Məhkəmə qərarları › İş №2-1(112)-3710/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3710/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3710/2020 22.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili x2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi x1rşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x9 x7 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işlədiyi müddətin ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya huququ verdiyinə görə pensiyaya çıxmaq huququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-cı ildə anadan olmuşdur. xx.xx.1979-cu ildə x16 x6 əmək fəaliyyətinə başlamışdır. xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1982-ci ildə həqiqi hərbi xidmətdən təxris olunmuş, xx.xx.1982-ci ildə əvvəlki iş yerinə təyin edilmişdir. xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1984cu ildən 15 nömrəli x13 işə götürülmüşdür. xx.xx.2000-ci ildə 34 saylı x10 keçirilmiş və həmin təşkilatda bu günə kimi yol ustası, iş icraçısı işləmişdir. Onun yol ustası və iş icraçısı işində işləməyi 22 il təşkil edir. Azərbaycan Respublikası Nazirllər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya huququ verən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 29-cu maddəsinin “b" bəndinə əsasən ustalar və iş icraçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Onun xx.xx.2019-cu ildə 57 yaşı tamam olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən ötrü sənədlərini Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi Dövlət x9 x7 İdarəsinə təqdim etmişdir. Oradan aldığı xx.xx.2019-cu il tarixli, **********2 saylı məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixində, yəni xx.xx.2017-ci il tarixindən sonra tamam olduğundan, ona Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəyə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilə bilməsi üçün xx.xx.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış olması tələb olunurdu. İddiaçı isə müvafiq güzəştli iş stajını (12 il 6 ay) qeyd olunan tarixədək toplamamışdır. İddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də işlədiyi yol ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili x4 etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Sabirabad rayonunun Çöldəllək kəndində doğulmuşdur. Yaşayış yeri Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsidir. - Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə x14 üzrə Nümayəndisinin 08 .08.2019-cu il tarixli, № 155 saylı arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçı məxsus НЗ ******* №-li hərbi biletin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. -İddiaçı məxsus əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər x16 x6 çilingər, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək həmin birlikdə çilingər, xx.xx.1983-cu ildən xx.xx.1984-cü ilə qədər həmin birlikdə nəqliyyat üzrə avtomototəmirçi, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər 15 nömrəli Yol-İstismar Sahəsində təmirçi, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə kimi 15 nömrəli Yol-İstismar Sahəsində yol ustası, xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilə qədər 30 nömrəli Yol Sahəsində yol ustası, xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci ilə qədər 34 saylı x8 yol ustası, xx.xx.2011-ci il tarixindən hal-hazıra kimi 33 nömrəli x15 Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində işləyir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 33xxxxxxxxxxxxxxxxxxx MMC-nin xx.xx.2019-cu il tarixli, 01/85 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixindən (əmr № 55.n. xx.xx.1984) xx.xx.1984-cü il tarixinə kimi Şirvan 33 №li Yol İstismarı MMC-nin (Əli-Bayramlı 15 №li x13 1-ci dərəcəli təmirçi, xx.xx.1984-cü il tarixindən (əmr № 66, xx.xx.1984) xx.xx.1988-ci il tarixinə kimi Şirvan 33 №li Yol İstismarı MMC-nin (Əli-Bayramlı 15 №li x11) nəzdində olan xidmət etdikləri asfaltbeton örtüklü avtomobil yollarında aparılan təmir, tikinti və yolun saxlanması işlərinin aparılması əsasında asfaltbeton örtükdə əmələ gəlmiş xırda və iri çatların bitumla bitumlanması, xırda və iri çalaların asfaltbeton qarşığı ilə doldurulması və müəyyən hissələrdə yol örtüyünün sıradan çıxmış hissələrinin yeni a/beton qarşığı ilə yenilənməsi və sair işlərin aparılması üzrə yol ustası, xx.xx.1988-ci il tarixindən (əmr № 70/k, xx.xx.1988) xx.xx.2000-ci il tarixinə qədər Şirvan 33 №li Yİ MMC-nin (Əli-Bayramlı 30 №li Yol Sahəsinin) nəzdində olan xidmət etdikləri a/beton örtükdə əmələ gəlmiş çatların, çalaların bitumla doldurulması, yolun altından keçən süni qurğuların, su boruların a/dayanacaqlarin təmir edilməsi və sair işlərin aparılması üzrə yol ustası, xx.xx.2000-ci il tarixdən (əmr № 01/k, xx.xx.2000) xx.xx.2011-ci il tarixinə qədər Şirvan 33 №li Yİ MMC (Əli-Bayramlı 34 saylı Yol İ. İdarəsində) nəzdində olan xidmət etdikləri asfaltbeton örtüklü avtomobil yollarında sıradan çıxmış a/beton örtüyünün təmiri, yenilənməsi, sıradan çıxmış hissələrin təmizlənməsi və yeni a/betonun döşənilməsindən əvvəl həmin hissələrin bitumla bitumlanması və yeni a/betonun vurulması, körpülərdə və sel sularının axıdılması üçün beton boruların sıradan çıxmış hissələrinin betonlanması bitumlanması, avtodayanacaqlarin təmir edilməsi və sair işlərin aparılması üzrə yol ustası, xx.xx.2011-ci il tarixindən (əmr № 27/k, xx.xx.2011) Şirvan 33 №li Yİ MMC-nin asfaltbeton zavoduna iş icraçısı vəzifəsinə keçirilib və bu günə kimi həmin vəzifədə çalışır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi barədə Qərarının 29-cu maddəsinin “b” bəndinə əsasən ustalar və iş icraçıları, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. -Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x9 x7 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2019-cu il tarixli, **********2 №-li məktubdan görünür ki, İddiaçı idarəyə təqdim etdiyi xx xxxxxx 1979-cu il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “33”xxxxxxxxxxxxxxxxxxx" MMC-də işlədiyi yol ustası və iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 33xxxxxxxxxxxxxxxxxxx MMC-nin xx.xx.2020-ci il tarixli, 01/62 saylı məktubundan görünür ki, yol ustası - təhkim olduğu asfaltbeton örtüklü avtomobil yollarının saxlanması, tikintisi, təmiri, yol tərtibatı və ləvazimati avadanlıqlarının quraşdırılması (siqnal dirəklərinin basdırılması, yol kənarında mühafizə üçün yeni əyrixətli tirlərin quraşdırılması, yol nişanlarının basdırılması) sahəsində görülən işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsini, avtomobil yollarının saxlanması, əsaslı və cari təmir işləri əsasında asfaltbeton örtükdə əmələ gəlmiş xırda və iri çatların bitumla bitumlanması, iri və xırda çalaların asfaltbeton qarışığı ilə doldurulması yol örtüyünün sıradan çıxmış hissələrinin yeni asfaltbeton qarışığı ilə yenilənməsi, yolun altından keçən süni qurğuların, su borularının, körpülərdə məhcərlərin və sel sularının axıdılması üçün beton boruların sıradan çıxmış hissələrinin quraşdırılması, betonlanması, avtodayanacaqların tikintisi və təmir edilməsi işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi işlərini təmin edir, fəhlələrin yerləşdirilməsini təmin edir, texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, görülən işin keyfiyyətini yoxlayır. İstehsalın vaxtında hazırlığını, fəhlələrin və briqadanın yerləşdirilməsini təmin edir, texnoloji proseslərin nəzərə alınmasına nəzarət edir, onların pozulması səbəblərini operativ üzə çıxarır və aradan qaldırır. Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirılməsində iştirak edir. Buraxılmış məhsulun və ya yerinə yetirilmiş işin keyfiyyətini yoxlayır, zay məhsulun qarşısını almaq və məhsulun, işin, xidmətin keyfiyyətini qaldırmaq üçün tədbirlər həyata keçirir. Sahənin yenidən qurulması üçün tamamlanmış işlərin, texnoloji avadanlığın təmiri, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak edir. Əməyin mütərəqqi üsulları və metodlarının tətbiqi, çoxdəzgahlı və çoxaqreqatlı xidməti, attestasiyam və iş yerlərinin səmərələşdirilməsi və peşələrin əvəz olunmasım təşkil edir. Fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığın gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil edir. Eyni zamanda onlara riayət olunmasına nəzarət edir. Fəhlələrin bir neçə peşəyə yiyələnmələrinə, xidmət sahələrinin genişlənməsinə kömək edir. İstehsal ehtiyatlarının üzə çıxarılması işlərinin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması üçün tədbirlərin hazırlamasında, istehsalat mədəniyyətinin inkişafında, iş vaxtından səmərəli istifadə edilməsində iştirak edir. Fəhlələr tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsal və əmək intizamı, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir. İstehsalat qabaqcıllarının mükafatlandırılması, istehsalat və əmək intizamım pozanların cəzalandırılması üçün təkliflər hazırlayır. Fəhlə və briqadirlərin ixtisas və peşə ustalığının artırılması işini, onların ikinci peşəyə yiyələnməsini təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ciil 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının işlədiyi “yol ustası” və “iş icraçısı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 2290000b-23419, 2290000b-24441 bəndlərində nəzərdə tutulmuş yeni tikinti və quraşdırma işlərinin ustaları, iş icraçıları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu Bölməsinin “b” bəndində nəzərdə tutulmuş tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları peşələrinə uyğundur. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 26 il 1 ay 20 gün ümumi və 21 il 7 ay 24 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı işlədiyi müddət nəzərə alınmaqla pensiya huququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı işlədiyi müddət nəzərə alınmaqla pensiya huququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x9 x7 İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar