Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3699/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində Elman Əhmədov küçəsindəki 94 saylı yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində Elman Əhmədoov küçəsidəki 94 saylı fərdi yaşayış evi 16 mart 2020-ci il tarixdə verilmiş ********** saylı çıxarışa əsasən onun mülkiyətindədir. Qurbanova Elminaz onun qızıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2016-cı il tarixli 2(001)-1283/2016 saylı qətnaməsi ilə X7 ilə aralarındakı nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 12 mart 2011-ci il təvəllüdlü X1 anası X2 yanında qalması, 05.02.2016-cı ildən başlayaraq, ondan (İddiaçı) 12 mart 2011-ci il təvəllülü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(001)-5658/2019 saylı qətnaməsi ilə X4 Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Elman Əhmədov küçəsində yerləşən ümumi sahəsi 45,5 kv. metr olan 94 nömrəli evdən düşən payının 2/93 hissəsinə görə İddiaçı tərəfindən 1.500 manat məbləğində pul ödənildiyinə görə X2 həmin evə olan payının 2/93 hissəsinə mülkiyyət hüququ itirilmiş hesab edilməsi və payın 2/93 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması və həmin evə dair adına tam mülkiyyət hüququ ilə yeni çıxarışın verilməsi qət edilmişdir. X7 nikahı pozulmamışdan xeyli müddət əvvəl (2014-cü ildən) qızları 12.03.2011-ci il təvəllüdlü X3 da götürərək daimi yaşamaq üçün köçüb valideynlərinin yanına Qazax rayonunun Yuxarı Salahlı kəndinə getmiş və həmin vaxtdan orada yaşayırlar. X1 evdə qeydiyyatı formal xarakter daşıyır. Elminaz Qurbanovaya görə o, uzun müddətdir ki, kommunal və digər xərcləri ödəmək məcburiyyətindədir, maddi durumu həddindən artıq ağırdır, həmin xərcləri ödəməyə çətinlik çəkir. Odur ki, iddianın təmin edilərək, X1 Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Elman Əhmədov küçəsindəki 94 saylı fərdi yaşayış evinə olan pasport qeydiyyatına xitam verilməlidir. X1 formal olaraq evimdə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Belə ki, formal qeydiyyata görə o bu günə kimi yaşayış sahəsi üzərində müstəqil sərəncam verə bilmir. Göründüyü kimi, tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, bu hüquqdan istifadə imkanı İddiaçının həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə X1 həmin evdə qeydiyyatda olması maneçilik törədir. X1 mübahisəli evdə yaşamaması faktı iddia ərizəsinə əlavə edilmiş qonşular N.Rüstəmovanın, V.Yusifovun və K.Əliyevanın iştirakları ilə tərtib edilmiş və notarial qaydada təsdiqlənmiş 02 noyabr 2021-ci il tarixli akt ilə, o cümlədən yaşayış yerinin anası X2 yanında olması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2016-cı il tarixli 2(001)-1283/2016 saylı qətnaməsi ilə təsdiq edilir. O, X1 qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Elman Əhmədov küçəsindəki 94 saylı evdən qeydiyyatdan çıxarılması üçün Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, ona 25 oktyabr 2021-ci il tarixli məktubla imtina edilərək, X1 qeydiyyatda olduğu ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirildiyi bildirilmiş və bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda 12.03.2011-ci il təvəllüdlü X5 anası X7 ilə Qazax rayonunun Yuxarı Salahlı kəndində yaşayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22.11.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriylı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1978-ci ildə doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 3vral 2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 ilə aralarında bağlamış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə X7 ilə İddiaçı arasında 05.10.2010-cu ildə 821 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulan 12.03.2011-ci il təvəllüdlü X1 anası X2 yanında qalması, 05.02.016-cı ildən başlayaraq İddiaçı 12.03.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 291992 №-li 31 may 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı, X7 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin 09-cu ayının 09-cu günündə 377 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5658/2019 saylı 18.12.2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müvafiq olaraq 1.250 manat pul kompensasiyası ödəməklə X2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Elman Əhmədov küçəsində yerləşən ümumi sahəsi 45,5 kv. metr olan 94 nömrəli evin 2/93 hissəsindən ibarət (0,97 kv. metr) payına mülkiyət hüququnun itirilməsi, 2/93 hissəsindən ibarət payın üzərində də onun mülkiyyət hüququnun tanınmaqla, daşınmaz əmlakın dövlət reyestrində müvafiq düzəlişin aparılması və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Elman Əhmədov küçəsində yerləşən ümumi sahəsi 45,5 kv. metr olan 94 nömrəli evə tam mülkiyyət hüququnu təsdiq edən yeni çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə iddianın qismən təmin edilməsi, cavabdeh X4 Bakı şəhəri, Binəqədi rayonu, Rəsuulzadə qəsəbəsi, Elman Əhmədov küçəsində yerləşən ümumi sahəsi 45,5 kv. metr olan 94 nömrəli evdən düşən payının 293 hissəsinə görə İddiaçı tərəfindən 1.500 manat məbləğində pul öhdəliyinə görə X2 həmin evə olan payının 2/93 hissəsinə mülkiyyət hüququnun itirilmiş hesab edilməsi və payın 2/93 hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Eyni zamanda bu qətnamənin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Elman Əhmədov küçəsində yerləşən ümumi sahəsi 45,5 kv. metr olan 94 nömrəli evə tam mülkiyyət hüququ ilə İddiaçı adına yeni çıxarışın verilməsi üçün əsas olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 16.03.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Eyni zamanda iş üzrə tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 03.11.2021-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında İddiaçı ilə birgə 12.03.2011-ci il təvəllüdlü X5 və 01.07.1947-ci il təvəllüdlü X6 qeydiyyatdadırlar. Hazırkı tələblə bağlı iddiaçının müraciətinə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş 25.10.2021-ci il tarixli 059-3995Q-3221 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə qsasən X1 ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeyd olunan maddəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı 12.03.2011-ci il təvəllüdlü X5 iddiaçıya məxsus mübahisəli mənzildə deyil, himayəsində olduğu və adıçəkilən mənzilə istifadə hüququ olmayan anası X7 ilə başqa bir yaşayış sahəsinə köçərək, orada yaşadıqları müəyyən olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, yetkinlik yaşına çatmayan X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 12.03.2011-ci il təvəllüdlü X1 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Binədəqi rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3699/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3699/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver