Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-369/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-49875/2023 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Naziriər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qəran ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.): yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli vs ağır olan işlərdə iş müddəti şəxsin güzəştili şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin məktuba əlavə olunmuş formada hazırlanmış arayış (tələb olunan məlumatlar müvafiq sətirlərdə tam əks olunmaqla) tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Azərbaycan Dəmir Yolları İdarəsində xüsusilə zərərli və ağır işlərdə elektrik montyoru, elektrik mexaniki və baş növbətçi vəzifəsində işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək iş stajının yenidən hesablanması və ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddia tələbi bununla əsaslandırılmışdır ki, 1961-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1976-cı ildə başlamışdır. 1981-1985-ci illərdə dövlət dəmir yollarında elektrik mantyor, 1988-ci ildə dövlət dəmir yollarında baş növbətçi, 1989cu ildən elektrik mexanik işləmişdir. 2005-ci ildə işdən azad olmuşdur. Güzəştli şərtlərlə əmək stajına görə əmək pensiyası verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə İdarəyə müraciət etsə də,Mərkəzi Filialın məktubuna əsasən güzəştli şərtlərlə əmək stajına görə əmək pensiyası verilməsindən imtina edilmişdir. İmtina məktubunda qanunsuz və əsassız səbəblər göstərilmişdir. Bunun nəticəsində isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, "xxxx" QSC tərəfindən məhkəmə sorğusuna verilən xx.xx.2023- cü il tarixli 13-1/2-8980/2023 nömrəli və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X7" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-1-10/2- 275/2023 nömrəli cavab məktubunda eyniməzmunlu məlumat verilərək bildirilmişdir ki, İddiaçı Azərbaycan Dəmir Yolu Naxçıvan işarəvermə və rabitə distansiyasında çalışdığı işarəvermə, mərkəzləşdirmə və bloklaşdırma qurğularının elektrik montyoru və elektrik mexaniki, Naxçıvan hissəsində işlədiyi yolayırma postunun baş növbətçisi vəzifə və peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığı bildirilmişdir. Həmçinin bildirilmişdir ki, işarəvermə, mərkəzləşdirmə və bloklaşdırma qurğularının elektrik mexaniki vəzifəsi üzrə işlərin xüsusiyyətləri avadanlıqların işinin tənzimlənməsi və saz vəziyyətdə olmasının yoxlanılmasından, istismar vaxtı keçmiş rele və blokların yenisi ilə əvəz edilməsindən ibarətdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Həmçinin iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahfsı üzrə 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının bu tələbinin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir, çünki qanunvericiliyə edilmiş dəyişikliklərə görə xx.xx.2017-ci il tarixdən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi artırılaraq 60 yaşa çatdırılmışdır. iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1978-ci il tarixli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən, İddiaçı ümumi iş stajı 42 il 4 ay 13 gün (xx.xx.2006-cı il tarixədək 26 il 7 ay 13 gün əmək stajı (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1981xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci İl, xx.xx.1988xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) xx.xx.2006-cı il tarixdən sonra 15 il 9 ay təşkil edir. Belə olan halda, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının hüququnun yarandığı xx.xx.2018-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 60 yaşın tamam olmasını şərt kimi müəyyən etmişdir. İddiaçı hazırda ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində maddəsində nəzərdə tutulurdu. Belə ki, qüvvədə olan ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ƏPQ-nin qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi staj 25 ildən az olmamalıdır. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının azı 12 il 6 ay güzəştli iş stajı mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, işdən görünür ki, cavabdeh iddiaçının xx.xx.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajının olmasını mübahisələndirmir. Çünki işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 7 ay 13 gün əmək stajı (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci İl, xx.xx.1988-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) mövcuddur. Belə olan halda aydındır ki, hazırkı iş üzrə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixə azı 12 il 6 ay güzəştli iş stajı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İddiaçı iddia ərizəsində xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1988ci il tarixdən xx.xx.2005-ci il tarixədək Azərbaycan Dəmir Yolları İdarəsində işlədiyi dövrlərin güzəştli olmasını qeyd etmişdir. Məhkəmə həmin dövrləri araşdırmaq üçün aidiyyəti qurumlara sorğu vermişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Dəmir yolunun ŞÇ-8 Elektrik sahəsinin sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1981-ci il tarixli 405 nömrəli əmrlə İ dərəcəli “elektrik mantyor” qəbul edilməsi, xx.xx.1985-ci il tarixli 224 nömrəli əmrlə işdən azad olunması, xx.xx.1988-ci il tarixli 42 nömrəli əmrlə “baş növbətçi” qəbul edilməsi, xx.xx.1989-cu il tarixli 168 nömrəli əmrlə vəzifəsini “elektrik mexanik” vəzifəsinə dəyişməsi, xx.xx.2005-ci il tarixli 5 nömrəli əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. İşdə olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-1/2-8980/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 13-1-10/2-275/2023 nömrəli məktublarından görünür ki, İddiaçı ADY-nin Naxçıvan işarəvermə və rabitə distansiyasında çalışdığı işarəvermə, mərkəzləşdirmə və bloklaşdırma qurğularının elektrik montyoru və elektrik mexaniki, Naxçıvan hissəsində çalışdığı yolayırma postunun baş növbətçisi vəzifə və peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Eyni zamanda, İddiaçı müvafiq strukturlarda çalışdığı işarəvermə, mərkəzləşdirmə və bloklaşdırma qurğularının elektrik montyoru və yolayırma postunun baş növbətçisi peşələri üzrə işlərin xüsusiyyətləri əmək qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 1997-ci il 22 oktyabr tarixli 33-19 nömrəli qərarı ilə təsdiq olunmuş “Dəmir yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid X1 təsbit edilmişdir. Həmçinin işarəvermə, mərkəzləşdirmə və bloklaşdırma qurğularının elektrik mexaniki vəzifəsi üzrə işlərin xüsusiyyətləri avadanlıqların işinin tənzimlənməsi və saz vəziyyətdə olmasının yoxlanılmasından, istismar vaxtı keçmiş rele və blokların yenisi ilə əvəz edilməsindən, kabelləşmə işinin təlimata və qaydalara uyğun həyata keçirilməsinin təmin edilməsindən ibarətdir. Sözügedən sorğuda göstərilən digər xüsusatlarla bağlı (iddiaçının işə qəbul və işdən azad olunma əmrləri, çalışdığı müəssisənin nizamnaməsi, əməkhaqqına əlavələr edilməsi, qısaldılmış iş vaxtının tətbiq edilməsi və əlavə məzuniyyətlərin verilməsi barədə sənəd) arxivdə hər hansı hüquqi sənəd aşkar olunmamışdır. Həmçinin “X7” MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda isə qeyd olunmuşdur ki, 13-1/3-74-33618/2024 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən İddiaçı “X7” MMC-də işlədiyi elektromontyor və elektro-mexanik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 22-ci abzasında qeyd olunmuş (magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları) vəzifəsinə uyğun deyildir. Göründüyü kimi, işəgötürən iddiaçının işlədiyi vəzifələrin güzəştli vəzifələrə aid olmadığını bildirmiş, şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair arayışı məhkəməyə təqdim etməmişdir. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tətbiqi üçün ikinci şərti, azı 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın olması tələbini ödəmir, buna görə də ona həmin qanunvericiliyə əsasən 57 yaşdan pensiya təyin edilə bilməz. İddiaçı onunla birlikdə işləyən digər şəxslərə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edildiyini bildirmiş, məhkəmə həmin şəxslərə dair pensiya işinin əldə edilməsi üçün cavabdeh inzibati orqana sorğu vermişdir. İşdə olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-118759/2024 nömrəli məktubundan görünür ki, vətəndaş X4 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də, adıçəkilən şəxsə dair Mərkəzi Filialda pensiya işi mövcud olmadığından məktubda qeyd edilən sənədlərin göndərilməsinə dair məsələyə münasibət bildirilməsi mümkün deyil. Əlavə olaraq, vətəndaş X2 Mərkəzi Filial tərəfindən xx.xx.2017-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənilir. Bu səbəbdən də adıçəkilən şəxsin pensiya işinə dair sənədlərdə güzəştli arayış mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan aydın olur ki, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin ona 57 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-369/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-369/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver