Məhkəmə qərarları › İş №2-1(112)-3714/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3714/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3714/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilməsi, dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilməsi və verilməsi vəzifəsinin həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərəkətlərin və imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, İsmayıl Talıblı küçəsi (indiki Əsəd Əhmədov küçəsi) 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 11-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə, 19-cu mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə, 19-cu mərətbədə yerləşən 91.4 kv.m sahədən ibarət olan mənzilə, 117 ədəd qaraja, 21-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə, 20-ci mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilə, 16-cı mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilə, 2-ci mərtəbədə yerləşən 96.3 kv.m sahədən ibarət mənzilə və 18-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə - mövcud vəziyyətdə və ümumi sahəsi göstərilməklə İddiaçı ASC-nin hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxaırşın, habelə texniki pasportun tərtib edilərək İddiaçı ASC-yə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3714/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə “xxxx” MMC üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, İsmayıl Talıblı küçəsi (indiki Əsəd Əhmədov küçəsi), 1 ünvanında 0.40 ha torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasında məhkəmə qərardadına əsasən istifadələrinə və sərəncamlarına verilmiş 11-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzil, 19-cu mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzil, 19-cu mərətbədə yerləşən 91.4 kv.m sahədən ibarət olan mənzil, 117 ədəd qaraj, 21-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzil, 20-ci mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzil, 16-cı mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzil, 2-ci mərtəbədə yerləşən 96.3 kv.m sahədən ibarət mənzil və 18-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən xx.xx.2020-ci il tarixli, 203.020318548 nömrəli bildirişlə yuxarıda qeyd edilmiş daşınmaz əmlakların üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-345/10 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəliyin qoyulmaması, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-733/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından İdarə tərəfindən apelyasiya şikayətinin verilməsi, eyni zamanda yoxlamaölçü işlərinin aparılması üçün mütəxəssislərə şəraitin yaradılmaması olmuşdur. Halbuki, bildirişdə qeyd edilənlər həqiqəti əks etdirmir. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Bank tərəfindən bütün tələb olunan sənədlər təqdim edilmiş və şərait yaradılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, ərizəyə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-345/10 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə İddiaçıxxxx“X4 MMC arasında xx xxxx 2010-cu il tarixdə bağlanmış barışıq sazişi müvafiq şərtlərlə təsdiq edilərək: 1) “X4” tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0.40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda yerləşən mənzilləri, qeyri yaşayış sahələri və qarajları, müvafiq şərtlər istisna olmaqla, heç bir şərt qoymadan İddiaçı ASC-nin istifadəsinə və sərəncamına verilmişdir; 2) “X4” qeyd olunan şəxslərə satmış olduğu mənzillər üzrə xx xxxx 2010-cu il tarixə həmin şəxslərin borc qalığı məbləğinin borc bağlananadək yığılması, həmin məbləğlərə istənilən sərəncam verilməsi hüququnu İddiaçıa verilmişdir; 3)Sözügedən binanın “A” bloku tikilib başa çatanadək müvafiq əmlaklardan daxil olacaq bütün pul vəsaitinin 50(əlli)faizi X4” MMC-ə, digər 50(əlli) faizi İddiaçıın sərəncamına verilmişdir; 4)”X4"in, İddiaçıa olan borcu tam ödənildikdən sonra, artıq qalan məbləğ “X4” MMCnin sərəncamına verilmişdir; 4) 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(82)-130/2010 saylı iş üzrə icraata xitam verilmişdir. Həmçinin bildirmişlər ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Bundan əlavə, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1(81)-733/2019 saylı, xx.xx.2019-cu il tarixli, qərarından İdarə tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət (nömrəsi - **********05) verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)- 961/2020 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-733/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-961/2020 saylı qərarından İdarə tərəfindən xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti verilmişdir. Sözügedən mənzil və qeyri-yaşayış sahəsi yerləşən yaşayış binasının istismarına icazə sənədi (daşınmaz əmlaklar yerləşən yaşayış binası istismara qəbul edilməmişdir) və mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağı tərəfindən verilmiş protokoldan çıxarış İdarəyə təqdim edilməmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş sənədlər “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmişdir. Bu səbəbdən də, sözügedən daşınmaz əmlaklar yerləşən çoxmərtəbəli yaşayış binası qanunvericilin tələbinə əsasən əvvəlcə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və yalnız bundan sonra “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı arasında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında mənzil və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla, həmin torpaq sahəsi üzərində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 301 saylı 28.06.07-ci il tarixli sərəncamı və 20.08.07-ci il tarixli 0792 saylı icarə müqaviləsi əsasında xx.xx.2007-ci il tarixdə (qeydiyyat nömrəsi 110786458) “X4” MMC-nin icarə hüququ (49 il) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Təkrar müayinə məqsədi ilə qeyri yaşayış sahəsinə İddiaçı ASC-nin nümayəndələri ilə birlikdə İdarənin mütəxəsisləri tərəfindən baxış keçirərkən sözügedən binanın 1-ci mərtəbəsinin faktiki olaraq digər şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Qeyd olunanlardan əlavə, müvafiq torpaq sahəsi üzərində Xəzər Rayon Məhkəməsinin 8(003)-464/2016 saylı xx.xx.2016ci il tarixli və Yasamal Rayon Məhkəməsinin 8(004)-1147/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadlarına əsasən həbs qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddianı əsaslandıran sübut qismində cavabdehin xx.xx.2020-ci il tarixli, **********48 nömrəli imtina məktubu, Bakı Apelyasiya Məhkəməsinin 2- 1(103)-345/10 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərardadı, iddiaçının nizamnaməsi təqdim edilmişdir. Eyni zamanda məhkəməyə hazırki iş üzrə mübahisəli ünvanda yerləşən “X6” MMC-yə məxsus çox mərtəbəli yaşayış binasında yerləşən mənzillərin bir qismi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə inzibati məhkəmə icraatı qaydasında qəbul edilmiş məhkəmə qərarları əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 301 nömrəli sərəncamı və xx.xx.2007-ci il tarixli, 0792 nömrəli icarə müqaviləsi əsasında sahəsi 4000 kv metr olan, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən torpaq sahəsi yaşayış binasının tikintisi üçün 49 il müddətinə “X4” MMC-yə icarəyə verilmişdir, “X4” MMC tərəfindən həmin torpaq sahəsində hündürmərtəbəli bina inşa edilmişdir, sonradan iddiaçı ilə “X4” MMC arasında yaranmış məhkəmə mübahisəsinin gedişi zamanı “X4” MMC ilə iddiaçı arasında barışıq sazişi bağlanmış və həmin barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-345/10 nömrəli, xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir, həmin barışıq sazişinin 1-ci bəndinə əsasən “X4” MMC İddiaçı ASC-yə borclu olduğu 1.315.091 avro məbləğinin və 20 manat dövlət rüsumunun bir hissəsinin ödənilməsini təmin etmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda 16-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 17-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 18-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 19-cı mərtəbədə sahəsi 91,4 kv metr olan 2 ədəd mənzilin, 11-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 21-cı mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, 2-cı mərtəbədə 2 ədəd sahəsi 96,3 kv metr olan mənzillərin, 13-cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 20-cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 21-cı mərtəbədə 2 ədəd sahəsi 96,3 kv metr olan mənzilin, 11-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 12-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 16-cı mərtəbədə sahəsi 102,4 kv metr olan 2 ədəd mənzilin, 17-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 18-cı mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin, 19-cu mərtəbədə 2 ədəd sahəsi 102,4 kv metr olan mənzilin, 20-ci mərtəbədə 2 ədəd sahəsi 102,4 kv metr olan mənzilin, 6–cı mərtəbədə sahəsi 96,3 kv metr olan mənzilin, 10-cu mərtəbədə sahəsi 102,4 kv metr olan mənzilin,7-ci mərtəbədə sahəsi 91,4 kv metr olan mənzilin, sahəsi 117 kv metr olan qarajın, 1-ci mərtəbədə sahəsi 421,8 kv metr olan mağazanın, 2-ci mərtəbədə sahəsi 858,2 kv metr olan mağazanın iddiaçının istifadəsinə və sərəncamına verilməsini öhdəsinə götürmüşdür. İddiaçı həmin qərardad əsasında onun sərəncamına və istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 421 kvadrat metr sahədən ibarət qeyriyaşayış sahəsi və binanın 11-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilin, 19-cu mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət olan mənzilin, 117 ədəd qaraja, 21-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilin, 20-ci mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilin, 16-cı mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilin, 2-ci mərtəbədə yerləşən 96.3 kv.m sahədən ibarət mənzilin və 18-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilin üzərində iddiaçının hüququnun qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda sadalanan qanunvericiliyin normalarına əsasən hesab edir ki iddia əsaslı olduğundan təmin edilməlidir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh imtinanın əsaslarının mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. İşin faktiki hallarına əsasən iddiaçının üzərində hüquqlarının qeydə alınmasını tələb etdiyi əmlaklar üzərində sahiblik və istifadə hüququnun olması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı – qərardadı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, İsmayıl Talıblı küçəsi (indiki Əsəd Əhmədov küçəsi) 1 ünvanında, 0.40 ha torpaq sahəsində yerləşən binada 11-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə, 19-cu mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə, 19-cu mərətbədə yerləşən 91.4 kv.m sahədən ibarət olan mənzilə, 117 ədəd qaraja, 21-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə, 20-ci mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilə, 16-cı mərtəbədə yerləşən 102.4 kv.m sahədən ibarət mənzilə, 2-ci mərtəbədə yerləşən 96.3 kv.m sahədən ibarət mənzilə və 18-ci mərtəbədə yerləşən 91.4 kv.m sahədən ibarət mənzilə - mövcud vəziyyətdə və ümumi sahəsi göstərilməklə İddiaçı ASC-nin hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, habelə texniki pasportun tərtib edilərək İddiaçı ASC-yə verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar