Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3708/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, tərcüməçi X2, İddiaçı1 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 280,5 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 25.12.1992-ci ildə texniki pasporta uyğun həmin fərdi yaşayış evinə dair X5 adına dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 08.09.1990-cı ildə X10 Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 2 otaqlı evə dair 111388 saylı order almışdır. 15.02.1991-ci ildə X5 müraciətinə cavab olaraq Xətai rayon (şəhər) X4 İcraiyyə Komitəsi tərəfindən verilən 3/52 saylı qərara əsasən Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 2 otaqlı evdə əsaslı təmir və yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. X10 qeyd olunan qərarı rəhbər tutaraq əsaslı təmir və yenidənqurma işləri aparmış, Texniki İnventarlaşdırma Bürosu tərəfindən ünvan 1 ünvanında yerləşən evə dair 15.01.1992-ci ildə 30/15457 saylı qeydiyyat vəsiqəsi, 25.12.1992-ci ildə isə reyestr nömrəsi 90/623 olan texniki pasport verilmişdir. 09.05.2013cü ildə X10 vəfat etmişdir. Onun vərəsəsi kimi onlar tanınmış və 30.12.2013-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış vermişdir. Lakin qeyd olunan çıxarışda 1991-cı ildə Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən evdə aparılan əsaslı təmir və yenidənqurma işləri, habelə bununla bağlı Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 15.01.1992-ci il tarixli, 30/15457 sayİı qeydiyyat vəsiqəsi və reyestr nömrəsi 90/623 olan 25.12.1992-ci il tarixli texniki pasport nəzərə alınmamışdır (daşınmaz əmlakın növü fərdi yaşayış evin yerinə mənzil yazılmış və ümumi sahəsi 280,5 kvm. yerinə 65,4 kvm. göstərilmişdir). Lakin buna baxmayaraq 2001-ci ilin fevral ayından başlayaraq bu günə qədər Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən tərtib olunmuş fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyri yaşayış tikilillərin Qiymət Cədvəlinə əsasən ümumi sahəsi 280,5 kvm. olan fərdi yaşayış evinə görə əmlak və ümumi sahəsi 587,8 kv.m olan həyətyanı torpaq sahəsinə görə isə torpaq vergisini hər il ödəyirlər. Bununla bağlı mərhum X6 Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 280,5 kvm. ümumi sahəsi olan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 25.12.1992-ci il tarixli texniki pasporta uyğun həmin fərdi yaşayış evinə dair X5 adına dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi ilə əlaqədar İdarəyə müraciət etmişlər. Adı çəkilən İdarədən yazılı olaraq müraciətin təmin edilməsindən imtina verilmişdir. İdarənin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizlik onların qanuni hüquqlarını məhdudlaşdırır. Belə ki, İdarə onlara məxsus daşınmaz əmlak mənzil kimi qeyd etsə də, lakin Şəhər xalq deputatlarının Sovetinin rayon icraiyyə Komitəsi tərəfindən verilən 111388 saylı orderdə, həmçinin Texnik İnventarlaşdırma Bürosu tərəfindən verilən 15.01.1992-ci ildə 30/15457 saylı qeydiyyat vəsiqəsində Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən daşınmaz əmlakı ev kimi qeyd olunub. 25.12.1992-ci ildə Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilən reyestr nömrəsi 90/623 olan texniki pasportda Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 280,5 kvm. ümumi sahəsi olan fərdi yaşayış evi, 587,8 kvm. ümumi sahəsi olan həyətyanı torpaq sahəsi və digər tikilillər də göstərilmişdir. Həmçinin 15.10.2020-ci ildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 115 saylı Ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin ölçüləri 25.12.1992-ci il tarixli, 90/623 saylı texniki pasportdakı ölçülərə uyğundur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıların iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən torpaq sahəsinin mülkiyyətə verilməsi və mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması qanunvericiliyə uyğun deyildir. Bundan başqa mənzilin daxilində rekonstruksiya işləri aparılmış, əlavə 2-ci mərtəbə inşa edilmişdir və tərəflərindən 560,0 kvm. torpaq sahəsi hasara alınaraq istifadə edilməkdədir. Bu səbəblərdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya 26.10.2021-ci il tarixli, **********80 saylı cavab məktubu ünvanlanmışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı2 lazımi qaydada xəbərdarlıq edilmiş, lakin məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan SSR X4 İcraiyyə Komitəsi tərəfindən verilən 111388 saylı, 08.09.1990cı il tarixli dəyişmə orderinin tərcümə edilmiş surətindən görünür ki, X10 ünvan 2 ünvanında yerləşən ümümi sahəsi 17,2 kv.m olan 1 otaqlı mənzili İ.Y.Storojenko ilə dəyişmə qaydasında Bakı şəhəri, 5-ci Dairəvi küçəsində yerləşən 26,0 kvm. sahədən ibarət iki otaqdan ibarət (izolyasiya olunmuş mənzil) ev 37 ilə dəyişmişdir. - Azərbaycan SSR Xətai rayon X4 İcraiyyə Komitəsi tərəfindən verilən 3/52 saylı, 15.02.1991-ci il tarixli “ünvan 3 ünvanında yerləşən yaşayış evinin əsaslı təmir və yenidənqurması barədə” qərarın lazımi qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İcraiyyə Komitəsinə ünvan 3 ünvanında yaşayan vətəndaş Əliyev V.Y. yaşadığı evdə əsaslı təmir və yenidənqurma işlərinin aparılması zəruriyyəti ilə bağlı müraciət etdi. Hazırki sualı öyrənildikdə müəyyən edildi ki, evin doğrudan da əsaslı təmir və yenidənqurma işlərinə ehtiyacı var və bununla əlaqədar Xətai rayon X4 İcraiyyə Komitəsi Bakı şəhəri, H.Aslanov qəs., 5-ci Koltsevaya (Dairəvi) küçəsi 37 ünvanında yaşayan vətəndaş Əliyevə V.Y. öz hesabına və ya bank vasitəsi ilə evin əsaslı təmir və yeindənqurma işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri X4 Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 30/154557 qeydiyyat nömrəli, 15.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsinin tərcümə edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 18.10.2019-cu il tarixli, **********73 №-li məktubun surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən mənzilə dair X5 adına olan 15.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsi arxiv qovluğunda aşkar edilməmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 24.12.1991-ci il tarixli qərara və müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında 65,4 kvm. sahəsi olan iki otaqlı mənzil əvəzsiz olaraq X9 verilmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış 19.07.2019-cu il tarixli, **********79 №-li məktubun surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən mənzilə dair 1992-ci il tarixdə tərtib edilmiş texniki pasport arxiv qovluğunda aşkar edilməmişdir. - Məhkəməyə təqdim edilmiş Bakı şəhəri İcraiyyə Aparatının Mülkiyyətin Özəlləşdirmə İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən X6 məxsus Bakı şəhəri, Xətai rayonu, Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi, iki mərtəbəli ev 37-yə dair 25 dekabr 1992-ci ildə tərtib edilmiş 90/623 qeydiyyat nömrəli texniki pasportun əslindən görünür ki, ev iki mərtəbədən ibarətdir. Tikinti 1949/1991-ci illərə aiddir. Torpaq sahəsi 587,8 kvm.-dən ibarətdir. Otaqların sahəsi barədə qeydlər vardır. Texniki pasport qeydiyyata alınmışdır. - Məhkəmənin icraatında olmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15.10.2020-ci il tarixli, 115 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin ölçüləri 25.12.1992-ci il tarixli, 90/623 saylı pasportdakı ölçülərə uyğundur. - Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən tərtib edilmiş fevral 2001-ci il tarixli, X7 məxsus H.Aslanov qəsəbəsi, 5-ci Dairəsvi 37 ünvanında yerləşən yaşayış evinin qiymət cədvəli və tikilintinin və torpaq sahəsinin planından görünür ki, tikili “A” liter yaşayış sahəsi 168,7 kvm., “B” liter qaraj sahəsi 30,0 kvm., “V” liter yay mətbəxi sahəsi 10,8 kvm., “Q” liter əl damı sahəsi 25,8 kvm., “D” liter əl damı sahəsi 10,5 kvm., ümumi sahə 228,4 kvm., əsas sahə (yaşayış sahəsi) 101,7 kvm., köməkçi sahə 126,7 kvm., torpaq sahəsi 660,7 kvm., tikinti altı sahə 253,0 kvm. müəyyən edilərək inventarizasiya dəyəri 98387166,0 manat qiymətləndirilmişdir. - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 612892 №-li, 14.05.2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09.05.2013-cü ildə ölmüşdür. - Bakı şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş reyestr nömrəsi 2V-278 olan 15.11.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 09.05.2013-cü ildə vəfat etmiş X5 vərəsəsi Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 56, mənzil 87 yaşayan İddiaçı1 və azyaşlı oğlu İddiaçı2dur. Şəhadətnamə verilən miras: ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m olan iki otaqlı fərdi yaşayış evindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li, 30.12.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m olan mənzil 30.12.2013-cü il tarixdən İddiaçı1 Valentinova və İddiaçı2 ümumi birgə xüsusi mülkiyyətindədir. - İdarə tərəfindən İddiaçı1 ünvanlanmış 27.03.2019-cu il tarixli, **********12 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanda yerləşən fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən daşınmaz əmlak dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçdiyindən torpaq sahəsinin mülkiyyətə verilməsi və mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması qanunvericiliyə uyğun deyildir. Bundan başqa mənzilin daxilində rekonstruksiya işləri aparılmış, əalvə 2-ci mərtəbə inşa edilmişdir və tərəflərindən 560,0 kvm. torpaq sahəsi hasara alınaraq istifadə edilməkdədir. Bu səbəblərdən ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. - Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış **********80 №-li, 26.10.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən mənzilin (fərdi yaşayış evinin) faktiki vəziyyətiniə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 21.10.2021-ci il tarixli, ********** nömrəli təkrar müraciətinə tərəflərindən baxılmışdır. Bildirilir ki, qeyd olunan məsələ ilə bağlı müraciətlərinə **********12 nömrəli 27.05.2019-cu il tarixli və **********28 nömrəli 17.08.2021-ci il tarixli məktublarda cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 111388 saylı, 08.09.1990-cı il tarixli dəyişmə orderinə əsasən X10 ünvan 7 ünvanında yerləşən ümümi sahəsi 17,2 kv.m olan 1 otaqlı mənzilini Bakı şəhəri, 5-ci Dairəvi küçəsində yerləşən 26,0 kvm. sahədən ibarət iki otaqdan ibarət 37 nömrəli ev ilə dəyişmişdir. Xətai rayon X4 İcraiyyə Komitəsinin 3/52 nömrəli, 15.02.1991-ci il tarixli qərarı ilə X6 ünvan 9 ünvanında yerləşən yaşayış evinin əsaslı təmir və yenidənqurmasına icazə verilmişdir. 30/154557 qeydiyyat nömrəli, 15.01.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi, 37 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydiyyata alınmışdır. Yaşayış sahəsi X8 adına qeydə alınan zaman 24.12.1991-ci il tarixli qərara və müqaviləyə istinad edilmiş, həmin sənədlərdə 65,4 kvm. sahəsi olan iki otaqlı mənzilin əvəzsiz olaraq X9 verilməsi öz əksini tapmışdır. Mübahisəli ünvana dair tərtib edilmiş 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasport iddiaçılarda mövcud olsa da həmin texniki pasport cavabdeh inzibati orqanda aşkar edilməmişdir. Vaqif Əliyev 09.05.2013-cü ildə ölmüş və mülkiyyətində olan daşınmaz əmlak vərəsələri, hazırki iş üzrə iddiaçıların mülkiyyətinə keçmişdir. İdarə tərəfindən vərəsələrə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda miras əmlak mənzil kimi, ümumi sahəsi 65,4 kvm. qeyd edilmişdir. İddiaçılar vərəsəsi olduqları Vaqif Əliyevdən miras qalmış Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən daşınmaz əmlakın Vaqif Əliyevin adına mənzil kimi deyil, fərdi yaşayış evi kimi və ölçülərinin 25 dekabr 1992-ci il tarixli texniki pasportda əksini tapmış ölçülərə uyğun qeyd alınması ilə bağlı cavabdehə müraciət etsələr də müraciətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. - 7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də, daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzl Məcəlləsinin: - 13.1-ci maddəsinə əsasən yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri yaşayış sahələrinə aiddir. - 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. - 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlak cavabdeh inzibati orqan tərəfindən “mənzil” kimi qeydə alınsa da araşdırılma zamanı həmin daşınmaz əmlakın xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahə deyil, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev olması müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən mübahisəli daşınmaz əmlakın “mənzil” kimi hər hansı çoxmənzilli binanın tərkibində yerləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, yaşayış sahəsinin ünvanı yalnız “ev 37” kimi qeyd olunmuş, mənzil nömrəsi göstərilməmişdir. Bu isə həmin ünvanın yalnız bir yaşayış sahəsindən (bir evdən) ibarət olmasına dəlalət edir. Bundan əlavə müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş icazəyə əsasən həmin ünvanda mərhum Vaqif Əliyev tərəfindən yenidənqurma və əsaslı təmir işləri aparılmış, həmin işlərin nəticəsində mövcud olan tikiliyə dair cavabdeh orqan tərəfindən 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasport tərtib edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, qanunvericiliklə (Vergi Məcəlləsi) fiziki şəxslərdən əmlak vergisinin alınmasını təmin etməkdə səlahiyyətli orqan olan müvafiq bələdiyyə tərəfindən verilmiş “fevral 2001-ci il tarixli yaşayış evinin qiymət cədvəli və tikilintinin və torpaq sahəsinin planı”nda mübahisəli daşınmaz əmlak “fərdi yaşayış evi” statusunda göstərilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən mübahisəli daşınmaz əmlaka dair tərtib edilmiş 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasportun cavabdehdə aşkar edilməməsi mərhum Vaqif Əliyevin hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə daşınmaz əmlakın hazırki vəziyyətinin 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasport uyğun olması barədə səlahiyyətli orqan tərəfindən verilmiş və cavabdeh tərəfindən mübahisələndirilməmiş rəy mövcuddur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bənində əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair –üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Məhkəmə işin araşdırılmış hallarına qiymət verərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsini rəhbər tuturaq hesab edir ki, mübahisəli daşınmaz əmlak fərdi yaşayış evinin xüsusiyyətlərinə malik olduğundan, eyni zamanda müvafiq qərar əsasında yenidənqurma və əsaslı bərpa işləri aparıldıqdan sonra həmin əmlaka dair texniki inventarlaşdırma orqan tərəfindən 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasport tərtib edildiyindən mərhum Vaqif Əliyev mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları əldə etmiş, lakin həmin hüquqlarını qeydə aldırmadan vəfat etmişdir. Ona görə də cavabdehin hərəkətləri qanuna zidd və vərəsə qismində iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 280,5 kvm. ümumi sahəsi olan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasporta uyğun mərhum X5 adına dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 5-ci Dairəvi küçəsi, ev 37 ünvanında yerləşən 280,5 kvm. ümumi sahəsi olan fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 25 dekabr 1992-ci il tarixli, 90/623 qeydiyyat nömrəli texniki pasporta uyğun mərhum X5 adına dövlət reyestrindən müvafiq çıxarışın (arayışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3708/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3708/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver