Məhkəmə qərarları › İş №2-1(112)-3694/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3694/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3694/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, hərbçi, işləmir), iddiaçının vəkili Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, vəkil) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiaçıya ödənilməyən maaşlarının hesablanaraq iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasına məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ.Mübahisənin predmeti. 1.İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiа ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə mürаciət еdərək N nömrəli hərbi hissədə 2008-ci ildən 2011-ci ilin iyun ayına kimi vertalyot eskadrilyasında şturman vəzifəsində xidmət edərkən uçuşlara buraxılmağa görə ödənilməyən vəzifə maaşı olan 5N (beş yüz on) manat, 2011-ci ilin iyun ayından 2012-ci ilin oktyabr ayına kimi 850 (səkkiz yüz əlli) manatın 30 %-ni və həmin illərdə ilin yekununa görə qanunvericiliklə nəzərdə tutulmuş, lakin iddiaçıya ödənilməmiş 13-cü və 14-cü maaşlarının hesablanaraq iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1994-cü ildə Qala qəsəbəsi X1 Mərkəzinə kursant qismində işə qəbul olunmuşdur, həmin məktəbi 1997-ci ildə zabit qismində təyyarəçi-şturman ixtisası üzrə bitirmişdir.Hərbi məktəbi bitirdikdən sonra hərbi xidmətə N nömrəli hərbi hissədə vertalyot eskadriyasında şturman vəzifəsində başlamışdır.1999-cu ildə Nasosnu adlanan yaşayış məntəqəsində yerləşən “N” saylı hərbi hissədə uçuş rəhbərinin köməkçisi vəzifəsində hərbi xidmətini davam etdirmişdir. 2000-ci ildə N nömrəli hərbi hissədə 1-ci vertalyot eskadrilyasında təyyarəçi- operator vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissədə N il ərzində xidmət edərkən ixtisasına və tutduğu vəzifəyə uyğun olaraq uçuşlarda iştirak etmək istəmiş, lakin hər dəfə heç bir qanuni əsas olmadan uçuşlara buraxmılmamışdır.O, bu barədə yuxarı komandanlığa şikayət etsə də lakin şikayətlərinə baxılaraq iddiaçıya cavab verilməmişdir.N nömrəli hərbi hissədə uçuşlara buraxılmamağı barədə yuxarı komandanlığa yazdığı şikayətlərə görə 2008-ci ildən 2012-ci ilə kimi hər ilin yekununda zabit və gizirlər üçün qanunvericilikdə nəzərdə tutulmuş 13-cü və 14-cü əmək haqqından qanunsuz olaraq məhrum edilmişdir, uçuşa görə əmək haqqının 30%-i qanunsuz ödənilməmişdir. N nömrəli hərbi hissədə xidmət edərkən xidməti və maddi hüquqları (müraciət və şikayət etmək, uçuşlarda iştirak etmək, 13-cü və 14-cü əmək haqqını almaq və s.) mütəmadi olaraq məhdudlaşdırıldığı üçün məcburiyyət qarşısında qalıb qanunvericiliyə uyğun olaraq öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılmağı barədə hərbi hissə komandirinə raportla müraciət etmişdir. Hərbi xidmətdən öz istəyi ilə tərxis edilməsi barədə yazdığıa raport N nomrəli hərbi hissədə baxılmadığı üçün iddiaçı bununla bağlı iddia tələbi ilə müvafiq məhkəməyə müraciət etmiş və tərxis edilməyi haqqında olan iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəf olan Müdafiə Nazirliyi məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versə də apellyasiya məhkəməsi l-ci instansiya məhkəməsinin qərarını dəyişmədən qüvvədə saxlamışdır. Hərbi hissədə öz istəyi ilə ordu sıralarından tərxis edilməyi barədə raport yazdığına və müvafiq məhkəmələrdə bu haqda iddia qaldırdığına görə iddiaçı qanunsuz olaraq xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxıldı. Halbuki N nömrəli hərbi hissədə 2003-cü ildən 2008-ci ilə kimi qulluq edərkən vaxtaşırı olaraq hərbi hissədə qaravul növbətçisinin köməkçisi təyin edilmişdir, uçuşlarda müntəzəm olaraq iştirak etmişdir, döyüş növbətçisi olmuşdur, xidmətdə fərqləndiyinə görə hərbi hissədə təşəkkür almışdır, N il xidmətə görə medal ilə təltif edilmişdir.Lakin N nömrəli hərbi hissədə kiçik zabitlərin şərəf məhkəməsi keçirilmədən və müvafiq qərar olmadan qanunsuz olaraq xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmşdır. N nömrəli hərbi hissədə vertalyot eskadrilyasında şturman vəzifəsində xidmət edərkən 2008-ci ildən 2011-ci ilin iyun ayına kimi vəzifə maaşı 5N (beş yüz on) manat, 2011-ci ilin iyun ayından 2012-ci ilin oktyabr ayına kimi isə 850 (səkkiz yüz əlli) manat təşkil edirdi. 2008-ci ildən 2011-ci ilin iyun ayına kimi vertalyot eskadrilyasında şturman vəzifəsində xidmət edərkən uçuşlara buraxılmağa görə ödənilməyən vəzifə maaşının 30 %-nın və həmin illərdə ilin yekununa görə qanunvericiliklə nəzərdə tutulmuş, lakin ödənilməmiş 13-cü və 14-cü maaşlarının hesablanaraq iddiaçıya ödənilməsi barədə Müdafıə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərmişdir ki, İddiaçı xidməti vəzifələrinin icrası zamanı yol verdiyi kobud nöqsanlara görə ona xx.xx.2008-ci ildə “töhmət”, xx.xx.2008-ci ildə “şiddətli töhmət” elan edilərək intizam qaydasında cəzalandırılmış, xx.xx.2008-ci il tarixdə uçuşlardan kənarlaşdırılmışdır. Bu şəbəbdən də Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2002-ci il tarixli əmrinin tələblərinə əsasən döyüş hazırlığının nəticələrinə əsasən 2008-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı ödənilməmişdir. 24 dekabr 2008-ci il tarixdə üçüş heyətinin bilik səviyyəsinin yoxlanılması və 2009-cu tədris ilində uçuşlara buraxılmaları üçün uçuş heyətindən məqbullar götürülmüş və məqbulların nəticələrinə əsasən İddiaçı qeyri-kafi qiymət aldığı üçün xx.xx.2009-cu il tarixdən uçuşlardan kənarlaşdırılmışdır. 2011-ci ilin iyun ayına qədər məqbulları verə bilmədiyinə görə uçuş heyəti üçün xüsusi şəraitə ğörə nəzərdə tutulmuş 30% və həmin il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı iddiaçıya verilməmişdir. Xidməti vəzifələrinin icrası zamanı yol verdiyi kobud nöqsanlara görə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2012-ci il tarixli, 0364 nömrəli əmri ilə “Hərbi xıdmətkeçmə haqqında Əasanamə”nin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa gorə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N ildən artıq müddət əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqelərinin müdafiəsini mümkünsüz etmiş olur.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçisinin təqsiri olmadığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısı alınmaz hallar, eləcədə müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verə bilməz. İddiaçı yuxarıda qeyd edildiyi kimi 1 illik müddət ərzində (xx.xx.2019) əmri mübahisələndirsə də, müddəti ötürmədiyini qeyd etmiş, məhkəmə icraatı zamanı prosessual müddətin bərpası barədə ərizə verməmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 4.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 6.Cavabdehin etirazında iddia müddətinin tətbiq edilməsi ilə bağlı göstərilənlərə isə məhkəmə qiymət verərək qeyd edir ki,Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.İnzibati mübahisələri tənzimləyən qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikasının İPM-də 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmamışdır.

İİİ. Tərəflərin çıxışları və tədqiq edilən sənədlər.

8.İddiaçı R.Allahverdiyev, iddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. 9.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən iddiaçı cavabdehdən N nömrəli hərbi hissədə 2008-ci ildən 2011-ci ilin iyun ayına kimi vertalyot eskadrilyasında şturman vəzifəsində xidmət edərkən uçuşlara buraxılmağa görə ödənilməyən vəzifə maaşı olan 5N (beş yüz on) manat, 2011-ci ilin iyun ayından 2012-ci ilin oktyabr ayına kimi isə 850 (səkkiz yüz əlli) manatın 30 %-ni və həmin illərdə ilin yekununa görə qanunvericiliklə nəzərdə tutulmuş, lakin ödənilməmiş 13-cü və 14-cü maaşlarının hesablanaraq iddiaçıya dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir; N nömrəli hərbi hissənin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, 2007-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının ödənilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 120 saylı, xx.xx.2002ci il tarixli əmrinin tələblərinə və keçən ilin döyüş hazırlığının nəticələrinə görə iddiaçı barədə hərbi hissə komandirinin xx.xx.2007-ci il tarixli 372 nömrəli əmri ilə “Uçuşlardan kənarlaşdırma" əmri verildiyinə görə ona 13-cü və 14-cü əmək haqqının 50%-i verilmişdir), xx.xx.2008-ci ildə məqbullardan qeyri-kafi qiymət aldığına görə hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən uçuşlardan kənarlaşdırımışdır.2008-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının ödənilməsi haqqında hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli 65 nömrəli əmrinə əsasən döyüş hazırlığının tələblərinə uyğun olaraq xidməti vəzifələrində buraxdığı kobud nöqsanlara və hərbi hissənin ictimai işlərində zəif iştirak etdiyinə görə iddiaçıya xx.xx.2008-ci il tarixində “töhmət”, xx.xx.2008-ci ildə “şiddətli töhmət” verilmiş, xx.xx.2008-ci il tarixində uçuşlardan kənarlaşdırıldığına görə iddiaçıya birdəfəlik pul mükafatının ödənilməməsi qərara alınmışdır, 24 dekabr 2008-ci il tarixində uçuş heyətinin bilik səviyyələrinin yoxlanılması və 2009-cu tədris ilində uçuşlara buraxılmaları üçün uçuş heyətindən məqbullar götürülmüş, məqbulların nəticələrinə görə iddiaçı məqbullardan qeyrikafi qiymət aldığı üçün xx.xx.2009-cu ildə hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən uçuşlardan kənarlaşdırılmışdır. 2011-ci ilin iyun ayına qədər məqbulları verə bilmədiyinə görə iddiaçıya uçuş heyəti üçün xüsusi şəraitə görə nəzərdə tutulmuş 30% və 13-cü və 14-cü əmək haqları verilməmişdir; N sayli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2009-cu il tarixli əmrinə əsasən 24 dekabr 2008-ci il tarixində uçuş heyətinin bilik səviyyələrinin yoxlanılması və 2009-cu tədris ilində uçuşlara buraxılması üçün uçuş heyətindən götürülən məqbullardan qeyri-kafi qiymət aldığına iddiaçı uçuşlardan kənarlaşdırılmışdır; Xasiyyətnaməyə əsasən iddiaçı N nömrəli hərbi hissədə hərbi xidmət etdiyi müddətdə müsbət xarakterizə olunmuşdur. N.Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş: N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2009-cu il tarixli əmrinə əsasən iddiaçıya xidməti vəzifəsinin icrası zamanı buraxdığı kobud nöqsanlara görə xx.xx.2008-ci ildə töhmət, xx.xx.2008-ci ildə şiddətli töhmət verilmiş, xx.xx.2008-ci ildə uçuşlardan kənarlaşdırıldığı üçün 2008-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı verilməmiş, 397 nömrəli, xx.xx.2009-cu il tarixli əmrə əsasən 2009-cu il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı 360 №li, xx.xx.2009-cu il tarixli “xidməti vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq əmri”ni icra etməkdən imtina etdiyinə görə ödənilməmiş, N nömrəli, xx.xx.20N-cu il tarixli əmrə əsasən xidmətindəki ciddi nöqsanlara görə 20N-cu il üzrə birdəfəlik pul mükafatı ödənilməmişdir, 302 nömrəli, xx.xx.2011-ci il tarixli əmrə əsasən xx.xx.2011-ci il tarixli, 292 nömrəli əmrlə İddiaçı 975 manat mükafatın verilməsi əmr edilmişdir, N nömrəli hərbi hissənin xx.xx.2011-ci il tarixli, 193 nömrəli əmrinə əsasən iddiaçı 2011-ci ilin yanvar-iyul aylarındakı xidmətə görə birdəfəlik pul mükafatı almağa layiq olmamışdır, N nömrəli hərbi hissə komandirinin 2N nömrəli, xx.xx.2008-ci il tarixli, N nömrəli, xx.xx.2008-ci il tarixli, 360 nömrəli, xx.xx.2009-cu il tarixli əmri ilə iddiaçıya intizam tənbehləri verilmişdir; N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli N nömrəli əmrinə əsasən UAT-2003, RQ və RTT, AİT və AXT rəhbəredici təlimatlara əsaslanaraq 2008-ci il texnikanın payız-qış mövsümünə keçidi ilə əlaqədar olaraq, hərbi hissənin şəxsi heyətindən məqbullar qəbul edilmiş, baş leytenant İddiaçı məqbullardan "qeyri-kafi" qiymət aldığı üçün 1 (bir) ay uçuşlardan kənarlaşdırılmış, eləcə də, hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli N nömrəli əmrinə əsasən 24 dekabr 2008-ci il tarixdə uçuş heyətinin bilik səviyyələrinin yoxlanılması və 2009-cu tədris ilində uçuşlara buraxılmaları üçün uçuş heyətindən məqbullar götürülmüş, məqbulların nəticəsinə görə baş leytenant İddiaçı məqbullardan “qeyri kafi” qiymət aldığı üçün uçuşlardan kənarlaşdırılmış və ehtiyata buraxıldığı xx.xx.2011-ci il tarixədək məqbulları verə bilmədiyinə görə uçuş heyəti üçün xüsusi şəraitə görə nəzərdə tutulmuş 30% əmək haqqına əlavə ödənilməmişdir.Hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli, 65 nömrəli əmrinə əsasən iddiaçıya xx.xx.2008-ci il tarixdə “töhmət”, xx.xx.2008-ci il tarixdə “şiddətli töhmət” elan edilmiş və xx.xx.2008-ci il tarixli, N nömrəli əmrinə əsasən uçuşlardan kənarlaşdırıldığına görə 2008-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı almamışdır.Hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli, 397 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.2009-cu il tarixli, 360 nömrəli əmrə əsasən əmri icra etməkdən imtina etdiyinə görə “Xidməti vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” aldığına görə 2009-cu il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı almamışdır.Hərbi hissə komandirinin N nömrəli, xx.xx.20N-cu il tarixli əmrinə əsasən iddiaçı xidmətindəki ciddi nöqsanlara görə 20N-cu il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı almamışdır, hərbi hissə komandirinin xx.xx.2011-cu il tarixli 302 nömrəli əmrinə əsasən iddiaçı 2011-ci il üçün nəzərdə tutulmuş 975,00 manat birdəfəlik pul mükafatı almışdır.

İV.Məhkəmənin mövqeyi 11.Məhkəmə iddia ərizəsini, cavabdehin etirazını nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. 12.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 13.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqında” 562 saylı, xx.xx.1992-ci il tarixli qərarnın 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir, o cümlədən: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 22 saylı, xx.xx.2017-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”si təsdiq edilmiş və həmin Əsasnamədə birdəfəlik pul mükafatları ilə bağlı məsələ aşağıdakı kimi tənzimlənmişdir: 96-cı maddə. Müddətli xidmət hərbi qulluqçularına xüsusi qulluq şəraitinə görə aşağıdakı miqdarlarda aylıq əlavə ödənilir:ç) vəzifə maaşının 30 faizi – uçuş heyətinin vəzifələrində xidmət edən və təyyarələrin, vertolyotların ekipajları tərkibində döyüş (təlim uçuş) hazırlığı planlarına əsasən uçuşlar həyata keçirən zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçularına. 14.İşin faktiki hallarına əsasən 2008-ci il texnikanın payız-qış mövsümünə keçidi ilə əlaqədar olaraq, hərbi hissənin şəxsi heyətindən qəbul edilmiş məqbullardan iddiaçı "qeyri kafi" qiymət aldığı üçün 1 (bir) ay uçuşlardan kənarlaşdırılmış, eləcə də, hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli N nömrəli əmrinə əsasən 24 dekabr 2008- ci il tarixdə uçuş heyətinin bilik səviyyələrinin yoxlanılması və 2009-cu tədris ilində uçuşlara buraxılmaları üçün uçuş heyətindən götürülmüş məqbullardan “qeyri kafi” qiymət aldığı üçün iddiaçı uçuşlardan kənarlaşdırılmış və ehtiyata buraxıldığı xx.xx.2011-ci il tarixədək məqbulları verə bilmədiyinə görə uçuş heyəti üçün xüsusi şəraitə görə nəzərdə tutulmuş 30% əmək haqqına əlavə ödənilməmişdir, hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli, 65 nömrəli əmrinə əsasən idiaçıya xx.xx.2008-ci il tarixdə “töhmət”, xx.xx.2008-ci il tarixdə “şiddətli töhmət” verildiyinə və xx.xx.2008-ci il N nömrəli əmrə əsasən o, uçuşlardan kənarlaşdırıldığına görə ona 2008-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı verilməmişdir, hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli 397 nömrəli əmrinə əsasən iddiaçı əmri icra etməkdən imtina etdiyinə görə “Xidməti vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” aldığına görə 2009-cu il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı almamışdır, hərbi hissə komandirinin N nömrəli, xx.xx.20N-cu il tarixli əmrinə əsasən baş leytenant İddiaçı xidmətindəki ciddi nöqsanlara görə 20N-cu il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatı almamışdır. Qeyd edilən əmrlər hal-hazırda qüvvədədirlər, heç bir inzibati orqan və məhkəmə tərəfindən ləğv edilmədikləri üçün həmin əmrlər əsasında iddiaçının tələb etdiyi məbləğlərin ödənilməməsi ilə ifadə olunan cavabdehin hərəkətləri qanunauyğundur. 15.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 16.Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. 17.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 18.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir.

19. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissədə 2008-ci ildən 2011-ci ilin iyun ayına kimi vertalyot eskadrilyasında şturman vəzifəsində xidmət edərkən uçuşlara buraxılmağa görə ödənilməyən vəzifə maaşı olan 5N (beş yüz on) manat, 2011-ci ilin iyun ayından 2012-ci ilin oktyabr ayına kimi 850 (səkkiz yüz əlli) manatın 30 %-ni və həmin illərdə ilin yekununa görə qanunvericiliklə nəzərdə tutulmuş, lakin iddiaçıya ödənilməmiş 13-cü və 14-cü maaşlarının hesablanaraq iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. 20.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 1N.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 21.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 1N-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissədə 2008-ci ildən 2011-ci ilin iyun ayına kimi vertalyot eskadrilyasında şturman vəzifəsində xidmət edərkən uçuşlara buraxılmağa görə ödənilməyən vəzifə maaşı olan 5N (beş yüz on) manat, 2011-ci ilin iyun ayından 2012-ci ilin oktyabr ayına kimi 850 (səkkiz yüz əlli) manatın 30 %-ni və həmin illərdə ilin yekununa görə qanunvericiliklə nəzərdə tutulmuş, lakin iddiaçıya ödənilməmiş 13-cü və 14-cü maaşlarının hesablanaraq iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar