Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3703/2020 28.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, X10, cavabdeh Bakı şəhəri X2 nümayəndəsi X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin nümayəndəsi X4,cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinin nümayəndəsi X7 iştirаkı ilə, iddiаçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cаvаbdеhlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) Bakı şəhəri X5, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yannda Dövlət Vergi Xidmətinə qarşı “iddiaçının hesabına qoyulmuş sərəncamın ləğv edilməsi, iddiaçının hesabına yeni sərəncamların qoyulmasının qadağan edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: İddiаçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) Bakı şəhəri X5, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək Cəmiyyətin şəxsi hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli, **********2 nömrəli sərəncamın ləğv edilməsi və 22119,03 manat borca dair iddiaçınpn şəxsi hesabına yenidən sərəncamın qoyulmasının cavabdehlərə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə əsasən vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçının xx.xx.2020-ci il tarixli, **********2 nömrəli sərəncamı inzibati akt deyildir, belə ki, o, müəyyən hüquqi nəticələr yaradan hakimiyyət tədbiri deyildir, vergi qanunvericiliyinin yuxarıda sadalanan normalarından göründüyü kimi, iddiaçının ləğv edilməsini tələb etdiyi sərəncam icra sənədidir. İcra sənədi inzibati akt olmadığı üçün onun inzibati icraat cərçivəsində mübahisələndirilməsi kimi hüquq qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 (üçüncü şəxslər Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsi) qarşı iddiaçının hesabına qoyulmuş 2018-ci il 15 avqust tarixli, 188/**********0 saylı sərəncamın ləğv edilməsi və hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə 29396,09 manat məbləğində borcun şəxsi hesab vərəqindən silinməsi barədə iddiası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-88/2020 nömrəli qərarı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Qeyd edilən qərarlarla müəyyən edilmişdir ki, iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 22347,74 manat borc məbləği üzrə borcun tutulması ilə bağlı sosial sığorta orqanının tələb etmə hüququ istisna edilsə də həmin borcun silinməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni həmin məbləğ iddiaçının borcu kimi qeyd olunmaqda davam edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; 65.2.1.3. məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda. Belə olan halda 22119,03 manat borca dair iddiaçının şəxsi hesabına yenidən sərəncamın qoyulmasının cavabdehlərə qadağan edilməsi barədə iddia tələbi kimi iddiaçının subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikasının İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiаçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) Bakı şəhəri X5, Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yannda Dövlət Vergi Xidmətinə qarşı Cəmiyyətin şəxsi hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli, **********2 nömrəli sərəncamın ləğv edilməsi və 22119,03 manat borca dair iddiaçının şəxsi hesabına yenidən sərəncamın qoyulmasının cavabdehlərə qadağan edilməsi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 35, 38, 80 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) Bakı şəhəri X5, Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yannda Dövlət Vergi Xidmətinə qarşı Cəmiyyətin şəxsi hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli, **********2 nömrəli sərəncamın ləğv edilməsi və 22119,03 manat borca dair iddiaçının şəxsi hesabına yenidən sərəncamın qoyulmasının cavabdehlərə qadağan edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540 məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3703/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3703/2020
28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver