Məhkəmə qərarları › İş №2-1(112)-3689/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3689/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3689/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 35 nömrəli evin, 21 nömrəli mənzilinin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 107 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilinin icarə müqaviləsinin onunla bağlanması qərara alınmış və mənzilin icarədarı hesab edilmişdir. Sərəncamın təsviri hissəsində də, qeyd edildiyi kimi, həmin mənzilin icarədarı onun anası X3 olmuş və xx.xx.2005-ci il tarixdə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Hazırda həmin mənzildə İddiaçı 1 nəfər ailə tərkibi ilə 1993-cü ildən qeydiyyatda olmaqla yaşayır. Anası öldükdən sonra onunla Nəsimi rayon İcra Hakimiyyəti arasında həmin mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı 20 ildən artıq müddətdə istifadə etdiyi və anasının adına ayrılmaqla ölümündən sonra ona qalan mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir. İddiaçı mənzil üzərində mülkiyyət hüquqarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin, müraciətlərinə heç bir cavab verilməmiş, mənzilə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir hərəkət aparılmamışdır. Odur ki, cavabdeh inzibati orqanın hərəkətsizliyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və onun müraciətinə **********00 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 35 saylı evin, 21 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının 107 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilin faktiki sahəsi 60.2 kv.m olmaqla iddiaçı tərəfindən təqdim edilmiş sxem ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 29 saylı evin, 5 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına qeydiyyata alındığı müəyyən edilmişdir. Nəzərə çatdırırlar ki, iddiaçının İdarəyə əvvəlki müraciətləri zamanı qeyd olunan mənzilə dair təqdim etdiyi 042378 saylı, xx.xx.1993-cü il tarixli order və orderə əsas olmuş Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 118/3 saylı sərəncamı ilə bağlı İdarə tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 656/d saylı, xx.xx.2021-ci il tarixli sərəncamı rayon İcra Hakimiyyətində aşkar olunmadığından orderə münasibət bildirilməsi mümükn olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-01284-2021 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə sorğuya cavab olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 1993-cü il tarixli, 118/3 saylı sərəncamının Dövlət Arxivinin Bakı Filialında mövcud olduğunu, lakin qeyd olunan sərənamın tarixinin xx.xx.1993-cü il deyil, xx.xx.1993-cü il tarixli olmaqla İddiaçı və X3 barəsində hər hansı məumatın olmadığı bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, 042378 saylı, xx.xx.1993-cü il tarixli order və ona əsas olmuş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 118/3 saylı, xx.xx.1993-cü il tarixli sərəncamı arxivdə aşkar olunmadığından ərizəyə əlavə edilən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci iltarixli, 107 saylı sərəncamına əsasən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması mümkün olmamışdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-A-0641-8/222 **********00 nömrəli məktubla imtina edilmişdir.

8. Bakı şəhəri Nəsimi rayon VVAqD Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 130702 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X3 16 aprel 2005-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci il in may ayının 23-ü günündə 404 nömrə ilə qeyd edilmişdir.

9. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 107 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Nəsimi rayonu, S.Salayev küçəsi, 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilində yaşayan İddiaçı ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı mənzilə dair onunla icarə müqaviləsi bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir. Nəsimi rayonu, S.Salayev küçəsi, 35 nömrəli ev 4 otaqlı yaşayış sahəsi, 46.4 kv.m olan 21 nömrəli mənzilinin icarədarı vətəndaş İddiaçı anası X3 olmuş və xx.xx.2005-ci ildə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda həmin mənzildə İddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) 1993-cü ildən qeydiyyatda olmaqla yaşayır. Vətəndaşın müraciətinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.2-ci və 81.2-ci maddələrinə əsasən: 1. Nəsimi rayonu, S.Salayev küçəsi 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilinin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. 2. 59 saylı MKİS-də vətəndaş İddiaçı adına 1 nəfər ailə tərkibi ilə (özü) şəxsi hesab vərəqəsi açılması qərara alınmışdır.

10. 59 saylı Mənzil Kommunal İstismarı Sahəsi ilə İddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsi 35 nömrəli evin 4 otaqlı yaşayış sahəsi 46.4 kv.m olan 21 nömrəli mənzilinə dair xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi bağlanılmışdır.

11. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı xx.xx.2019cu il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 12 dekabr 2024-cü il tarixli, 5-15/2-1623/2024 nömrəli məktubla mənzilin icarə müqaviləsinin İddiaçı ilə bağlanması barədə Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 1047 nömrəli sərəncamı və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-2592/2024 nömrəli məktubla bildirlmişdir ki, Nəsimi rayon İH-nin arxiv fondu üzrə xx.xx.2020-ci il tarixli, 170 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 212-3-30/2-3002/2025 nömrəli məktubla ünvan 4 ünvanının İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 29 ünvanında yerləşən 5 saylı mənzil Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 538 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əvəzsiz qaydada İddiaçı mülkiyyətinə verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsssız olduğundan təmin edilməməlidir.

22. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.

25. Hazırki işin hallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 538 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 29 ünvanında yerləşən 5 saylı mənzil İddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsi mülkiyyət kimi verilmiş, həmin mənzil iddiaçı tərəfindən özəlləşdirilmiş və mənzil İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən də, göründüyü kimi, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər.

26. Məhkəmə qeyd edir ki, artıq bir dəfə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci və 7-ci maddələri ilə oan verilmiş hüququndan (dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək) istifadə etdiyi üçün, onun hazırda mübahisələndirilən mənzili əvəzsiz özəlləşdirmək hüququ istisna olunur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyəti başçısının ünvan 6 ünvanında yerləşən 21 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamı iddiaçının yenidən dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququnun yaranması anlamında qəbul edilə bilə və bu baxımdan dəyərləndirilə bilməz.

27. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan cavabdehin itminası qanuni və əsaslı olmuşdur.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

30. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar