Məhkəmə qərarları › İş №2-1(112)-3706/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3706/2024

10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3706/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və iddiaçıların nümayəndəsi X3 Üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi Vəkil iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MTK və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti) qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. Birgə iddiaçlar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər İcra hakimiyyəti başçısının 109 nömrəli, xx.xx.2020-ci il tarixli qanunsuz Sərəncamı və “torpaq sahəsinin icarəyə verilməsi haqqında” “Ümid - VQM" ”MMC“ ilə xx.xx.2020-ci il tarixli 1588 nömrəli müqavilə bağlanması nəticəsində yaşayış sahəsindən məhrum edilməkləri ilə əlaqədar vurulmuş ziyana görə müştərək qaydada cavabdehlər - Bakı şəhər İcra Hakimiyyətinin, "xxxx" MMC-nin üzərinə kompensasiya olaraq ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən sökülmüş mənzillərin yerində inşa edilmiş hündürmərtəbəli binada iddiaçıların hər birinə iki otaqlı mənzillə təmin etmək öhdəliyi qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə "xxxx" MMC-nin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. "xxxx" MMC iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Birgə iddiaçılar daha sonra məhkəməyə ərizə təqdim edərək (dəftərxana vasitəsilə) iddia tələbinin “Bakı Şəhər İcra hakimiyyəti başçısının 109 nömrəli, xx.xx.2020-ci il tarixli qanunsuz Sərəncamı və “torpaq sahəsinin icarəyə verilməsi haqqında” "xxxx" ”MMC“ ilə xx.xx.2020-ci il tarixli 1588 nömrəli müqavilə bağlanması nəticəsində sökülmüş mənzillərə görə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə iddiaçıların hər birinə müvafiq pul məbləğində kompensasiya ödəmək öhdəliyi qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.

4. Məhkəmə hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı Şəhər İcra hakimiyyəti başçısının 109 nömrəli, xx.xx.2020-ci il tarixli qanunsuz Sərəncamı və “torpaq sahəsinin icarəyə verilməsi haqqında” "xxxx" ”MMC“ ilə xx.xx.2020-ci il tarixli 1588 nömrəli müqavilə bağlanması nəticəsində sökülmüş mənzillərə görə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə iddiaçıların hər birinə müvafiq pul məbləğində kompensasiya ödəmək öhdəliyi qoyulması” kimi dəyişdirilimişdir.

5. Birgə iddiaçılar tərəfindən cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə hər iddiaçıya münasibətdə 50.000 manat kompensasiya tələb olunduğu üçün məhkəmə iddia tələbində də kompensasiyanın məbləğini hər iddiaçıya münasibətdə 50.000 manat kimi nəzərə alır.

6. Tələb onunla əsaslandırılmışdır ki, birgə iddiiaçılar 80-cı illərdən “Azərsənayetikinti” Nazirliyinin tikinti idarəsində fəhlə işləyərək, ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla yaşamışdırlar. Sonradan məlum səbəblərdən yataqxanada qaçqın və məcburi köçkünlər də yaşamalı olmuşdurlar. Birgə iddiaçılar qeyd edir ki, “Azərsənayetikinti” Nazirliyinin göndərişi əsasında ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla yaşamışdırlar. Həmin mübahisəli ünvanda daimi yaşamalarına dair hüquqi əsas həmin göndərişlər olmuşdur. İddiaçı1 xx.xx.1985-ci il tarixli 47/25 nömrəli göndəriş əsasında mübahisəli yaşayış sahəsində yaşamaq hüququ əldə etmişdir. Həmin göndəriş məhkəməyə təqdim olunmuşdur. İddiaçı1 əvvəllər Peşə məktəbinin yataqxanasında müvəqqəti yaşamış və oradan təyinatla işləmək üçün “Azərsənayetikinti” Nazirliyinin 85 saylı Tikinti İdarəsinə göndərilmişdir. Bu barədə arayış məhkəməyə təqdim edilmişdir. O cümlədən də bildirmişdir ki, hərbi xidmətdən sonra da 1988-ci ilin mart ayında Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında mübahisəli yaşayış sahəsinə daimi qeydiyyata alınmaqla yaşamaqda davam etmiş, tikinti idarəsində işləmişdir. Hətta gənc mütəxəssis kimi ev növbəsinə götürülmüşdür. Digər İddiaçı2 əlavə olaraq qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsində yaşamaları ilə əlaqədar kommunal xərclər onların əmək haqqından tutulurdu. İddiaçı2 işlədiyi idarə özəlləşdikdən sonra kommunal xərcləri öz vəsaiti hesabına ödəməyə başlamışdır. Bu barədə xx.xx.2013-cü il tarixli mədaxil qəbzi məhkəməyə təqdim olunmuşdur. İddiaçıların ailə üzvləri də qeyd olunan ünvanda yaşayırlar. Oglu Elnurun orada yaşaması barədə MKİS-nin arayışın torpaq alan şəxsin təklifində göstərilənalmmanın təsirinə məruz qala biləcək şəxslərin sayı alınma ilə bağlı baş verə biləcək köçürülmə ilə bağlı xərclər smetası və maliyyələşmənin mənbəyi və torpağın yerləşdiyi yeri, sahəsini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əsasında verilir və torpağın alınması barədə sərəncam qəbul edildiyi tarixdən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin qiymətləndirilməsi və alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Kompensasiyanm ümumi məbləği layihə dəyərinə daxil edilməlidir. Torpaq itkisi üçün təminatlar, ev və tikili itkisi, köçürülmə xərcləri kompensasiya məbləğinə daxil olur. O cümlədən də kompensasiya və köçürülmə xərcləri tam olaraq təsirə məruz qalan şəxslərə torpaq ərazisinin boşaldılması, tikililərin sökülməsi və yer səthinin səviyyəsi işlərindən əvvəl ödənilməlidir. Torpaq və ev sahibləri ilə bu qiymətləndirmənin nəticələri ilə razılaşma əldə edilmədikdə alan təşkilat torpaq sahəsini almaq üçün məhkəməyə müraciət edə bilər. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla, yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra mümkün olardı. Hansı ki, qiymətləndirmə ilə bağlı xəbərdar edilməyiblər və ümumiyyətlə, tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxs olaraq yataqxana sakinlərinə məlumat verilmədən və onları dinləmədən qiymətləndirmə ilə bağlı xəbərdar edilməmiş və yeganə yaşayış sahələri olan yataqxana binası sökülüb-dağıdılmış, yerində yeni 9 mərtəbəli yaşayış binası inşa edilməyə başlanılmışdır. ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin dairəsi "xxxx" MMC-ə, o cümlədən də nəzarət orqanlarına aşkar bəlli olduğu halda (və ya bunu bilməli olduqları halda) icarəyə torpaq alan şəxs "xxxx" MMC kompensasiya ödəmədən, köçürmə işlərini icra etmədən uzun illər ərzində iddiaçıların yaşadıqları evi söküb-dagıtmışdır. Eyni zamanda cavabdeh orqanın səlahiyyətli şəxsləri tərəfındən “Ümid - VQM" MMC-ə lazımi göstərişlər verilməmiş, qəsdən hərəkətsizlik göstərilərək köçürmə işlərini icra etmədən, sakinlərə kompensasiya ödəmədən uzun illər ərzində yaşadığları evi söküb - dağıtmağa, torpağın planlanma-yer səthinin səviyyəsi işlərinin, bundan sonra da hündürmərtəbəli binanın tikinti işlərinin aparılmasına şərait yaratmışdır. İddiaçılar qeyd edir ki, işin hallarından da göründüyü kimi istər “Ümid - VQM" MMC, istərsə də nəzarət orqanları tərəfindən sözügedən akt, sərəncam, icazə və qanunlardan irəli gələn öhdəliklər yerinə yetirilməmiş, mübahisəli ərazidə hündürmərtəbəli binanın tikinti işlərinə başlamazdan əvvəl orada yaşayan sakinlərin köçürülməsi təmin edilməmiş, özbaşınalıqlara, vəzifədən sui-istifadə hallarına, səhlənkarlığa, süründürməçiliyə yol verilməklə binanın dam örtüyünün inşası başa çatdırılmış və qalan tikinti-təmir işləri aparılmaqdadır. Belə əməllərin nəticəsində iddiaçılar yaşadığları mənzil sahəsindən məhrum edilmişdirlər. Birgə iddiaçılar hesab edirlər ki, cavabdehlərin qanunsuz qərarları, hərəkətləri nəticəsində yaşayış sahəsindən məhrum edilmələri ilə əlaqədar vurulmuş ziyana görə kompensasiya yaşayış sahəsi şəkilində ödənilməlidir. İddiaçılar yataqxana binasında bir otaqlı mənzilə malik olduqlarını, həmin mənzillərin orta təmirli, yaşayış üçün yararlı vəziyyətdə olduğunu və orada yaşadıqlarını bildirmişdir. İddiaçılar əlavə olaraq boş otaqlardan da istifadə edirlər. Hazırda ünvan 3 ünvanı ərazisində orta təmirli vəziyyətdə bir otaqlı mənzilin bazar qiyməti minimum 50 000 manat təşkil edir. İddiaçılar birgə cavabdehlər tərəfindən həmin ərazidə 50 000 manat dəyərində yaşayış sahəsi ilə təmin edilmələrini tələb etmişdirlər.

7. Məhkəmə hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçılar İddiaçı1, X11, X6, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinə “icazənin ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6336/2023 nömrəli Qərardadı ilə Birgə iddiaçılar İddiaçı1, X4, X1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx") qarşı “icazənin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi və s.” İddia tələbi mümkün sayılmamışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2790/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6336/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

10. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışa əsasən İddiaçı3 (xx.xx.1964-cü il təvəllüdlü) ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

11. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan görünür ki, İddiaçı1 (xx.xx.1967-ci il təvəllüdlü) ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

12. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışdan görünür ki, İddiaçı2 (xx.xx.1963-ci il təvəllüdlü) ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

13. 2 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2013-cü il tarixli, 834382 seriya nömrəli mədaxil qəbzindən görünür ki, Haşımov X5 rayonu, S.Bəhlulzadə küçəsi, ev 23, mənzil 62 ünvanında yerləşən mənzil sahəsinə dair kommunal xərcləri ödəməkdədir.

14. “Azərsənayetikinti” İstehsalat Birliyinin Mənzil Kommunal Kontorunun xx.xx.1992-ci il tarixli əmrinə əsasən 19-cu dağüstü 23 №-li binada yerləşən 3 №-li fəhlə yataqxanası yaşayış binası üçün yenidən qurulması məqsədilə lazımi bütün avadanlıqlarla birlikdə 4 №-li trestin hesabına verilmişdir. Qarşılıqlı razılıq əsasında 3 №-li yataqxanada olan qaçqınların 17 №-li yataqxananın 4cü və 5-ci mərtəbələrində, subay fəhlələrin isə digər yataqxanlarda olan boş yerlərdə yerləşdirilməsi üçün yataqxana müdirinə göstəriş verilmişdir.

15. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 109 nömrəli sərəncamına əsasən ünvan 7 ünvanında yerləşən 0,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.

16. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Tİ-64/21 nömrəli, xx.xx.2021-ci il tarixli icazə sənədi ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi yataqxana ev 23 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə zirzəmi (-1), 9 mərtəbəli, 2 girişli yaşayış binasının tikintisinə icazə verilmişdir.

17. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən ünvan 9 ünvanda yerləşən binaya keçirilmiş vizual baxış zamanı binanın texniki vəziyyətinin qəzalı olduğu müəyyən edilərək, istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi barədə xx.xx.2018ci il tarixli akt tərtib edilmişdir. Qeyd olunanlarla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin və "xxxx" MMC-nin müraciət məktublarını, aidiyyəti dövlət qurumlarının müvafiq razılıq məktublarını və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2018-ci il tarixli aktını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 109 saylı Sərəncamı ilə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 23 ünvanında yerləşən torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında adı çəkilən MMC-nin istifadəsinə verilmişdir.

18. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin mütəxəssisləri tərəfindən ünvan 9 ünvanda yerləşən binaya keçirilmiş vizual baxış zamanı binanın texniki vəziyyətinin qəzalı olduğu müəyyən edilərək, istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi barədə xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin və "xxxx" MMC-nin müraciət məktublarını, aidiyyəti dövlət qurumlarının müvafiq razılıq məktublarını və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2018-ci il tarixli aktını nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 109 saylı Sərəncamı ilə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 23 ünvanında yerləşən torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında adı çəkilən MMC-nin istifadəsinə verilmişdir.

19. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən 23 saylı binanın sökülməsi barədə inzibati materiallar məhkəməyə təqdim olunmuşdur.

20. ünvan 13 ünvanında 5 mərtəbəli yataqxana binasının texniki vəziyyəti haqqında xx.xx.2019 Akta əsasən ünvan 14 ünvanında yerləşən 1967-ci ildə inşa edilmiş 5 mərtəbəli, texniki zirzəmiİi yataqxana binasının planda ölçüləri 60x12,4m inşa olunmuşdur. Zirzəmi hündürlüyü 2,2m, mərtəbə hündürlükləri 3,0m-dir. Binada məcburi köçkünlər məskunlaşmışdır. Yataqxana binasının bünövrəsi yığma beton bloklardan, di varlan mişarlanmış əhəng daşlarından, örtükləri boşluqlu yığma dəmir-beton tavalardan inşa olunmuşdur. Dam örtüyü yastı olmaqla biturn və riberoidlə izolyasiya olunmuşdur. Baxış zanıanı binanın divarlarında suvaq qopmaları və mişarlanmış əhəng daşlarının aşınması müşahidə olunur. Binanın daxilində divarların birləşmə yerlərində, qapı və pəncərə boşluqları üzərində çatlar mövcuddur Boşluqlu yığma dəmir-beton örtük tavalarının tikişlərində çatlar müşahidə olunur. Daxili divarlarda suvaq çatları və qopmaları mövcuddur. Sanitar qovşaqların və mətbəxin divarlarında nəmlənmə və kafelin qopub tökülməsi müşahidə olunur. Taxta döşəmələr bəzi yerlərdə çürüyərək yararsız hala düşmüşdür. Taxta qapı və pəncərələrin əksəriyyəti yararsız haldadır. Binada kommunikasiya xətləri yararsız vəziyyətdədir. Yataqxana binasında sanitar qovşaq, yuyunma otağı və mətbəx olan hissələrdə boşlulq yığma dəmir beton örtük tavalarında betonun mühafizə qatı çirkab suların təsirindən aşınmaya məruz qalmış, nəticədə işçi armaturlar korroziyaya uğramışdır. Yığma dəmir beton örtük tavaları hər an dağıla bilər. Yataqxana binasının texniki vəziyyəti qəzalıdır və aşağıdakı təxirəsalınmaz tədbirlər görülməlidir.

1. Binanın istismarı dayandırılmalı, sakinlər köçürülməki

2. Kommunikasiya xətləri kəsilməli (elektrik, su, qaz və s)

3. Binanın ətrafı çəpərlənməli

4. Binaya giriş-çıxış məhdudlaşdırılmalı Binadakı fəsadların təbii fəlakətlə əlaqəsi yoxdur.

21. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №li arayışa əsasən X13 (xx.xx.1986-cı il təvəllüdlü) ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

22. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 izahatında bildirmişdir ki, ünvan 5 ünvanında 26-cı mənzildə yaşamışdır. İddiaçılar İddiaçı1 (39-cu mənzildə), İddiaçı2 (62-ci mənzildə), İddiaçı3 (otaq nömrəsini dəqiq xatırlamır) da həmin binada yaşamışdır. Heydərov Bəhməz 2013-cü ildə qəzaya düşdükdən sonra 26 nömrəli mənzili tərk edərək başqa yerdə yaşamışdır, 2015-ci ildə 26 nömrəli mənzilə geri qayıtsa da, şəraitin pis olması ilə əlaqədar yenidən başqa yerdə yaşamağa məcbur olmuş, yalnız müəyyən vaxtlarda 26-cı mənzilə yaşamaq üçün gəlmişdir. İzahatında əlavə olaraq bildirdi ki, 2018ci ildə bina sökülərkən həmin mənzildə yaşamışdır, ona hər hansı kompensasiya ödənilməmişdir.

23. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahatında bildirmişdir ki, ünvan 5 ünvanında 3-cü mərtəbədə 56 nömrəli mənzildə yaşamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisələndilən binada yaşadığını, lakin otaq nömrələrini dəqiq xatırlamadığını qeyd etmişdir. Belə ki, bina daxilində otaqlarda aparılan təmirlərlə əlaqədar bəzən eyni şəxslər müvəqqəti olaraq fərqli mənzillərdə yaşamışdırlar. Qaracayev Xəlil izahatında əlavə olaraq bildirdi ki, işi ilə əlaqədar olaraq fərqli yerlərdə yaşamalı olmuş, binadakı yaşayışı daimi xarakter daşımamışdır. X7 hər hansı kompensasiya ödənilməmişdir.

24. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahatında bildirmişdir ki, ünvan 5 ünvanında 43 nömrəli mənzildə 2018-ci ilə kimi yaşamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 da vaxtilə həmin binada yaşadıqlarını təsdiqləmişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, həmin mənzilə gediş-gəlişi olsa da, tikinti şirkətində işləməsi ilə əlaqədar olaraq binada daimi yaşamamışdır. Mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi olmadığını və kompensasiya ödənilmədiyini qeyd etmişdir.

25. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 izahatında bildirmişdir ki, atası X15 ilə birlikdə ünvan 5 ünvanında yerləşən binada yaşamışdırlar (mənzilin nömrəsini dəqiq xatırlamadığını bildirmişdir). X9 işi ilə əlaqədar mübahisələndirilən binada daimi yaşamadıqlarını, həmin mənzilə gedib-gəldiklərini, eləcə də iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 da vaxtilə həmin binada yaşadıqlarını qeyd etmişdir. X12 və X10 hər hansı kompensasiya ödənilməmişdir.

26. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin olunmasını xahiş etmişdirlər.

27. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi və bildirdi ki, ünvan 15 ünvanında yerləşən yataqxana binasında orderi olan sakinlərə mənzillərin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m. görə 460 manat məbləğində kompensasiyanın Binəqəri RİH-dən tutularaq ödənməsi qərara alınmışdır. Binəqədi RİH tərəfindən təqdim edilmiş siyahıda 23 mənzil qeyd olunduğu üçün məhz orderi olan həmin 23 mənzilə münasibətdə barışıq sazişləri imzalanaraq kompensasiya ödənilmişdir. Əlavə olaraq izahatında bildirdi ki, şahid qismində iştirak edən X14 mübahisələndirilən binada 26-cı mənzildə yaşadığını bildirsə də, Binəqədi RİH tərəfindən təqdim edilmiş siyahıya əsasən 26 nömrəli mənzilə dair X8 adına order mövcud olduğundan kompensasiya ona ödənilmişdir.

28. Məhkəmən iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

30. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

31. X23 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

32. X23 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

33. X17 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

34. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

35. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

36. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 109 nömrəli sərəncamına əsasən ünvan 7 ünvanında yerləşən 0,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Tİ-64/21 nömrəli, xx.xx.2021-ci il tarixli icazə sənədi ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi yataqxana ev 23 ünvanında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə zirzəmi (-1), 9 mərtəbəli, 2 girişli yaşayış binasının tikintisinə icazə verilmişdir. - Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi və bildirdi ki, Binəqədi RİH tərəfindən təqdim edilmiş siyahıda 23 mənzil qeyd olunduğu üçün məhz orderi olan həmin 23 mənzilə münasibətdə barışıq sazişləri imzalanaraq kompensasiya (hər kv.m. görə 460 manat məbləğində) ödənilmişdir (siyahı iş materiallarına əlavə edilmişdir).

37. Məhkəmə müəyyən edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" MTK-ya təqdim edilən “Səttar Bəlulzadə 23 ünvanında orderi olan sakinlər barədə” siyahıda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adı qeyd edilməmişdir. Eyni zamanda iddiaçılar tərəfindən ünvan 5 ünvanında yaşadıqlarını bildirdikləri mənzillərə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir (iddiaçılar izahatlarında mənzillərə dair hüquqmüəyyənedici sənədləri olmadığını bildirmişdirlər).

38. Məhkəmə nəzərə alır ki, məhkəmə iclasında iştirak edən şahidlərin ifadələrindən aydın olur ki, iddiaçıların (eyni zamanda məhkəmədə şahid qismində iştirak edən şəxslər) ünvan 5 ünvanında yerləşən mənzillərdə yaşayışı daimi xarakter daşımamışdır. Belə ki, şəxslərin (iddiaçıların) həmin mənzillərə gediş-gəlişi olsa da, tikinti şirkətində işləmələri səbəbi ilə mütəmadi olaraq fərqli ünvanlarda yaşamışdırlar. Eyni zamanda bina daxilində baş verən təmirlərlə əlaqədar olaraq bina sakinləri bəzi vaxtlarda fərqli mənzillərdə (bina daxilində) yaşamışdırlar.

39. Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

40. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

41. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

42. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıların mübahisələndirilən mənzillərin daimi istifadəçiləri (mülkiyyətçiləri) olması ilə bağlı hər hansı mötəbər sübut aşkar edilmədiyindən hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacları yoxdur.

43. İddiaçılar həmin mənzillərə 80-ci illərdə köçdüklərini bildirirlər.

44. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin birinci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

45. İddiaçılar tərəfindən iddia olunan yaşayış sahələrinə köçmək üçün hər hansı mötəbər sənəd təqdim edilməmişdir.

46. İddiaçıların qeyd edilən yataqxana otaqlarına münasibətdə mənzil hüququnun yaranmasına münasibətdə məhkəmə qeyd edir ki, AİHK-in 8-ci maddəsinin mənasında “ev” anlayışı qanuni şəkildə tutulmuş və ya qanuni əsaslarla yaradılmış binalarla məhdudlaşmır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan avtonom anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini təmin edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq.

47. Lakin iddiaçılar tərəfindən iddia edilən yataqxana otaqlarına dair kifayət qədər və davamlı əlaqələrin mövcudluğuna dair tutarlı dəlillər məhkəməyə təqdim edilməmişdir.

48. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçılara onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur.

49. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

50. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar