Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3696/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasnın təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il təvəllüdlüdür. 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. 24.11.2020-ci il tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfəndən rəsmi qaydada təqdim edilmiş arayışa əsasən Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozda 1980-ci il (iş – 180, vərəq-66) əsasən 87 adam günü, 1981-ci il (iş 197, vərəq-44) əsasən 60 adam günü müddətində işləmişdir. 15.05.1981-05.05.1983-cü il tarixlərində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə xidmət etmişdir. 02.08.1983-cü ildə (əmr № 61/k, 02.08.1983-cü il) “Leninneft” Neft və Qazçıxartma İdarəsinin (NQÇİ) Tikinti-Quraşdırma İdarəsində (TQİ) 2-ci dərəcəli elektrik qaynaqçı peşəsinə işə qəbul edilmişdir. 19.09.1984-cü ildə (əmr № 65/k, 19.09.1984-cü il) 3cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 03.03.1986-cı ildə (əmr № 22/k, 04.03.1986-cı il) 4-cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 01.08.1986-cı ildə (əmr № 451,11.06.1986-cı il) TQİ Təsərrüfathesabı sahə adlandırılmışdır. 01.09.1988-ci ildə (əmr № 763,23.12.1987-ci il) Təsərrüfathesabı sahə Tikinti-Quraşdırma sexi (TQS) adlandırılmışdır. 01.09.1988-ci ildə (əmr № 536 a, 05.09.1988-ci il) TQS-yə əl ilə qaynaq edən 4-cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli, 173 nömrəli qərarı və "Azneft" İBnin 17.04.1992-ci tarixli, 111 nömrəli əmrinə əsasən "Leninneft” NQÇİ) “Balaxanıneft” NQÇİ adlandırılmışdır. 01.01.1994-cü ildə (əmr № 682,30.12.1993-cti il) əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 01.08.2007-ci ildə (əmr № 386/k, 01,08.2007-ci il) qaynaq işləri ilə məşğul olan qaynaqçılar qrupuna əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 14.04.2008-ci ildə (əmr № 166/k, 14.04.2008-ci il) İstismar avadanlıqlarının təmiri və quraşdırılması sexinin boru kəmərlərinin, çökdürücülərinin,trapların təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçı peşəsinə keçirilmişdir. 01.07.2008-ci ildə (əmr № 289/k, 01.07.2008-ci il) həmin sexin mədənlərdə mancanaq dəzgahlarının, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 25.08.2008-ci ildə (əmr № 373/k, 25.08.2008-ci il) mancanaq dəzgahların, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 01.01.2009-cu ildə (əmr № 894, 30.12.2008-ci il) İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 01.01.2011-ci ildə əmr № 894, 30.12.2010-cu il İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 01.10.2011-ci ildə (əmr № 191-k, 30.09.2011-ci il) 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 31.12.2011-ci ildə (əmr № 826-k, 30.12.2011-ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqdar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. 01.01.2012-ci ildə (əmr № 14/653, 01.01.2012-ci il) istismar təmir mancana dəzgahların, dorların, buruqlara xidmət qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçı peşəsinə keçirilmşdir. 03.07.2017-ci ildə xüsusi texnika sexinin mexaniki emalatxanasına 5ci dərəcəli elektrik qaz qaynaqçı peşəsinə keçirilmişdir. Hal-hazırda bu vəzifədə işləyir. Güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə rəsmi qaydada müraciət etmiş və müraciətində əmək kitabçasında qeyd edilməmiş “24.11.2020-ci il tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9” tərəfindən verilmiş arayışı da, müraciətinə əlavə etmişdir. Arxiv arayışını cavabdehə təqdim etməkdə əsas məqsəd arayışda göstərilmiş əmək fəaliyyəti illərinin ümumi iş stajına əlavə edilməsi idi. Lakin, 22.12.2020-ci il tarixində cavabdeh müraciətindən imtina etmişdir. Cavabdeh onun ümumi iş stajının 24 il 4 ay 12 gün təşkil etdiyini bildirmişdir. Lakin, onun 1980-1981-ci illər üçün koloxozda işlədiyi müddətləri nəzərə almamışdır. Belə ki, "24.11.2020-ci il tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9” tərəfindən verilmiş arayışdan da, göründüyü kimi, 1980-ci ildə 87 adam günü, 1981-ci ildə isə 60 adam günü iş stajı olmuş, Çaxırlı kənd T.İsmayılov adına kolxozda illik adam günü norması kişilər üçün 150 adam günü olmuşdur ki, həmin dövr də nəzərə alınanda onun iş satjı 25 ildən artıq olur. Cavabdeh isə iş stajının 24 il 4 ay 12 gün olması əsası ilə pensiya təyin edilməsindən imtina etmişdir. Nəticədə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia edir ki, 1 yanvar 2006-cı il tarixinədək 25 il ümumi, 12.5 il güzəştli iş stajına malikdir. Buna görə də, ona 57 yaşdan, yəni 02 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Filial 22 dekabr 2020-ci il tarixli, **********3 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək tələb edilən ümumi əmək stajı 25 ildən az təşkil edir. Həqiqətən də, iddiaçının əmək kitabçasından görünür ki, o, 1 yanvar 2006-cı il tarixinədək 25 il ümumi iş staji toplamamışdır. Belə ki, iddiaçı 02 avqust 1983-cü ildən əmək fəaliyyətinə başlayıb. 01 yanvar 2006-cı il tarixinədək olan əmək stajı – 02 avqust 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 01 yanvar 2006-cı ilədək olan müddət 22 il 04 ay 29 gün təşkil edir. İddiaçı, 22 may 1981 - 05 may 1983-cü illərdə (01 il 11 ay 13 gün) hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinədək iddiaçının hərbi xidmət dövrü də, daxil olmaqla ümumi əmək stajı 24 il 03 ay 14 gün təşkil edir. İddiaçının təqdim etdiyi 280 nömrəli, 24 noyabr 2020-ci il tarixli arxiv arayışı mötəbər və iddiaçının iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Ona görə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası (m.3.2.1) və əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (m.3.2.2) əsasında müəyyən edilir. Digər tərəfdən, Arxiv arayışı və əmək kitabçası arasında ziddiyyət vardır. Belə ki, əmək kitabçasında açıq şəkildə qeyd edilib ki, iddiaçı “Leninneft” NQÇİ-nin Tikinti Quraşdırma İdarəsinə işə qəbul edilən tarixədək əmək stajına malik olmayıb. Yəni həmin İdarə iddiaçının ilk iş yeri olub. Təsadüfi deyildir ki, əmək kitabçası da, məhz 02 avqust 1983-cü il tarixdə açılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun yaşa görə tələbinin (57 yaş) iddiaçıya şamil edilə bilməsi üçün onun 01 yanvar 2006-cı ilədək 25 illik ümumi staja malik olması zəruri idi. Bu staja malik olmayan iddiaçının adı çəkilən qanuna istinadən 57 yaşdan pensiya tələb etmək hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfindən İddiaçı barəsində verilmiş 24 noyabr 2020-ci il tarixli, 280 nömrəli arxiv arayışının surətindən görünür ki, Göyçay rayonu Çaxırlı kənd T.İsmayılov adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarında İddiaçı aşağıdakı qaydada əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var: 1980-ci il: 87 adam günü, 131 rubl (iş – 180, vər – 66); 1981-ci il: 60 adam günü, 68 rubl (iş – 197, vər- 44). Çaxırlı kənd T.İsmayılov adına kolxozda illik adam günü norması kişilər üçün 150 adam günü olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 22 may 1981- 05 may 1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçının adına 02 avqust 1983-cü il tarixdə açılmış, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 22.05.1981-05.05.1983-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, 02.08.1983-cü ildə (əmr № 61/k, 02.08.1983-cü il) “Leninneft” Neft və Qazçıxartma İdarəsinin (NQÇİ) Tikinti-Quraşdırma İdarəsində (TQİ) 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 19.09.1984-cü ildə (əmr № 65/k, 19.09.1984-cü il) 3-cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmiş, 03.03.1986-cı ildə (əmr № 22/k, 04.03.1986-cı il) 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.08.1986-cı ildə (əmr № 451,11.06.1986-cı il) TQİ Təsərrüfathesabı sahə adlandırılmış, 01.09.1988-ci ildə (əmr № 763,23.12.1987-ci il) Təsərrüfathesabı sahə Tikinti- Quraşdırma sexi (TQS) adlandırılmış, 01.09.1988-ci ildə (əmr № 536 a, 05.09.1988-ci il) TQS-yə əl ilə qaynaq edən 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli, 173 nömrəli qərarı və "Azneft" İB-nin 17.04.1992-ci tarixli, 111 nömrəli əmrinə əsasən "Leninneft” NQÇİ) “Balaxanıneft” NQÇİ adlandırılmış, 01.01.1994-cü ildə (əmr № 682,30.12.1993-cti il) əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.08.2007-ci ildə (əmr № 386/k, 01,08.2007-ci il) qaynaq işləri ilə məşğul olan qaynaqçılar qrupuna əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 14.04.2008-ci ildə (əmr № 166/k, 14.04.2008-ci il) İstismar avadanlıqlarının təmiri və quraşdırılması sexinin boru kəmərlərinin, çökdürücülərinin, trapların təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.07.2008-ci ildə (əmr № 289/k, 01.07.2008-ci il) həmin sexin mədənlərdə mancanaq dəzgahlarının, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 25.08.2008-ci ildə (əmr № 373/k, 25.08.2008-ci il) mancanaq dəzgahların, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.01.2009-cu ildə (əmr № 894, 30.12.2008-ci il) İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.01.2011-ci ildə əmr № 894, 30.12.2010-cu il İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.10.2011-ci ildə (əmr № 191-k, 30.09.2011-ci il) 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 31.12.2011-ci ildə (əmr № 826-k, 30.12.2011-ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. 01.01.2012-ci ildə (əmr № 14/653, 01.01.2012-ci il) istismar təmir mancana dəzgahların, dorların, buruqlara xidmət qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. 03.07.2017-ci ildə xüsusi texnika sexinin mexaniki emalatxanasına 5-ci dərəcəli elektrik qaz qaynaqçsıı peşəsinə keçirilmişdir. Hal-hazırda bu vəzifədə işləyir. İşdə olan SOCAR Baş Ofis Mərkəzi Arxivi tərəfindən İddiaçı barəsində verilmiş 18 iyun 2020-ci il tarixli arxiv arayışının surətindən görünür ki, SOCAR-ın Baş Ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 02.08.1983-cü ildə (əmr № 61//k, 02.08.1983-cü il) “Leninneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Tikinti-Quraşdırma İdarəsinə 9TQİ) 2-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, 19.09.1984-cü ildə (əmr № 65/k, 19.09.1984-cü il) 3-cü dərəcəli elektrik qaynaqçı peşəsinə keçirilmiş, 03.03.1986-cı ildə (əmr № 22/k, 04.03.1986-cı il) 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.08.1986-cı ildə (əmr № 451,11.06.1986-cı il) TQİ Təsərrüfathesabı sahə adlandırılmış, 01.09.1988-ci ildə (əmr № 763,23.12.1987-ci il) Təsərrüfathesabı sahə Tikinti-Quraşdırma sexi (TQS) adlandırılmış, 01.09.1988ci ildə (əmr № 536 a, 05.09.1988-ci il) TQS-yə əl ilə qaynaq edən 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.03.1992-ci il tarixli, 173 nömrəli qərarı və "Azneft" İB-nin 17.04.1992-ci tarixli, 111 nömrəli əmrinə əsasən "Leninneft” NQÇİ) “Balaxanıneft” NQÇİ adlandırılmış, 01.01.1994-cü ildə (əmr № 682,30.12.1993-cti il) əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.08.2007-ci ildə (əmr № 386/k, 01,08.2007-ci il) qaynaq işləri ilə məşğul olan qaynaqçılar qrupuna əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 14.04.2008-ci ildə (əmr № 166/k, 14.04.2008-ci il) İstismar avadanlıqlarının təmiri və quraşdırılması sexinin boru kəmərlərinin, çökdürücülərinin, trapların təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçı peşəsinə keçirilmiş, 01.07.2008-ci ildə (əmr № 289/k, 01.07.2008-ci il) həmin sexin mədənlərdə mancanaq dəzgahlarının, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 25.08.2008-ci ildə (əmr № 373/k, 25.08.2008-ci il) mancanaq dəzgahların, dorların, vışkaların quraşdırılması, sökülməsi və təmiri üzrə çilingər qrupuna 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.01.2009-cu ildə (əmr № 894, 30.12.2008-ci il) İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.01.2011-ci ildə əmr № 894, 30.12.2010-cu il İstismar avadanlıqlarının kirayə təmir sexinə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 01.10.2011-ci ildə (əmr № 191-k, 30.09.2011-ci il) 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, 31.12.2011-ci ildə (əmr № 826-k, 30.12.2011-ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. İşdə olan “X5 LTD” Şirkəti tərəfindən İddiaçı barəsində verilmiş 04 nömrəli, 11.06.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 01 yanvar 2012-ci il tarixindən hal-hazıra kimi “X5” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının Xüsusi Texnika sahəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində işləyir. Elektrik qaz qaynaqçısı peşəsi Azərbayan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsinin “Ümumi peşələr” bəndinə əsasən, güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, 22 dekabr 2020-ci il tarixli, **********3 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlədrə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 № li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalşan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Azərbaycan Respublikası “Əmək Məcəlləsi”nin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi Filiala təqdim edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X1 dair 24 noyabr 2020-ci il tarixli, 280 nömrəli arxiv arayışında 1980-ci ildən 1981-ci ilədək Göyçay rayon Çaxırlı kənd T.İsmayılov adına kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Lakin, həmin məlumat 02 avqust 1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında öz əksini tapmamışdır. Qanunvericilikdə əmək kitabçasında qeyd olunmayan əmək stajı ilə bağlı məlumatlar iş stajına daxil edilmədiyindən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 4 ay 12 gün) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarından görünür ki, göstərilən işin obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 ünvanlanmış “İddiaçı verilmiş 24 noyabr 2020-ci il tarixli, 280 nömrəli arxiv arayışında qeyd olunan Göyçay rayon Çaxırlı Kənd T.İsmayılov adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarında İddiaçı əmək günü və əmək haqqı qazanmasına dair “1980-ci il: 87 adam günü, 131 rubl iş – 180, vər – 66; 1981-ci il: 60 adam günü, 68 rubl, iş – 197, vər-44” qeydlərin surətinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi” məzmunlu sorğuya cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfindən 26 aprel 2021-ci il tarixli, 39 nömrəli məktubla, Göyçay rayon Çaxırlı kənd T.İsmayılov adına kolxozda işləmiş İddiaçı işləməsinə dair əmək günlərinin uçotu və hesablaşma kitablarının təsdiq olunmuş ksero-surətləri məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının olmadığına (ümumi iş stajının 24 il 4 ay 12 gün) istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, xx.xx.1963-cü il təvəllüdlüdür, onun 02.02.2020-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, güzəştli iş stajı ilə bağlı tərəflər arasında hər-hansı bir mübahisə olmadığından, məhkəmə, cavabdehin etirazında və imtinasında göstərilən arqumentləri əsassız hesab edərək, həmin arqumentlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: - Cavabdeh imtinasında və etirazında iddiaçının Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X9 tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli, 280 nömrəli arayışda göstərilən Göyçay rayon Çaxırlı kənd T.İsmayılov adına kolkozda işlədiyi 1980 və 1981-ci illərdəki iş stajını, ona məxsus 02 avqust 1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında öz əksini tapmadığından onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Həmçinin həmin arxiv arayışının mötəbər və iddiaçının iş stajını təsdiq edən sənəd kimi qəbul edilməməli olmasını göstərmişdir. Cavabdehin həmin mövqeyi ilə bağlı məhkəmə tərəfindən arxiv arayışının mötəbərliliyinin araşdırılması məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X7 “İddiaçı verilmiş 24 noyabr 2020-ci il tarixli, 280 nömrəli arxiv arayışında qeyd olunan Göyçay rayon Çaxırlı Kənd T.İsmayılov adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarında İddiaçı əmək günü və əmək haqqı qazanmasına dair “1980-ci il: 87 adam günü, 131 rubl iş – 180, vər – 66; 1981-ci il: 60 adam günü, 68 rubl, iş – 197, vər-44” qeydlərin surətinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi” məzmunlu sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq, arxiv tərəfindən İddiaçı işləməsinə dair əmək günlərinin uçotu və hesablaşma kitablarının təsdiq olunmuş ksero-surətləri məhkəməyə təqdim edilmişdir. Bununla da, sözügedən arxiv arayışının məhkəmə tərəfindən mötəbər qiymətləndirilməməsi üçün heç bir əsas müəyyən edilməmişdir. İddiaçının adına açılmış 02 avqust 1983-cü il tarixli əmək kitabçasında isə onun Göyçay rayon Çaxırlı kənd T.İsmayılov adına kolxozda işlədiyi iş stajının göstərilməməsi halı həmin illərin sığorta stajına daxil edilməməsi üçün əsas ola bilməz, cavabdehin həmin hala istinad edərək imtina etməsi formal xarakterli olmaqla, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasəsən - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir ; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi, qanunverici sübutların mötəbərliliyinə əsaslı şübhələr olduğu halda, onların mötəbərliliyinin müəyyən edilməsi və sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə sübutlar toplamaqda inzibati orqanlara kifayət qədər səlahiyyətlər verilmişdir. Lakin, cavabdeh qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən istifadə etməyərək formal əsaslarla araşdırma apararaq imtina cavabı vermişdir. Məhkəmə eləcə də, cavabdehin həmin arxiv arayışının iddiaçının iş stajını təsdiq edən sənəd kimi qiymətləndirilməməli olması əsası və iddiaçının həmin kolxozdakı iş stajı ilə bağlı qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1980-1981-ci illərdə kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X6 24.10.2020-ci il tarixli, 280 nömrəli arxiv arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçının sözügedən kolxozda işlədiyi illər 1980-1981-ci illəri əhatə edir. Onun kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1980-1981-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşlaırn pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə Dövlət X9 tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarilxi 280 nömrəli arayışda göstərilən məlumatları nəzərə aldıqda müəyyən edilir ki, 1980 – 1981-ci illərdə Çaxırlı kənd T.İsmayılov adına Kolxozda illik adam günü norması kişilər üçün 150 adam günü olmuşdur. Buna qarşılıq iddiaçı 1980-ci il üzrə 87 adam günü, 1981-ci il üzrə isə 60 adam günü işləmişdir. Beləliklə, iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajın yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işləmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş gününə bölünməsi yolu ilə aparılmalıdır. Məsələn, iddiaçının 1980-ci ildə 87 gün və 1981-ci ildə 60 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 1980-ci il üzrə - 87×12/150 = 6 ay ... 1981-ci il üzrə - 60×12/150= 4 ay... Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçıının 1980- 1981-ci illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 10 aydan artıq iş stajına malik olduğu müəyyən edilir. Bu isə iddiaçının 25 il iş stajının yaranması üçün əlavə tələb olunan sığorta stajını ödəyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı, 02.02.2020-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3696/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3696/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver