Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3716/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ailə üzvləri ilə birlikdə mənzil növbəsinə alınması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun ailə üzvləri ilə birlikdə güzəştli şərtlərlə ev növbəsinə qəbul edilərək, sosial evlərlə təmin olunmağı öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, onun yəni İİİ dərəcəli əlil İddiaçı, övladları xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X3 yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində mənzil növbəsinə götürülmələri barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, birinci və ikinci Qarabağ Müharibəsi iştirakçısı, təqaüddə olan hərbi qulluqçu, mülkiyyətində olmayan, ünvan 1 ünvanda ailəsi (o, arvadı və övladları) ilə birlikdə yaşayır. O, hərbi qulluqçu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması ilə əlaqədar birinci Qarabağ Müharibəsi iştirakçısı olmuşdur, torpaqlarının, ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərin fəal iştirakçısı olmuşdur. Sonradan ehtiyatda olan zabit kimi ikinci Qarabağ Müharibəsinə könüllü getmişdir və Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə döyüşmüşdür və yaralanmışdır, qapalı kəllə beyin travması almışdır, eşitmə qabilliyətini itirmişdir, hazırda 3-cü dərəcəli əlildir. O, ailəsinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə ehtiyatda olan hərbi qulluqçu kimi cavabdeh Bakı şəhər Cavabdehnə güzəştli şərtlərlə mənzil növbəsinə (sosial evlərdən mənzillə təmin olunmaqıma dair) qəbul edilməyi ilə əlaqədar müraciət etmişdir. Cavabdeh əsasız səbəblərdən onu ehtiyyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul etməkdən imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdeh iddaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları İş materiallarında olan; - iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1974-cü ildə İmişli rayonu Sarıxanlı kəndində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. AA ******* seriyalı, AA4045595 seriyalı və AA4045597 seriyalı şəxsiyyət vəsiqələrinin surətindən və şəxsiyyət vəsiqələri barədə Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, müvafiq olaraq xx.xx.1988-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X13 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İmişli rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 315650 №-li, xx.xx.2007ci il tarixli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 ilə X10 xx.xx.2007-ci ildə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2007-ci ilin iyul 19 günündə 301 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Fərzalı soyadı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V seriyalı 084994 №-li vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu ildə təkrar müharibə verteranı adı və statusunu təsdiq edən vəsiqə verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya... müəyyən olunmaqla xx.xx.2021-ci il tarixdə 3-cü qrup əllik dərəcəsi təyin olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, ev 1, mənzil 212 ünvanında yerləşən ümumi sahəsi 91,70 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. 3 saylı Bakı “ASAN xidmət” X14 tərəfindən verilmiş 3545 №-li xx.xx.2022-ci il tarixli arayışda xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ailə üzvləri arvadı xx.xx.1988-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəlüdlü X13 qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən müəyyən olunur ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən İmişli rayonu, Sarxanlı kəndində 1,04 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi (ümumibirgöə mülkiyyətdə, JN: 278.xx.xx.2003 qeydiyyat №) aşkar edildiyi göstərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən müəyyən olunur ki, X2 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən İmişli rayonu, Sarxanlı kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsi (ümumi birgə mülkiyyətdə, JN-337A2004 qeydiyyat №) aşkar edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən müəyyən olunur ki, X6 və X3 adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli müracitələrinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Bələdiyyəsinin 1139 saylı, xx.xx.2022-ci il tarixli arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X28 massivi, ev 1, mənzil 212 ünvanda qeydiyyatda olanlar İddiaçı və arvadı X1 Bələdiyyəsindən torpaq sahəsi almamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “ Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li, xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X11, X9, X5, X12, X13, X15 və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X28 Massivi, ev 1, mənzil 212 ünvanında qeydiyyatdadırlar. İmişli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 5-53-8/2-241/2023 saylı arayışdan müəyyən olunur ki, İddiaçı İmişli Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin Mənzil Komissiyasının 17 fevral 2023-cü il tarixli, 02 saylı qərarı ilə İmişli Rayon İcra Hakimiyyətinin mənzil növbəliliyi siyahısından çıxarılmışdır. İddiaçının hazırki tələbi ilə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh F- 17/3-174/4-tlı saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən onun son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilməz. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. - 49.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. - 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; - 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 №li qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü yarımbəndində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İşin araşdırılan hallarından göründüyü kimi Qarabağ müharibəsi verteranı və üçüncü dərəcəli əlillik statusuna malik olan iddiaçı ailəsi ilə birlikdə özünə məxsus olmayan evdə qeydiyyatda olmaqla yaşayır ki, bu hal da ona yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən Mənzil Məcəlləsinin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ verir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Beləliklə, məhkəmənin mövqeyinə görə hazırkı iş üzrə iddiaçı X16, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini və mənzil növbəsinə götürülməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətindən tələb etməkdə haqlıdır. İPM-nin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə iddiaçı üçüncü dərəcəli əlil İddiaçı, yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X13 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində mənzil növbəsinə alınmasına dair sərəncam qəbul edilməsi haqqında vəzifə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə iddiaçı üçüncü dərəcəli əlil İddiaçı, yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X13 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində mənzil növbəsinə alınmasına dair sərəncam qəbul edilməsi haqqında vəzifə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3716/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3716/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver