Məhkəmə qərarları › İş №2-1(112)-3691/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3691/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3691/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) X3, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh Başçısının 12.06.2020-ci il tarixli 116 nömrəli sərəncamının ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh Başçısının 12.06.2020-ci il tarixli 116 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 558 nömrəli 16.04.1997-ci il tarixli Sərəncamı ilə X1 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna uçot siyahısına daxil edilmişdir. 30.09.2009-cu il tarixdə həyat yoldaşı Əliyev Əlihüseyn vəfat etdikdən sonra Cavabdeh Başçısının 427 nömrəli 15.12.2009-cu il tarixli Sərəncamı ilə ərinin vəfat etməsi ilə əlaqədar onun ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi onun adına keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərara əsasən mənim kart hesabıma (Hesab nömrəsi: AZ35İBAZ********************) 30.01.2010-cu il tarixdən başlayaraq 2020-ci ilin yanvar ayının 30 taixinədək mənzil kirayəsi xərcləri ödənilmişdir. Qeyd olunan tarixdən sonra kirayə haqqı dayandırıldı. Bununla bağlı olaraq mən cavabdehə müraciət etdim. Mənə ilkin olaraq bildirdilər ki, narahat olmayın kirayə haqları ödəniləcək. Lakin cavabdeh tərəfindən mənzil kirayə xərcinin ödənilmədiyini görüb rəsmi olaraq ərizə ilə müraciət etdim. Ərizəmə cavab olaraq cavabdeh Ə-86/6-068/6-tl2 saylı 26.10.2021-ci il tarixli cavab məktubunda mənzil növbəsinin mənim adıma keçirilməsi barədə Cavabdeh Başçısının 427 nömrəli 25.12.2009-cu il tarixli Sərəncamının rayon İcra Hakimiyyətinin Mənzil məsələləri üzrə Komissiyasında müzakirə olunduğunu və qanunvericiliyin tələbinə uyğun olmadığından ləğv olunması barədə qərar qəbul olunduğu qeyd edilmişdi. Yalnız həmin Qərarın mənə verilməsinin təmin edilməsi barədə müraciətimdən sonra cavabdeh tərəfindən Ə-86/6-068/6-tl2 saylı 26.10.2021-ci il tarixdə məktuba əlavə olaraq Cavabdeh Başçısının 116 nömrəli 12.06.2020-ci il tarixli Sərəncamı mənə təqdim olundu. Qeyd olunan Sərəncama əsasən mən İddiaçı ailə üzvlərimlə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmaqla Cavabdeh Başçısının 427 nömrəli 25.12.2009-cu il tarixli Sərəncamının ləğv olunması qərara alınmışdır. Sərəncamın ləğv olunmasına əsas kimi “Hərbi qulluqçuların statutsu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvülərinin mənzil növbəsinə götürülməsi nəzərdə tutulmaması göstərilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərə seçdikləri yaşayış yerinə gəldikləri gündən sonra 3 aydan artıq müddətə və mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərcləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə həmin şəxslərin müvəqqəti yaşayış yeri üzrə yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilir. X1 silahlı qüvvələr veteranı olmuşdur. Xidməti vəzifəsini yerinə yetirərkən 1-ci qrup müddətsiz əlillik dərəcəsi verilmişdir, daimi kənar şəxslərin qulluğuna möhtacdır. 18 ildən çox hərbi xidmətdə olmuşdur. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür. X9 2009-cu ildə vəfat etdi. Həmin vaxta qədər mənzillə təmin olunmadığımız üçün ərimin vəfatından soma tərəfimdən cavabdehə yenidən sənədlər təqdim olunmaqla Cavabdeh Başçısının 427 nömrəli 25.12.2009-cu il tarixli Sərəncamı ilə ərimin vəfat etməsi ilə əlaqədar onun adma ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsi mənim adıma keçirildi. Məhz mənzillə təmin olunmadığımız üçün (ərimin vəfatından sonra mənə) 2020-ci ilin yanvar ayı da daxil olmaqla cavabdeh tərəfindən hər ay mənzil kirayə xərci ödənilirdi. Hal-hazırkı vaxta qədər mənzil şəraitimi yaxşılaşdırmağa ehtiyacım olduğum və mənzillə təmin olunmadığım halda cavabdeh tərəfin ərimin vəfatı ilə əlaqədar məni ehtiyatda olan hərbi qulluqçuların ailə üzvü kimi güzəştli mənzil növbəsində çıxarılması tam əsassızdır. Hal-hazıra qədər mənzillə təmin olunmadığımız üçün mən Bakı şəhəri. Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayədə yaşayırıq. Mən mənzil kirayə haqqı ödəyirəm. Mən 1955-ci il təvəllüdlü olmaqla hazırda 66 yaşım var. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsnin 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisama, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydamı nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Yerli icra hakimmiyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Həmin maddənin 7-ci hissəsinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlıbirləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana ki isə kirayə evi ilə təmin edilirlər). Azərbaycan Respublikası Hərbi qulluqçuların statusu haqqında Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 40-cı maddəsi isə mənzil sahəsi normasını adambaşına 12 kv.m. müəyyən etmişdi. Beləliklə, cavabdehin inzibati aktda istinad etdiyi qanun oxşar münasibətlərdə hər bir halda vətəndaşların hüquqi vəziyyətini pisləşdirdiyindən cavabdeh tərəfdən qəbul edilmiş inzibati akt qanunsuz hesab edilməlidir. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt mahiyyətcə qanuna zidd olmuş və onun hüquqlarını pozmuşdur. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərara əsasən, indiyə qədər yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış, yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Bakı şəhərində 47,30 manat, başqa şəhər və rayon mərkəzlərində 33 manat, digər yaşayış məntəqələrində 28 manat nağdsız qaydada kompensasiya ödənilib. Dəyişikliyə əsasən, bu məbləğ artırılaraq Bakı şəhərində 47,30 manatdan 150 manata, başqa şəhər və rayon mərkəzlərində 33 manatdan 75 manata, digər yaşayış məntəqələrində 28 manatdan 55 manata çatdırılıb. Eyni zamanda Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay 100 manat məbləğində kompensasiya müəyyənləşib. Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

3. Bakı şəhəri Yasamal icra Hakimiyyəti Başçısının “Ə.Ə.Əliyevin vəfat etməsi ilə əlaqədar mənzil uçotunun həyat yoldaşı İddiaçı adına keçirilməsi haqqında” 25.12.2009-cu il tarixli 427 nömrəli Sərəncamına əsasən X4 05.10.1992-ci il tarixdən yaşayış yeri üzrə ehtiyatda olan zabit kimi güzəştli mənzil uçotundadır. Onun həyat yoldaşı İddiaçı halhazırda rayon icra hakimiyyətinə müraciət edərək, h/yoldaşı Ə.Əliyevin vəfat etdiyini bildirmiş və mənzil uçotunun öz adına keçirilməsini xahiş etmişdir. Qeyd olununları nəzərə alaraq X2 vəfat etməsi ilə əlaqədar mənzil uçotu həyat yoldaşı İddiaçı adma keçirilmiş və o uçotda 5 nəfərlə hesab edilmişdir (özü, 2 qızı, 2 oğlu).

4. “Cavabdeh Başçısının 427 nömrəli, 25.12.2009-cu il tarixli Sərəncamının ləğv edilməsi haqqında” Cavabdeh Başçısının 12.06.2020-ci il tarixli 116 nömrəli Sərəncamına əsasən, Cavabdeh Başçısının 558 nömrəli, 16.04.1997-ci il tarixli Sərəncamı ilə vətəndaş X4 yaşayış yeri üzrə ehtiyatda olan zabitlərin güzəştli mənzil uçotuna götürülmüşdür və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 427 nömrəli, 25.12.2009-cu il tarixli Sərəncamı ilə Ə.Əliyevin vəfat etməsi ilə əlaqədar mənzil uçotu onun həyat yoldaşı İddiaçı adına keçirilmişdir. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından vətəndaş İddiaçı və onun ailə üzvlərinin Cavabdeh mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı və onun ailə üzvləri Cavabdeh mənzil növbəsindən çıxarılmış; Cavabdeh Başçısının 427 nömrəli, 25.12.2009-cu il tarixli Sərəncamı ləğv olunmuşdur.

5. İddiaçının müraciətinə cavab olaraq Cavabdeh tərəfindən bildirilmişdir ki, Cavabdeh Başçısının 558 nömrəli, 16.04.1997-ci il tarixli Sərəncamı ilə vətəndaş X4 yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 427 nömrəli, 25.12.2009cu il tarixli sərəncamı ilə həyat yoldaşı Ə.Əliyevin vəfat etməsi ilə əlaqədar onun mənzil növbəsi onun adına keçirilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə mənzil kirayə haqqlarının ödənilməsi nəzərdə tutulmadığından Cavabdeh Başçısının 116 nömrəli, 12.06.2020-ci il tarixli Sərəncamı ilə o, ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə mənzil kirayə haqqlarının ödənilməsi nəzərdə tutulmadığından Cavabdeh Başçısının 116 nömrəli, 12.06.2020-ci il tarixli Sərəncamı ilə o, ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü mübahisələndirməyə dair iddiadır.

9. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

12. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

13. Mübahisələndirilən əmrin (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır. İddia məhkəmədə 11.11.2021-cu il tarixdə qaldırılmışdır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının hərbi qulluqçunun ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış olması, yəni Cavabdeh Başçısının 25.12.2009-cu il tarixli 427 nömrəli sərəncamı onun “mülkiyyət”dirmi? Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

19. “X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

20. Məhkəmə hazırki iş üzrə araşdırmanı X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

21. Məhkəmə hesab edir ki, Cavabdeh Başçısının 25.12.2009-cu il tarixli 427 nömrəli sərəncamı iddiaçının mülkiyyət hüququnu təşkil etmişdir. Odur ki, Cavabdeh Başçısının mübahisələndirilən 12.06.2020-ci il tarixli 116 nömrəli sərəncamı iddiaçının mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir.

22. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin 5-ci hissəsinə əsasən, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.

24. Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulması ilə bağlı cavabdeh qurum tərəfindən hər hansı hal təqdim edilməmişdir. Mübahisələndirilən sərəncam qanunsuz əlverişsiz inzibati aktdır.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

26. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.

27. Odur ki, məhkəmə tərəfindən müdaxilənin qanuniliyi müəyyən edilmədiyindən müdaxilənin qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsinə qiymət vermək zərurəti yoxdur.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh Başçısının 12.06.2020-ci il tarixli 116 nömrəli sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar