik edilərək, “soyad” qrafasında “Rəcəbov”un “Rəcəbova, “atasının adı” qrafasında “Bayram oğlu”nun “Bayram qızı”, “cinsi” qrafasında “kişi”nin “qadın” kimi yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ rayonu Ələt icra nümayəndəliyi tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.1985-ci il tarixli, 329 saylı doğum haqqında akt qeydində dəyişiklik edilərək, “soyad” qrafasında “Rəcəbov”un “Rəcəbova, “atasının adı” qrafasında “Bayram oğlu”nun “Bayram qızı”, “cinsi” qrafasında “kişi”nin “qadın” kimi yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3687/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3687/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver