Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-369/2024 01.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X17 və X4) “plan və ölçü sənədinin ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N ET D İ : I. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, X17 və X3 qarşı X14 və oğlu X3 məxsus “1986” və ondan bölünən “1986k” saylı bağ sahəsinə dair verilmiş kadastr planı, çıxarış və plan ölçü sənədinin iddiaçının bağ sahəsi üçün ayrılmış giriş-çıxış yolu ilə üst-üstə düşən hissəsinin ləğv edilməsi və həmin bağ evinin koordinatlarının dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindan 06 noyabr 2013-cü il tarixli ******* nömrəli çıxarışına əsasən Sabunçu rayonu Ləhiş bağları 26-cı dalan 1986A saylı bağ evinin hüquqi sahibiyəm. 1990-ci ildən 2013-cü ilədək bağlar idarəsinin müqaviləsi əsasında 2013-cü ilin avqust ayından etibarən 0,12 ha torpaq sahəsinə çıxarış almışdır. Eyni zamanda eni 3 m olmaqla X22 Komitəsi tərəfindən rəsmi olaraq baş yoldan onun torpaq sahəsinə keçmək üçün yol ayrılmış, bu da hüquqi sənədlərlə rəsmi qaydada öz əksini tapmışdır. 2021-ci ilin aprel ayında onunu qarşısındakı torpaq sahəsini alqı-satqı yolu ilə Əzimzadə Seymur almışdır. Lakin AR - 938466 №-li 25 yanvar 2020-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X17 tərəfindən bütün əmlakının idarə etmək və onun üzərində sərəncam vermək hüququnu eyni ünvanda qeydiyyatda olan X3 verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 26-cı dalan 1986A saylı bağ evinin giriş-çıxış üçün ayrılmış yol sahəsi qonşum X4 tərəfindən hasarlanaraq bağlanmışdır. X4 ayrılmış bağ sahəsinə dair DTXK tərəfindən verilmiş kadastr planında və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən "1986" saylı torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədində qeyd edilan koordinatlar onun bağ sahəsinin giriş-çıxış yolu üçün ayrılmış ərazi ilə üst üstə düşür. Bu səbəbdən "1986" saylı bağ sahəsinə dair verilmiş kadastr planı, çıxarış və plan ölçü sənədinin onun bağ sahəsi üçün ayrılmış giriş-çıxış yolu ilə üst-üstə düşən hissəsinin ləğv edilməsi labüd idi. Bu səbəbdən də cavabdehə xx.xx.2022-ci il tarixdə də ərizə ilə müraciət etmiş, "1986" saylı bağ sahəsinə dair verilmiş kadastr planı, çıxarış və plan ölçü sənədinin onun bağ sahəsi üçün ayrılmış giriş-çıxış yolu ilə üst-üstə düşən hissəsinin ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən də Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 26-cı dalan 1986A saylı bağ evinin giriş-çıxış üçün ayrılmış yol sahəsinin qonşusu X4 tərəfindən hasarlanma və digər tikinti işlərinin dayandırlması labüddür. X4 tərəfindən ondan xəbərsiz, ona məxsus torpaq hissəsinin zəbt edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bu barədə iddiası təmin edilmiş, X10 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan 1986A saylı ərazidə yerləşən bağ evinin torpaq sahəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsində çəkilən hasarın onun hesabına sökülməsi və həmin sökülən torpaq sahəsinin onun hesabına təmizlənməsi qət edilmişdir. Lakin bu günə qədər xx.xx.2022-ci il, № e- 2(008)-1354/2022 nömrəli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamə X17 və X4 tərəfindən icra edilməmiş, səbəb kimi məhkəmə icraçısının nümayəndəsinə maddi imkanlarının olmaması və laydan sonra həmin hasarın söküləcəyi bildirilmişdir. Lakin hal-hazırda isə həmin ərazidə maddi imkanlarından aslı olmayaraq hasarlanma və tikinti işlərini davam etdirirlər. Belə ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 noyabr 2013-cü il tarixli ******* nömrəli çıxarışdan da görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 1986а saylı bağ sahəsi ərazisində yerləşən 0,12 ölçüdə torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X17 və X4 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “X14 məxsus “1986” və ondan bölünən “1986K” saylı bağ sahələrinə dair tərtib edilmiş plan və ölçü sənədinin kordinatlarının ona məxsus bağ sahəsinə gedən giriş-çıxış yolu ilə üst-üstə düşən hissəsinin dəyişdirilərək eni 3,5 metr olan yolun bərpa olunmasının və bu barədə yeni plan və ölçü sənədinin tərtib edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “X14 məxsus 1986 (8,9 kv.m) və ondan bölünən 1986K (24,5 kv.m) saylı bağ sahəsinə dair tərtib edilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli plan və ölçü sənədlərinin ona məxsus 1986a saylı bağ sahəsinə ayrılmış eni 3 metr olan giriş-çıxış yolu ilə üst-üstə düşən hissəsinin ləğv edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələb ilə xx.xx.2022-ci il tarixli, ********** daxilolma nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan əlavə, vahid elektron kadastr bazasına əsasən faktiki 3.6 metrlik keçid yolunun bir hissəsi hazırda daşınmaz əmlakın dövlət reyestrindən **********47 və **********48 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən “1986” və “1986K" saylı bağ sahələrinin koordinatları ilə üst-üstə düşür. İddia tələbində qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, sahəsi 0.1128 ha olan 1986 saylı bağ sahəsi X16 və İstismarı Birliyi ilə vətəndaş X27 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 14972 nömrəli müqavilə əsasında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçmişdir. Torpaq sahəsi xx.xx.2015-ci il tarixli vərəsəlik şəhadətnaməsi və miras payın bağışlanması müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmişdir. Bundan sonra X11 ilə Xəlilova llhamə Oqtay qızı arasında xx.xx.2017ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, torpaq sahəsinin 0.06 ha hissəsi sonuncunun adına özgəninkiləşdirilmiş, tərəflər arasında bölgü sxemi tərtib edilərək təsdiq edilmişdir. Buna müvafiq olaraq sahəsi 0.0528 ha olan “1986" saylı bağ sahəsi **********47 reyestr nömrəsi ilə X6 adına, sahəsi 0.06 ha olan “1986K” saylı bağ sahəsi isə **********48 reyestr nömrəsi ilə Xəlilova llhamə Oqtay qızının adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “1986” saylı bağ sahəsi X10 adına özgəninkiləşdirilmiş, hazırda onun xüsusi mülkiyyətindədir. "1986K” saylı bağ sahəsi bağışlama müqaviləsi əsasında Xəlilova llhamə Oqtay qızının adından X18 adına, daha sonra isə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X10 adına özgəninkiləşdirilmişdir. Bağ sahəsi hazırda sonuncunun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəslər məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsinin iştirakını təmin etməmişlər). II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, iddia mümkün və əsaslıdır. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının X8 və İstismarı Birliyi və X27 arasında bağlanılmış 14972 saylı xx.xx.2007-ci il tarixli müqaviləsinə əsasən Sabunçu rayonu Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 1986 nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə X19 istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin BTİ və İB-nin xx.xx.2007-ci il tarixli 14972 saylı müqaviləsinə əsasən tərtib edilmiş 1986 saylı bağ evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin 464869 saylı planı və ölçüsü tərtib edilmişdir. X29 kitabında xx.xx.2012-ci il tarixdə 33024 nömrə ilə uçota alınmışdır (hüquq sahibi mərhum X27). Əsas döngə nöqtələrinin koordinatları:
1. X = 411644,62; Y = 4490750,98;
2. X = 411660,00; Y = 4490733,06;
3. X = 411620,33; Y = 4490701,64;
4. X = 411605,98; Y = 4490718,29. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin BTİ və İB-nin xx.xx.2007-ci il tarixli 20375 saylı müqaviləsinə əsasən tərtib edilmiş A seriyalı 423461 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1200 kv.m torpaq sahəsi 1986a saylı bağ evi tikintisi üçün tərtib edilmişdir. X29 kitabında xx.xx.2012-ci il tarixdə 33035 nömrə ilə uçota alınmışdır (hüquq sahibi mərhum X30). Əsas döngə nöqtələrinin koordinatları:
1. X = 411604,00; Y = 4490720,54;
2. X = 411620,33; Y = 4490701,64;
3. X = 411582,86; Y = 4490671,96;
4. X = 411566,04; Y = 4490690,52. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015-ci il) əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986 saylı bağ sahəsi X19 xüsusi mülkiyyətindədir. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X19 vərəsələri X11 və X23 miras əmlakdan (Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0,1128 ha olan 1986 saylı bağ sahəsi). X23 və X11 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli miras payı bağışlama müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0,1128 ha olan 1986 saylı bağ sahəsi X7 bağışlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015-ci il) əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986 saylı bağ sahəsi X6 xüsusi mülkiyyətindədir. X11 və X20 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986 saylı bağ sahəsinin 0,0528 ha X6 mülkiyyətində qalmaqla 0,06 ha hissəsi X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2017-ci il) əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986K saylı bağ sahəsi (0,06 ha) X12 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2017-ci il) əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986 saylı bağ sahəsinin 0,0528 ha hissəsi X6 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019-cu il) əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986K saylı bağ sahəsi (0,06 ha) X18 xüsusi mülkiyyətindədir. X28 və X17 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986K saylı bağ sahəsi (0,06 ha) X2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş AA seriyalı 607674 saylı xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi **********48; hüquq sahibi X17) torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986k saylı bağ sahəsinin sənəd üzrə və faktiki sahəsi 0,06 ha-dır. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları:
1. X = 411628,8100; Y = 4490736,3397;
2. X = 411644,6200; Y = 4490750,9698;
3. X = 411660,0000; Y = 4490733,0598;
4. X = 411639,2200; Y = 4490716,5997.
5. X = 411624,8500; Y = 4490733,2097. X11 və X17 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986 saylı bağ sahəsi (0,0528 ha) X2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən təqdim edilmiş AA seriyalı 054007 saylı xx.xx.2013-cü il tarixli (reyestr nömrəsi **********59; hüquq sahibi İddiaçı) torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986a saylı bağ sahəsinin sənəd üzrə və faktiki sahəsi 0,12 ha-dır. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları:
1. X = 411582,86; Y = 4490671,96;
2. X = 411566,04; Y = 4490690,52;
3. X = 411604; Y = 4490720,54;
4. X = 411620,33; Y = 4490701,64. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2013-cü il) əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986a saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021-ci il) əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986 saylı bağ sahəsi X10 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2021-ci il) əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986K saylı bağ sahəsi X10 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş AA seriyalı 614628 saylı xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi **********47; hüquq sahibi X17) torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 1986 saylı bağ sahəsinin sənəd üzrə və faktiki sahəsi 0,0528 ha-dır. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları:
1. X = 411620,3300; Y = 4490701,6397;
2. X = 411605,9800; Y = 4490718,2897;
3. X = 411624,8500; Y = 4490733,2097;
4. X = 411639,2900; Y = 4490716,6597. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1354/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilk iddia təmin edilmişdir. X17 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 26-cı dalan 1986A saylı ərazidə yerləşən bağ evinin torpaq sahəsindən çıxarılmış, zəbt olunmuş torpaq sahəsində çəkilən hasar onun hesabına sökülmüş və həmin sökülən torpaq sahəsi onun hesabına təmizlənmişdir. Qarşılıqlı iddia rədd edilmişdir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu X14 aid edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********89 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, vahid elektron kadastr bazasına əsasən sözügedən bağ sahəsinə gələn faktiki 3.6 metrlik keçid yolunun bir hissəsi “1986 və 1986K” paylı bağ sahələrinin koordinatları ilə üst-üstə düşür. “1986 və 1986K” saylı bağ sahələri DTXK tərəfindən verilmiş kadastr planına əsasən qeydiyyatdan keçmişdir. Bundan əlavə, müraciət məktubunda qeyd edilən qonşu bağların plan ölçüsündə öz əksini tapmış koordinatlarda dəyişiklik edilməsi idarənin səlahiyyətləri xaricində olduğundan, mübahisəli məsələlərin həlli məhkəmə müstəvisində həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqlann dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 37/Ə-01757 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1986а ünvanında istifadəsində olan fərdi yaşayış evinə gedən yol qonşu tərəfindən aparılan tikinti işləri zamanı məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarına, Dövlət Şəhərsalma Norma və Qaydalarına istinadən yanğın hadisəsi və digər fövqəladə hallar zamanı yanğın texnikalarının maneəsiz, sərbəst qaydada hərəkəti üçün kənd və qəsəbələrdə yolların eni 3,5 metr nəzərdə tutulmuşdur. Evə gedən giriş-çıxış yolunun qonşu tərəfindən məhdudlaşdırılmasının aydınlaşdırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək məqsədəuyğun hesab olunur. Sözügedən məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müvafiq məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 4-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 37/Ə-02946 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Ləhiş bağları massivi, dalan 26-da mülkiyyətində olan 1986 a saylı fərdi yaşayış evinə gedən, kadastr plan ölçülərində öz əksini tapan və istifadəsində olan yolda qonşu tərəfindən aparılan tikinti işləri zamanı daş hasar inşa edilərək giriş-çıxış yolu məhdudlaşdırılmışdır. AzDTN 2.6-1-ə uyğun olaraq kənd yaşayış məskəninin ümumi şəbəkələrinin ətraf yolları ilə əlaqəsi və hərəkət zolağının eni 3.5 metr nəzərdə tutulmuşdur. Bu səbəbdən 1986 və ondan ayrılan 1986k saylı bağ sahələrinin koordinatlarının ona məxsus 1986 a saylı bağ sahəsi üçün ayrılmış yolun üzərinə düşən daş hasarın ləğvi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə və ya məhkəmə orqanlarına müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********70 saylı xx.xx.2022-ci il tarixli məktub ilə X14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1986 və ondan bölünən 1986k saylı bağ sahələrinə dair çıxarışın və onun verilməsinə əsas olmuş bütün sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-10012/2023 **********12 saylı xx.xx.2023-cü il tarixli məktub ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986а saylı bağ sahəsinin plan və ölçüsündəki koordinatların onun verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədinə uyğundur (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”). X14 məxsus Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986 və 1986k saylı bağ sahələrinin plan və ölçüsündəki koordinatlarının onun verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərinə uyğundur (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”). İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986a saylı bağ sahəsinin plan və ölçüsündəki koordinatları X14 məxsus Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986 və 1986k saylı bağ sahələrinin plan və ölçüsündəki koordinatları ilə üst-üstə düşmür. 1986a saylı bağ sahəsinin plan ölçü sənədlərində ilkin hüquqmüəyyənedici sənədlərinə əsasən (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”-nə əsasən) 3.0 metrlik yol nəzərdə tutulmuşdur. 3.0 metrlik yol nəzərdə tutulduğu halda 1986 və 1986K saylı bağ sahələrinə dair tərtib edilmiş plan və ölçü sənədlərinin koordinatları 1986A saylı bağ sahəsinin plan və ölçüsü sənədində nəzərdə tutulmuş giriş-çıxış yolunun müəyyən hissəsi ilə üst-üstə düşür. Uyğunsuzluğun aradan qaldırılması üçün 1986 və 1986A saylı bağ sahələrinin plan və ölçülərində olan koordinatların 1986A saylı bağ sahəsinə verilmiş 3.0 metrlik keçidə düşən hissəsinin yol tərəfindən əvəzlənməsinə baxılması məqsədəuyğun olardı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-46366/2023 **********66 saylı xx.xx.2023-cü il tarixli məktub ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986а saylı bağ sahəsinin plan və ölçü sənədlərində nəzərdə tutulmuş 3.0 metrlik gediş-gəliş yolunun koordinatları mövcud vəziyyətə uyğun naturada müəyyən edilmişdir. Bununla bağlı koordinatları əks etdirən baş plan əlavə olunmuşdur. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986а saylı bağ sahəsinin plan və ölçü sənədlərində nəzərdə tutulmuş 3.0 metrlik gediş-gəliş yolunun koordinatları mövcud vəziyyətə uyğun naturada müəyyən edildikdən sonra X14 məxsus Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986 və 1986K saylı bağ sahələrinin plan və ölçünün sənədlərinin koordinatları ilə üst-üstə düşür (1986 saylı bağ sahəsində 9.4 kv.m; 1986K saylı bağ sahəsində isə 24.6 kv.m üst-üstə düşür). İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986а saylı bağ sahəsinin plan və ölçü sənədlərində nəzərdə tutulmuş 3.0 metrlik gediş-gəliş yolunun koordinatları mövcud vəziyyətə uyğun naturada müəyyən edildikdən sonra digər qonşuların müdaxiləsi və ya üst-üstə düşməsi müəyyən edilməmişdir. 3.0 metrlik keçidlə 1986 saylı bağ sahəsində 9.4 kv.m; 1986K saylı bağ sahəsində 24.6 kv.m üst-üstə düşür. Bununla bağlı koordinatları əks etdirən baş plan əlavə olunmuşdur. X14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986 və 1986K saylı bağ sahələrinin plan və ölçü sənədlərinin koordinatları, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986a saylı bağ sahəsinin plan və ölçü sənədlərində nəzərdə tutulmuş 3.0 metrlik gediş-gəliş yolunun koordinatları mövcud vəziyyətdə üst-üstə düşən hissənin yol tərəfdən əvəzlənməsi nəzərdə tutulan baş plan əlavə olunmuşdur. 1986 və 1986K saylı bağ sahələrinin 1986а saylı bağ sahəsinə keçid verilməklə yol tərəfdən 33.4 kv.m. torpaq sahəsinin əvəzlənməsi nəzərdə tutulan vəziyyətə dair baş plan məhkəməyə təqdim edilmişdir. Həmin planda 1986 saylı bağ sahəsinin 3,0 metrlik keçidə düşən hissəsi 8.9 kv.m kimi, 1986k saylı bağ sahəsinin 3,0 metrlik keçidə düşən hissəsi 24.5 kv.m kimi qeyd edilmişdir. X9 tərəfindən üçüncü şəxs X14 ünvanlanmış 118 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, X10 mülkiyyətində olan 1986 saylı 0.0528 ha və 1986K saylı 0.06 ha bağ sahələrinin döngə nöqtələrinin koordinatları yerində müəyyən edildi. Bağ sahələrinin bəzi döngə nöqtələrinin koordinatları (hasardaxili) müvafiq sənəd üzrə nəzərdə tutulmuş döngə nöqtələrinin koordinatlarından nisbətən fərqlidir. Belə ki, 1986K saylı bağ sahəsinin şimal-şərq tərəfdən sərhəd hasarı sənəd üzrə (AA607674 nömrəli Torpaq sahəsinin planı və ölçüsü) nəzərdə tutulmuş sərhəddən (2-3 nöqtələr arası sərhəddir) cənub-qərbə doğru çəkilmişdir. Həmçinin 1986K saylı bağ sahəsinin şimal-şərq tərəfdən sərhəd hasarı (on iki sıra daş hündürlüyündə olan hasar) sənəd üzrə nəzərdə tutulmuş sərhəddən (5-1, 1-2 nöqtələr arası sərhədlərdir) cənub-şərqə doğru çəkilmişdir. Eyni zamanda, 1986 saylı bağ sahəsinin şimal-qərb tərəfdən sərhəd hasarı (on iki sıra daş hündürlüyündə olan hasar) sənəd üzrə (AA614628 nömrəli torpaq sahəsinin planı və ölçüsü) nəzərdə tutulmuş sərhəddən (2-3 nöqtələr arası sərhəddir) cənub-şərqə doğru çəkilmişdir. Qeyd olunur ki, 1986 və 1986K saylı bağ sahələrinin şimalqərb tərəfində yerləşən və gediş-gəliş yolu kimi istifadə olunan sahədə mişar daşından bir sıra daş hündürlüyündə qoyulmuş sərhədlər faktiki olaraq həmin bağ sahələrinin sənəd üzrə döngə nöqtələrinin koordinatları daxilindədır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, X10 mülkiyyətində olan 1986 saylı 0.0528 ha nə 1986k saylı 0.06 ha bağ sahələrinin sənəd üzrə döngə nöqtələrinin koordinatları (sərhədləri) yerində (naturada) müəyyən edilərkən, bağ sahələrinin həmsərhəddə yerləşən və gediş-gəliş yolu kimi istifadə olunan sahə ilə üst-üstə düşməməsi və müdaxilə olunmaması müəyyən edilir. X9 tərəfindən üçüncü şəxs X14 ünvanlanmış 131 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən X10 mülkiyyətində olan 1986 saylı 1986K saylı bağ sahələrinin şimal-şərq və şimal-qərb tərəfində sənəd üzrə döngə nöqtələrinin koordinatları (sərhədləri) gediş-gəliş yolu kimi istifadə olunan sahənin üzərində olan hissəsi 88,71 kv.m təşkil edir. X10 mülkiyyətində olan 1986 saylı və 1986K saylı bağ sahələrinin, həm də qonşuluqda yerləşən digər bağ sahələrinin qarşısında, əsas gediş-gəliş yolu (həmin yol Ləhiş bağ sahəsi ilə Nardaran və Maştağa qəsəbələri əlaqələndirən yoldur) ilə həmsərhəddə səki kimi və avtomobillərin dayanma-durması (parklanması) üçün istifadə olunan ərazilər mövcuddur və bağ sahələrinin əsas gediş-gəliş yolu ilə həmsərhəddə olan ərazidən qaz, işıq və rabitə xətləri keçir. Belə ki, 1986 saylı 1986K saylı bağ sahələrinin şimal-şərq və şimal-qərb tərəfində sənəd üzrə döngə nöqtələrinin koordinatları gediş-gəliş yolu kimi istifadə olunan sahənin üzərində olan hissəsi (88,71 kv.mlik sahə) yol tərəfdən əvəzlənərsə, 1986 saylı və 1986K saylı bağ sahələrinin şimal-şərq və şimal-qərb tərəfində sənəddə nəzərdə tutulmuş sərhədləri (döngə nöqtələrinin koordinatları) üzrə müəyyən edilmiş 88,71 kv.m-lik sahə səki kimi və avtomobillərin dayanma-durması (parklanması) üçün istifadə olunan ərazinin üzərinə, həmçinin əsas gediş-gəliş yolunun (həmin yol Ləhiş bağ sahəsi ilə Nardaran və Maştağa qəsəbələri əlaqələndirən yoldur) sərhədinə düşür. Eyni zamanda ərazidə mövcud olan qaz, işıq və rabitə xətləri də bağ sahələrinin şimal-şərq tərəfindəki sərhədləri daxilində (hüdudlarında) qalır. Bu da öz növbəsində, minik və yük avtomobillərinin tədqiq olunan ərazidən sərbəst hərəkət etməsinə, həmçinin baş verə biləcək hər hansı hadisənin (yanğın, partlayış və s.) qarşısının alınması üçün yanğınsöndürən və qəza-xilasetmə texnikalarının daxil olmasına və təyinatı üzrə hərəkət etməsinə, eləcə də qaz işıq və rabitə xətlərinə müvafiq qurumlar tərəfindən maneəsiz xidmət göstərilməsinə müəvvən dərəcədə maneə törədəcəkdir. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/3937 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1986a saylı bağ sahəsinin plan və ölçüsündəki koordinatların onun verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədinə uyğun olduğu müəyyən olunur. X14 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1986 saylı və 1986k saylı bağ sahələrinin plan və ölçüsündəki koordinatların onun verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədinə uyğun olduğu müəyyən olunur. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1986a saylı bağ sahəsinin plan və ölçüsündəki koordinatları X14 məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1986 saylı və 1986k saylı bağ sahələrinin plan və ölçüsündəki koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Bakı saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən 1986a saylı bağ sahəsinin plan və ölçü sənədlərində ilkin hüquqmüəyyənedici sənədlərinə əsasən (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən) məhkəmə qərardadında göstərildiyi kimi, 3,5 metr deyil, 3,0 metr enində yol nəzərdə tutulduğu müəyyən olunur. İlkin hüquqmüəyyənedici sənədlərinə əsasən giriş-çıxış yolunun eni 3,0 təşkil etdiyi nəzərə alındıqda, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan koordinatlar üzrə 1986 saylı bağ sahəsinin (0,4 x 24,0) = 9,6 kv.metr hissəsinin, eləcə də 1986K saylı bağ sahəsinin (5,0 x 0,4) = 2,0 kv metr və (0,4 + 1,6 : 2 x 21,5) = 21,5 kv.metr hissəsinin (ümumilikdə 33,6 kv.metr) 1986 A saylı bağ sahəsinə ayrılmış giri-çıxış yolunun üstünə düşdüyü müəyyən edilir (sxem rəyə əlavə edilmişdir). Qeyd olunur ki, 1986 və 1986k saylı bağ sahələrinin plan və ölçülərində olan koordinatların 1986 A saylı bağ sahəsinə giriçıxış üçün ayrılmış 3,0 metr enində keçidə düşən hissəsi yol tərəfdən verilməklə əvəzlənə bilər. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 3-16-16/2-10/9514 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986а saylı bağ sahəsinin plan və ölçü sənədlərində nəzərdə tutulmuş 3.0 metrlik gediş-gəliş yolunun koordinatları mövcud vəziyyətə uyğun naturada müəyyən edilmişdir. Bununla bağlı koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986a saylı bağ sahəsinin plan və ölçü sənədlərində nəzərdə tutulmuş 3,0 metrlik gediş-gəliş yolunun koordinatları mövcud vəziyyətə uyğun naturada müəyyən edildikdən sonra X14 məxsus Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986 və 1986K saylı bağ sahələrinin plan və ölçüsünün sənədlərinin koordinatları ilə üst-üstə düşür (1986 saylı bağ sahəsində 9.4 kv.m, 1986K saylı bağ sahəsində isə 24.6 kv.m üst-üstə düşür). İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986а saylı bağ sahəsinin plan və ölçü sənədlərində nəzərdə tutulmuş 3.0 metrlik gediş-gəliş yolunun koordinatları mövcud vəziyyətə uyğun naturada müəyyən edildikdən sonra digər qonşuların müdaxiləsi və ya üstüstə düşməsi müəyyən edilməmişdir. 3.0 metrlik keçidlə 1986 saylı bağ sahəsində 9.4 kv.m, 1986K saylı bağ sahəsində 24.6 kv.m üst-üstə düşür. Bununla bağlı koordinatları əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmişdir. X14 məxsus Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1986 və 1986K saylı bağ sahələrinin plan və ölçü sənədlərinin koordinatları, İddiaçı mülkiyyətində olan Bakı şəhər, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1986а saylı bağ sahəsinin plan və ölçü sənədlərində nəzərdə tutulmuş 3.0 metrlik gediş-gəliş yolunun koordinatları mövcud vəziyyətdə üst-üstə düşən hissənin yol tərəfdən əvəzlənməsi nəzərdə tutulan baş plan əlavə edilmişdir.
IV. Məhkəmənin mövqeyi X25 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X5 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) Məhkəmə qeyd edir ki, X14 məxsus reyestr nömrəsi **********47 olan 1986 saylı bağ sahəsinə dair xx.xx.2021-ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün və reyestr nömrəsi **********48 olan 1986K saylı bağ sahəsinə dair xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planölçüsünün koordinatlar və künc nöqtələrinin iddiaçıya məxsus reyestr nömrəsi **********59 olan 1986a saylı bağ sahəsinə ayrılmış eni 3 metr olan giriş-çıxış yolu ilə üst-üstə düşməsi məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlar, mütəxəssis rəyləri, ekspert rəyləri ilə öz təsdiqini tapır. 1986 və 1986K saylı bağ sahələrinin 1986а saylı bağ sahəsinə keçid verilməklə yol tərəfdən 33.4 kv.m. torpaq sahəsinin əvəzlənməsi nəzərdə tutulan vəziyyətə dair baş plan mütəxəssis rəylərinə əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Həmin planda 1986 saylı bağ sahəsinin 3,0 metrlik keçidə düşən hissəsi 8.9 kv.m kimi, 1986k saylı bağ sahəsinin 3,0 metrlik keçidə düşən hissəsi 24.5 kv.m kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X14 məxsus reyestr nömrəsi **********47 olan 1986 saylı bağ sahəsinə dair xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planölçüsünün koordinatlar və künc nöqtələrinin iddiaçıya məxsus reyestr nömrəsi **********59 olan 1986a saylı bağ sahəsinə ayrılmış eni 3 metr olan giriş-çıxış yolu ilə üst-üstə düşən 8,9 kv.m hissədə ləğv edilməsi öhdəliyi və X14 məxsus reyestr nömrəsi **********48 olan 1986K saylı bağ sahəsinə dair xx.xx.2021-ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün koordinatlar və künc nöqtələrinin iddiaçıya məxsus reyestr nömrəsi **********59 olan 1986a saylı bağ sahəsinə ayrılmış eni 3 metr olan giriş-çıxış yolu ilə üst-üstə düşən 24,5 kv.m hissədə ləğv edilməsi öhdəliyi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. X14 məxsus reyestr nömrəsi **********47 olan 1986 saylı bağ sahəsinə dair xx.xx.2021ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün koordinatlar və künc nöqtələrinin İddiaçı məxsus reyestr nömrəsi **********59 olan 1986a saylı bağ sahəsinə ayrılmış eni 3 metr olan giriş-çıxış yolu ilə üst-üstə düşən 8,9 kv.m hissədə ləğv edilməsi öhdəliyi və X14 məxsus reyestr nömrəsi **********48 olan 1986K saylı bağ sahəsinə dair xx.xx.2021-ci il tarixli torpaq sahəsinin plan-ölçüsünün koordinatlar və künc nöqtələrinin İddiaçı məxsus reyestr nömrəsi **********59 olan 1986a saylı bağ sahəsinə ayrılmış eni 3 metr olan giriş-çıxış yolu ilə üst-üstə düşən 24,5 kv.m hissədə ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova