Məhkəmə qərarları › İş №2-1(112)-370/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-370/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-370/2020 11.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Salyan Yolu, Dalan 3, ev 6, mənzil 9), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinin nümayəndəsi, eyni zamanda vəkili X1 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 16, mənzil 9; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu, vəkil) iştirakları ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı iddiaçının 23 avqust 1978-ci il tarixdən, hal-hazıra kimi çalışdığı dövrü əmək stajı hesab edilməklə, bu illərin xx.xx.2007-ci ildən hazırkı dövrə qədər olan illəri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staj hesab etməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsi, qərarın icrasının cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin nümayəndəsi iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim etmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən hesab edir ki, işə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 23 avqust 1978-ci il tarixdən Topoqrafıya müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Fasiləsiz olaraq bu günə kimi çalışır. Bu barədə əmək kitabçasında qanunvericiliyə müvafiq olaraq rəsmi qeydlər aparılmışdır. Qanunla müəyyən edilmiş yaş həddinə çatdığından xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət edərək ona müvafiq qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə rəsmi sənədləri təqdim etmişdir. Cavabdeh təşkilat 17 sentyabr 2019-ci il tarixdə **********7 saylı məktubla ona cavab verərək bildirmişlər ki, mövcud pensiya qanunvericiliyinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyinatı üçün tələb olunan işlədiyi mantajçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərinin siyahısı"nda olmadığından ərizəni təmin etmək mümkün deyildir. İddiaçı 1978-ci ilin avqust ayından əmək fəaliyyətinə başlamaqla müxtəlif müəsissə və təşkilatlarda müxtəlif peşələrdə işləsəm də bunlar zərərli peşə hesab olnmuşdur. Ələxsus da xx.xx.2007-ci ildən hal-hazıra kimi işlədiyi dərin çap üsulu üçün forma aşılayıcı peşəsi həmin təsnifatda zərərli peşə kimi qeyd olunmuşdur. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün yetərincə əmək stajı vardır. Belə olan halda müvafiq icra orqanının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtinası qanunsuz və əsassız hesab edilməlidir. Odur ki məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını təqdim etmişdir. Lakin, həmin əmək kitabçasının çox hissələri xarici dildə tərtib edildiyi üçün həmin əmək kitabçasında iddiaçının hansı peşələrdə işləməsini müəyyən etmək mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir- 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1.əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi). Lakin, iddiaçı 2006-cı il yanvarın 1-dək pensiya hüququ verən işdə çalıçmasını sübut edəcək iş yerindən arayışı təqdim etməmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1978-ci ildən xx.xx.2007-ci ilə qədər olan qeydlər xarici dildə tərtib edildiyindən və qeyd edilən mətin dövlətin rəsmi dili olan Azərbaycan dilinə tərcümə edilmədiyindən onun həmin müddət ərzindən həmin müddət ərzində onun hansı peşədə işləməsini müəyyən etmək mümkün olmamışdır. Əmək kitabçasından göründüyü kimi, xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixə kimi iddiaçı "xxxx" MMC-yə montajçı vəzifəsinədə işləmişdir. xx.xx.2016-cı il tarixdən Təhsil Nazirliyinin Poliqrafiya MMC-yə montajçı vəzifəsinə təyin edilmişdir. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş 31 avqust 2019-cu il tarixli 05 saylı arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2016-cı il tarixə kimi həmin nəşriyatda poliqrafiya dərin çap üsulu üçün forma aşılayıcısı vəzifəsində işləmişdir və həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ay xx.xx.2007- il ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 20 bölməsinin a bəndinə əsasən iddiaçıya imtiyazlı təqaüdün təyin olunmasına əsas verir. Güzəştli əmək stajı 8 il 7 ay 2 təqvim günüdür. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC “Tahsil Publishing- Poliqrqraphy" LTD şirkəti tərəfindən verilmiş 04 saylı 21 avqust 2019-cu il tarixli arayışından göründüyü kimi iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə kimi nəşriyyat poliqrafiyada poliqrafiya dərin çap üsulu üçün forma aşılayıcısı vəzifəsində işləmiş və onun güzəştli əmək stajı 3 il 1 təqvim günüdür. xx.xx.2019-cu il tarixdən bu günə kimi nəşriyyatda poliqrafiya dərin çap üsulu üçün forma aşılayıcısı vəzifəsində işləyir. İddiaçının əmək kitabçasında arayışlar təqdim edilən müəssisələrdə montajçı vəzifələrdə işləməsi qeyd edilsədə həmin arayışlarda onun vəzifəsi poliqrafiya dərin çap üsulu üçün forma aşılayıcısı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci (İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri ) maddəsində göstərilmişdir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 №-li Qərarının (hal hazırda da qüvvədədir) 1.1-ci bəndənə əsasən- Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qərarın 3.2-ci bəndində İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. Beləliklə, göründüyü kimi, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən şəxsin hansı vəzifədə və ya peşədə işləməsini təsdiq edən onun əmək kitabçasında olan həmin vəzifə və peşə qeydinə əsasən müəyyən edilir. Həmin əmək kitabçasında işə götürən tərəfindən iddiaçının vəzifəsi (peşəsi) montajçı kimi qeyd edilmişdir. İşə götürən tərəfindən iddiaçının poliqrafiya dərin çap üsulu üçün forma aşılayıcısı vəzifəsində işləməsi iddiaçının əmək kitabçasında qeyd edilməmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı arayışları təqdim edilən müəssisələrdə məhz montajçı vəzifəsində işləmişdir. İddiaçının təqdim etdiyi həm əmək kitabçasından, həmdə arayışlardan məlum olur ki, iddiaçının montajçı vəzifəsində işlədiyi həmin müəssisələrdə güzəştli şərtlərlə işləmə hüququ verən vəzifə və peşələrin siyahısı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- il ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 20-ci bölməsində qeyd edilmişdir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Həmin bölməyə baxdıqda orada montajçı peşəsinin olmaması müəyyən edilir. Bu da öz növbəsində təsdiq edir ki, iddiaçının işlədiyi montajçı peşəsi ona güzəştli şərtlərlə pensiya hüququ vermir. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ- dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (a) bəndinə görə, yeraltı işlərdə,əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çaalışan işçilər,dənizdə çalışan neftçilər istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, həm hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanun həmdə hal hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən şəxslərə güzəştli şərtlərlə pensiya təyin etmək üçün həmin şəxs qanunda qeyd edilən peşələrdə qanunla müəyyən edilmiş dövr ərzində işləməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubla bildirmişdir: “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9 1-ci maddəsinə əsasən axırıncı ış yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə goıə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunan 14 07.1997xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ayrı-ayrı müəssisələrdə işlədiyiniz montajçı peşəsi Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək Kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 26 Bakı komissarı aına mətbəə cildləmə sexinin yığma sahəsinə şagid, cildçisi (şagirdi), xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Poni-5”-də maşinist, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 26 Bakı komissarı adına mətbəə Cildləmə sexinin "Poni- 5"-ə 3-cü dərəcə üzrə maşinist, xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Ofset sexinin montajçısı, xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 4 saylı Bakı kitab mətbəəsi keçirilərək, Ofset sexinə montajçı, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "Əbilov, Zeynalov və oğulları" PTK Dərin çap formalarının aşılayıcısı, xx.xx.2007-ci il tarixdən 08.2016-cı il tarixədək "xxxx"MMC-də montajçı, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də montajçı, xx.xx.2019-cu il tarixdən "xxxx"MMC-də montajçı vəzifəsində işləmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC-nin 04 nömrəli xx.xx.2019-cu il tarixli Arayışına əsasən İddiaçı həqiqətən "xxxx" MMC-də işləyib. xx.xx.2016-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi nəşriyyat poliqrafiyada dərin çap üsulu üçün forma aşılayıcısı işləmişdir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşa görə güzəştli şəraitlərə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin təsdiq edilməsi barədə əsasnamənin XX bölməsinin “a” bəndinə əsasən yuxarıda göstərilən İddiaçı gördüyü işlər imtiyazlı təqaüdün təyin olunmasına əsas verir. Güzəştli əmək staj 3 il 1 təqvim günü. İş materiallarından görünür ki, "xxxx"MMC 58 nömrəli xx.xx.2019-cu il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı həqiqətən xx.xx.2007-ci il tarixindən xx.xx.2016-ci il tarixinə kimi, xx.xx.2019-cu il tarixindən bu günə kimi "xxxx" MMC-də dərin çap üsulu üçün forma aşılayıcısı işləyir. Peşəsinin funksiyası montaj işlərinin çapa qədər montaj olunması, həmin montaj olunmuş faylların ultra bənövşəyi şüa və ya lazerlə metal təbəqəyə köçürülməsi və onun kimyəvi məhlullarla yuyulması və aşılanmasından ibarətdir. İş materiallarından görünür ki, "Əbilov, Zeynalov və oğulları" Kompaniyası 17 nömrəli xx.xx.2019-cu il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İddiaçı həqiqətən xx.xx.1997-ci il tarixindən xx.xx.2007-ci il tarixinə kimi montajçı və çap lövhələrinin aşılayıcısı işləmişdir. Peşəsinin funksiyası montaj işlərinin çapa qədər montaj olunması, montaj olunmuş faylların ultra bənövşəyi şüa ilə metal təbəqəyə köçürülməsi və onun kimyəvi məhlullarla yuyulması və aşılanmasından ibarətdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən şəxsin hansı vəzifədə və ya peşədə işləməsini təsdiq edən onun əmək kitabçasında olan həmin vəzifə və peşə qeydinə əsasən müəyyən edilir. İddiaçının əmək kitabçasında işə götürən tərəfindən iddiaçının vəzifəsi (peşəsi) montajçı kimi qeyd edilmişdir. İşə götürən tərəfindən iddiaçının poliqrafiya dərin çap üsulu üçün forma aşılayıcısı vəzifəsində işləməsi iddiaçının əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin, təqdim edilən Arayışlarda iddiaçının dərin çap üsulu üçün forma aşılayıcısı işləməsi qeyd edilsə də, onun peşəsinin funksiyası montaj işlərinin çapa qədər montaj olunması, həmin montaj olunmuş faylların ultra bənövşəyi şüa və ya lazerlə metal təbəqəyə köçürülməsi və onun kimyəvi məhlullarla yuyulması və aşılanmasından ibarət olduğu da vurğulanmışdır. Bununla da müəyyən edilir ki, iddiaçı arayışları təqdim edilən müəssisələrdə məhz montajçı vəzifəsində işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XX. Poliqrafiya istehsalatı” bölməsində “dərin çap üsulu üçün forma aşılayıcıları” (kod 1190000a—19201) nəzərdə tutulsa da, “montajçı” nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “20. Poliqrafiya istehsalatı” bölməsində yalnız “dərin çap üsulu üçün forma aşılayıcıları” nəzərdə tutulsa da, “montajçı” nəzərdə tutulmamışdır. Göründüyü kimi, İddiaçı 20 ildən artıq ümumi iş stajına malik olsa da, onun işlədiyi vəzifə, yəni “montajçı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı iddiaçının 23 avqust 1978-ci il tarixdən, hal-hazıra kimi çalışdığı dövrü əmək stajı hesab edilməklə, bu illərin xx.xx.2007-ci ildən hazırkı dövrə qədər olan illəri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staj hesab etməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsi, qərarın icrasının cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar