Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3695/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 02.07.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1961-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə 07.09.1978-ci ildə başlamışdır və hal-hazırda əmək fəaliyyətini davam etdirir. 1980-1965-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdır. 05.11.1985-ci ildən 30.05.1987-ci illərda Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli iş stajı, tələb olunan miqdarda pensiya kapitalı yığımı olduğu və 60 yaşı tamam olduğu üçün 2021-ci ilin avqust ayında DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin idarənin 14.10.2021-ci il tarixli **********0 saylı cavab məktubunda göstərilir ki, onun güzəştli iş stajı 12 il, 06 ay əvəzinə 12 il, 5 ay, 02 gün təşkil edir və ona görə də əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Halbuki, onun güzəşt hüququ verən vəzifə üzrə sosial sığorta stajı 12 il 10 ay 27 gün təşkil edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22 noyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı Filiala 12.08.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə iddiaçıya 14 oktyabr 2021-ci il tarixli **********0 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” cavab məktubu göndərilmişdir. Sözügedən məktubun məzmunu ilə razılaşmayan E.Y.X7 25 oktyabr 2021-ci il tarixdə yenidən ərizə ilə müraciət etmişdir. Müraciətə cavab olaraq 23 dekabr 2021-ci il tarixli **********3 nömrəli “Güzəştli şərtlərə pensiya təyinatından imtina haqqında” məktub göndərilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 01.06.1992-21.01.1997-ci il və 01.07.2000-05.01.2001-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərdənizneftinşaat” trestində “Mənzil Kommunal Kontoru”nda usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi “Mənzil Kommunal Kontoru” sahəsi yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Eyni zamanda bildiririk ki, 16 mart 1979-cu İİ tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 19.08.2015-ci il tarixindən bugünədək SOCAR-ın “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümündə iş icraçısı işlədiyi qeyd edildiyi halda, X1 Sistemində həmin dövr ərzində böyük iş icraçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçıya aid məlumatlarda uyğunsuzluqlar mövcuddur. Qeyd edilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir.Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı-İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il tarixdə Salyan rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. ГЕ 130222 №-li hərbi biletin notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 05.11.1985-ci il tarixdən 30.05.1987-ci ilədək hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* №li 16.03.1979-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 07.09.1978-ci ildə Salyan rayon Əhaliyə Məişət Xidməti Kombinatın Mebel Təmiri sexində usra köməkçisi vəzifəsinə təyin edilmişdir (Əmr 129/2 07.09.1978); 15.03.1979-cu ildə işdən azad edilmişdir (Əmr 15.03.1979); 03.09.1979-cu ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Tikintisi Nazirliyinin 2 nömrəli “Azkəndtikinti” trestinin 23 nömrəli TTİ-də 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr 61 №-li, 03.09.1979-cu il); 06.05.1980-ci ildə təhsilin başlaması ilə əlaqədar işdən azad edilmişdir (Əmr 27 №-li, 05.05.1980-ci il); 26.08.1980-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnistutuna Sanitar-texniki fakultəsinə qəbul olunmuşdur (Əmr 126y, 26.08.1980-ci il); 25.07.1985-ci ildə nəzəri kursu tam başa çatdırması ilə əlaqədar inistutudan xaric edilmişdir (Əmr 243y №-li, 25.07.1985-ci il); 01.10.1985-ci ildə “Azsantexnikiquraşdırma” tresti Bakı Quraşdırma idarəsinə 4-cü dərəcəli çilingər-ventiliyasiyaçı qəbul edilmişdir ( Əmr 84 лс №-li, 25.07.1985-ci il); 25.10.1985-ci ildə işdən azad edilmişdir (Əmr 98лс №-li, 25.12.1985-ci il); 05.11.1985-ci ildən 30.05.1987-ci ilə qədər Sovet Ordusunda xidmət etmişdir. 01.07.1987-ci ildə “Azsantexnikiquraşdırma” trestinin “Sənayeventilyasiya” Bakı quraşdırma idarəsinə 5-ci dərəcəli ölçü ustası vəzifəsinə qəbul olunmuşdur (Əmr 39 лс №-li, 30.06.1987-ci il); 23.09.1987-ci ildə “Azsantexnikiquraşdırma” trestinin 2-ci BQİ-nə ixtisası üzrə işinin davam etdirilməsi üçün keçirmə yolu ilə işdən azad edilmişdir (Əmr 59 лс №-li, 22.09.1987-ci il); 23.09.1987-ci ildə “Azsantexnikiquraşdırma” trest 2-ci Bakı Quraşdırma İdarəsində köçürmə yolu ilə 2-ci BQİ-nə çilingər ölçü ustası vəzifəsinə qəbul edilmişdir ( BQİ-2, Əmr 49 лс №-li, 21.09.1987-ci il); 01.01.1989-cu ildə 1-ci BQİ-nə usta vəzifəsinə keçirilmişdir (Əmr 60 лс №-li, 21.09.1987-ci il); 07.09.1990-ci ildə TTİ trestinə keçirilmə ilə əlaqədar işdən azad edilmişdir (Əmr 35 лс №-li, 27.09.1990-ci il); 11.09.1990-cı ildə “Azsantexnikiquraşdırma” trestinin İQİ LKTB-nə 4-cü dərəcəli çilingər-ölçü ustası vəzifəsinə qəbul olunmuşdur (LKTB Əmr 45 лс №-li, 11.09.1990-ci il); 02.01.1991-ci ildə “Xəzərdəniznefsosialtikinti” trestinin THTİ-nə keçirilmə yolu ilə işdən azad edilmişdir (LKTB Əmr 1 №-li, 02.01.1991-ci il); 03.01.1991-ci ildə “KMNSS” trestinin THTİ əsaslı təmir üzrə usta vəzifəsinə qəbul edilmişdir (Əmr 01 №-li, 08.01.1991-ci il); 02.01.1992-ci ildə 23.01.1992-ci il tarixli 11-a saylı əmr-qətnaməyə əsasən THTİ yenidən qurularaq “Xəzərdəniznefsosialtikinti” trestinin 3 nömrəli TQİ adlandırılmışdır, bununla əlaqədar əsaslı təmir üzrə usta vəzifəsinə keçirilmişdir ( Əmr 11a №-li, 23.01.1992-ci il); 01.06.1992-ci ildə “KMNSS” trestinin 724 saylı 25.05.1992-ci il tarixli əmri ilə əlaqədar “KMNSS” trestinə keçirilmişdir (Əmr 65 №-li, 01.06.1992-ci il): 01.06.1992-ci ildə “Xəzərdəniznefsosialtikinti” trestinin mənzil-kommunal kooperativi “KMNSS” trestinin 3 nömrəli TQİ-dən köçürmə yolu ilə əsaslı təmir üzrə usta vəzifəsinə qəbul edilmişdir (Əmr 27/k №-li, 01.06.1992-ci il); 21.01.1997-ci ildə “KMNSS” trestinin 4 nömrəli TQİ-nə keçirilmə yolu ilə işdən azad edilmişdir (Əmr 6/k №-li, 21.01.1997-ci il); 22.01.1997-ci ildə “Azərdənizneftinşaaat” Tresti 4 nömrəli TQİ- “Aker Rauma offşor” fin firması ilə bağlanmış müqaviləyə əsasən köçürmə yolu ilə işə qəbul edilmişdir (Əmr 17 k №-li, 21.02.1997-ci il); 14.04.1997-ci ildə “X9” fin firması ilə bağlanmış müqavilənin başa çatması ilə ələqədar olaraq köçürmə yolu ilə öz əvvəlki işinə qaytarılmışdır (Əmr 36k №-li, 14.04.1997-ci il); 15.04.1997-ci ildə mühəndis vəzifəsinə keçirilmişdir (Əmr 18 №-li, 21.04.1997-ci il); 29.04.1997-ci ildə işdən azad edilmişdir (Əmr 20/k №-li, 29.04.1997-ci il): 07.05.1997-cı ildə “XDNQİ” Tresti 4 nömrəli TQİ-yə köçürmə yolu ilə işə qəbul olunmuşdur (Əmr 52 №-li, 12.05.1997-ci il); 01.06.2000-ci ildə işdən azad edilmişdir (Əmr 43k, №-li, 01.06.2000-ci il); 01.07.2000-ci ildə “Azərdənizneftinşaaat” Trestinin Mənzil Kommunal Kontoru “X10” fin firmasına usta vəzifəsinə qəbul olunmuşdur (Əmr 14/k, №-li, 03.07.2000-ci il); 05.01.2001-ci ildə işdən azad olunmuşdur (Əmr 02/k, №-li, 05.01.2001-ci il); 08.01.2001ci ildə Finlandiyanın “X10” şirkətinin Bakı nümyayəndəliyinə qaz kəsici vəzifəsinə qəbul edilmişdir (Əmr 2 №-li, 24.01.2001-ci il); 16.04.2001-ci ildə “X10” sözləri CSO X10 MMM ilə əvəz edilmişdir; 31.07.2002-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 01.08.2002-ci ildə ARDNŞ/CAMOL Alyans Sazişinin 9.1 bəndinə və 24.07.02-ci il tarixli Alyans Protokoluna uyğun olaraq bağlanmış müvəqqəti əmək müqaviləsi ilə əlaqədar kəsici peşəsinə işə götürülmüşdür (01.08.2002-ci il tarixli, 013-02 saylı əmr, 01.08.2002-ci il tarixli əmək müqaviləsi); 20.04.2004-cü ildə quraşdırıcı peşəsi üzrə işə keçirilmişdir (64-T saylı əmək müqaviləsinə 1 saylı əlavə); 24.03.2006-cı ildə işdən azad edilmişdir (Əmr 081- 06, №-li, 24.03.2006-ci il); 22.06.2007-ci il tarixdə “Neftqaztikinti” tresti 6 saylı Tikinti Quraşdırma İdarəsi Bağlanmış əmək müqaviləsinə əsasən müddətli olaraq 6-cı dərəcəli santexnik peşəsinə qəbul olunmuşdur (Əmr 44/k, №-li, 21.06.2007-ci il); 21.02.2011-ci ildə 3 saylı sahəyə ƏÖD-12 olmaqla iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr 11/k, №-li, 21.02.2011-ci il); 12.11.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr 433/k, №li, 12.11.2014-cü il); 13.11.2014-cü ildə NeftqaztikintiTresti- 5 saylı Tikinti Quraşdırma idarəsi onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq 2 saylı sahəyə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur; 18.08.2015-ci ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr 423/k №-li, 18.08.2015-ci il); 19.08.2015-ci ildə ARDNŞ Neftaztikinti tresti 5 saylı Tikinti Quraşdırma bölməsinə əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 2 saylı sahəyə iş icraçısı vəzifəsinə qəbul edilmişdir (SOCAR 15-2500/ 03.10.00288, 19.08.2015-ci il) 09.10.2019-cu ildə Trestin 5 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə ƏÖD 12 olmaqla iş icraçısı vəzifəsinə keçirilmişdir (SOCAR **********, 0007002B00412, 09.10.2019-cu il) 04.02.2022-ci ildən hal-hazırda həmin vəzifədə işləyir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 11.07.2021-ci il tarixli 01/61 saylı arayışdan görünür ki, İddiaçı 03.01.1991-ci ildə "Xəzərdənizneftsosialtikinti" trestinin Təsərüfat Hesablı Tikinti Sahəsinə əsaslı təmir işləri üzrə usta vəzifəsinə keçirilib (Əmr 01, 08.01.1991); 02.01.1992-ci ildə "Xəzərdənizneftsosialtikinti" trestinin 11 saylı, 23.01.1992ci il tarixli Əmr-Qərarına əsasən Təsərüfat Hesablı Tikinti Sahəsi 3 saylı Tikinti Quraşdırma İdarəsinə çevrilib və həmin dəyişikliklə əlaqədar Əsaslı təmir işləri üzrə usta vəzifəsinə təyin olunub; 01.06.1992-ci il "Xəzərdənizneftsosialtikinti" trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsindən köçürmə yolu ilə Mənzil Kommunal Kontoruna usta vəzifəsinə keçirilib. Əmr27/ş, 01.06.1992-ci ildə -Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Əsaslı İ Tikinti üzrə Baş İdarəsinin 30 saylı, 25.05.1993-cü il tarixli Əmrinə əsasən Mənzil Kommunal Kontoru "Xəzərdənizneftsosialtikinti" trestinin balansından "Azərdənizneftinşaat" trestinin balansına keçirilib. Əmr 30, 25.05.1993-cü il. 21.01.1997-ci il Əmək Məcəlləsinin 36-cı maddəsinə əsasəb köçürmə yolu ilə işdən azad olunub. Əmr 6/ş, 21.01.1997-ci il Qeyd: -Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən "Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı - 06 (altı) il, 0 (sıfır) ay, ) 18 (on səkkiz) gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: yeni tikinti və quraşdırma işləri üzrə USTA işindən ibarət olmaqla , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXVİİ bölməsinə əsasən (KOD 2290000b-23419) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Neftqaztikinti tresti **********80020123X00272 saylı 12 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 25.05.1993-cü il tarixində (əmr № 30, 25.05.1993-cü il) “Azərdəniznetfinşaat” trestinə usta vəzifəsinə işə qəbul edilib və 21.01.1997-ci il tarixində (əmr № 6/k, 21.01.1997-ci il) işdən azad edilib. Əmək stajı 3 il 7 ay 28 gün (üç il yeddi ay iyirmi səkkiz gün) təşkil edir. İddiaçı 22.01.1997-ci il tarixində (əmr № 17k, 21.02.1997-ci il) “Xəzərdənizneftqazinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə usta vəzifəsinə işə qəbul edilib və 14.04.1997-ci il tarixində (əmr № 36k, 14.04.1997-ci il) işdən azad edilib. Əmək stajı 2 ay 24 gün (iki ay iyirmi dörd gün) təşkil edir. İddiaçı 01.07.2000-ci il tarixində (əmr № 14/k, 03.07.2000-ci il) “Azərdəniznetfinşaat” trestinin Mənzil kommunal kontoruna usta vəzifəsinə işə qəbul edilib və 05.01.2001-ci il tarixində (əmr № 02/k, 05.01.2001-ci il) işdən azad edilib. Əmək stajı 06 ay 5 gün (altı ay beş gün) təşkil edir. İddiaçı 22.06.2007-ci il tarixində (əmr № 44/k, 21.06.2007-ci il) “Neftqaztikinti” trestinin 6 sayiı Tikinti Quraşdırma idarəsinə santexnik peşəsinə işə qəbul edilib və 20.02.2011 -ci il tarixinədək həmin peşədə işləyib. 21.02.2011 -ci il tarixindən (əmr № 11-k, 21.02.2011 -ci il) 12.11,2014-cü il tarixinədək iş icraçısı vəzifəsində işləyib. Əmək stajı 3 il 8 ay 23 gün (üç il səkkiz ay iyirini üç gün) təşkil edir. İddiaçı 13.11.2014-cü il tarixində (əmr № 498-k, 13.11.2014-cü il) “Nettqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma idarəsinə iş icraçısı vəzifəsinə işə qəbul edilib və 18.08.2015-ci il tarixində (əmr № 423/k, 18.08.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 6 gün (doqquz ay altı gün) təşkil edir. İddiaçı 19.08.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/03-10-000288, 18.08.2015-ci il) “Neftqaztikinti" trestinin 5 saylı Tikinti Quraşdırma bölümünə iş icraçısı vəzifəsinə işə qəbul edilib və hal-hazıradək bu vəzifədə işləyir. Əmək stajı 5 il 11 ay 24 gün (beş il on bir ay iyirmi dörd gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən zərərli şəraitdə usta və iş icraçısı vəzifələri üzrə İddiaçı iş stajı 14 il 10 ay 20 gün (ön dörd il on ay iyirmi gün) təşkil edir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli **********0 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə 25.05.1993-21.01.1997ci il və 01.07.2000-05.01.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərdənizneftinşaat” trestində “Mənzil Kommunal Kontru”nda usta peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Mənzil Kommunal Kontru” sahəsi yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 2 gün (22.01.1997-14.04.1997-ci il, 08.01.2001-31.07.2002-cı il, 21.02.2011-12.11.2014-cü il, 13.11.2014-08.10.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli **********3 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur.Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 01.06.1992-21.01.1997-ci il və 01.07.2000-05.01.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərdənizneftinşaat” trestində “Mənzil Kommunal Kontru”nda usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Mənzil Kommunal Kontru” sahəsi yuxanda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Eyni zamanda 16 mart 1979-cu il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 19.08.2015-ci il tarixindən hazırki vaxtadək SOCAR-ın “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümündə iş icraçısı işlədiyi qeyd edildiyi halda, X1 Sistemində həmin dövr ərzində böyük iş icraçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, ona dair məlumatlarda uyğunsuzluqlar mövcuddur. Qeyd edilən səbəblərdən də onun güzəştli iş stajını 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04.03.2022-ci il tarixli **********1 saylı cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 21236,91 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 63873,66 manat olmaqla cəmi pensiya kapitalı 85110,57 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 26 il 1 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 21236,91 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 63.873,66 manat pensiya kapitalı qeydə alınmışdır. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 63873, 66 manat pensiya kapitalı qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Neftqaztikinti trestinin SOCAR**********30490075X00214 saylı 21 aprel 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, E.Y Həsənovun işlədiyi santexnik (daxili sanitar-texniki sistem və avadanlıqların quraşdırıcısı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın (Siyahı) “Neftqaztikinti” trestinin fəaliyyət sahəsinə uyğun gələn 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində və Siyahının “35. Umumi peşələr" bölməsində öz əksini tapmamışdır. İddiaçı işlədiyi usta vəzifəsi Siyahının 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b) mütəxəssislər" alt bölməsindəki “tikinti və quraşdırma işləri üzrə ustalar" vəzifəsi ilə, çalışdığı iş icraçısı vəzifəsi isə həmin alt bölmədəki “iş icraçıları" vəzifəsi ilə uyğunluq təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1961-cı il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (02.07.2021) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarındandır İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun müəyyən dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi peşələr “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi” adlanan 29-cu bölməsində nəzərdə tutulmuşdur: b) bəndi “mütəxəssislər” tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 02.07.2021-ci il tarixədək, qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 02.07.2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana 13.08.2021-ci il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşdan, yəni 02.07.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 60 yaşının tamam olduğu 02.07.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3695/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3695/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver