Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-37/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın qismən ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamının qismən X2 aid hissədə etibarsız sayılması, həmin sərəncama əsasən X1 adına Cavabdeh tərəfindən 17.03.2004-cü il tarixdə torpaq sahəsinin ayrılması barədə cizginin tam etibarsız sayılması, adı çəkilən sərəncam və aktın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Başçısının 1998-ci tarixli 1971 saylı sərəncamının qismən X2 aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin 2-1(81)-4806/2014 saylı, 31 oktyabr 2014-cü il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında yerləşən 270 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə olunması qərarı alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onun adına Seriya RX, ******* saylı, 22.01.2015-ci il tarixli çıxarış və torpaq sahəsinin plan və ölçüsü verilmişdir. 10.07.2017-ci il tarixdə X1 etibarnamə ilə nümayəndəsi X3 Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə “çıxarışın verilməsi dair” iddia ərizəsi ilə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində Səbaii Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə fərdi evin tikintisi üçün ona 600 kv.m torpaq sahəsi ayrılmış və 17 mart 2004-cü il tarixdə ona göstərilən torpağın yerləşmə cizgisi verilmişdir. Torpaq sahəsinə çıxarışın verilməsi üçün Bakı şəhəri Ərazi İdarəsinə müraciət etmiş, ancaq İdarənin 24.06.2017-ci il tarixli, **********56 saylı bildirişində göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatına əsasən digər vətəndaşın torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd olunmuşdur. Bələdiyyənin sərəncamına əsasən özəlləşdirilən torpaq sahəsi qanunsuz olmuş, istifadəsində olan 300 kv.m. torpaq sahəsi ona verilib. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından Cavabdeh Başçısının 30 dekabr 1998-ci il tarixli sərəncamın tam formada təsdiq edilmiş arxiv arayışı həmin sərəncama əlavə edilən sənədlərlə birlikdə məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sərəncama əlavədə X2 Cavabdeh tərəfindən 17 mart 2004-cü il tarixdə torpaq sahəsinin ayrılması barədə çizginin və ona torpaq sahəsinin verilməsi barədə ərizəsinin olmadığı müəyyən edilmişdir. Sərəncamın məzmununda qeyd olunmuşdur ki, tikinti işləri 2 ilə başa çatdırılsın, həmin müddətə tikinti işləri başa çatdırılmazsa torpaq sahəsi geri alınıb, müvafiq qayda üzrə başqa vətəndaşa verilsin, torpaq sahəsi alan vətəndaş mənzil növbəsindən çıxarılsın. Adı çəkilən sərəncamda idiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilmişdir. 17 mart 2004-cü ıl tarixdə torpaq sahəsinin ayrılması barədə çızgidə torpaq sahəsinin ölçusu 300 kvm. göstərilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi nə sənədlər, nə də işin faktiki hallarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun adına verildiyi çxarışda göstərildiyi kimi cəmi 270 kv.metr olub, nə 600, nədə ki, 300 kv.m deyildir. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya Baş İdarəsinin Milli Avtomatlaşdırılmış Pasport Sistemi uzrə Şöbəsindən adına alınmış arayışa əsasən müəyyən edilmişdir ki, X1 Bakı şəhərində deyil Cəlilabad rayonu, Göytəpə şəhəri, Ö.Eynullayev küçəsi 71 saylı evdə pasport qeydiyyatında olmaqla orada yaşayır. Göstərilən halda isə iddiaçı X1 Bakı şəhərində mənzil şəraitini yaxşılaşdıranların uçotuna dayanması istisna olunur. Cavabdeh Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamı ilə torpaq sahəsi mənzil növbəsində duran vətəndaşlara verilmişdir. İddiaçı X4 mənzil növbəsində durmamış, onun torpaq sahəsinin ayrılması üçün ərizəsi olmamış, ötən müddət ərzində ona ayrılmış torpaq sahəsində 20 ildən artıq bir vaxtın keçməsinə baxmayaraq heç bir tikinti aparmamış, Cavabdeh tərəfindən 17 mart 2004-cü il tarixdə torpaq sahəsinin ayrılması barədə cizgi Cavabdeh Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamına uyğun deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin, üçüncü şəxsin səlahiyyətli nümayəndələri, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndələrinin, üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Cavabdeh Başçısının “fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamının surətindən görünür ki, X2 Badamdar qəsəbəsində 600 kv.m. fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. - 17.03.2004-cü il tarixli, 43 №-li torpaq sahəsinin yerləşmə cizgisinin surətindən görünür ki, Cavabdeh Başçısının 30.12.1998-ci il tarixli, 1971 №-li sərəncamı ilə vətəndaş X2 ayrılmış, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, 1B №-li 300,00 kvm. torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. - Məhkəmə qərarlarının surətlərindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hal-hazırda 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m. torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4806/2014 nömrəli, 31 oktyabr 2014-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m. torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini alaraq icraya yönəlmiş, inzibati orqan tərəfindən icra edilərək məhkəmə qərarı icra edilərək İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 22.01.2015-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 mart 2018-ci il tarixli qərardadı ilə Aygün Mahmudovanın vəsatəti təmin edilmiş, məhkəmənin 31 oktyabr 2014-cü il tarixli qərarı ləğv edilərək, iş üzrə icraat təzələnmiş, Aygün Mahmudova məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2381/2018 nömrəli, 19 aprel 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli, 2-1(103)- 1617/2018 nömrəli qərarı ilə İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2080/2019 nömrəli, 24 iyul 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2- 1(81)-2381/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv edilmiş 31.10.2014-ci il tarixli, 2-1(81)-4806/2014 №-li qərarının icrasına dönüş edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şössesinin kənarında olan 270 kv.m. torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.10.2014-cü il tarixli, 2-1(81)-4806/2014 №-li qərarı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmış qeydlər ləğv edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2020 nömrəli, 08.09.2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərar ilə iddiaçı X1 iddiası təmin edilmiş, Bakı şəhəri Cavabdeh Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamına əsasən iddiaçı X2 ayrılmış Bakı şəhəri, "Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 300 kv.m-dən ibarət 1B saylı torpaq sahəsi üzərində iddiaçı X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesinin kənarında olan 270 kv.m. torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi vəzifəsinə dair iddia tələbi məhkəmələr tərəfindən rədd edilmiş və məhkəmələr gəldikləri gəldikləri nəticəni iddiaçı ilə Badamdar bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib edilmiş aktın Şəhər Torpaq Şöbəsinin müdiri Natiq Məlikov tərəfindən imzalanmaması, iddiaçıya torpaq sahəsi ayrılması haqqında müvafiq icra hakimiyyəti orqanının rəyinin olmaması, iş materiallarında olan torpaqların alqısatqısına dair aktın surətində İddiaçı aid 02.05.2011-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin 08273448 seriya nömrəsinin qeyd olunduğuna görə həmin aktın tərtib edilməsinin 02.05.2011-ci il tarixinədək xronoloji baxımdan qeyri-mümkün olması, həmçinin Badamdar Bələdiyyəsinin 16.10.2007-ci il tarixli, 199 nömrəli qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə də daxil olmaması, Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmiş, Badamdar Bələdiyyəsi həmin qərarın əslini və ya müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim edə bilməməsi, həmin qərarın qanunu əsaslarla qəbul olunmaması, Badamdar Bələdiyyəsinin mübahisəli ərazi barədə sərəncam vermək səlahiyyətinin olmaması ilə əsaslandırmışlar. Bundan əlavə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdeh Başçısının 30 dekabr 1998-ci il tarixli, 1971 saylı sərəncamı digər məhkəmə çəkişməsinin predmeti olmuş və həmin sərəncam əsasında X2 ayrılmış Bakı şəhəri, "Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 300 kv.m-dən ibarət 1B saylı torpaq sahəsi üzərində iddiaçı X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinə iddiaçının hüquqmüəyyənedici sənədi, bununla da həmin torpaq sahəsinə hüququnun olması iş materialları ilə öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh Başçısının 1998-ci tarixli, 1971 saylı sərəncamının qismən, X2 aid hissədə ləğv edilməsini tələb etməsinə dair subyektiv hüquqa malik deyildir. Belə olan halda İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından onun tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-37/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-37/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver