Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3689/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə X2rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat X9 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 01.07.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətandaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və 28.09.2020-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Kürdəmir rayonunun, Qarasaqqal kəndində anadan olmuşdur, lakin hal-hazırda Bakı şəhəri, Xətai rayon sakinidir. O, 21 aprel 1979-cu il tarixdən 15 iyun 1981-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə isə 18 avqust 1981-ci il tarixdən hal-hazıra kimi işləməklə ümumilikdə 36 (otuz altı) ildən artıq əmək sığorta stajı vardır. Həmin əmək stajının 04.05.1987-ci il tarixdən 31.05.1989-cu il tarixə kimi “Cənubenerjiizolyasiya İdarəsi”-də “izolyasiyaçı”, 01.06.1989-01.01.1990-cı il tarixə kimi “Rostov Cənub enerji izolyasiya Tikinti-Quraşdırma İdarəsi”-də “izolyasiyaçı-örtükçü”, 02.01.1990-01.04.1997-ci il tarixə kimi “Qafqazenerjiizolyasiya idarəsi”-də “izolyasiyaçı (örtükçü)”, 16.04.1997-01.06.1997-ci il tarixə kimi “Azərenerjiistilikizolyasiya MM”-də “izolyasiyaçı (örtükçü)”, 01.06.1997- 08.10.2001-ci il tarixə kimi “Azərenerjiquraşdırıcıizolyasiya İdarəsi”-də “izolyasiyaçı (örtükçü)” və 01.09.2002-ci il tarixdən 29.09.2007-ci il tarixə kimi “X10”- də “boyaçı” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərəli iş stajı olduğundan, hesab etmişdir ki, o, 01.07.2017-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malikdir. O, 01.01.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab etmişdir ki, onun 03.02.2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “izolyasiyaçılar (2290000a—12520)”, “termoizolyasiya, o cümlədən avadanlığın hazırlanması və təmiri ilə məşğul olan izolyasiyaçılar (2290000a—12531)” və “izolyasiyaçılar — plyonkaçılar, o cümlədən avadanlığın təmiri və hazırlanması ilə məşğul olanlar (2290000a—12533)” XXXİİİ. Ümumi peşələr: “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar (23200000—13450)” koduna əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını 01.01.2006-cı il tarixə kimi toplamışlarsa, kişilər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. O, cavabdeh təşkilata 28.09.2020-ci il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək ona 01.07.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə ona 17.11.2020-ci il tarixli, **********5 saylı məktubla cavab olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün işlədiyi vəzifələrin siyahıda nəzərdə tutulmamışdır. Beləliklə güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüz olduğunu bildirməklə imtina verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi 27 avqust 1981-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 02.01.1990-01.11.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" İnşaat firmasında izolyasiyaçı-örtükçü, 01.09.2002-29.09.2007-ci il, 10.07.2015- 12.07.2017-ci il tarixləri arasındakı dövrlər ərzində və 02.09.2019-cu il tarixindən bugünədək X6 layihələrində boyaçı, boya və qumlama işləri üzrə supervayzer, usta və nəzarətçi vəzifələrində və 12.03.2008-31.10.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi usta və sahə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddianın tədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cü ildə Kürdəmir rayonu, Qarasaqqal kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada tsdiq edilmiş surətindən görünür ki, o, 21.04.1979-cu ildən 08.05.1981-ci ilə qədər (2 il 0 ay 18 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 21.04.1979-cu ildən 15.06.1981-ci ilə qədər Sovet ordusunda xidmət etmişdir (2 il 1 ay 25 gün), 18.08.1981-ci il tarixindən 05.05.1985-ci ilə qədər Yığma sexində deşiçi şagirdi, 2-ci dərəcəli deşiçi, 2-ci və 3-cü dərəcəli tornaçı-oymaçı (03 il 08 ay, 18 gün), 14.06.1985-ci ildən 13.05.1986-cı ilə qədər “Polyot” İB-də 4-cü və 3-cü dərəcəli nəql edən (11 ay, 0 gün), 06.06.1986-cı ildən 18.10.1986-cı ilə qədər Lenin Sovxozunda tikinti sexində işçi (04 ay, 13 gün), 25.09.1986cı ildən 19.12.1986-cı ilə qədər “Omskselimstroy”-un 346 №-li X1 5-ci dərəcəli malaçırəngsaz (02 ay 25 gün), 04.05.1987-ci ildən 31.05.1989-cu ilə qədər SSRİ Energetika Nazirliyinin “Soyuzenerqo troyprom” ÜİB-nin “Yujenerqoteploizolyasiya” Kombinatına 4-cü dərəcəli istilik ötürücüsü (02 il 0 ay 28 gün), 01.06.1989-cu ildən 01.01.1990-cı ilə qədər “Yujenerqoteploizolyasi” Rostov TQİ-də 3-cü dərəcəli izolyasiya örtücüsü (07 ay, 01 gün), 02.01.1990-cı ildən 16.04.1997-ci ilə qədər “Qafqazenerjiquraşdırmaizolyasiya” Tİ-də 3cü, 4-cü, 5-ci və 6-cı dərəcəli izolyasiya örtücüsü (07 il 03 ay 15 gün), 17.04.1997-cu ildən 01.06.1997-ci ilə qədər “Azərenerjiistilikizolyasiya” İM-də 5-ci dərəcəli izolyasiya örtücüsü (01 ay 15 gün), 01.06.1997-ci ildən 28.02.2001-ci ilə qədər “Azərnerjiquraşdırmaizolyasiya” İdarəsində 6-cı dərəcəli izolyasiya ötürücüsü (03 il 08 ay 28 gün), 01.03.2001-ci ildən 08.10.2001-ci ilə qədər “Azərnerjiquraşdırmaizolyasiya” İdarəsində 5-ci dərəcəli izolyasiya ötürücüsü (07 ay 08 gün), 01.09.2002-ci ildən 29.09.2007-ci ilə qədər "xxxx" Birgə Müəssisəsində 6-cı dərəcəli izolyasiya ötürücüsü (05 il 0 ay 29 gün), 12.03.2008-ci ildən 28.11.2008-ci ilə qədər "xxxx"ASC-də usta (08 ay 17 gün), 01.12.2008-ci ildən 30.09.2009-cü ilə qədər "xxxx" MMC-də sahə rəisi (10 ay), 01.10.2009-cu ildən 31.10.2013-cü ilə qədər "xxxx" ASC-də sahə rəisi, 11-ci və 12-ci dərəcəli sahə rəisi (04 il 01 ay 1 gün), 01.11.2013-cü ildən 30.06.2015-ci ilə qədər "xxxx" MMC-də 12-ci dərəcəli sahə rəisi (01 il 08 ay), 10.07.2015-ci ildən 12.07.2017-ci ilə qədər "xxxx" Birgə Müəssisədə nəzarətçi (2 il 03 gün), 02.09.2019-cu ildən halhazıradək "xxxx" Birgə Müəssisədə nəzarətçi vəzifəsində işləyir. - SSRİ Energetika Nazirliyinin “Soyuzenerqotroyprom” UİB-nin “Yujenerqoteploizolyasiya” Kombinatının 66 №-li, 19.02.1990-cı il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də 04.05.1987-ci ildən 19.02.1990-ci ilədək olan müddətdə istilik izolyasiya təmiri, filtr izolyasiya, korroziyaya qarşı işləri və digər işlər üzrə “Yujenerjikimyavimühafızə” Birgə müəssisədə 4-cü dərəcəli istilik ötürücüsü qismində çalışıb. 1991-ci il tarixli xalq təsərrüfatı sahəsinin imtiyazlı pensiya təminatının soraq kitabçasında göstərilən elektrostansiya, sex istehsalatının peşə və vəzifələrin 1 №-li sihyahısının Xİİ fəsilinə əsasən Enerji avadanlığın korroziyaya qarşı qazanların müdafiəsi və digər işlər üzrə istilik ötürücüsü vəzifəsində çalışaraq imtiyazlı pensiya (təqaüd) almaq hüququna malikdir. - "xxxx" firmasının 01 №-li, 18.08.2020-ci il tarixli güzəştli arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 01.01.1990-cu ildən “Qafqazenerqomontajizolyasiya” ixtisaslaşdırılmış İdarəsində (hal-hazırda "xxxx" İnşaat Firması Ədliyyə Nazirliyinin 435 saylı qeyd 24.07.1998-ci il Nizamnaməyə əsasən 01.08.1998-ci il özəlləşdirmə nəticəsində "xxxx" X3 Əmr № 01 01.08.98) 6-cı dərəcəli izolyasiyaçı-örtükçü (plonoşnik) vəzifəsində işləmişdir, 01.11.1997-ci il tarixdə işdən azad edilmişdir (Əmr 26 K. 01.11.97). Yuxanda göstərilən müddət ərzində İddiaçı energetika sahəsində isti və soyuq səthinin şüşə pambıqla izolə edilməsində, məmulatların, pəsthların, makaraların, bölmələrin mikofil, mikalent, mikalentlə krem əsaslı üzvü birləşmələrlə izolə edilməsi, elektrik maşınlarının, pəsthların şüşəli parça və şüşə lentlərlə yeddi qat izolə edilməsi, boya, kimyəvi turşularla istifadə edilməsi, statorun və lövbərin dolaqlarının və bölmələrinin epoksid kopmaundla çoxtəbəqəli izolyasiyanın aparılması. Güc transformatorların dolaqlarının və çıxışlarının sxeminin izolya edilməsi. Üçüncü qabaritdən yuxarı güc transformatorlarının diskvari makaralarının izolyasiyası. Qətran mastikanın, lakin və ilkin örtüyün hazırlanmasında çalışmışdır. İş rejimi 8 saatlıq olmuşdur. İddiaçı işlədiyi izolyasiyaçı-örtükçü (plonoşnik) vəzifəsi Nazirlər Kabinetinin 23.01.2007- ci il tarixli, 12 saylı qərarının 29-cu maddəsi əsasında güzəştli təqaüd hüququna malikdir. - "xxxx" İnşaat Firması tərəfindən məhkəməyə ünvanlanmış 06 №-li, 01.11.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 1990-1997-ci illər ərzində "xxxx" İnşaat Firmasında izolyasiyaçı- örtükçü (plonoçnik) vəzifəsində işləmişdir. Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarının 29.a) maddəsi əsasında güzəştli təqaüd hüququna malikdir. - "xxxx" ASC-nin 01-ZP/283 №-li, 03.07.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 12.03.2008-ci ildən (əmr № 51/4-kş, 12.03.2008-ci il) 28.11.2008-ci ilədək (Əmr № 04/11-kş, 28.11.2008-ci il ) "xxxx" MMC-nin X4 Təmiri və Sazlanması İdarəsinin Kimyəvi Mühafızə və İstilik İzolyasiyası sexində usta və 01.10.2009-cu ildən (əmr № 12/17-kş, 30.10.2009-cu il) 31.10.2013-cü ilədək (əmr № 22/11-kş, 31.10.2013-cü il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarımn Təmiri İdarəsinin Bakı sahəsinin Kran Təsərrüfatı, Kran Yollarının təmiri və Kimyəvi Mühafizə sexində sahə rəisi vəzifələrində işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsirtin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarının 24-cii fəslinə əsasən bilavasitə zərərli əmək şəraitində işləyən vəzifələr hesab edilir. Güzəştli pensiya üçün staj: 04 il 09 ay 06 gün təşkil edir. "xxxx"ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. - "xxxx" B.M-nin AZF-2020/67-K №-li, 21.07.2020-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən X6 layihələrində boyaçı, boya və qumlama işləri üzrə supervayzer, usta və nəzarətçi vəzifəsində işləyir. Onun X10ndə güzəştli iş stajı aşağıdakı kimi qəbul edillməli: 01.09.2002-29.09.2007 - X6 Azf-067 layihəsində 5 il 29 gün boyaçı, boya və qumlama işçiləri üzrə supervayzer; 10.07.2015-11.07.2017 - X6 Azf-086 layihəsində 2 il 1 ay boya və qumlama işləri üzrə nəzarətçi, usta; 02.09.2019- hal-hazırkı dövrədək X6 Azf-100 layihəsində 10 ay 20 gün boya və qumlama işləri üzrə nəzarətçi vəzifəsində işləyir. Cəmi: 7 il 11 ay 22 gün. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzilələrin və göstəricilərin Siyahısı»-nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının, 35-ci maddəsində «Ümumi peşələr» başlığı altında nəzərdə tutulmuş «Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» bəndinə və «Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" B.M. tərəfindən məhkəməyə ünvanlanmış AZF-2021/475/L №-li, 15.11.2021ci il tarixli məktubdan görünür ki, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü) hazırda Azfen BM-in X13 layihəsi üzrə Üst Tikililərin və Qazma Qurğularınm emalatı layihəsində boya və qumlama işləri üzrə nəzarətçi vəzifəsində çalışır. Onun 01.09.2002—29.09.2007, 10.07.2015—12.07.2017-cü illər dövrlərində və 02.09.2019-cu il tarixindən hal-hazırkı dövrədək yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: Boyaçının əsas əmək funksiyaları: Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və estetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, süşə qırıntıları əlavə olunmus epoksid mastik boyaların, sinklə zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-uzvi sinklə zənginləsdirilmiş qaynaq oluna bilən boyaların bərklik, möhkəmlik və davamlılığına dair müvafıq xüsusiyyətləri bilmək, verilmiş istehsalat tapşırıqları üzrə həmin boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthləri boyalamaq. Boyadılan səthlərin lazımi keyfiyyətdə saxlamaq və ehtiyac olduqda təmir etmək. Boya işlərinin həcmi, yeri haqqında məlumatlı olmaq, verilən siqnal və işarələri tanımaq, onlardan düzgün istifadə etmək. Boya ustasının əsas vəzifə borcları: Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və estetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, süşə qırıntıları əlavə olunmus epoksid mastik boyaların, sinklə zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-uzvi sinklə zənginləsdirilmiş qaynaq oluna bilən boyaların bərklik, möhkəmlik və davamlığına dair müvafıq xüsusiyyətləri bilmək, bu xüsusiyyətləri tabeliyində olan boyaçılara izah etmək, verilmiş istehsalat tapşırıqları üzrə həmin boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthlərin boyalanmasını təşkil etmək, bu işlərə bilavasitə rəhbərlik etmək. Boyadılan və qumlanılan səthlərin lazımi keyfıyyətdə saxlanamasını və ehtiyac olduqda təmir edilməsini bilavasitə təşkil etmək. Boya və qumlama işlərinin həcmi haqqında məlumatlı olmaq, verilən siqnal və işarələri tabeliyində olan işçilərə tanıtmaq. Tabeliyində olan işçilərə istehsalat tapşırığı vermək, həmin istehsalat tapşırıqlarının müvafıq Prosedur Qaydalarına əməl olunmaqla keyfıyyətlə yerinə yetirilməsinə, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə aparılmasına nəzarət etmək, yerinə yetirilən işləri qəbul etmək. Tabeliyində olan işçilər tərəfindən əmək və icra intizamına, əmək funksiyalarına düzgün riayət etmələrinə nəzarət etmək. İş sahəsində tabeliklərində olan işçilərin alətlərdən, ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimidən düzgün istifadə etmələrinə nəzarət etmək. Hər gün tabeliyində olan işçilərin işə davamiyyətini yoxlamaq, bu barədə qeydlər aparmaq. Əməyin mühafızəsi və təhlükəzislik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafıq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək. Boya və qumlama işləri üzrə nəzarətçinin əsas vəzifə borcları: Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və estetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, süşə qırıntıları əlavə olunmus epoksid mastik boyaların, sinklə zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-uzvi sinklə zənginləsdirilmiş qaynaq oluna bilən boyaların bərklik, möhkəmlik və davamlılığına dair müvafıq xüsusiyyətləri bilmək, bu xüsusiyyətləri tabeliyində olan ustalara izah etmək, verilmiş istehsalat tapşırıqları üzrə həmin boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthləri boyalanmasını təşkil etmək, bu işlərin gedişatını nəzarətdə saxlamaq. Boyadılan və qumladılan səthlərin lazımi keyfıyyətdə saxlanamasını və ehtiyac olduqda təmir edilməsini bilavasitə təşkil etmək. Tabeliyində olan işçilərin ixtisasının, peşəkarlıq səviyyəsinin artırılması istiqmətində iş aparmaq. Təhlükəli, mürəkkəb işlərin yerinə yetirilməsinə bilavasitə rəhbərlik etmək. Yerinə yetirilən iş həcmlərinin gündəlik, həftəlik və aylıq uçotunu aparmaq və tələb olunduqda müvafıq hesabatları rəhbərinə təqdim etmək. Tabeliyində olan ustalara istehsalat tapşırığı vermək, həmin istehsalat tapşırıqlarını müvafıq Prosedur Qaydalarına əməl olunmaqla keyfıyyətlə yerinə yetirilməsinə, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməklə aparılmasına nəzarət etmək, yerinə yetirilən işləri ustalardan qəbul etmək. Tabeliyində olan işçilər tərəfındən əmək və icra intizamına, əmək funksiyalarına düzgün riayət etmələrinə ümumi nəzarəti nəzarət etmək. İş sahəsində işçilərin alətlərdən, ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimidən düzgün istifadə edilməsinə ümumi nəzarəti həyata keçirmək. Briqadaların, manqaların formalaşdırılmasını (üzvlərinin sayının, ixtisas tərkibini) müəyyənləşdirmək və onların fəaliyyətini əlaqələndirmək. Əməyin mühafizəsi və təhlükəzislik texnikası, yanğın və elektrik təhlükəsizliyi üzrə müvafiq təlimlərdə aldığı təlimatların tələblərinə və uyğun prosedurlara əməl etmək. İddiaçı yuxarıda qeyd edilmiş dövr ərzində işlədiyi vəzifələrdə işləyərkən zərərli amillərə malik boya və qumlama materialları ilə sıx təmasda olmuşdur və buna görə də o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının, 35-ci maddəsində «Ümumi peşələr» başlığı altında nəzərdə tutulmuş «Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» bəndinə və «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» başlığı altında nəzərdə tutulmuş b) mütəxəssislər bölməsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - Fililal tərəfindən məhkəməyə ünvanlanmış 14.06.2021-ci il tarixli, **********7 №-li məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 19107,94 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 78249,33 manat olmaqla cəmi pensiya kapitalı 97357,27 manat təşkil edir. Adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38600,00 manat məbləğində hesablanmışdır. - Fililalın iddiaçının 28.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 17.11.2020-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, Mərkəzi Filialatəqdim etdiyi 27 avqust 1981-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçanda qeyd olunan 02.01.1990- 01.11.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" İnşaat firmasında izolyasiyaçıörtükçü, 01.09.2002-29.09.2007-ci il, 10.07.2015-12.07.2017-ci il tarixləri arasındakı dövrlər ərzində və 02.09.2019-cu il tarixindən bugünədək X6 layihələrində boyaçı, boya və qumlama işləri üzrə supervayzer, usta və nəzarətçi vəzifələrində və 12.03.2008- 31.10.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi usta və sahə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 57 yaşının tamam olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı iddiaçının hərbi xidmətdə olduğu, əmək kitabçası üzrə işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 25 il 27 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi “izolyasiyaçı-örtükçü” və “boyaçı, boya və qumlama işləri üzrə supervayzer” vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında yarımbəndində nəzərdə tutulmuş “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlanan 29-cu bölməsinin a) yarımbəndində nəzərdə tutulmuş “izolyasiyaçılar” vəzifəsinə, b) yarımbəndində nəzərdə tutulmuş “mütəxəssislər” vəzifəsinə, «Ümumi peşələr» adlanan 35-ci bölməsində nəzərdə tutulmuş «təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar» vəzifəsinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 17 il 1 ay 26 gün təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüquqi verən işdə çalışmasına dair iş yerlərinin mötəbər arayışları mövcuddur və iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.07.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq 28.09.2020-ci il tarixdə müraciət edilmişdir. İddiaçı da tələbində ona təyin ediləcək pensiyanın müraciət etdiyi 28.09.2020-ci il vaxtdan əvvəlki 3 il üçün hesablanaraq ödənilməsini xahiş etmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “ödənilməyən dövrlərin birdəfəyə ödənilməsi” hissəsində rədd olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.07.2021ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 28.09.2017-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.07.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 28.09.2017-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Xüsusi Şərtlərlə Təyinat X9 həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova