Məhkəmə qərarları › İş №2-1(112)-3710/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3710/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3710/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı və onun nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona N99N və N993-cü illərdə erməni millətçi dəstələrinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kimi müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx N974-cü il tarixdə Laçın rayonunda doğulmuşdur. N99N-ci ilin iyun ayından Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüşlərdə iştirak etmiş, N992-ci ilin sentyabr ayının 0N-dən xidmətə çağırış yaşı tamam olduğuna görə N nömrəli hərbi hissənin komandanlığı tərəfindən hərbi hissənin siyahısına daxil edilməklə, həmin hərbi hissədə hərbi xidmətini davam etdirmişdir. N993-cü ilin aprel ayının 0N-də Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə mühasirəyə düşmüş və N993-cü ilin iyun ayının 22-də mühasirədən çıxmışdır. Mühasirədən çıxandan sonra onun N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsilə bağlı N saylı hərbi hissənin qərargah rəisi Rafiq Nəqiyevin imzası ilə təsdiq edilmiş 30.0N.N993-cü il tarixli arayış alaraq Laçın rayon hərbi Komissarlığına təqdim etmişdir. Hərbi biletin “həqiqi hərbi xidmət keçməsi” qrafasında da onun N saylı hərbi hissədə xidmət etməsi barədə qeydiyyat vardır. 2007-ci il tarixdən başlayaraq müharibə veteranı vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə nazirliyinə müraciət etməsinə baxmayaraq ona müharibə veteranı vəsiqəsi verməkdən imtina edilmişdir. Sonuncu dəfə 06 iyul 202N-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, qeyd olunanları nəzərə alıb onun N saylı hərbi hissədə xidmət etməyini əsas götürərək ata adının qeyd olunan əmrlərə daxil edilib arxiv arayışı verilməklə ona müharibə veteranı vəsiqəsi verilməsinə köməklik edilməsini xahiş etmişdir. N99N-N992-ci illərdə N saylı hərbi hissədə onun ad və soyadında digər bir şəxsin xidmət edib-etməməsi barədə sorğularına verilmiş cavabda başqa məlumatın olmadığı, yəni bu soyadda həmin hərbi hissədə başqa şəxsin xidmət etmədiyi qeyd olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, 0N.0N.N993cü il tarixdən sonra iddiaçının xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, həmçinin, imtinada qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin N və N nömrəli əmrlərin “İddiaçı” aid olması müəyyən olunmadığından, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin N7.N0.N997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N994- cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X7 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, cavabdehin etirazını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı əvvəlcə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Məhkəmə cavabdehin imtinsı qanunsuz və əsassızdır. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.N974-cü ildə Laçın rayonu, Ərdəşəvi kəndində doğulmuş İddiaçı Laçın rayonu, Ərdəşəvi kəndində qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş N4 aprel 202N-ci il tarixli 777 №-li arayışdan görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün kimi Binəqədi rayonunda qeydiyyatdadır. Qeydiyyatsız 2008ci ildən y/y X.Məlikaslanov küçəsində özbaşına tikilidə yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə komandirinin 0N.08.N992-ci il tarixli 0N5 №-li əmrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Mehtiyev Səlim əmr verilən tarixdə Laçın ərazi müdafiə alayının H/H, N №-li şəxsi heyətinin tərkibində Qranatatan köməkçisi kimi qulluq etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissə komandirinin 0N.0N.N993-cü il tarixli N №-li əmrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Mehtiyev Səlim əmr verilən tarixdə alayın ştat-vəzifə bölgüsü üzrə N №-li hərbi hissə əsgəri kimi qulluq etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Laçın Alayı tərəfindən verilmiş (8NN №li h/hissənin qərargah rəisi R.Nəqiyev tərəfindən imzalanmış) 30.0N.N993-cü il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı N992-ci il sentyabr ayının N-dən N saylı hərbi hissənin tərkibində döyüşmüşdür. 22.04.20NN-ci il tarixdə Laçın rayon Hərbi Komissarlığı tərəfindən verilmiş AO seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 0N.08.N992-ci ildən 0N.0N.N993-cü ilədək N saylı hərbi hissədə xidmət etmişdir (qeydə əsas Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 29.08.2007-ci il tarixli 26/2-8N86 nörəli arayışı). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsi tərəfindən verilmiş 30.NN.20N6-cı il tarixli 0/2-N4536 saylı arxiv arayışında qeyd olunmuşdur ki, X5 N №-li hərbi hissə komandirinin 0N avqust N992-ci il tarixli 0N5 №-li (əsas: səh 46 sıra-209 Əmrin 0N5 nömrəsində düzəliş edilmişdir. Əmrdə atasının adı qeyd edilməmişdir) əmrində şəxsi heyətin siyahısında qranatatan köməkçisi vəzifəsində olan sıravi İddiaçı adı qeyd edilmişdir. Əmrdə atasının adı yazılmadığı üçün məlumatın X2 aid olduğunu təsdiq edə bilmirlər. N №-li hərbi hissə komandirinin 0N yanvar N993-cü ıl tarixli N №-li (əsas səh. 70. sıra N68. Əmrdə atasının adı qeyd edilməmişdir) əmrində şəxsi heyət siyahısında sıravi əsgər İddiaçı adı qeyd edilmişdir. Əmrdə atasının adı yazılmadığı üçün məlumatın X2 aid olduğunu təsdiq edə bilmirlər. Füzuli Hərbi Prokurorluğu tərəfindən verilmiş N2.03.20N8-ci il tarixli N7/NN2N saylı məktubdan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 29.N0.20N9-cu il tarixli M-60354 №-li arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx N974-cü ildə Azərbaycan Respublikası, Laçın rayonunda doğulmuş İddiaçı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Mərkəzi Arxiv İdarəsinin 0N.03.202N-ci il tarixli 9/2-N782 saylı məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığı N5.02.202N-ci il tarixli NNN/202N №-li sorğusuna cavab olaraq bildirirlər ki, N №-li hərbi hissə komandirinin 0N avqust N992-ci il tarixli 0N5 №-li əmrində (əsas: səh.-45, sıra-N9N, qeyd: əmrdə soyadı Mehdiyev yazılmış, atasının adı qeyd edilməmişdir) şəxsi heyətin siyahısında qranatatan köməkçisi, sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 0N yanvar N993-cü il tarixli N №-li əmrində (əsas: səh.-70, sıra-N68; qeyd: əmrdə atasının adı (qeyd edilməmişdir) şəxsi heyətin siyahısında sıravi əsgər Səlim Mehtiyevin adı qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.05.202N-ci il tarixli 2(00N)- 4N58/202N saylı qərardadının surətindən müəyyən olunur ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, N nömrəli Hərbi Hissənin komandirinin 0N avqust N992-ci il tarixli 0N5 nömrəli və 0N yanvar N993-cü il tarixli N nömrəli İddiaçı aid əmrlərin xx xxxx N974-cü il tarixdə Laçın rayonunda doğulmuş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində adı göstərilən İddiaçı aid olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin qeyd olunan qərardadı ilə ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və ərizəçiyə inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və ya onun idarə, şöbə və xidmətlərinə müraciət etmək hüququnun olması, inzibati orqanın imtinası ilə qarşılaşdığı halda isə ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.05.202N-ci il tarixli 2(00N)-4N58/202N saylı qərardadından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının N0.06.2022-ci il tarixli 2(N03)-5948/202N №li qərardadı ilə apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(00N)-4N58/202N saylı, 04 may 202N-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29.09.202N-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilərək bildirilmişdir ki, Döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissə komandirinin 0N.08 N993-cü il tarixli 0N5 nömrəli və 0N.0N.N993-cü il tarixli N nömrəli əmrlərində qeyd olunan “Səlim Mehtiyev”in 0N.0N.N993-cü il tarixdən sonra hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına, habelə həmin əmrlərin “İddiaçı” oğluna aid olması müəyyən olunmadığına görə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 04.05.202N-ci il tarixli qərardadına və Bakı Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının N0.06 202N-ci il tarixli qərardadına əsasən vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş N5.04.2022-ci il tarixli HPN2/30-2779 saylı məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissədə xidmət etmiş vətəndaş İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Prokurorluğu Füzuli Hərbi Prokurorluğu tərəfindən verilmiş 23.04.2022-ci il tarixli N6/N637 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N6.05.2022-ci il tarixli NN/N666 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş NN0 saylı hərbi hissənin 06.05.2022-ci il tarixli N4/N28N saylı arayışında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibindəki birlik və birləşmələrin, hərbi hissələrin, gəmilərin, xüsusi təyinatlı təhsil müəssisələrinin, baş idarə və idarələrin, təşkilat və müəssisələrin sülh və müharibə dövrlərindəki şərti adlarına görə qeydiyyat kitabı”nda N nömrəli hərbi hissə nazirinin əmri ilə N5.N0.N993-cü il tarixdə ləğv olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N6.05.2022-ci il tarixli NN/N666 saylı məktubuna əlavə olunmuş Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 04.05.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən ehtiyatda olan mayor X3 0N.NN N992-ci il; tarixdən N2.NN.N993-cü il tarixədək N nömrəli hərbi hissənin komandiri vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 02.NN.N997-ci il tarixli müvafiq əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Azərbaycan Respublikası Hərbi komissarlığına göndərilmişdir. Ehtiyatda olan mayor XN0 0N NN N99N-ci il tarixdən 22.NN.N993-cü il tarixədək N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin 22.06.2003-cü il tarixli müvafiq əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Laçın rayon hərbi komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N9.05.2022-ci il tarixli NN/N739 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın N2.05.2022-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə 0N.0N.N992-30.04.N992-ci il və 23.N0.N992- N4.04.N993-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir (məktubun verilməsinə əsas: 29.08.N997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27.05.2022-ci il tarixli NN/N864 saylı məktubu ilə təqdim olunmuş Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının 07.05.2022-ci il tarixli 4/3-4777 №-li və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin N0.05.2022-ci il tarixli 454 №-li məktublarının surətindən müəyyən olunur ki, XN komissiyanın iclasında baxılmış və 07.04.997-ci il tarixdə 6 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilmiş və Müdafiə Nazirliyi tərəfindən N6.06.N997-ci il tarixdə 00N9N8 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd N.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.N.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Beləliklə şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”mədə nəzərdə tutulan, iş materiallarında olan arxiv arayışından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə N992-ci il sentyabr ayının N-dən N saylı hərbi hissənin tərkibində döyüşmüşdür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə almaqla onu qeyd etməyi zəruri hesab edir ki, N nömrəli hərbi hissə N5.N0.N993-cü il tarixdə ləğv olunduğundan, döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissə komandirinin 0N.08 N993-cü il tarixli 0N5 nömrəli və 0N.0N.N993-cü il tarixli N nömrəli əmrlərində qeyd olunan “Səlim Mehtiyev”in 0N.0N.N993-cü il tarixdən sonra hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmaması, habelə həmin əmrlərin “İddiaçı” oğluna aid olmasının müəyyən edilməsinin mümkün olmaması görə, iddiaçının hazırki tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun N5.N-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun N5.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı xx.xx.N974-cü ildə doğulmuş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçı xx.xx.N974-cü ildə doğulmuş İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar