Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3715/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin İddiaçı MMC-nin “Bakı şəlıəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli 639/20 saylı məktubuna cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin İddiaçı MMC-nin “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 senyabr 2020-ci il tarixli 639/20 saylı məktubuna cavab verməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 17 avqust 2021ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi baxımından məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 21 iyun 2021-ci il tarixdə iddiaçıya məktub ünvanlanaraq, nümayəndəsi olduğu tələbkar X1 adından onun ayrı mənzillə təmin olunması və ya ona kompensasiya ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət edildiyi, lakin iddianın X1 adından deyil, İddiaçı MMC-nin adından qaldırıldığı bildirilərək, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququnun olduğu, buna müvafiq olaraq dəqiqləşdirilmiş iddia ərizəsi ilə (iddiaçı düzgün qeyd olunmaqla) məhkəməyə müraciət edilməsi izah edilsə də, lakin iddiaçı tərəfindən hər hansı müvafiq hərəkət edilməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisinə, surəti Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Başçısına, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə 17 sentyabr 2020-ci il tarixli 639/20 saylı məktubla müraciət edərək nümayəndəsi olduğu X2 məxsus olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının söküntüsü nəticəsində X1 ayrı mənzillə təmin edilməyinə və ya ona kompensasiya ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli 639/20 saylı məktub 22 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə daxil olub. Lakin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti İddiaçı MMC-nin “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli 639/20 saylı məktubuna cavab verilməsini təmin etməmişdir. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin İddiaçı MMC-nin “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli 639/20 saylı məktubuna cavab verməməsi qanunsuz və əsassız hesab edilməli, məktuba cavab verməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir..... İşin faktiki hallarından göründüyü kimi, cavabdeh təşkilatın və onun rəhbərinin qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərinin icrasına məsuliyyətsiz yanaşması nəticəsində etibarnamə əsasında nümayəndəsi olduğu X4 mənzillə təmin edilməmiş, nəticədə maddi-mənəvi zərər çəkmişdir. Həmçinin cavabdeh təşkilat və onun rəhbəri qanunsuz hərəkətlərə yol verərək yazılı müraciətin cavablandırılmasından imtina etmişdir. Bununla da, vəzifəli şəxs qanuni əsasları olmayan hərəkətsizlik edib və bir neçə normativ- hüquqi aktın tələblərini pozmuşdur. Cavabdeh nümayəndəsi olduğu şəxsin mənzil probleminin həll edilməsi üçün zəruri tədbirlər görmür, dinləmələr və qəbul həyata keçirmir, qanunla müəyyən edilmiş vəzifə funksiyasını icra etmir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-nin cavabdeh Xətai Rayon icra Hakimiyyətinə iş üzrə 3-cü şəxslərə qarşı xx.xx.2020-ci il tarixli 508/20 saylı, məktuba ünvan 2 ünvanında yerləşən yataqxana binasının söküntüsü ilə əlaqədar müraciətində binanın 315 saylı otağında yaşayan X1 ayrıca mənzillə təmin edilməsinə və ya kompensasiya ödənilməsinə köməklik göstərilməsi ilə əlaqədar ərizəsinə cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi və həmin məktuba cavab verilməsi öhdəliyinin Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə tələbinə dair bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı tapşırığına uyğun olaraq Bakı şəhərində qəzalı vəziyyətdə olan binaların sakinlərinə sahəsi 30 kv.m və daha az olan ailələrin hər birinə 30,0 min manat və sahəsi 30 kv.m çox olan mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla birdəfəlik maddi yardımın ödənilməklə köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş X10 xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubu əsasında General Şıxlinski küçəsi 42 saylı ünvanda yerləşən 5 mərtəbəli,4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın ədalətli bölüşdürülməsini təmin etmək məqsədi ilə Xətai Rayon İcra Hakimiyyəti başçısının 08 may 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə kommissiya yaradılmışdır. ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli,4 girişli yataqxana binasında yaşayan ailələrə ( siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi- Xətai Rayon İcra Hakimiyyəti və Podratçı- RFM’’ Məhdud Məsuliyyətli Cəmiyyətin kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnstitutunun 09 iyun 2020-ci il tarixli texniki rəyi əsasında yataqxana binasının sökülərək yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin obyektin tikintisinə 63 nömrəli, xx.xx.2020ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54,5 kv.m 2 otaqlı tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və bir aylıq kirayə haqqının 500,0 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300,0 (üç yüz) manat kirayə haqqının bank vasitəsi ilə sakinlərin kart hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsinin 15 avqust 2016-cı il tarixli X6 Şəhadətnaməyə əsasən bina sakinləri şikayətçi X4 və X7 arasında nigah ləğv edilmiş və tərəflər arasında məhkəmə qaydasında boşanma və boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapmamışdır. Xətai Rayon Məhkəməsinin (2019-cu ilin əvvəlində sakinlərə birdəfəlik maddi yardım ayrıldıqdan sonra) İş №2(011)-7148/2019 nömrəli, 09 oktyabr 2019-cu il tarixli Qətnaməsi üzrə Gen.Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxana binasında X1 315 nömrəli otaqda yaşamaq hüququ təmin edilmiş, lakin mülkiyyət hüququ nəzərə alınmamışdır. Qəzalı binada yaşayan146 ailənin siyahısında orderlər üzrə ümumi sahəsi 28,8 kv.m olan 314 və 315 saylı otaqlar ailə başçısı X3 (5 nəfər ailə tərkibi ilə) adına qeydiyyata alınmaqla 30500 (otuz min beş yüz) manat birdəfəlik maddi yardım ayrılmışdır. Cavabdeh bildirir ki, hazırda Gen.Şıxlinski küçəsində yerləşən qəzalı və insan üçün yaşamağa və hər an uçma təhlükəsi olan 42 saylı mübahisəli yataqxanadan köçürülərək X5 (5 nəfər ailə tərkibi-özü,keçmiş həyat yoldaşı, oğlu, qızı və ögey qızı) General Şıxlinski küçəsi 42 ünvanında inşa olunan çoxmənzilli binada 2 otaqlı, ümumi sahəsi 54,5 kv.m tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və kirayə haqqı- 500,0 (beş yüz) manat və mənzil təqdim edilənədək 300,0 (üç yüz) manat aylıq kirayə haqqının ödənilməsi təmin olunmuş və hazırda razılaşma qanuni qüvvəsindədir. Lakin X4 ayrıca mənzillə təmin olunmasını tələb edir. Müraciətdə qeyd edilənlə bağlı X4 dəfələrlə Rayon İcra Hakimiyyətində qəbulda olmuş və müraciətində qeyd edilənlərlə əlaqədar ona ətraflı izahat verilmişdir. Bildirirlər ki, müvafiq razılaşma əsasında qəzalı binadan sakinlərin kirayə mənzillərə köçürülməsi davam etdirilir, ərazidə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq çoxmənzilli yaşayış binalarının inşasına başlanılmış və Rayon İcra Hakimiyətinin komissiyası tərəfindən tikinti işlərinin gedişatı və sakinlərin müraciətləri nəzarətdə saxlanılır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq cavabdeh iddia tələbinin hüquqi əsası olmadığından iddia ərizəsinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin hallarını və iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İddia ərizəsinin mahiyyətindən aydın olur ki, hazırkı iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən məhkəmədə öz adından iddia qaldıraraq, cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin İddiaçı MMC-nin “Bakı şəlıəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 sentyabr 2020-ci il tarixli 639/20 saylı məktubuna cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin İddiaçı MMC-nin “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” 17 senyabr 2020-ci il tarixli 639/20 saylı məktubuna cavab verməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə ünvanlanan şikayət ərizəsindən görünür ki, İddiaçı MMC-nin cavabdeh orqana müraciəti X1 pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsi barədədir. Halbu ki, işin hallarından müəyyən edilir ki, X4 tam fəaliyyət qabiliyyətlidir və öz adından məhkəmədə sərbəst şəkildə iddia qaldırmaq hüququna malikdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, qeyd olunan iddia, tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bu isə inzibati prosessual qanunvericiliyə uyğun deyil və məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 19 fevral 2021-ci il tarixli məktubda bağlı X1 dəfələrlə Rayon İcra Hakimiyyətində qəbul olunduğu, müraciətində qeyd edilənlərlə əlaqədar ona ətraflı izahat verildiyi, müvafiq razılaşma əsasında qəzalı binadan sakinlərin kirayə mənzillərə köçürülməsi davam etdirildiyi, ərazidə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq çoxmənzilli yaşayış binalarının inşasına başlanıldığı və Rayon İcra Hakimiyətinin komissiyası tərəfindən tikinti işlərinin gedişatı və sakinlərin müraciətlərinin nəzarətdə saxlanıldığı bildirilmişdir. Odur ki Məhkəmənin mövqeyinə görə hazırkı halda iddiaçının mövcud iddia tələbi ilə bağlı subyektiv hüquququnun olacağı təqdirdə belə, cavabdeh orqan Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı iddiaçının məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcud deyil, eyni zamanda cavabdeh orqan Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi iş materialları ilə müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMCnın cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3715/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3715/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver