Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-371/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair cavabdeh X6 adına torpaq sahəsinin plan və ölçüsünün verilməsinə əsas olmuş A№ 414860 saylı xx.xx.2019-cu il tarixli reyestr nömrəli qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X6 adına tərib edilmiş A№ 414860 saylı xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən Bakı şəhərində yaşayır. ATU-da oxuyarkən dolanmaq məqsədilə Binə qəsəbəsi, Hovsan südçülük sovxozunda muzdlu fəhlə kimi işləmiş, həmin illərdə orada işləyən fəhlələrə torpaq sahəsi paylanıldıgından iddiaçıya da X4 25 dekabr 1998-ci il tarixli əmri ilə sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. 2005-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra sonra torpaq sahəsinin bir hissəsinə daş hasar çəkdirmiş və tanışı Müşviq adlı şəxsə oraya nəzarət etməsini xahiş etmişdir. Bu yaxınlarda Müşviq iddiaçıya zəng edərək onun torpaq sahəsinə kimlərinsə gələrək iş görmək istəmələrini bildirmişdir. İddiaçı qardaşı ilə birlikdə torpaq sahəsinə gəlmiş, adı sonradan ona məlum olan Qalib adlı şəxs həmin sahənin ona məxsus olduğunu bildirmişdir. İddiaçı onlara öz iradlarını bildirərək torpağın ona məxsus və istifadəsində olduğunu başa salmışdır. Bir müddət sonra həmin şəxs iddiaçıdan Xəzər rayon Polis idarəsinə şikayət etmiş, Polis İdarəsində iddiaçının və onların da izahatları alınmış və iş mülki xarakterli olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Polis İdarəsində iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsi X6 adına rəsmiləşdirilmiş və ona Hövsan südçülük sovxozu ərazindən 0.12 ha torpaq sahəsinin ayrılmasına dair 28 saylı əmr verilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Torpağın iddiaçının istifadəsində olmasını həmin ərazidə yaşayan qonşular təsdiq edə bilərlər. Bundan sonra iddiaçı Xəzər rayon məhkəməsinə torpağın plan və ölçüsünün ləğv edilməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi ilə müraciət etmiş, lakin işə baxılan zaman məlum olmuşdur ki, cavabdeh torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına aldırmış və həmin torpaq sahənə çıxarış da almışdır. Hesab edir, cavabdehin hərəkəti qanunsuzdur. Məhkəmənin qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə və 3-cü şəxsə göndərilmiş, cavabdehdən və 3-cü şəxsdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və nümayəndəsi (vəkili) dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə suallara əlavə olaraq bildirmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının faktiki olaraq göstərdiyi torpaq sahəsi X6 adına qeydiyyata alınmış 1120,0 kv.m olan torpaq sahəsi ilə üst-üstə düşür, keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Cavabdehin etirazında bildirilmişdir ki, iddia etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi üçün ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********00 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, sözügedən torpaq sahəsi iki hissəyə bölünərək 0.04 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə, 0.072 ha torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə X6 hüquqları qeydiyyata alınmışdır. Həmçinin, hər iki torpaq sahəsi üzərində Bakı səhəri Xəzər rayon Məhkəməsinin 2(0031-4431/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı ilə həbs mövcuddur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, X4 25 dekabr 1998-ci il tarixli 28 №-li əmri ilə atası X1 ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0,12 ha sahəsinə dair cavabdeh X6 adına verilmiş AN 414860 saylı, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, həmin torpağa dair X6 adına xx.xx.2019-cu il tarixli **********19 reyestr nömrəsi ilə qeydiyyatın ləğv edilməsi və cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. X4 25 dekabr 1998-ci il tarixli 28 №-li əmri ilə İddiaçı sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması mümkün deyil. Torpaq sahəsi X6 istifadəsindədir. İddiaçı isə onlara torpaq sahəsindən istifadə edilməsinə maneçilik törədir. Sonda iddianın əsassız oldugundan təmin edilməməsini məhkəmədən xahiş etdi.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - X4 25 dekabr 1998-ci il tarixli 28 №-li əmrindən çıxarışdan görünür ki, X2 ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır (sıra 11.). - X4 25 dekabr 1998-ci il tarixli 28 №-li əmrindən çıxarışdan görünür ki, İddiaçı sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır (sıra 139.). - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi ilə onun istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0,12 ha sahəsinə dair cavabdeh X6 adına verilmiş AN 414860 saylı, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, həmin torpağa dair X6 adına xx.xx.2019-cu il tarixli **********19 reyestr nömrəsi ilə qeydiyyatın ləğv edilməsi və cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 7757/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(003) 496/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmışdır. İddia tələbi cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində təmin edilməmişdir. - Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron Rayon Dövlət Arxivinin H-180 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, Abşeron rayon Hövsan südçülük sovxozu direktorunun 25 dekabr 1998-ci il tarixli 28 saylı əmri ilə vətəndaş X6 adına 0,12 ha həyətyanı üçün torpaq sahəsi ayrılmışdır. Lakin X4 torpağlarının cizgiləri çəkilmədiyi üçün, Abşeron rayon dövlət arxivinə təhvil verilməmişdir. - Abşeron rayon X4 həmkarlar təşkilatının sədri tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, islahat komissiyasının xx.xx.1997-ci il tarixli 03 №-li protokoluna əsasən X7 ayrılmış torpaq sahəsinin ölçülüb sərhədlərinə taxta nişan qoyduqdan sonra ona təhvil verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AN 414860 saylı xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədinin surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən və X6 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış torpaq sahəsinin koordinatları və döngələri əks edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli **********55 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1120,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur. X 1. 424831.600, 2. 424825.150 3. 424870.530 4.424877.670, Y 1.4474822.600, 2. 4474844.190 3. 4474867.410 4. 4474847.170. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 400,0 kv.m hissəsi **********88 reyestr nömrəsi və 720,0 kv.m hissəsi isə **********77 reyestr nömrəsi ilə X6 adına qeydiyyata alınmışdır. Sözügedən 1120,0 kv.m olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Faktiki olaraq göstərilən torpaq sahəsi keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Əlavə olaraq bildiririk ki, İddiaçı adına aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli **********47 saylı məktubu ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1120,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur. X 1. 424831.600, 2. 424825.150 3. 424870.530 4.424877.670, Y 1.4474822.600, 2. 4474844.190 3. 4474867.410 4. 4474847.170. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 400,0 kv.m hissəsi **********88 reyestr nömrəsi və 720,0 kv.m hissəsi isə **********77 reyestr nömrəsi ilə X6 adına qeydiyyata alınmışdır. Sözügedən 1120,0 kv.m olan torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Faktiki olaraq göstərilən torpaq sahəsi keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Əlavə olaraq bildiririk ki, İddiaçı adına aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə **********55 nömrəli xx.xx.2023-ci il tarixli məktubla cavab verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Torpaq Məcəlləsi. Maddə 4. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Maddə 58.1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1 Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 65. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hazırki mübahisə üçüncü şəxs X6 adına cavabdehin verdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsinə dair A№ 414860 saylı xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğvi ilə bağlıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, həm iddiaçıya, həm də üçüncü şəxsə X4 eyni tarixli və nömrəli 25 dekabr 1998-ci il tarixli 28 №-li əmri ilə sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə hesab edir ki, işdə olan sənədlərdən göründüyü kimi həm iddiaçı, həm üçüncü şəxsin eyni tarixli, eyni saylı hüquqmüəyyənedici sənədə malik olması onlardan hər-hansı birinə üstünlük verilməsinə əsas ola bilməz. Belə ki, eyni torpaq sahəsinə hər biri hüquqmüəyyənedici sənədinə malik olmaqla hüquqlarını həyata keçirərkən bərabər status əldə etmiş olurlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük Sovxozu ərazisində yerləşən 0.112 ha torpaq sahəsi üzərində X6 adına A№ 414860 saylı xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi eyni hüquqmüəyyənedici sənədə malik olan iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları nəzərə alındıqda, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin ləğv edilməsini tələb etməkdə haqlı sayılmalıdır. Torpaq sahəsinin ayrıldıgı dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə torpaq sahəsinin ayrılması, naturada (yerində) torpaq sahəsinin hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahədən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını nəzərdə tutur. Həmin Məcəllənin 26-cı maddəsinə görə ayrılmış torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişdirsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişdirsə, həmin sahədən istifadəyə başlamaq qadağandır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Hazırkı iş üzrə 3-cü şəxsin adına qanunla müəyyən edilmiş torpaq sahəsinin təhkim aktının olması müəyyən olunmamışdır. Belə ki, mütəxəssis rəyinə və cavabdehin izahatına görə vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçının faktiki olaraq göstərdiyi sahə ilə 3-cü şəxsin adına qeydiyyata alınmış sahələr üst-üstə düşür. Lakin iş üzrə 3-cü şəxsə ayrılmış torpaq sahəsinin ilkin yerləşmə cizgisi təqdim edilmədiyindən sovxozun əmri ilə məhz həmin sahənin ona ayrıldıgını müəyyənləşdirmək mümkün deyil. Çünki X4 25 dekabr 1998-ci il tarixli 28 №-li əmrindən çıxarışlardan görünür ki, X7 və İddiaçı sovxoz ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin ayrılarkən (bu Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron Rayon Dövlət Arxivinin H-180 saylı xx.xx.2019-cu il tarixli məktubunda da qeyd edilir) X4 torpağlarının cizgiləri çəkilmədiyi üçün, Abşeron rayon dövlət arxivinə təhvil verilməmişdir. Məhz buna görə də X7 ayrılmış torpaq sahəsinin ölçülüb sərhədlərinə taxta nişan qoyduqdan sonra ona təhvil verilməsi barədə Abşeron rayon X4 həmkarlar təşkilatının sədri tərəfindən tərtib edilmiş “akt” qanunvericiliklə tələb olunan təhkim aktı hesab edilə bilməz. Həmçinin də “akt” adlanan həmin sənədin sonradan hansı şəraitdə tərtib edilməsi və vizual nəzər keçirərkən imzaların möhür vurulduqdan sonra üzərinə işlənməsi sənədinin özünün mötəbərliyinə əsaslı şübhə dogurur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. (1,2,3,5 və 7-ci hissələr); 67-ci maddəsinin birinci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qanunvericiliyin tələbindən göründüyü kimi, sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün müvafiq əmrin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Bununla yanaşı, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutuldugu halda, iddiaçının mübahisələndirdiyi sənədin verilməsi üçün əsas olmuş 3-cü şəxsin təqdim etdiyi “akt” mötəbər sənəd sayıla bilməz. Belə olan halda 3-cü şəxsin istinad etdiyi əmrin arxiv çıxarışı məhz təqdim edilən cizgi üzrə X6 adına A№ 414860 saylı xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi üçün əsas ola bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmamış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmuş və iddiaçının gözlənilən mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradılmışdır. Göründüyü cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh və 3-cü şəxs etirazının dəlilləri olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Əksinə olaraq cavabdehin imtinasında göstərilən dəlillər məhkəmənin müəyyən etdiyi işin halları ilə təkzib edilmişdir. Bu baxımdan cavabdeh orqan ayrılmış torpaq sahəsinə dair hüquqların qeydiyyatı ilə baglı məsələyə baxarkən “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanmış inzibati aktların etibarsızlıgına gətirib çıxaran halların konkret iş üzrə mövcud olub-olmaması ətrafında araşdırma aparmalıdır. Belə ki, hazırki iş üzrə müəyyən olunur ki, əmrlə iddiaçıya ayrılmış torpaq sahəsinin naturada yerləşməsi ilə baglı dəqiq sərhədlər göstərilməmişdir. Cavabdeh inzibati orqan isə ayrılmış sahənin naturada yerləşməsi və koordinatları ilə baglı məsələni dəqiq müəyyənləşdirmədən 3-cü şəxsin ərizəsini təmin edərək ona mübahisələndirilən “Torpaq sahəsinin planı və ölçüsü” sənədini vermişdir. Bu hal isə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bu baxımdan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X6 adına tərtib edilmiş A№414860 saylı xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədi ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair X6 adına tərtib edilmiş A№414860 saylı xx.xx.2019-cu il torpaq sahəsinin plan və ölçüsü sənədi ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4
Hakim Mehriban Qarayeva