Məhkəmə qərarları › İş №2-1(112)-3699/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3699/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3699/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üçün ödənilməmiş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “keçmiş dövr üçün ödənilməmiş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən Qarabağ döyüşlərində aldığı xəsarətlər səbəbindən İİ qrup əlillik dərəcəsi ilə xx.xx.1999-cu ildən pensiya alır. xx.xx.2017-ci il tarixdə cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondu X4 İdarəsinə müraciətinə əsasən xx.xx.2018-ci il tarixdən təminat xərcliyi 387.20 manat götürülməklə ona pensiya təyin edilmiş, keçmiş 3 il müddət üçün yenidən hesablanmaş və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir. Lakin iddiaçıya pensiya təyin edildiyi 1999-cu ildən indiyədək yaranmış fərq ödənməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh orqana müraciət edərək, keçmiş müddət üçün alınmamış əmək pensiyasında yaranmış fərqin 1999-cu ildən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh orqanın xx.xx.2019-cu il tarixli, **********6 nömrəli məktubu ilə müraciətə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası xx.xx.1999-cu il tarixdən yenidən hesablanmalı və yaranmış fərq ona ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair xx.xx.2020-ci il tarixli, **********5 yazılı etirazda iddianın əsassızlığı baxımından iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********6 saylı məktubda qeyd edilmiş maddi hüquqi normalara istinad edilməklə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarından məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi xx xxxxxx 2017-ci il tarixli, MN-09538 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə İdarə tərəfindən x xxxxxx 2018-ci il tarixindən təminat xərcliyinin (484,00 manat) 80 faizi - 387,20 manat məbləğində pensiya təyin edilmiş və əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçı onun əmək pensiyasının təyin edildiyi tarixdən yenidən hesablanmaqla yaranmış fərqin tam şəkildə ona ödənilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********6 saylı cavab məktubunda keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən onun aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənildiyi bildirilməklə müraciəti təmin olunmamışdır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmənin qənaəti belədir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da, ümumən, hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçının ona əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərq məbləğinin ödənilməsi barədə cavabdeh orqana 2017-ci il 01 iyul tarixindən sonra müraciət etməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına qarşı “pensiyasının xx.xx.1999-cu il tarixdən hesablanaraq yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X4 üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üçün ödənilməmiş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar