Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3717/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun zərərli işə görə əmək pensiyasına çıxmasına görə olan hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə 60 yaşının tamam olması ilə əlaqədar 05 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 05 iyul 2020-ci il tarixdən bu günə kimi ona ödənilməli olan güzəştli şərtlərlə əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında hesablanıb birdəfəyə ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. 1978-cil tarixdə Ağdan rayon Mexaniki və elektrikləşdirmə texnikumuna daxil olmuş, 1978ci ildən 1980-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra təhsilini davam etdirmişdir. 1983-cü il tarixdə təsilini bitirib, 20.10.1983-cü il tarixdə Mingəçevir SES-də 4-cü dərəcəli elektrik çilingər vəzifəsində çalışmışdır. 03.05.1984-cü ildə həmin müəssisədə 5-ci dərəcəli elektrik çilingər peşəsinə yüksəlmiş, 01.06.1985-ci ildə isə 6-cı dərəcə elektrik çilingər vəzifəsinə keçmişdir. 01.04.1993-cü ildə işdən azad olunmuşdur. 07.04.1993-cü il tarixdən 01.03.1995-ci il tarixədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında elektrik sexi blokların paylayıcı sisteminə xidmət və təmir edən briqadaya 5ci dərəcəli elektrik çilingəri peşəsində, 01.11.1996-ci il tarixdən 14.01.1997-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Quraşdırma sahəsində usta vəzifəsində, 03.03.1997-ci il tarixdən 15.05.2002-ci ilə qədər ("xxxx" ASC) "xxxx" X9 və paylayıcı avadanlıqlarının quraşdırılması, təmiri və sazlanması sahəsində X2 sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcı peşəsində çalışmışdır. Ümumilikdə 05.01.2015-ci ilə qədər elektrik çilingəri peşəsində çalışmışdır. Sonuncu işləmiş olduğu Ağırmaşınqayırma zavodunun Turbin Təmir sexinin Mingəçevir Təmir sahəsinin Mingəçevir Elekrtik mühərriki və generator təmiri bölməsində (AZENCO ASC) elektrik çilingəri peşəsinin 6-cı dərəcəsi olmuşdur. "Azərbaycan İES" tərəfindən verilmiş 02.07.2020-ci il tarixli 05-16 saylı arayışa əsasən zərərli iş sahəsində işləməyi 1993-cü ildən 1996-cı ilə qədər müəyyən edilmişdir. "Energoservice" tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 11/73 saylı arxiv arayışına əsasən zərərli iş sahəsində işləməyi 2003-cü ildən 2006-cı ilədək öz əksini tapmışdır. "xxxx" ASC tərəfindən verilmiş 01-71/277 saylı, 29.06.2020-ci il tarixli arviv arayışına əsasən 12 il 5 ay 14 gün güzəştli pensiya üçün stajının olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ üçün nəzərdə tutulan stajı 12 il 6 aydan (1993-cü ildən 2015-ci ilədək) artıqdır. Ümumi sığorta stajı 25 ildən (1978-ci ildən 2020-ci ilə qədər) artıqdır. Qanunda nəzərdə tutulan 60 yaşı 05.07.2020-ci ildən tamamlanmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, işləmiş olduğu sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə qərarında göstərilən sahələrə uyğun gəlmədiyi bildirilmişdir. Cavabdeh nəzərdən qaçırmışdır ki, 1983-cü ildən 2015-ci ilə qədər işləmiş olduğu sahələr Mingəçevir və Sumqayıt şəhərində yerləşən elektrik stansiyaları olmuşdur. "Azərbaycan İES" "Energoservice" və "xxxx" ASCnin vermiş olduğu arayışlarda göstərilir ki, işlədiyi sahələr dəfələrlə adları dəyişdirilmiş müəsissələrin adları yeni adlar olsa da, fəaliyyət sahəsi eyni olaraq qalmışdır. Elektrik enerjisinin istehsalı üçün generatorlar, elekrtik mühərrikləri, kompressorlar təmiri mütləq olan haldır. Həmin sahələr zərərli hesab olunduğu üçün 12% əlavə əmək haqqı almış və eyni zamanda bundan irəli gələn güzəştlər tətbiq edilmişdir. Güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı heç bir tutarlı əsas gətirmədən imtina edilmişdir. Sözü gedən qərarın 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) tələblərinə əsasən qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxil edilmişdir. İşlədiyi sahələr istər usta peşəsi, istərsə də elektrik çilingəri peşəsi həmin siyahıya daxildir. İddia tələbinin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına istinad edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili X8 tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçının isə qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 ay güzəştli iş stajı yoxdur. İddiaçının işləmiş olduğu peşələri aşağıdakı səbəblərdən güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına səbəb olan peşələr hesab etmirlər: - Güzəştli iş stajını təsdiq edən arayış təqdim edilmədiyinə görə 20.10.1983- 03.01.1993-cü illərdə Mingəçevir SES-də elektrik çilingəri, 08.04.1993-01.04.1996-cı illərdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Elektrik sexində bloklarının paylayıcı sistemində xidmət və təmir edən briqadada elektrik çilingəri, 01.11.1996- 15.01.1997-ci illərdə Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində usta peşəsini; - 24-cü fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin bölmədə “elektrik quraşdırıcı” peşəsi nəzərdə tutulmadığına görə 03.03.1997-15.05.2002ci illərdə "xxxx" X9 və paylayıcı avadanlıqların quraşdırılması, təmiri və sazlanması sahəsində elektrik quraşdırıcı, 16.05.2002-18.11.2003-cü illərdə "xxxx" ASC-nin "xxxx" MMC-nin X2 sahəsində elektrik quraşdırıcısı peşəsini; - 2140000а—18455 saylı kodla (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı: qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) güzəştli olduğu qeyd edilsə də, həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsində işləmiş olmalı, 2) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri ilə məşğul olmuş olmalı, yaxud yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət etmiş olmalı idi. İddiaçı isə, arayışa əsasən, elektrik avadanlıqlarının təmiri ilə məşğul olduğuna görə 19.11.2003-03.04.2006-cı illər üzrə "xxxx" MMC-nin “EAT” müəssisəsinin Generator və Elektrik Mühərrikləri Təmiri sexində elektrik çilingəri peşəsini; - 24-cü fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin koda uyğun gəlməsi üçün iddiaçı 1) elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsində işləmiş olmalı, 2) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri ilə məşğul olmuş olmalı, yaxud yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət etmiş olmalı idi. Arayışdan iddiaçının məhz nəyin təmiri ilə məşğul olmuş olduğunu müəyyən etmək olmadığına görə 04.04.2006-30.12.2008-ci illərdə işlədiyi "xxxx" MMC-nin X1 və Təmiri İdarəsinin X10 stansiyasının təmir sahəsində elektrik çilingəri peşəsini; - 24-cü fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin bölmədə yalnız avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama), qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları peşələri nəzərdə tutulmuşdur ki, iddiaçı onlardan heç birinə uyğun gəlmədiyinə görə 06.01.2010-01.11.2012-ci illərdəki "xxxx" ASC-nin Energetika Avadanlıqlarının təmiri idarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin Təmir sexində usta peşəsini; - 24-cü fəsil və həmin fəslin a və b bəndləri üzrə güzəştli olduğu arayışda qeyd edilsə də, həmin koda uyğun gəlməsi üçün iddiaçının elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı sahəsində işləməli olduğuna, habelə arayışda konkret peşəyə deyil, ümumi fəslə istinad olunduğundan iş yerinin iddiaçının peşəsini məhz hansı peşəyə uyğun hesab etdiyini müəyyənləşdirmək mümkün olmadığına görə, 01.11.2012-08.01.2013-cü illərdə "xxxx" ASC-nin Energetika Avadanlıqlarının təmiri idarəsinin Mingəçevir təmir sahəsinin Generatir və elektrik mühərriklərinin Təmir sexində elektrik çilingəri və 09.01.2013-05.01.2015-ci il tarixlərdə işlədiyi "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsində elektrik çilingəri peşəsini. Etirazın hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 21.12.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X8 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və təqdim etdiyi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - AA ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-ci il təvəllüdlüdür. - AT № 000987 saylı diploma əsasən, İddiaçı 1978-1983-cü illərdə Ağdam kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumunda təhsil almış və ona texnikelektromexanik ixtisası verilmişdir. - НЗ № ******* saylı hərbi biletə əsasən İddiaçı 29.10.1978-ci ildən 20.11.1980-ci ilədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - 03.10.1983-cü ildə Mingəçevir sexinə 4-cü dərəcəli elektromontyor (elektrik montyoru) qəbul edilib, 03.05.1984-cü ildə ona 5-ci dərəcəli elektromontyor, 01.06.1985-ci ildən 6-cı dərəcəli elektromontyor vəzifəsi verilib, 04.01.1993-cü ildə mühəndis elektrik vəzifəsinə keçirilib, 01.04.1993-cü ildə işdən azad edilmişdir. - 08.04.1993-01.04.1996-cı illərdə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində 5-ci və 6-cı dərəcəli elektrik çilingər; - 04.11.1996-cı ildən 15.01.1997-ci ilədək "xxxx" SC Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsinin təmir sahəsində usta; - 03.03.1997-01.09.2001-ci illərdə “Azenerqoremnaladka” müəssisəsinin elektrik avadanlıqlarının montajı üzrə sahənin KİPİTA, MRİN sexlərində 6-cıdərəcəli elektrik montajçı, 01.09.2001-15.05.2002-ci illərdə həmin müəssisənin X2, təmiri və sazlanması sexində elektrik montajçı; - 16.05.2002-07.03.2003-cü illərdə "xxxx"ASC "xxxx" MMC-nin X2 sahəsində 6-cı dərəcəli elektrik quraşdırıcısı, 07.03.2003-18.11.2003-cü illərdə isə həmin vəzifə ilə G və EMT sexinin Mingəçevir sahəsində; - 19.11.2003-03.04.2006-cı illərdə "xxxx" MMC-nin “EAT” müəssisəsinin G və EMT sexində 6-cı dərəcəli elektrik çilingəri; - 04.04.2006-30.12.2008-ci illərdə "xxxx" ASC "xxxx" MMC-nin (09.10.2008-ci ildən MMC-nin adı dəyişərək "xxxx" ASC adlandırılıb) EAQ və T İdarəsi generator və mühərriklərin təmiri sexinin Mingəçevir SES sahəsində 6-cı dərəcəli elektrik çilingər; - 05.01.2009-13.04.2009-cu illərdə "xxxx" MMC-nin Qazan turbin avadanlıqlarının təmir və sazlama İdarəsinin generator və elektrikmühərriklərinin təmiri sexində 6-cı dərəcəli elektrik çilingəri, 13.04.2009-05.01.2010-cu illərdə həmin sahədə usta; - 06.01.2010-02.05.2011-ci illərdə "xxxx" ASC-də EAT İdarəsinin Mingəçevir təmir sahəsinin G və EMT sexində usta, 02.05.2011-01.11.2012-ci illərdə vəzifəsi və dərəcəsi saxlanılmaqla EMG və HAT sexində, 01.11.2012-08.01.2013-cü illərdə həmin sexdə 6-cı dərəcəli elektrik çilingəri; - 09.01.2013-cü il tarixindən 05.01.2015-ci il tarixinədək "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir Təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsinin 6-cı dərəcəli elektrik çilingəri; - 16.04.2015-31.07.2018-ci illərdə "xxxx" MMC-nin yanacaqdoldurma məntəqəsində elektromexanik; - 10.01.2020-02.03.2020-ci illərdə "xxxx" MMC-də fəhlə işləmişdir. İddiaçının təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş 01-ZP/277 saylı 29.06.2020ci il tarixli arxiv arayışında aşağıdakılar qeyd edilmişdir; - İddiaçı həqiqətən 03.03.1997-ci ildə (əmr №- 21/ш, 03.03.1997-ci il) "xxxx" X7 Cihazlarının və X4, Təmiri və Sazlanması sahəsinə elektrik avadanlığının quraşdırılması üzrə 6-cı dərəcəli elektrik quraşdırıcısı peşəsinə işə qəbul edilib və 15.05.2002-ci ilədə (əmr № 17-ş, 15.05.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. - 16.05.2002-ci ildə (əmr №- 10-kş, 16.05.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMC-nin X2 sahəsinə 6-cı dərəcəli elektrik quraşdırıcısı peşəsinə işə qəbul edilib və 18.11.2003-cü ilədə (əmr № 127-kş, 18.11.2003-cü il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilib. - 04.04.2006-cı ildə (əmr №-65-kş, 04.04.2006-cı il) "xxxx" MMC-nin X3 və Təmiri İdarəsinin Generator və Mühərriklərin təmiri sexinin X10 Stansiyasının təmir sahəsinə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə işə qəbil edilib və 30.12.2008-ci ildə (əmr № 08/17-kş, 30.12.2008-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. - 06.01.2010-cu ildə (əmr №-15/İ7-kş, 28.01.2010-cu il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin Təmiri sexinə usta vəzifəsinə təyin edilib . 01.11.2012-ci ildə ( əmr №- 125/17-kş, 06.11.2012-ci il) həmin sahədə 6-cı dərəcəli elektrik çilingər peşəsinə keçirilib və 08.01.2013-cü İldə (əmr № 02/17-kş, 24.01.2013-cü ii) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə ) əmək müqaviləsinə xitam verilib. - Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli 12 №-li Qərarının 24-cü fəslinin "a” və “b” bəndlərinə əsasən Elektrik Stansiyalarında avadanlıqlanmn təmiri, bölüşdürücü qurğuların və onların işini təmin edən ölçü vasitələrinə və avtomatikasına xidmət edən çilingərlərinin, elektrik çilingərlərinin və ustaların işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. - Güzəştli pensiya üçün staj: 12 il 05 ay, 14 gün təşkil edir. - Məlumat üçün bildirilir ki, "xxxx"ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən “Äzərenerjixüsusitəmir” müəssisəsi ləğv olunmuş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş H/73 saylı 09.07.2020-ci il tarixli arxiv arayışında aşağıdakılar qeyd edilmişdir; - İddiaçı həqiqətən "xxxx" MMC-nin "EAT" müəssisəsinin Generator və Elektrik Mühərrikləri Təmiri sexində 19.11.2003-cü il tarixindən (19.11.2003-cü il tarixli 25/KŞ saylı əmr) 03.04.2006-cı il tarixinədək 6 dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. İddiaçı 03.04.2006-cı il tarixindən (03.04.2006-cı il tarixli 097/KŞ saylı əmr) öz xahişi ilə işdən azad edilmişdir. - İddiaçı tam iş günü ərzində zərərli və ağır iş şəraitində bilavasitə elektrik avadanlıqların təmiri ilə məşğul olmuşdur. Zərərli iş şəraitində işlədiyi üçün əsas əmək haqqına və əmək məzuniyyətinə qanunvericilikdə nəzərdə tutulan əlavələr hesablanmışdır. - İddiaçı zərərli iş şəraitində işlədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li siyahısının Xİİİ bölməsinin 21400000-18455 kod və şriftinə əsasən ağır iş hesab olunur və yaşa görə güzəştli pensiya hüququna təminat verir. - Qeyd: Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş 03.12.2015-ci il tarixli **********278400 saylı çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ona birləşdirilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. İddiaçının təqdim etdiyi "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş 05-16 saylı 02.07.2020-ci il tarixli arayışda aşağıdakılar qeyd edilmişdir; - İddiaçı həqiqətən 08.04.1993-cü il tarixində “Azərbaycan Dövlət Rayon Elektrik stansiyasında Elektrik sexinə blokların xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqadaya 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir (07.04.1993 -cü il. Əmr № 88). 01.04.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad olmuşdur (01.04.1996-ci il. Əmr № 146/K). - 01.11.1996-cı il tarixdən Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində transformatorların yağ açarları, hava açadan və kompressorların təmiri sahəsinə usta vəzifəsinə işə qəbul olunmuşdur (04.11.1996 -ci il. Əmr № 97/K). 15.01.1997-ci il tarixdə işdən azad olmuşdur (14.01.1997-ci il Əmr № 06/K). - Zərərli iş şəraitində işlədiyi üçün 1993-1996-cı il tarixədək 12% əlavə əmək haqqı ödənilmişdir. - "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. - "xxxx" ASC-nin AÜ/002 saylı 05.01.2006-cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC- Azərbaycan İstilik Elektrik X5 Cəmiyyət adlandırılmışdır. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş 09 saylı 03.03.2021-ci il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən 09.01.2013-cü il tarixindən 05.01.2015-ci il tarixinədək "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir Təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsinin 6-cı dərəcəli elektrik çilingəri peşəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 1 (bir) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün təşkil edir. Əmək kitabçası və arxiv arayışları üzrə iddiaçının 60 yaşı tamam olduğu 05.07.2020-ci il tarixədək ümumi iş stajının 25 ildən çox təşkil etdiyi müəyyən edilir. Həmçinin iddiaçıya "xxxx" ASC tərəfindən verilmiş 01-ZP/277 saylı 29.06.2020-ci il tarixli arxiv arayışı və "xxxx" MMC tərəfindən verilmiş 09 saylı 03.03.2021-ci il tarixli güzəştli arayışı ilə, ümumilikdə 12 il 6 aydan çox güzəştli iş stajına malik olduğu qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 07.10.2020-ci il tarixli **********7 saylı güzəştli şərtlərlə pensiya təminatından imtina haqqında məktubdan görünür ki, iddiaçının 18.08.2020-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 20.10.1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda 01.11.1996-15.01.1997-ci il tarixləri arasındakı dövr ərzində “Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində” transformatorların yağ açarları, hava açarları və kompressorların təmiri sahəsində usta vəzifəsində, 04.04.2006- 30.12.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin X1 və Təmiri idarəsinin Generator və mühərriklərinin təmiri sexində elektrik çilingəri vəzifəsində və 06.01.2010- 08.01,2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin təmiri sexində usta və elektrik çilingəri vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz sahələr yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini cavabdehdən xahiş etmiş, lakin onun güzəştli iş stajının 12 il 06 aydan az təşkil etdiyi göstərilərək, müraciətindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, iddiaçının işlədiyi vəzifələrinin güzəştli pensiyaya çıxmağa əsas veribverməməsi və həmin illərin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. Qüvvədə olan normativ hüquqi aktın tələbinə görə isə iddiaçının 12 il 06 aydan çox güzəştli iş stajının olub-olmamasını müəyyən edilməsi üçün güzəştli arayışın təqdim olunması zəruridir. Məhkəmə qeyd edir ki, İddiaçı ümumi iş stajının 25 ildən çox olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya çıxmağına imkan verməsi işin mübahisələndirməyən hallarına aiddir. İş materiallarında olan imtina məktubuna və etiraza nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunmasının yeganə əsası odur ki, İddiaçı 01.11.1996-15.01.1997-ci il tarixləri arasındakı dövr ərzində “Xüsusiləşdirilmiş Təmir Quraşdırma Müəssisəsində” transformatorların yağ açarları, hava açarları və kompressorların təmiri sahəsində usta vəzifəsində, 04.04.2006-30.12.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin X1 və Təmiri idarəsinin Generator və mühərriklərinin təmiri sexində elektrik çilingəri vəzifəsində və 06.01.2010-08.01.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Generator və elektrik mühərriklərinin təmiri sexində usta və elektrik çilingəri vəzifələrində işlədiyi sahələrin güzəşti pensiya hüququ verən siyahıda (Siyahının 24-cü bölməsində) nəzərdə tutulmamışdır. Məhkəmə bu istiqamətdə araşdırma aparaq bildirir ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı 03.10.1983-cü ildən 04.01.1993-cü ilədək (9 il 3 ay 1 gün) Mingəçevir sexində 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik montyoru, 08.04.1993-cü ildən 01.04.1996-cı ilədək (2 il 11 ay 22 gün) Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində 5-ci və 6-cı dərəcəli elektrik çilingəri, 09.01.2013-cü il tarixindən 05.01.2015-ci il tarixinədək (1 il 11 ay 27 gün) "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir Təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsinin 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının qeyd edilən dövrlər üzrə güzəştli sığorta stajı 12 il 6 aydan (14 il 2 ay 20 gün) çox təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) “a” bəndindən görünür ki, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəştli pensiya hüququ verən vəzifələr sırasına daxil edilmişdir. Məhkəmə iddiaçının 03.10.1983-04.01.1993-cü və 08.04.1993-01.04.1996-cı illər ərzində işlədiyi elektrik montyorları, elektrik çilingərləri və usta vəzifələrinin arayışda qeyd olunan siyahıdakı güzəştli pensiya hüququ verən vəzifələrə uyğun olmaması barədə cavabdehin dəlilinə münasibət bildirərək qeyd edir ki, iddiaçının qeyd olunan illər ərzində işlədiyi elektrik montyorları, usta və elektrik çilingərləri vəzifəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın Xİİİ bölməsinin “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı bölməsinin “a” yarımbölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (kod 21400000-18455) vəzifəsinə uyğun olduğu halda, cavabdeh tərəfindən qeyd olunan vəzifələrin güzəştli iş stajı verən vəzifələrə aid edilməməsi düzgün deyildir. Həmçinin, məhkəmə araşdırılması zamanı təqdim olunmuş "xxxx" MMC tərəfindən verilmiş 09 saylı 03.03.2021-ci il tarixli güzəştli arayışda iddiaçının "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir Təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsində 09.01.2013-cü il tarixindən 05.01.2015-ci il tarixinədək 6-cı dərəcəli elektrik çilingəri peşəsində işlədiyi, göstərilən peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edildiyi göstərilmişdir. Bundan başqa məhkəmə öz xidməti vəzifəsinə uyğun araşdırma apararaq "xxxx" ASC "xxxx" MMC-yə sorğu ilə müraciət etmiş və 10.12.2021-ci il tarixli 100/01-07-334 saylı cavabla müəyyən etmişdir ki, İddiaçı 08.04.1993-cü il tarixdə “Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası”nda Elektrik sexinə “Blokların xüsusi sərfiyyatı üçün paylayıcı qurğulara xidmət və təmir edən briqada”ya 5-ci dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş, 01.04.1996-cı i tarixdə azad edilmiş, zərərli iş şəraitində işlədiyi üçün 08.04.1993- 01.04.1996-cı il tarixədək 12% əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçının işlədiyi illər ərzində tutduğu elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu ******* a-18455 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Beləliklə, işin xarakteri haqqında arayışlar (güzəştli arayışlar), habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a yarımbəndində, qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin güzəştli pensiya hüququ verən iş stajna aid olması ona dəlalət edir ki, nəinki qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına xidmət üzrə, həm də həmin sahə və avadanlıqların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəştli pensiya hüququ verən vəzifəyə aiddir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 14 il 02 ay 20 gün iş stajına malik olmuşdur. Əlavə olaraq məhkəmə bildirir ki, iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla onun 60 yaşı tamam olduğu, yəni 05.07.2020-ci il tarixədək ümumilikdə 25 ildən çox ümumi stajı vardır. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında və arxiv arayışlarında əksini tapmışdır. Həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrlərin, yəni 08.04.1993-cü il tarixdən 01.04.1996-cı ilədək Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının elektrik sexində elektrik çilingəri peşəsinin; 04.11.1996-cı ildən 15.01.1997-ci ilədək "xxxx" SC Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində işlədiyi təmir sahəsində usta peşəsinin; 03.03.1997-ci il tarixdən 15.05.2002-ci il tarixədək “Azenerqoremnaladka” müəssisəsinin elektrik avadanlıqlarının montajı üzrə sahənin KİPİTA, MRİN sexlərində elektrik montajçısı peşəsinin; 19.11.2003-cü il tarixdən 03.04.2006-cı ilədək "xxxx" MMCnin “EAT” müəssisəsində elektrik çilingəri peşəsi, 04.04.2006-cı il tarixdən 30.12.2008-ci il tarixədək "xxxx" ASC "xxxx" MMC-nin (09.10.2008-ci ildən MMC-nin adı dəyişərək "xxxx" ASC adlandırılıb) EAQ və T İdarəsi generator və mühərriklərin təmiri sexinin Mingəçevir SES sahəsində elektrik çilingər peşəsinin; 06.01.2010-cu il tarixdən 02.05.2011-ci il tarixədək "xxxx" ASC-də EAT İdarəsinin Mingəçevir təmir sahəsinin G və EMT sexində usta peşəsi, 02.05.2011-ci il tarixdən 01.11.2012-ci il tarixədək vəzifəsi və dərəcəsi saxlanılmaqla EMG və HAT sexində, 01.11.2012-ci il tarixdən 08.01.2013-cü il tarixədək həmin sexdə elektrik çilingəri peşəsinin; 09.01.2013-cü il tarixindən 05.01.2015-ci il tarixinədək "xxxx" MMC-nin Ağır maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir Təmir sahəsinin Elektrik mühərrikləri, generator və hava açarlarının təmiri bölməsində elektrik çilingəri peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının Xİİİ bölməsinin “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı bölməsinin “a” yarımbölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingəri (kod 21400000- 18455) peşəsinə və “b” yarımbölməsinin “Avadanlığın təmiri üzrə ustalar (böyük ustalar)” (kod 2010100b-23362) peşəsinə uyğun olduğu, o cümlədən sadalanan peşələrin və həmin dövr üzrə onun güzəştli iş stajının 12 il 06 aydan artıq olduğu müəyyən edildiyindən iddiaçıya məxsus əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş Arayışlara əsasən iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin “a” yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrinin, həmçinin həmin bölmənin “b” yarımbəndində avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) peşələrinin güzəştli pensiya hüququ verən iş stajna aid olması ona dəlalət edir ki, nəinki qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına xidmət üzrə, həm də həmin sahə və avadanlıqların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəştli pensiya hüququ verən vəzifəyə aid olduğundan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya hüququ pozulmuşdur. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışların mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 05.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Bununla belə, məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin iddiaçının pensiya hüququnun yarandığı vaxt, yəni 05.07.2020-ci ildə qüvvədə olduğu mətninin tələbinə zidd qərar qəbul edilməsinin yolverilməz olduğunu nəzərə alaraq, keçmiş dövr üzrə iddiaçıya ödənilməli olan pensiyanın ödənilməsinin “birdəfəlik ödənilmə hissəsi”nin təmin edilməməli olduğu qənaətinə gəlir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu halda hüquqi qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 60 yaşdan, yəni pensiya hüququ yarandığı 05.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə, yəni keçmiş dövr üzrə iddiaçıya ödənilməli olan pensiyanın ödənilməsinin “birdəfəlik ödənilmə hissəsi” təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 60 yaşdan, yəni pensiya hüququ yarandığı 05.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə, yəni keçmiş dövr üzrə iddiaçıya ödənilməli olan pensiyanın ödənilməsinin “birdəfəlik ödənilməsi” hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3717/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3717/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver