Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3716/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının mərhum anasının mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın-arayışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov (keçmiş Bünyatzadə) küçəsində olan 1000 kv.m torpaq sahəsində İddiaçı mərhum anası Furizə Zülfəli qızının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın (arayışın) verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia əizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, lakin cavabdeh orqan tərəfindən yazılı münasibət təqdim edilməmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 12 oktyabr 1992-ci il tarixli 1638 saylı sərəncamı ilə iddiaçının mərhum X7na fərdi yaşayış evi inşa etmək üçün ünvan 1 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin başqa müəssisə üçün ayrılması səbəbindən Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 23 iyun 1993-cü il tarixli, 1178 saylı sərəncamı ilə 12 oktyabr 1992-ci il tarixli 1638 saylı sərəncamı əlavə olunaraq mərhum anası Firzə Zülfəl qızına ayrılmış torpaq sahəsi ünvan 2 ünvanda yerləşən 1000 kv.m torpaq sahəsi ilə əvəz edilmişdir. X7 21 aprel 1993-cü il tarixdə vəfat etmiş və lahiyə əsasında həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi vərəslik hüququ əsasında iddiaçının adına keçmiş, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 31 oktyabr 1996-cı il tarixli 048731 saylı Qeydiyyat vəsiqəsi ilə həmin evə mülkiyyət hüququ qeydə alınmışdır. Sonradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən “qeydiyyat vəsiqəsi” dəyişdirilərək əvəzinə 31 mart 2008-ci il tarixli ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “çıxarış” verilmişdir. Sərəncamla mərhum anasına ayrılmış torpaq sahəsinin vərəsəlik hüququ əsasında öz adına keçirmək məqsədi ilə Bakı şəhəri 17 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri 17 saylı Notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və miras əmlak olan torpaq sahəsi üzərində miras qoyan mərhum X7nın hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dvlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayış verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın vərəsə X5 vasitəsilə verilməsinin təmin olunması barədə notariusun 07 dekabr 2019-cu il tarixli, 392 saylı rəsmi müraciəti zəruri sənədlər əlavə olunmaqla 07 yanvar 2020-ci il tarixdə ərizə ilə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dvlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sənədlər tam araşdırılmadan, 12 oktyabr 1992-ci il tarixli 1638 saylı sərəncam əsasında verilmiş torpaq sahəsinin üzərində inşa edilmiş ev dövlət reyestrində qeydiyyatdan keçərək digər fiziki şəxsin adına özgəninkiləşdirilməsi bəhanəsi ilə 30 yanvar 2020-ci il tarixli **********14 saylı bildirişlə ərizənin icrasından “Daşınmaz əmlakın Dövlət Reyestri Haqqinda” Qanunun 15-ci maddəsinə əsasən imtina edilmişdir. İmtina bildirişində torpaq sahəsinin üzərində inşa edilmiş evin konkret olaraq hansı fiziki şəxsin adına özgəninkiləşdirilməsi, tərəfindən təqdim olunmuş hüquq müəyyənedici sənədlərin konkret olaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun hansı maddələrinin tələblərinə uyğun olmaması qeyd edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iddiaçı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1953-cü il təvəllüdlüdür, ünvan 3 ünvanında qeydiyyatdadır - İE№ 897752 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx xxxxxxxx 1953-cü il tarixdən anadan olmuşdur. Firuzə Zülfəli qızı X1 anasıdır. - AZ-İİ № 016168 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Firuzə Zülfəli qızı 21 aprel 1993-cü il tarixdə xərçəng intoksikosiya səbəbi ilə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1993-cü ilin 06 ayının 25 günündə 405 № ilə qeyd edilmişdir. - “X2 şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 12 oktyabr 1992-ci il tarixli, 1638 №-li Sərəncamından görünür ki, Bakıxanov qəsəbəsində, Klara Setkin küçəsi 8 “a” №-li 185-000-İİİ c №-li layihə tipinin və 1200 kv.m sahəsi olan şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi Bakıxanov qəsəbəsi, Qasımov küçəsində 6 №-li evdə yaşayan Firuzə Zülfəli qızına ayrılmışdır. - “12 oktyabr 1992-ci il tarixli, 1638 №-li qərara əlavə” ilə bağlı Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 23 iyun 1993-cü il tarixli, 1178№-li Sərəncamından görünür ki, Firuzə Zülfəli qızına ayrılmış Bakıxanov qəsəbəsində, Klara Setkin küçəsi 8 “a” №-li 185-000-İİİ c №-li layihə tipinin və 1200 kv.m sahəsi olan şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi Bünyatzadə küçəsi, Çay fabrikinin yaxınlığında olan 1000 kv.m torpaq sahəsi ilə əvəz edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH №-li 048731 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatzadə küçəsində 20 №-li yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* №-li çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov (Bünyatzadə) küçəsində istifadədə olan 0.0714 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 12 otaqlı, 406.8 kv.m yaşayış, 840.2 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 90 nömrəli qeydiyyat kitabının 8153 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanan 07 dekabr 2019-cu il tarixli, 392 nömrəli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək, 21.04.1993-cü il tarixdə vəfat etmiş X7ndan qalmş miras əmlaka (Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi (keçmiş Bünyatzadə) ərazisində yerləşən 1.200 kv.m torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan Firuzə Zülfəli qızının hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrdə arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyadının adına tərtbib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsini təmin etməyi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 yanvar 2020-ci il tarixli, **********14 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, 12.10.1992-ci il tarixli 1638 saylı Sabunçu rayonu İH-i tərəfindən verilmiş sərəncam əsasında mərhumun adına istifadə edilərək fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə sorğusu əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun təsdiq olunmuş surətindən görünür ki, torpaq sahəsi üzrə eksplikasiya cədvəlində torpağın sənədlə ölçüsünün – 1000; həqiqi ölçüsünün 1000; tikinti altında olan torpağın ölçüsünün – 714; həyat örtmələri səkilərin ölçüsünü isə 286 kv.m olduğu göstərilmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 21 aprel 1993-cü il tarixdə vəfat etmiş Firuzə Zülfəli qızının vərəsəsi onun qızı, İddiaçı qəbul edilmişdir. Miras əmlak kimi, ünvan 3 müəyyən edilmişdir. Sorğu əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 1061 №-li 24 sentyabr 1996-cı il tarixli sərəncamın surətindən görünür ki, mərhum Firuzə Zülfəli qızına məxsus Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatzadə küçəsi, keçid 20 saylı tikilinin ümumi sahəsi 1.247 kv.m, yaşayış sahəsi 406.8 kv.m, köməkçi sahəsi 840.2 kv.m olub 1000 kv.m torpaq sahəsində yerləşən mülkün hüquqi sahibi hesab olunmuşdur. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov (keçmiş Bünyatzadə) küçəsində olan 1000 kv.m torpaq sahəsinin Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 23 iyun 1993-cü il tarixli, 1178№-li Sərəncamı ilə onun mərhum anasının istifadəsinə veridiyini qeyd edərək mərhum X7nın hüquqlarının qeydə alınması və adına dövlət reyestrindən çıxarışın (arayışın) verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsində göstərilən halları təsdiq edən sübut qismində torpağa dair Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 23 iyun 1993-cü il tarixli, 1178№-li Sərəncamını, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə verilmiş çıxarışın surəti təqdim etmişdir. İşin mübahisələndirilməyən halı odur ki, iddiaçının mərhum X7na ilkin olaraq Bakıxanov qəsəbəsində, Klara Setkin küçəsi 8 “a” №-li 185-000-İİİ c №-li layihə tipinin və 1200 kv.m sahəsi ayrılmış, lakin sonradan həmin sahə Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 23 iyun 1993-cü il tarixli, 1178№-li Sərəncamı ilə Bakı şəhəri, Bünyatzadə küçəsi, Çay fabrikinin yaxınlığında olan 1000 kv.m torpaq sahəsi ilə əvəz edilmişdir. Məhkəmə, iddiaçının iddia etdiyi torpaq sahəsi, yəni, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov (keçmiş Bünyatzadə) küçəsində olan 1000 kv.m torpaq sahəsi üzrə onun mərhum X7nın ümumiyyətlə hüquqlarının olub-olmamasını və cavabdehin imtina məktubunda göstərilən evin başa fiziki şəxsin adına özələşdirilməsi ilə bağlı araşdırma aparmalıdır. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Yəni bu iddia növü ilə iddiaçı məhkəmədən tələb edir ki, məhkəmə inzibati orqanın üzərinə qanunvericilikdə müəyyən edilmiş vəzifənin icrası öhdəliyini qoysun. Belə ki, öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcüd olmalıdır: inzibati orqan tərəfindən qanunvericilikdə müəyyən edilmiş vəzifənin icrasından imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində üzərinə düşən öhdəlik icra edilməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Məhkəmə ilkin olaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov (keçmiş Bünyatzadə) küçəsində olan 1000 kv.m torpaq sahəsi üzrə mərhum X7nın mülkiyyət hüququnun olubolmamasını araşdırır. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanununun 8.0- cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.1.) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (maddə 8.0.5.) bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi daşınmaz əmlaka dair iddiaçı qanunla sadalanmış hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının həmin evə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmuşdur, belə imtina qanuna zidd qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndinə görə, torpaq münasibətləri dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarə edilməsi sahəsində ictimai münasibətdir. Həmin Qanunun 49-cu maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Qanunun 55-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9cu və 10-cü, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin torpaq sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, icra hakimiyyəti orqanı tərəfində verilən sərəncam və ya qərarın olmasıdır. Belə halda, fiziki şəxsin həmin torpaq sahəsi üzərində hüququ mövcüd olur və o, qanunvericiliyin tələbləri əsasında, həmin torpaq sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, sadalanan sənədlər torpaq sahəsi üzərində iddiaçının anasının mülkiyyət hüququnun əmələ gəlməsi halını təkzib etmir. Firüzə Zülfəli qızının həmin torpaq sahəsi üzərində hüququnun yaranmasının əsasını təşkil edən Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 23 iyun 1993-cü il tarixli, 1178№-li saylı və Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 1061 №-li 24 sentyabr 1996-cı il tarixli Sərəncamlarının əsassız olduğu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sübuta yetirilmədiyindən, həmin əsaslar mötəbər hesab olunur. Hətta, məhkəmə araşdırılması zamanı təqdim olunmuş yaşayış evinin texniki pasportundan məlum olmuşdur ki, sözügedən torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi, həmin torpağın 714 kv.m hissəsini təşkil edir, digər 286 kv.m hissəsi isə həyat örtmələri əhatə edir. Texniki pasportda göstərilən torpaq sahəsinin ölçüləri və fərdi yaşayış evinin sxemi, 01 sentyabr 2020-ci il tarixdə məhkəmə tərkibi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlakın yerquruluşu üzrə mühəndis vəzifəsində işləyən Ə.V.İslamovun iştirakı ilə həyata keçirilmiş yerli baxışda öz əksini tapmışdır. Cavabdehin imtinasının əsasında, fərdi yaşayış evinin özgəninkiləşdirildiyindən, sözügedən 1000 kv.m torpaq sahəsi üzərində iddiaçının mərhum anasının hüquqlarının qeydə alınmasından imtina edilməsi isə əsassızdır. Belə ki, sözügədən fərdi yaşayış evi mərhum Firüzə Zülfəli qızının qanuni vərəsəsi olan İddiaçı adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, cavabdeh hətta bu halı belə nəzərə almamış və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov (keçmiş Bünyatzadə) küçəsində olan 1000 kv.m torpaq sahəsi üzrə mərhumun adına arayışın (çıxarışın) verilməsindən imtina etmişdir. Halbuki, 1000 kv.m torpaq sahəsinin bir hissəsi, yəni özəlləşdirilmiş tikinti sahəsinin altında olan 714 kv.m torpaq sahəsi üzərində “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsi əsasında hazırki İddiaçı hüquqları da mövcüd olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7-cı bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. MM-nin 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məhkəmə iş materiallarında olan sənədlərə qanunvericiliyin normaları ilə birgə qiymət verərək hesab edir ki, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 23 iyun 1993-cü il tarixli, 1178№-li saylı və Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının 1061 №-li 24 sentyabr 1996-cı il tarixli Sərəncamları ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov (keçmiş Bünyatzadə) küçəsində olan 1000 kv.m torpaq sahəsi üzərində mərhum Firuzə Züıfəli qızının hüquqları yaranmış, F.Zülfəli qızı həmin hüquqlarınının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdiyindən və onun vəfatından sonra isə həmin torpaq sahəsi miras kütləsinə daxil edildiyindən, mərhum Firuzə Zülfəli qızının vərəsəsi olan İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək və pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququ mövcud olmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh əsassız olaraq iddiaçının müraciətinə imtina etmişdir. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi hаqqındа" Avropa Kоnvеnsiyаsının 46-cı mаddəsinə əsаsən, Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov (keçmiş Bünyatzadə) küçəsində olan 1000 kv.m torpaq sahəsində İddiaçı mərhum X7nın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın-arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov (keçmiş Bünyatzadə) küçəsində olan 1000 kv.m torpaq sahəsində İddiaçı mərhum X7nın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın (arayışın) verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3716/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3716/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver