Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3706/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı və X8 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı “uşağın soyad sonluğunun dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 ilə birgə nikahdan doğulmuş 23.07.2020-ci il təvəllüdlü X2 sonluğunun “Bəşirzadə”dən “Bəşirov” soyad sonluğuna dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək 23.07.2020-ci il tarixdə doğulmuş X2 sonluğunun “Bəşirzadə”dən “Bəşirov” soyad sonluğuna dəyişdirilməsini xahiş etmiş və bu halı onunla əsaslandırmışdır ki, hazırda qüvvədə olan qanunvericilik soyad sonluğunun “zadə”-dən “ov”-a dəyişdirilməsini istisna etməmişdir. Həmçinin, uşağın hər iki valideyinin soyad sonluğları “ov” (“ova”) olmuşdur ki, məhz bu səbəbdən uşağın soyad sonluğu valideyinlərin soyad sonluğuna uyğun olmalıdır. Qeyd olunan tələb ilə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. X3 ərizə ilə məhkəməyə müraciət edərək onun iddiaçı qismində tanınması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə ərizənin təmin edilməsi, X8 iddiaçı qismində tanınması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıların uşağı X5 ilkin doğum haqqında akt qeydinə əsasən soyadı “-zadə” sonluğu ilə olmuşdur. Hazırda iddiaçılar uşağının soyadının sonluğunu “-ov”a, hər iki valideynin soyadına uyğun olaraq dəyişdirilməsini istəyir. İddiaçı bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşdür. Uşağın 10 yaşı (23.07.2020-ci il təvəllüdlü) tamam olmamışdır. Məhkəmə inzibati orqanın imtinasının düzgünlüyünü araşdırarkən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1.Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4.Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın: 1.1.Bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 4.1.Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 5.1.Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2.Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3.Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4.Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10.Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericiliyə görə, uşağın soyadının bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən olunduğu qeyd olunmuşdur. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir və 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə uşağın soyad sonluğuna növbəti dəfə dəyişiklik kimi qiymət verilmiş və müraciətin təmin edilməsindən imtina edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, uşağın doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən, doğum haqqında şəhadətnaməsindən göründüyü kimi, uşağa “-zadə” sonluqlu soyad ilkin doğum haqqında akt qeydi aparılarkən verilmiş, sonradan soyad sonluğunun dəyişdirilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir və bu məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Cavabdeh inzibati orqanın da istinad etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “- oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq bildirir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt hazırda da qüvvədə olan Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dispozitiv formada müəyyən edilmişdir. İstinad olunan normanı məhdudlaşdırıcı və imperativ norma kimi qəbul edilə bilməz. Həmçinin həmin Qərarda “ov”, “- yev” sonluqlu soyadlara dəyişilməni qadağan edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasında yeni doğulan uşaqlara soyad verilərkən, valideynlərin soyadına uyğun olaraq “-ov”, “-yev” sonluqlu soyadların verilməsində hər hansı məhdududiyyət olmadığı halda, ilkin doğum haqqında akt qeydində digər sonluqlu və ya sonluqsuz ifadə formalarında olan soyadların sonluğunun (valideynlərin soyadına uyğun olaraq) “-ov” “-yev” olaraq dəyişdirilməsinə məhdudiyyətin tətbiq edilərək, “fərq qoyulması” ədalətli olmayan və qanunvericiliyə söykənməyən differensasiyanın aparılmasına gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Məhkəmə diqqətə çatdırır ki, həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Qanunda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin hamılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrıseçkiliyə yol verilməməsini tələb edir. Hazırki işdə məhkəmə iddiaçılatın tələbinin yetkinlik yaşına çatmayan övladının soyad sonluğunun dəyişdirilməsi ilə bağlı olduğunu nəzərə alaraq qeyd edir ki, əslində iddiaçıların tələb etdiyi “Bəşirov” soyadı ilə övladının qeydə alınmış “Bəşirzadə” soyadı arasında böyük fərq yoxdur və qanunvericilikdə “lı”, “li”, “lu”, “lü”, “zadə”, “oğlu”, “qızı” sonluqlu soyadlarının sözün kökündən asılı olaraq “ov”, “yev” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilməsini qadağan edən hər hansı müddəa nəzərdə tutulmamışdır. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar uşağının sonluğunun dəyişdirilməsi hüququna malik olduğundan və qanunvericilikdə soyad sonluğunun “ov”a dəyişdirilməsini istisna edən hallar mövcud olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, 23.07.2020-ci il tarixdə doğulmuş X1 sonluğun “-zadə”dən “-ov”a dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 23.07.2020-ci il tarixdə doğulmuş X1 sonluğun “-zadə”dən “-ov”a dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3706/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3706/2022
18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver