Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-371/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi (ehtiya buraxılarkən 522 №-li, xx.xx.2022-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamədə göstərilən diaqnozlar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının 130 №-li, xx.xx.2023-cü il tarixli rəyində göstərilən “Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar cəhdləri ilə . F 07.0” diaqnozu, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 №-li Klinik Psixiatrik xəstəxanasında müayinədə və müalicədə olarkən iddiaçıya təyin edilmiş diaqnoz və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasında müayinədə və müalicədə olarkən iddiaçıya təyin edilmiş diaqnoz nəzərə alınmaqla)” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 522 №-li qərarı ilə hərbi xidmətə yararsız hesab olunaraq hərbi xidmətdən xəstəliyə görə ehtiyata buraxılmışdır. Diaqnoz: “F06.6 F07.2 Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, davamlı postkommosion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi. F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmuddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020-ci il) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, dağınıq üzvi nişanələr, dayanıqlı vegetativ damar davamsızlığı və sağ fronto-temporal payın qıcolma ekvivalentləri ilə təzahür edən prostravmatik ensefalopatiya şəklində nəticəsi. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Reflüks xəstəliyi. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində. Burun arakəsməsinin əyriliyi, tənəffüsün mülayim dərəcədə pozulması ilə. İkincili hissəvi adentiya. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sağ baldırın orta 1/3-nin bayır səthinin və qarının ön divarının sağ qabırğaaltı nahiyəsinin deşilmiş yarasından (2003-cü il) sonrakı bərkimiş dəri çapıqları. Travmadır, hərbi xidmət dövründə alınmışdır. Hərbi xidmət dövrü aldığı xəstəliklər ilə əlaqədar əlilliyinin təyin olunması üçün qeydiyyat yeri üzrə poliklinikaya müraciət etmiş və həmin poliklinikanın Həkim Məsləhət Komissiyasının qərarı ilə Tibbi Sosial Ekspert Komissiyasına müvafiq göndəriş verilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina cavabı vermişdir. İmtina cavabı ona xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. İmtinanı əsassız və qanunsuz hesab edir. Cavabdeh onun diaqnozlarına uyğun düzgün qiymətləndirmə aparmamışdır. İmtina cavabında onun diaqnozlarının yalnız bir hissəsi (Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Üzvi (müharibə zamanı olunmuş qapalı kəllə-beyin travması), şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə. Dəqiqləşdirilməmiş xroniki qastrit. Ezofoqit. Həmçinin qiymətləndirilmə aparılarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının 130 №-li, xx.xx.2023-cü il tarixli rəyi nəzərə alınmamışdır. Belə ki, həmin rəydə ona Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar cəhdləri ilə . F 07.0 diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə İddiaçı əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçının xəstəliyinə görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İcraatda olan İddiaçı cavabdeh AzərbaycanRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbi əsassızdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir:Bakı şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəsisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinəsi nətixəüsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 522 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı baş-beyin tramvası, baş-beyin silkələnməsindən sonrakı dağınıq üzvi nişanələr, dayanıqlı vegetativ damar davamsızlığı və sağ fronto-temporal payın qıcolma ekvivalentləri ilə təzahür edən posttramvatik ensefalopatiya şəklində nəticəsi “ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Refluks xəstəliyi. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində, Burun arakəsməsinin əyriliyi, tənəffüsün mülayim dərəcədə pozulması ilə. “İkincili hissəvi adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir.Hərbi xidmət dövründə alınmışdır kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 130 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (müharibə zamanı alınmış qapalı-kəllə beyin tramvası) şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz 'Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu, depressiv epizodlar və intihar kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, əsəbilikdən, ətraf qıcıqlara qarşı həssaslığından, yuxusunun pozulmasından, yaddaşının zəifiləməsindən və olmuş döyüş səhnələrinin təkrar-təkrar gözünün önünə gəlməsindən şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “üzvi şəxsiyyət pozuntusu, kompensasiya mərhələsi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatlna əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.Şəxsin Əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olsn tibb müəsisələrinin həkim-məsləhət komissiyalarının və ya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi –həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-Sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay meddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olunmasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların,dərmanlara davamlı vərəm formalarının, dördüncü mərhələ onkoloji xəstəliklərin, beşinci mərhələ xroniki böyrək xəstəliyinin olması, əlillik müddətinin bitməsindən sonra bu qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat tibbisosial ekspertiza müayinəsinə göndərişin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndərişin altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədi ilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş imza ilə imzalayır. Qərar bu qaydada əlavədə müəyyən edilmiş formada qəbul edilir.və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar , eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli 3-17-4/2-26196/2023 nömrəli məktubla bildirmişdir ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2023-cü il tarixli 2-1(112)-13355/2023 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixli 522 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hospital Hərbi həkim komissiyasının qərarına əsasən İddiaçı partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə beyin travması,baş beyin silkələnməsindən sonrakı, mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, davamlı postkommosion sindrom və davranış pozuntuları ilə təzahür edən nəticəsi.F43.1 Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020) nəticəsində, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı, dağınıq üzvi nişanələr, dayanıqlı vegetativ damardavamsızlığı və sağ fronto-temporal payın qıcolma ekvivalentləri ilə təzahür edən postravmatik ensefalopatiya şəklində nəticəsi. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Reflüks xəstəliyi. Xroniki qastroduodenit, natamam remissiya mərhələsində.Burun arakəsməsinn əyriliyi, tənəffüsün mülayim dərəcədə pozulması ilə. İkincili hissəvi adentiya.Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.Sağ baldırın orta 1/3nin bayır səthinin və qarının ön divarının sağ qabırğaltı nahiyyəsinin deşilmiş yarasından (2003) sonrakı bərkimiş dəri çapıqları.Travmadır, hərbi xidmət dövründə alınmışdır. İddiaçı əlillik vəziyyətinə Bakı 2 nömrəli X6 xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: baş-beyin xəstəliyi, tramvası və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Üzvi mənşəli şəxsiyyət pozuntusu.Yüngül koqnitiv pozuntu. Kəllədaxili tramvaların nəticələri.Ezofaqit.Dəqiqləşdirilməmiş xroniki qastrit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etmir-Səbəb:Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli 3-17-4/3-3-178/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyətinə alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: başbeyin xəstəliyi, tramvası və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları.Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası)şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə. Dəqiqləşdirilməmiş xroniki qastrit. Ezofaqit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi:Diaqnoz əlillik əlaməti təyin etmir-Səbəb:Diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-16660/2023 saylı qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı 2 nömrəli X8 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si R00113123HUR, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2022-ci il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə(Prof F.İsmayılov). Ağırlaşmalar: F07.8 Baş beynin xəstəliyi, tramvası və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə(Prof F.İsmayılov). F06.7 Yüngül koqnitiv pozuntu, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə(Prof F.İsmayılov). Yanaşı xəstəliklər: T90.5 Kəllədaxili tramvaların nəticələri, kəllədaxili tramvaların nəticələri K29.5 Dəqiqləşdirilməmiş xeoniki qastrit , Dəqiqləşdirilməmiş xeoniki qastrit K20 Ezofaqit, Ezofagit Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-1650/2024 saylı məktubundan görünür ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə 2 nömrəli X3 R00113123HUR nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra qərardada uyğun olaraq, vətəndaş xx.xx.2023-cü il tarixində yenidən Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti təqdim olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-54/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əliilik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X11 xx.xx.2024-cü il tarixli 2929 nömrəli məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardad əsasında vətəndaş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T378/2024 saylı ekspert rəyi göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nın ekspert rəyindən görünür ki, T378/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad əsasında vətəndaş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2024-xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adma olan qiymətləndirmə nəticəsində qeyd edilmiş “Diaqnozun mətni: Baş beyinin xəstəliyi, travması, disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə, dəqiqləşdirilməmiş xroniki qastrit, ezofagit” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, laborator instrumental müayinələri əsasında qoyulduğundan onun həmin xəstəliklərə düçar olmasını inkar etmək də olmaz. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Phş-də Həkim Psixiatr Komissiyasında müayinə olunmuş və ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi İİƏ-F07.0” diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11“ xx.xx.2025-ci il tarixli 441 nömrəli 2-1(112)-2154/2024 saylı inzibati iş üzrə keçən İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli 3595 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli 3595 saylı rəyindən görünür ki, Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlinib ki, İddiaçı hal-hazırda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə”. (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - xx.xx.2020-ci tarixdə döyüş zamanı kəllə-beyin travması alması(xx.xx.2021-ci il tarixli 2006 nömrəli travma haqqında arayışa əsasən), bundan sonra əsəbilik, qıcıqlara qarşı həssaslıq emosional dayanıqsızıq kimi əlamətərin yaranması, olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirməsi, anamnestik məlumatlara əsasən iki dəfə intihara cəhd etməsi, xx.xx.2020-xx.xx.2020-ci ildə Salyan Rayon Mərkəzi Xəstəxanasında, 13.1.2020-28.1.2020-ci ildə xx.xx.2021-xx.xx.2021-ci ildə və xx.xx.2021-xx.xx.2021-ci ildə və MN Baş Klinik Hospitalında, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək 2 nömrəli X4 müayinə və müalicədə olması, xx.xx.2023cü il və xx.xx.2024-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar. Depressiv epizodlar. İntihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun təyin edilməsi,həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətlər və aşkar olunan əlamətlər -təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:1-ci sual:xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur? 2-ci sual: xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə aşkar olunur? 3-ci sual: xx.xx.1982-ci il tarixdə doğulmuş Озтапоу Rizvan Söyün oğlunun müayinəsi zamanı onda Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travmaşi) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə aşkar olunur? 4-cü sual: xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda yüngül koqnitiv pozuntu, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə aşkar olunur? 1-ci, 2-ci, 3-cü və 4-cü suallar üzrə cavab: İddiaçı hal- hazırda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə”. (F07.0) aşkar olunur. 5-ci sual: xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda kəllədaxili travmaların nəticələri aşkar olunur? Cavab: İddiaçı müəyyən edilmiş psixi pozuntular kəllə- beyin travmasının uzaq nəticələrinə aiddir. 6-cı sual: xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda dəqiqləşdirilməmiş xroniki qastrit aşkar olunur? 7-ci sual: xx.xx.1982-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda ezofaqit, ezofagit aşkar olunur? 6-cı və 7-ci suallar üzrə: Suallarda göstərilən “qastrit” və “ezofagit” diaqnozları psixi pozuntulara aid olmadıqlarından məhkəmə-psixiatrik ekspertizası tərəfindən müəyyən edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X9-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bakı 2 nömrəli X8 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si R00113123HUR, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2022-ci il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə(Prof F.İsmayılov). Ağırlaşmalar: F07.8 Baş beynin xəstəliyi, tramvası və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə(Prof F.İsmayılov). F06.7 Yüngül koqnitiv pozuntu, Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin tramvası) şəxsiyyət pozuntusu depressiv epizodlar və intihar cəhdləri ilə(Prof F.İsmayılov). Yanaşı xəstəliklər: T90.5 Kəllədaxili tramvaların nəticələri, kəllədaxili tramvaların nəticələri K29.5 Dəqiqləşdirilməmiş xeoniki qastrit , Dəqiqləşdirilməmiş xeoniki qastrit K20 Ezofaqit, Ezofagit Məhkəmə tərəfindən təyin və tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli 3595 saylı rəyindən görünür ki, İddiaçı hal-hazırda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə”. (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri - xx.xx.2020-ci tarixdə döyüş zamanı kəllə-beyin travması alması(xx.xx.2021-ci il tarixli 2006 nömrəli travma haqqında arayışa əsasən), bundan sonra əsəbilik, qıcıqlara qarşı həssaslıq emosional dayanıqsızıq kimi əlamətərin yaranması, olması, əsəbi gərginlik anlarında özünə xəsarət yetirməsi, anamnestik məlumatlara əsasən iki dəfə intihara cəhd etməsi, xx.xx.2020-xx.xx.2020-ci ildə Salyan Rayon Mərkəzi Xəstəxanasında, 13.1.2020-28.1.2020-ci ildə xx.xx.2021-xx.xx.2021-ci ildə və xx.xx.2021-xx.xx.2021-ci ildə və MN Baş Klinik Hospitalında, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək 2 nömrəli X4 müayinə və müalicədə olması, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar. Depressiv epizodlar. İntihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun təyin edilməsi,həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətlər və aşkar olunan əlamətlər -təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. ... İddiaçı hal- hazırda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv epizodlar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə”. (F07.0) aşkar olunur. ... İddiaçı müəyyən edilmiş psixi pozuntular kəllə-beyin travmasının uzaq nəticələrinə aiddir. .. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60%, 2 il müddətində orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti, 65-80%, 2 il müddətində orqanizmin funksiyalarının pozulması faizi ilə əlillik təyin edilir. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən son qiymətləndirildiyi tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi kimi təyin edilməlidir. Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi). Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya oğluna xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin (orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-371/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-371/2025
17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver