Məhkəmə qərarları › İş №2-1(112)-3700/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3700/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3700/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iddiaçının vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Təhsildə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Rusiya Dövlət Sosial Universiteti (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) tərəfindən iddiaçıya verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsindən cavabdeh tərəfindən imtina edilməsinin qanunsuz hesab edilməsi və həmin (nostrifikasiya) şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildə Moskva Dövlət Sosial Universiteti adlanan (hazırki adı Rusiya Dövlət Sosial Universiteti) ali təhsil müəssisəsinin hüquqşünaslıq fakültəsinə qiyabi əsaslarla daxil olaraq 2005-ci ildə oranı bitirmiş, hüquqşünaslıq ixtisası əldə etmiş və həmin ilin iyul ayında diplom almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubuna əsasən Universitetin fəaliyyətindən məlumatlı olmuş və razılıq vermişdir. Artıq 18 ilə yaxındır ki, iş stajı var və bunun 16 ildən artıq müddətini hüquqşünas ixtisası üzrə müxtəlif yerlərdə fəaliyyət göstərmişdir. Diplomun ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi üçün ilk dəfə 2009-cu ildə Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi tərəfindən 05.03.2009-cu il tarixli məktubla hər hansı bir konkret əsaslandırma göstərilmədən murciətinə mənfi cavab verilmişdir. Səbəbini maraqlandıqda bildirilmişdir ki, diplom apostillə təsdiq edilmədiyi üçün imtina edilmişdir. Bundan sonra aidiyyatı olaraq müraciət edərək qeyd edilən diplomu 14.04.2011-ci ildə Rusiya Federasiyası Moskva şəhər Təhsil Departamenti tərəfindən 115564 №-li apostillə təsdiq etdirmişdir. Əlavə olaraq qeyd edir ki, diplomun təsdiq edildiyi apostil forması TKTA-nın rəsmi saytında göstərilmiş və qəbul olunmuş nümunəyə tam uyğundur. Bundan sonra 30.01.2014-cü il tarixdə yenidən Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi tərəfindən Universitetin Bakı şəhərindəki səyyar təhsil məntəqəsinin olması nəzərə alınmadan iddiaçıya verilmiş 02 aprel 2014-cü il tarixli imtina məktubunda göstərilən yeganə əsas bundan ibarət idi ki, 1999-2005-ci illərdə təhsil müddəti ərzində iddiaçı faktiki olaraq Rusiya Federasiyasında olmamış, deməli Universitetə gedib-gəlməmişdir. Ona görə də Qaydalara əsasən nostrifikasiyadan imtina olunmalıdır. 14.04.2020-ci il tarixdə diplomun nostrifikasiyası məqsədilə yeni yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra “Agentlik”) müraciət etmişdir. Agentlik 15.04.2020-ci il tarixli elektron məktubu ilə daha əvvəl 26.02.2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən ixtisasının tanınmasından imtina edilməsini əsas gətirərək ərizəni qəbul etməkdən imtina etmişdir. Həmin məktuba cavab olaraq göndərdiyi növbəti müraciətində 2009-cu il imtinasının və ekspert şurasının iddiaçının müraciəti ilə bağlı o vaxtkı protokolunu istəsə də, agentlik həmin qərarı və ya protokolu verməmiş, belə ki, belə bir protokol və qərar mövcud deyildir. Ümumiyyətlə isə, agentlik etdiyi sonrakı müraciətlərə iki dəfə yazılı cavab vermişdir. Belə ki, 19.05.2020-ci il tarixli cavab məktubunda Agentlik yenidən Təhsil Nazirliyinin 2009-cu ildə iddiaçıya göndərdiyi məktuba istinad edərək nostrifıkasiyadan imtina etmişdir. Daha sonra Agentliyə 27.10.2020-ci il tarixdə şikayət ərizəsi yazaraq iddiaçı verdikləri əvvəlki bütün imtinaların əsassız olduğunu öz müraciətində əsaslandırmış və məsələnin yenidən araşdırılıb qanuni və ədalətli formada qərar qəbul edilməsini xahiş etmişdir. 05.11.2020-ci il tarixli, M-217/03-TKTA saylı son məktubunda (məktub iddiaçıya 16.12.2020 tarixdə çatdırılıb) isə agentlik əvvəlki imtinaları şikayətinə əsasən araşdırıb əsassız olduğunu gördükdən sonra keçmiş sənədləşmə və mövqedən fərqli olaraq yeni əsasa - Universitetə xüsusi razılıq (lisenziya) verilməməsinə istinad edərək nostrifıkasiyadan imtina etmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, cavabdeh qurum 2009-cu ildən başlayaraq edilmiş bütün müraciətlərində qanunvericiliyin tələblərinə əməl etməmiş, qaydaların tələblərinə uyğun olaraq araşdırmamış və yenə Agentliyin də yeni əsasa görə verdiyi imtina da əvvəlki əsaslar kimi iddiaçının hüququnun pozulması ilə nəticələnən və heç bir qanuna və hüquqa söykənmədən verilmiş bir qərardır və qanunsuz hesab edilməlidir. Cavabdeh öz imtinasını rəsmi inzibati akt formasında verməli idi. Agentlik iddiaçının müraciəti üzrə 2009-dan sonra bir neçə yeni hal olmasına baxmayaraq heç bir araşdırma aparmadan, formal bir məktubla 11 il əvvəlki qanunsuz imtinaya əsaslanaraq geri qaytarmaqla “İnzibati icraat haqqında” AR Qanununun tələblərini pozmuşdur. Belə ki, cavabdeh iddiaçının ilk və daha sonrakı müraciətləri üzrə rəsmi inzibati akt (qərar) qəbul etməli olsa da, bunu etməmişdir. Onun cavabı inzibati aktın tələblərinə cavab vermir. Cavabdeh müraciətiylə bağlı araşdırma apararkən və qərar qəbul edərkən iddiaçının iştirak hüququnu pozmuşdur. Göründüyü kimi Agentliyin daha bir Qanunun tələblərini nəzərə almama kimi yanaşması sözügedən Qanunun 51-ci maddəsinin tələblərini və iddiaçının öz müraciəti ilə bağlı icraatda iştirak hüququnu tamamilə pozmuş, öz qərarını əsaslandırmamış, əvvəlki imtinaları qanunsuzdur. Əslində cavabdehin 05.11.2020-ci il tarixli son imtina cavabında yalnız bir əsasa - lisenziya məsələsinə istinad etməsi həmin tarixədək olan imtinalarda onun (Təhsil Nazirliyi) tərəfindən bundan əvvəl gətirilmiş əsasları əhəmiyyətsiz edir. Başqa sözlə hazırkı vəziyyətdə iddiaçının ixtisasının tanınmaması üçün yalnız lisenziya əsası maneədir. Buna baxmayaraq cavabdehin indiyədək nostrifıkasiyadan imtina üçün istinad etdiyi bütün əsaslarla bağlı mövqeyini bildirmək istəmişdir. Rusiya Federasiyasına gedib-gəlmək məsələsi ilə bağlı cavabdeh 2009-cu ildə verdiyi imtinasının əsası kimi Qaydaların tələbinin əksinə olaraq iddiaçının təhsil aldığı müddətdə Rusiya Federasiyasına fiziki olaraq gedib-gəlməməyini göstərmişdir. Bu arqument tamamilə əsassızdır. Belə ki, əvvəla, Qaydaların iddiaçıya münasibətdə mənfi mənada tətbiqi qanunun zamana görə qüvvəsi baxımından səhv olardı. Çünki iddiaçının xarici ölkəyə aid universitetdə təhsil almağı ilə bağlı hüquq münasibəti təhsil almağa başladığı il - 1999-cu ildə yaranmışdır. Sözügedən qaydalar isə 2003-cü ildə qəbul edilmiş və beləliklə iddiaçının xarici ixtisasının Azərbaycan Respublikasında tanınması Qaydalara əsaslanmaqla tələb oluna bilməz. Qaydaların heç bir bəndində şəxsin mütləq təhsil aldığı xarici ölkəyə fiziki olaraq gedib-gəlməsi barədə tələbə rast gəlinmir. Ümumiyyətlə həmin bənddə ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün 3 əsas göstərilmişdir: 1) xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; 2) təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); 3)xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Bu 3 əsasın heç birində tələbənin təhsil aldığı ölkəyə fiziki olaraq gedib - gəlməməsinə görə nostrifikasiyadan imtinanın mümkünlüyü nəzərdə tutulmamışdır. Üçüncüsü isə, qeyd etdiyi kimi iddiaçı Universitetin Azərbaycan Respublikasında hamıya, o cümlədən Təhsil Nazirliyinə məlum olmaqla fəaliyyət göstərən səyyar məntəqəsində oxumuşdur. Təhsili qiyabi əsaslarla olmuş və ildə iki dəfə semestr təyin olunmuşdur ki, həmin müddətdə də semestri keçirən müəllim və işçi heyəti Rusiya Federasiyasından Bakıya gələrək semestrin keçirilməsini və təhsilin verilməsini təmin etmişlər. Ona görə də təbii olaraq tələbələrin Rusiya Federasiyasına getməyinə hər-hansı bir tələb və ehtiyac olmayıb. Ali təhsil məktəblərinin digər ölkələrdə fəaliyyəti yeni və təəcüblü bir məsələ olmamaqla Azərbaycan Respublikasında da müstəqillik əldə edildikdən bəri geniş tətbiq edilir. Xüsusilə də eyni təhsil sisteminə malik Rusiya ali təhsil müəssisələrinin Azərbaycan Respublikasında geniş fəaliyyəti mübahisəsizdir. Bundan əlavə Qaydaların söykəndiyi Azərbaycan Respublikasının 30.09.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya da nostrifikasiyanın əsası kimi şəxsin təhsil aldığı xarici ölkədə fiziki olmasını deyil, təhsilin məzmun və müddətinin, təhsilin verdiyi hüquqların iki ölkə arasında təqribi uyğunluğunu nəzərdə tutur. Agentlik 05.11.2020-ci il tarixli sonuncu imtina məktubunda keçmiş sənədləşmə və mövqedən fərqli olaraq yeni əsasa - Rusiya Dövlət Sosial Universitetinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməməsinə istinad edərək nostrifikasiyadan imtina etmişdir. Həmin imtina əsası da qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin (bundan sonra Saziş) 1-ci bəndinə əsasən həmin Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Göstərilən Sazişin müddəalarını iddiaçının halına tətbiq etdikdə aydın olur ki, Universitet Rusiya Federasiyasında qeydiyyata alındığı üçün onun verdiyi ixtisaslar və sənədlər Azərbaycan Respublikasında qeyd-şərtsiz tanınmalıdır. Məhz buna görə də Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. AR Prezidentinin 04.10.1997-ci il tarixli Fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, həmçinin Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 02.09.2002-ci il tarixli Fərmanında xarici təhsil müəssisələrinin ölkədə fəaliyyəti üçün lisensiya alması nəzərdə tutulmamışdır. Bir məsələ də təəcüblüdür ki, əgər cavabdeh tərəfindən Universitetin Bakıdakı səyyar məntəqəsi üçün lisenziya tələb olunursa, onda görəsən həmin məntəqədə təhsil almış şəxslərin diplomunun nostrifıkasiyası nəyə lazımdır. Və yaxud əksinə, əgər nostrifıkasiya tələbi varsa, o halda səyyar məntəqəyə lisenziya tələbi nə üçündür? O cümlədən Qaydalar da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması halını nostrifıkasiyadan imtina edilməsinin əsasları sırasında göstərmir. Təhsil Nazirliyi Universitetin fəaliyyətindən məlumatlı olmuş və səyyar ssesiyaların keçirilməsinə razılıq vermişdir. Universitetin Bakıda fəaliyyətinə lisenziya tələb olunsaydı belə, bu xarici təhsil müəssisəsinin filialı üçün tələb oluna bilərdi. Universitetin Bakıdakı fəaliyyəti isə filial deyil səyyar sessiyaların keçirilməsi məntəqəsi formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarını müvəqqəti olaraq “Bilik” Elm-Sosial Mərkəzinin nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır. Təhsil Nazirliyinin qeyd olunan məktubunun hazırkı mübahisə üçün digər əhəmiyyəti isə budur ki, həmin məktub Nazirliyin Universitetin Bakıdakı fəaliyyətindən xəbərdar olduğunu və həmin fəaliyyətə razı olduğunu təsdiq edir. Lisenziyasız fəaliyyətə görə Təhsil Nazirliyi hər hansı tədbir görməmiş və buna görə də bunun məsuliyyətini üniversitetdə oxuyan tələbələr daşımamalıdır. Təhsil Nazirliyinin 2005-ci ilədək və sonrakı əsasnamələrinə əsasən ölkədə təhsil sahəsində dövlət nəzarətini həyata keçirmək, təhsil işinin dövlət standartlarına uyğun təşkil etmək, bu istiqamətdə monitorinqlər aparmaq və bu kimi digər məsələlər birbaşa Təhsil Nazirliyinin vəzifəsi və funksiyasıdır. Bundan başqa 1992-2009-cu illərdə qüvvədə olmuş “Təhsil haqqında” Qanunun 31-ci maddəsinə əsasən Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbəriiyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.05.1999-cu il tarixli, 48-03-1841/16 saylı məktubundan da göründüyü kimi cavabdehin Universitetin Bakıdakı fəaliyyətindən xəbəri olmuş və bu hal mübahisəsizdir. Buradan ortaya çıxan sual budur ki, əgər Universitetin ölkədə səyyar təhsil fəaliyyəti qanunsuz idisə, nə üçün həmin tarixlərdə Nazirlik öz Əsasnaməsi və “Təhsil haqqında” Qanun üzrə funksiyalarını yerinə yetirməmiş, bunun qarşısını alan hər hansı bir tədbir görməmişdir?. Belə ki, Universitetin Azərbaycan Respublikasında fəaliyyəti üçün lisenziya tələb olunurdusa belə, həmin tələbə əməl edilib-edilməməsini yoxlamaq səlahiyyəti və vəzifəsi də cavabdehin üzərindədir. Cavabdeh bu məqsədlə həmin müddətdə hansısa tədbirlər görməmişdir. Məsələn, Universitetin Azərbaycandakı fəaliyyətinin qanunsuz olması barədə mətbuatda, müxtəlif yerlərdə elanlar verməmiş, orada oxuyan tələbələri bu barədə məlumatlandırmamışdır. Əksinə yuxarıda qeyd edilən məktubu ilə səyyar sessiyaların keçirilməsinə razılıq vermişdir. Tələbələr də Universitetin fəaliyyəti ilə maraqlandıqda onlara fəaliyyətin qanuni olduğu bildirilməklə Nazirliyin qeyd edilən məktubu onlara təqdim edilmişir. Universitet təhsilə cavabdeh olan qurumların məlumatlı olması ilə illərlə fəaliyyət göstərib, bu məqsədlə bina icarəyə götürüb, Rusiyadan müəllim kollektivi hər dəfə ölkəyə gələrək tədris edib və üzərindən 21 il keçəndən sonra Agentlik Universitetin burada lisenziyasız fəliyyət göstərdiyini elan edir. Bunun məsuliyyət yükü heç bir halda orada oxumuş yüzlərlə tələbənin üzərinə qoyula bilməz. Tələbələrin belə bir araşdırma eləmək kimi bir vəzifəsi olmayıb. Vətəndaşlar konstitusion hüququ olan təhsil hüququndan istifadə etməklə istədiyi təhsil müəssisəsində təhsil ala bilər. Yəni iddiaçı qeyd edilən üniversitetdə təhsil almaqla, hər hansı bir qanun pozuntusuna yol verməmiş, bir vətəndaş kimi ölkədə fəaliyyətdə olan təhsil ocağında təhsil almışdır. Həmin təhsil müəssisələrinin fəaliyyətinin qanuna uyğunluğuna nəzarəti tələbə deyil, Təhsil Nazirliyi yerinə yetirməli və lazımi tədbirlər görməlidir. Təhsil Nazirliyinin yarıtmaz fəaliyyətinin, hərəkət və ya hərəkətsizliyinə görə tələbələr məsuliyyət daşımamalı və ya ziyan görməməlidir. Bu halda tələbələrin vicdanlılıq prinsipini nəzərə almamışdır. Analoji məsələ bu yaxınlarda bağlanan bankların əmanətçiləri ilə bağlı yaşanmış, sonda AR Konstitusiya Məhkəməsi həmin məsələ ilə bağlı qərar qəbul edərək əmanətçiləri onlardan asılı olmayan məsələlərə görə məsuliyyət və məhrumiyyətdən azad edən bir mövqe ortaya qoymuşdur. Konstitusiya Məhkəməsinin “”Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10.08.2020-ci il tarixli həmin qərarında deyilir: "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-də qeyd olunan təshih tədbirlərinin tətbiq olunmasına baxmayaraq, banklar tərəfindən fiziki şəxslərdən müddətli əmanətlərin qəbulunun qadağan edildiyi dövrdə əmanətlər qəbul olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, banklara qarşı tətbiq edilən təshih tədbirləri ictimaiyyətin nəzərinə çatdırılmalı və əmanətçilər həmin tədbirlər barədə məlumatı əldə etmək imkanına malik olmalıdırlar. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı iştirakçı bankın fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnu dayandırdıqda müvafiq qərarın qəbul edildiyi gündən sonrakı iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir və 3 iş günündən gec olmayaraq bildiriş dərc etdirir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, banklar tərəfindən “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələrinin tələbləri pozularaq təshih tədbirlərinə riayət edilməməsi nəticəsində fiziki şəxslərdən banklara və ya bankın filiallarına təqdim edilmiş əmanətləri qəbul etməkdə davam etməsi halı son nəticədə vicdanlı əmanətçilərin Konstitusiya və qanunlarla qorunan maraqlarına və hüquqi gözləntilərinə mənfi təsir göstərməməlidir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək hesab edir ki, hazırkı vəziyyətdə təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”. Konstitusiya Məhkəməsinin vicdanlı əmanətçilərə dair mövqeyi indiki halda iddiaçı kimi vicdanlı tələbələrə də tətbiq edilməlidir. Universitet rəhbərliyinin məktubu ilə iddiaçının həmin universitetdə təhsili təsdiq edilmişdir. İddiaçının 14.05.2020-ci il tarixli müraciətinə əsasən Rusiya Dövlət Sosial Universiteti 26.05.2020-cil il tarixli U-2052 saylı cavab məktubu ilə həqiqətən də iddiaçının həmin Universitetin tələbəsi olmağını, 1999-2005-ci illərdə qiyabi əsaslarla hüquqşünaslıq fakültəsində təhsil almağını və BCT ******* nömrəli diplom almağını, Universitetin ölkə ərazisində nümayəndəlik fəaliyyəti və bu kimi digər faktları təsdiq etmişdir. Hesab edir ki, həmin məktub iddianın məhkəmə tərəfindən təmin edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Bəzi tələbələr nostrifikasiya şəhadətnaməsi almışlar. Dəqiq məlumata görə iddiaçı ilə eyni dövrdə, hətta eyni qrupda, eyni ixtisasda təhsil almış bəzi tələbələrə Təhsil Nazirliyi tərəfindən nostrifikasiya şəhadətnamələri verilmişdir. Bu faktı cavabdehin aidiyyatı strukturları təsdiqləmiş və iddiaçıya şifahi bildirilmişdir ki, 2009-cu ildə bir dəfə imtina aldığı üçün, sistemə belə düşub deyə ona şəhadətnamə verilməsi mümkün olmayıb. Cavabdehin bəzi tələbələrə nostrifikasıya şəhadətnaməsi verib, bəzilərinə isə imtina etməsi açıq-aşkar qərəzlidir və vətəndaşların bərabərlik hüququnun pozulmasıdır. Müəyyən tələbələrə şəhadətnamə verilməsi faktını rəsmi olaraq təsdiqləmək üçün cavabdehə vəkil sorğusu göndərilsə də, cavabdeh bu sorğuya açıq cavab verməkdən çəkinmiş və sadəcə olaraq Universitetdən olan tələbələrin müraciətləri ilə bağlı məlumat vermişdir. Lakin müraciətlərin nəticələri, şəhadətnamələrlə bağlı müsbət qərarların verilməsi barədə məlumat verməmiş və faktın olmamasını da bildirməmişdir. Məhkəmə cavabdehə bu barədə sorğu verərsə, qeyd etdiyi həmin məlumat öz təsdiqini tapacaqdır. Belə olan təqdirdə cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş bərabərlik hüququnu pozur. Eyni zamanda “İnzibati icraat haqqında” AR Qanununun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Cavabdehin imtinası qanunsuz olması ilə yanaşı, həm də ədalətsiz və qərəzlidir. İddiaçı 2005-ci ildə Universitetin hüquq fakültəsini bitirmişdir. Hələ qiyabi əsaslarla oxuduğu müddətdən başlayaraq və Universiteti bitirdikdən sonra müxtəlif qurumlarda ixtisası üzrə işləmiş, daim işlədiyi yerlərdə seçilmiş və vəzifə artımları almışdır. 2007-ci ildən ölkənin aparıcı banklarından biri olan "xxxx" ASC-də hüquqşünas, aparıcı hüquqşünas, baş hüquqşünas və 2011-ci il tarixdən "xxxx" ASC-də hüquq departamentinin direktor müavini və həmin ildən hüquq departamentinin direktoru, idarə Heyətinin müşaviri və müavini vəzifəsində çalışmışdır. Hazırda sonuncu göstərilən iş yerində hüquq və problemli kreditlər üzrə sahə direktoru vəzifəsində çalışır. Bu baxımdan ötən illərdə topladığı təcrübə aldığı təhsilə mümkün şübhələri də aradan qaldırmış sayılmalıdır. Aldığı diplom 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq Moskva Təhsil İdarəsi tərəfindən rəsmi apostillə və Agentliyin internet saytında müəyyən edilmiş formaya tam uyğun şəkildə təsdiq edilmişdir. İşin bütün halları məsələnin müsbət həllinə, ixtisasının tanınmasına və ekvivalentlik şəhadətnaməsinin verilməsinə əsaslar yaratsa da, cavabdeh şəhadətnamə verilməsi üçün əsaslar axtarmamış əksinə hər dəfə bir əsassız səbəb taparaq 10 ildən artıq müddətdir ki, süründürməçilik edir. Bu da cavabdehin öz diskresion səlahiyyətindən sui-istifadə etməsini təsdiq edir. Hesab edir ki, cavabdeh tərəfindən 4 sayda və hər dəfəsində də əvvəlki səbəblərdən fərqli (1-apostil olmaması səbəbilə, 2-Rusiya Federasiyasına gediş-gəliş olmaması səbəbilə, 3-2009-cu ildə imtina məktubu əsas göstərilməklə və 4-lisenziya olmaması səbəbilə) olan imtinaları, qanunvericiliyin tələblərinə riayət olunmaması, universiteti bitirmiş bəzi tələbələrə nostrifıkasiya şəhadətnamələrinin verilməsi və işin yuxarıda göstərilən digər halları özü özlüyündə cavabdehin qərəzindən, ədalətsizliyindən xəbər verir və ekvivalentliliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsindən imtina edilməsi qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə ilkin cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyrimümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri - mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iddiaçının məhkəməyə təqdim etmiş: - Azərbaycan Respublikasını Təhsil Nazirliyinin “Bilik” Elm-Sosial Mərkəzə ünvanlanmış 21.05.1999-cu il tarixli 48-03-1841/16 saylı məktubunun kserosurətində göstərilmişdir ki, “Təhsil Nazirliyi 19 may 1999-cu il tarixli 04 saylı məktubunuza cavab olaraq bildirir ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarını müvəqqəti olaraq rəhbərlik etdiyiniz mərkəzin nəzdində təşkil edilməsi barədə məlumatınız nəzərə alındı”. - Cavabdehin iddiaçıya ünvanlanmış 05.03.2009-cu il tarixli M-9468/03-24 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin sənədləriniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və o, Sizə müvafiq şəhadətnamənin verilməsini məqsədəuyğun saymamaq haqqında qərar qəbul etmişdir. Nəzərinizə çatdırırıq ki, təqdim olunan sənədlərin surəti Komissiyanın arxivində saxlanılır və geriyə qaytarılmır”. - “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) üzrə elektron ərizə sistemin”dən çıxarışdan görünür ki, iddiaçıya bildirililmişdir ki, “Siz artıq bir dəfə eyni adlı diplom üzrə 26.02.2009-cu il tarixdə imtina almısınız”. - Cavabdehin iddiaçıya ünvanlanmış 19.05.2020-ci il tarixli M-140/01-TKT saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Təhsildə Keyfiyyət Təminatı Agentliyinə daxil olmuş 04.05.2020 tarixli, M-140 nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Sizin 14,04.2009cu il tarixli müraciətinizin nəticəsinə dair 05.03.2009-cu il tarixli M-9468/03-24 saylı məktub (surəti əlavə olunur) müraciətinizdə qeyd etdiyiniz ünvana göndərilmişdir. Məlumat üçün bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəmədə iddia qaldırıla bilər”. - Cavabdehin iddiaçının 30.14.2014-cü il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin Təhsil Nazirliyinə daxil olmuş 30.01.2014-cii il tarixli (03.02.2014-cü il tarixli, M-1827 nömrəli) ərizənizə baxılmışdır. Bir daha bildiririk ki, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş BCB № ******* nömrəli, 06.05.2005-ci il tarixli ali təhsil haqqında sənədlərin (diplom və ona əlavə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və Nazirliyin 26.02.2009-cü il tarixli, 17 saylı protokoluna əsasən Sizə müvafiq şəhadətnamənin verilməsinin məqsədəmüvafıq hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Rusiya Dövlət Sosial Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (1999-2005-ci illər) Siz həmin ölkədə olmamısınız. Həmçinin yekun dövlət attestasiya komissiyasının imtahanı tarixində (06.05.2005-ci il tarixi) Rusiya Federasiyası ərazisində olmamısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nöuıroli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması va ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın 3.6-cı bəndinə ən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və srbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi, Rusiya Federasiyasının qeyd edilən ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı rarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nıın 3.7-ci bəndini rəhbər tutaraq, Rusiya Dövlət Sosial Universiteti tərəfindən İddiaçı adına verilmiş BCB № ******* nömrəli, 06.05.2005-ci tarixli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir”. - Cavabdehin iddiaçıya ünvanlanmış 05.11.2020-ci il tarixli M-217/03-TKTA saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması üçün əsas şərtlərdən biri də ali təhsil sənədini təqdim edən müəssisəsinin dövlət akkreditasiyasına və ya lisenziyaya sahib olmasıdır. Bununla belə sənədlərinizin araşdırılması zamanı məlum olmuşdur ki, Sizin təhsil aldığınız Rusiya Federasiyasına məxsus Rusiya Dövlət Sosial Universitetinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Göstərilənləri nəzərə alaraq, xarici ali təhsil ixtisasınızın ölkə ərazisində tanınmaması haqqında qərarın qüvvədə saxlanılması qərarı verilmişdir”. - Rusiya Federasiyası “Rusiya dövlət sosial universiteti” ali ixtisas təhsili üzrə federal dövlət təhsil müəssisəsi tərəfindən verilmiş BCГ № ******* saylı, 06.05.2005-ci il tarixli qeydiyyat nömrəsi 84063 04.02.2011-ci il tarixli diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçıya 06.05.2005-ci ildə həmin Universitetin Dövlət Attestasiya Komissiyasının qərarı ilə hüquqşunaslıq ixtisası üzrə hüquqşünas peşəsi verilmişdir. - Rusiya Federasiyası “Rusiya dövlət sosial universiteti” ali peşə təhsili dövlət təhsil müəssisəsi tərəfindən verilmiş BCГ № ******* saylı 06.05.2005-ci il tarixli diploma əlavəsinin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı “Moskva dövlət sosial universiteti” (qiyabi forma) 1999-cu ildə daxil olub, 2005-ci ildə “Rusiya dövlət sosial universiteti” ali peşə təhsili dövlət təhsil müəssisəsi (qiyabi forma) əyani forma üzrə normativ təhsil müddəti 5 il hüquqşunaslıq ixtisası üzrə təhsilini bitirib. - qeyd edilən diplom 14.04.2011-ci ildə Rusiya Federasiyası Moskva şəhər Təhsil Departamenti tərəfindən 115564 №-li apostillə təsdiq edilmişdir. Cavabdehin 03.08.2021-ci il tarixli 00-05-334/TKTA saylı məktubları ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası ərazisində fəaliyyətinə icazə verilmiş ali təhsil müəssisələrinin siyahısında “Bilik” Elm-Sosial Mərkəzi yer almamışdır. Həmçinin, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) Bakıda yerləşən hüquqi əsası olmayan filialının fəaliyyətinin dayandırılması ilə əlaqədar bu filialın bazasında qiyabi təhsil alan tələbələrin səyyar sessiyalarının “Bilik” Elm-Sosial Mərkəzi nəzdində təşkil edilməsi barədə hər hansı məlumat və sənəd aşkarlanmamışdır. Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetindən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 26 avqust 2021-ci il tarixli **********051900 saylı məktubu ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, idarədə olan reyestrdə Rusiya Dövlət Sosial Universitetinin Nümayəndəliyi, "xxxx" Elm-İstehsalat Firması, Sosial Təhsil üzrə Beynelxalq Mərkəz adlı kommersiya qurumları aşkar edilməmişdir. “Bilik” Elm-Sosial Mərkəzi (VÖEN **********) 06.04.1998-ci ildə dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı ünvan 1rilmiş məhkəmə sorgusu poçt qəbzləri ilə “ünvan düzgün deyil” göstərilməklə geri qaytarılmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçıya Rusiya Federasiyası “Rusiya dövlət sosial universiteti” ali ixtisas təhsili üzrə federal dövlət təhsil müəssisəsi tərəfindən diplom üzrə hüquqşunaslıq ixtisası üzrə hüquqşünas peşəsi verilmişdir. Həmin diploma əlavədə göstərilmişdir ki, iddiaçı “Moskva dövlət sosial universiteti” (qiyabi forma) 1999-cu ildə daxil olub, 2005-ci ildə “Rusiya dövlət sosial universiteti” ali peşə təhsili dövlət təhsil müəssisəsi (qiyabi forma) əyani forma üzrə normativ təhsil müddəti 5 il hüquqşunaslıq ixtisası üzrə təhsilini bitirib. İddiaçı diplomun tanınması üçün ilk əvvəl Təhsil Nazirliyinə müraciət etmiş, səlahiyyətli qurumun Ekspert qrupu tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı 1999-2005-ci illərdə təhsil müddəti ərzində faktiki olaraq Rusiya Federasiyasında olmadıgından diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması qənaətinə gəlib diplomu tanımaqdan imtina etmişdir. İddiaçının təkrar müraciətinə baxan cavabdeh orqan daha əvvəl 26.02.2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən iddiaçının ixtisasının tanınmasından imtina edilməsini, habelə iddiaçının təhsil aldıgı Rusiya Federasiyasına məxsus Rusiya Dövlət Sosial Universitetinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmədiyini əsas gətirərək iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərzisində tanınmaması haqqında qərarın qüvvədə saxlanılması qərarını vermişdir. İddiaçı bildirmişdir ki, Universitetin Azərbaycan Respublikasında hamıya, o cümlədən Təhsil Nazirliyinə məlum olmaqla fəaliyyət göstərən səyyar məntəqəsində oxumuş, təhsili qiyabi əsaslarla olmuş və ildə iki dəfə semestr təyin olunmuşdur ki, həmin müddətdə də semestri keçirən müəllim və işçi heyəti Rusiya Federasiyasından Bakıya gələrək semestrin keçirilməsini və təhsilin verilməsini təmin etmişlər, ona görə də təbii olaraq tələbələrin Rusiya Federasiyasına getməyinə hər-hansı bir tələb və ehtiyac olmamışdır. İddiaçının tələbinin əsası ondan ibarətdir ki, xarici ölkədə təhsil aldığı diplomun tanınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 13 may tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların və 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 23 sentyabr 2002-ci il tarixdə Moskva şəhərində imzalanmış Saziş tələbləri cavabdeh tərəfindən təmin edilmədiyindən onun müraciətindən əsassız olaraq imtina edilmişdir. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Qanun: 1.0.32. lisenziya - təhsil fəaliyyətinə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən rəsmi sənəddir. 16.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalıdır. Təhsil müəssisələrinə lisenziya müddətsiz verilir. 16.2. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması dövlətlərarası müqavilələrlə müəyyən edilir. 16.5. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. 26.3. Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə ali və orta ixtisas təhsili müəssisəsində tədris prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər: 26.3.1. təhsil müəssisəsinin nizamnaməsi; 26.3.2. təhsil sahəsində fəaliyyət üçün lisenziya; 26.3.3. təhsil müəssisəsinin dövlət akkreditasiyası haqqında sənəd. 27.1. Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. (-). 27.4. Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyanı həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur.

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-). 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli 01.03.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”: 8.27-8.28-ci bəndlər. Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı: -1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; -1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; - 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilin məzmunu və təşkili Qaydaları”na görə isə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Əsas (baza ali) tibb təhsili səviyyəsində təhsilin normativ müddəti 5-6 ildir. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. (bənd 1.5, 1.6, 2.3, 2.8, 2.9). Məhkəmə qeyd edir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində (sessiya dövründə) olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının sessiya müddətində təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasını əsaslı sayır. 13 may 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» 23 sentyabr 2002-ci il tarixdə Moskva şəhərində imzalanmış Sazişdə qeyd edilir ki, Azərbaycan Tərəfi Rusiya Federasiyasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınmasından bəhs edilir. İddiaçının isə aldığı ixtisasın mənimsənilməsi üçün tələb olunan müddətdə təhsil aldığı məktəbdə olmadığından aldığı təhsilin səviyyəsi qənaətbəxş olmadığından və bu Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlmədiyindən Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş 11 aprel 1997-ci il tarixli «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 6.1-ci maddəsində də razılığa gələn tərəfə belə bir səlahiyyət verilir ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məhkəmə həmçinin vurğulayır ki, işdə iddiaçının Azərbaycan Respublikasını Təhsil Nazirliyinin “Bilik” Elm-Sosial Mərkəzə ünvanlanmış 21.05.1999-cu il tarixli 48-03-1841/16 saylı məktubunun kserosurətində “Təhsil Nazirliyi 19 may 1999-cu il tarixli 04 saylı məktubunuza cavab olaraq bildirir ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarını müvəqqəti olaraq rəhbərlik etdiyiniz mərkəzin nəzdində təşkil edilməsi barədə məlumatınız nəzərə alındı” göstərilsə də, adı çəkilən Universitetin qanuni əsasla fəaliyyət göstərməsi (qeydiyyatı və akkreditasiyası) sübuta yetməmişdir (“Bilik” Elm-Sosial Mərkəzin hüquqi qeydiyyatının olması isə heç də Universitetin qanuni əsasla fəaliyyət göstərməsinin sübutu kimi qəbul edilə bilməz). İnzibati Prosessual Məcəllə Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının “diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar