Məhkəmə qərarları › İş №2-1(112)-3719/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3719/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3719/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Cavabdeh qarşı “kollegiya üzvlüyündən xaric edilmə” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Cavabdeh qarşı “kollegiya üzvlüyündən xaric edilmə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti Cavabdeh qarşı Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu İkinci Ərəbcəbirli kəndində qeydiyyatda olan X12 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh barəsində şikayətlə Azərbaycan Respublikası Vəkillər X3 müraciət etmişdir. Müraciət əsasında Azərbaycan Respublikası Vəkillər X6 müvafiq qərarı ilə vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Müraciət belə əsaslandırılmışdır ki, 2021-ci ilin aprel ayında atası X2 rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs edilmişdir. Bununla əlaqədar o, sonradan tanıdığı vəkil Cavabdeh ilə müqavilə bağlamış, ona atasının müdafiəsində iştirak etmək üçün əvvəlcə 5000 manat məbləğində pul vermişdir. Sonradan atasının barəsindəki cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. X19 Cinayətlər Məhkəməsində olarkən vəkil Cavabdeh onun yaşadığı Göyçay rayonuna gələrək, atasına bəraət alacağını və bu iş üçün 25.000 manat pul lazım olduğunu bildirmişdir. O, həmin vaxt bankdan 20.000 manat kredit götürmüş, atasına məxsus Niva markalı avtomaşını sataraq həmin pulu düzəldib vəkilə vermişdir. Cavabdeh ondan pulu aldıqdan sonra bir neçə dəfə atasının barəsindəki cinayət işi üzrə məhkəmə proseslərində iştirak etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi onun İİ Qarabağ Müharibəsi veteranı olmasını, “Suqovuşanın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını qiymətləndirib, atasının barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə onu 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Bundan sonra o, vəkil Cavabdeh bir neçə dəfə həmin pulu tələb etmiş, sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmış və ona 25.000 manat pulu aldığına dair yazılı qəbz vermişdir. Yekunda o. vəkil Cavabdeh dələduzluq yolu ilə ondan aldığı 25.000 manat pulun ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Vəkil Cavabdeh müraciətlə bağlı verdiyi xx.xx.2023-cii il tarixli ilkin yazılı izahatında göstərmişdir ki, o. Röyal Hacıyevin atası Mübariz Hacıyevin hüquqlarının müdafiəsi ilə bağlı onunla müqavilə bağlamış, istintaq müddəti üçün R.Hacıyev ona 5000 manat pul ödəmişdir. Sonradan iş məhkəmənin icraatına daxil olduqdan sonra Röyal Hacıyev ona demişdir ki, “nə işin var, təxir et, düş bizim işin iüstiinə, çalış atamın hüquqlarını müdafiə et və özünü təqsirli bilmədiyi üçün bəraət alaq”, o da, R.Hacıyevə bildirmişdir ki, atası özünü təqsirli bilmirsə, onun da atasına bəraət tələb etmək vəkil olaraq vəzifəsidir. Onlar razılaşmışlar və R.Hacıyev ona 25.000 manat pul vermişdir. O, iki ilə yaxın müddətdə Bakı şəhərindən Şəki şəhərinə və digər regionlarda atasının müdafiəsi üçün nə tələb edilirdisə, onu da artıqlaması ilə etmişdir. Cinayət işinə Şəki Apellyasiya Məhkəməsində məhkəmə çıxışları mərhələsi günü məhkəmədən öncə R.Hacıyev onunla görüşüb demişdir ki, “ya bu gün atama bəraət alacaqsan, ya da səndən verdiyim pulları tələb edəcəm ”. O. pis vəziyyətdə qaldığı üçün məhkəmə çıxışından öncə bunu məhkəmə kollegiyasına bildirmiş, bu barədə videogörüntü və səs yazıları da mövcuddur. Məhkəmə həmin vaxt R.Hacıyevi dinləmiş, bu işin vəkil tərəfindən deyil, məhkəmə tərəfindən həll edilməli olduğunu bildirmiş, R.Hacıyev bunu başa düşdüyü üçün tələbindən çəkildiyini etiraf etmiş və sonra o, məhkəmə çıxışını etmişdir. O, Röyal Hacıyevdən pulu zəhmət haqqı və xərclər üçün almışdır, atasına bəraət almaq üçün vəd verməmişdir. Bir neçə gün əvvəl R.Hacıyev ona zəng etmiş, ondan şikayət edəcəyini bildirmişdir. R.Hacıyevin şikayətə əlavə etdiyi qəbzi o özü yazmışdır. R.Hacıyev haqsızlıq edib ona qarşı şikayət yazmışdır. O. R.Hacıyevə pulu borc olaraq qaytaracağını demişdir, ancaq maddi vəziyyəti ilə əlaqədar ona haqqını verdiyi pulu qaytara bilmir. Vəkil Cavabdeh müraciətlə bağlı verdiyi xx.xx.2023-cii il tarixli əlavə yazılı izahatında göstərmişdir ki, o. “Hüquqi Yardım və Tədris Mərkəzi”ndə direktor Şahmar Məmmədova verdiyi xx.xx.2023-cü il tarixli ilkin izahatını qismən təsdiq edir. Belə ki, həmin izahatında o, Röyal Hacıyevə yazıb verdiyi xx.xx.2022-ci il tarixli qəbzdə “borc” olaraq göstərdiyi məbləği borc olaraq deyil, atası Mübariz Hacıyevlə bağlı olan cinayət işi üzrə göstərdiyi hüquqi yardımla bağlı almış və həmin məbləğin haqqını artıqlaması ilə vermiş, onun R.Hacıyevə hər hansı məbləğdə borcu yoxdur. O, Röyal Hacıyevlə ibtidai istintaq, birinci instansiya və apellyasiya instansiya məhkəmələri üçün cəmi 3 dəfə müqavilə bağlamışdır. Hər 3 müqaviləni Röyal Hacıyev Bakıda ofisdə şəxsən özü imzalamışdır. İbtidai istintaq üçün müqavilə xx.xx.2021-ci il tarixdə, apellyasiya instansiyası məhkəməsi üçün xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Birinci instansiya məhkəməsi üçün müqavilə 2021-ci ilin sonlarda bağlanmışdır. Röyal Hacıyevdən atasının cinayət işi ilə bağlı ibtidai istintaq mərhələsi üçün üç dəfəyə olmaqla 5000 manat məbləğində pulu müqavilə bağlanan ərəfələrdə (2021-ci ilin iyun ayı) almışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən dəqiq xatırlamadığı tarixdə Röyal Hacıyevdən birdəfəlik olmaqla 25.000 manat məbləğində pul almışdır. 25.000 manat məbləğində pulu Röyal Hacıyev ona Şəki Ağır Cinayətlər Məhkəməsindəki iclasların birindən sonra Göyçay rayonunda görüşərkən şəxsən özü vermişdir. Apellyasiya instansiya məhkəməsi mərhələsi üçün hüquqi yardıma görə R.Hacıyevdən hər hansı məbləğdə pul almamışdır. Ümumilikdə, Röyal Hacıyevdən atasının cinayət işi ilə bağlı atası Mübariz Hacıyevin hüquqlarının müdafiəsi ilə bağlı 30.000 (otuz min) manat məbləğində pul almışdır. Röyal Hacıyev özü bilirdi ki. hüquqi yardım göstərilməsi barədə müqavilədə xidmət haqqı rəsmi olaraq aşağı göstəriləcəkdir, o, 5000 manat məbləğində pulu həm də atasının işi ilə bağlı digər xərclər (atasının görüşünə getmək, atası üçün zəruri ləvazimatların alınması və s.) üçün vermişdir. Bu səbəbdən xx.xx.2021 -ci il tarixli 510 saylı müqavilədə xidmət haqqı 110 manat göstərilmişdir. 110 manat xidmət haqqını xx.xx.2021-ci il tarixdə E-manat ödəniş sistemi vasitəsi ilə özü ödəmişdir, çünki həmin ərəfədə Bakı şəhərindən kənarda idi, digər işləri olduğundan Röyal Hacıyevdən aldığı məbləğdən müqavilə üçün nəzərdə tutulan 110 manat pulu gec ödəmişdir. 5000 manat məbləğində pulu Röyal Hacıyev ona 3 dəfəyə vermişdir. Eyni ilə ibtidai istintaq mərhələsi üçün bağlanmış müqavilədə olduğu kimi, Röyal Hacıyev özü bilirdi ki, birinci instansiya məhkəməsi mərhələsi üçün hüquqi yardım göstərilməsi barədə müqavilədə xidmət haqqı rəsmi olaraq aşağı göstəriləcəkdir. O, 25.000 manat məbləğində pulu ona həm də atasının işi ilə bağlı bütün xərclər üçün atasının Şəki şəhərində saxlanıldığı təcridxanada görüşünə getmək, görüşlər zamanı atasına hər dəfə müxtəlif məbləğlərdə (50-100-200-300 AZN) pul verilməsi, məhkəmələr üçün yol xərcləri, atası üçün təcridxanaya gedərkən zəruri ləvazimatların alınması, pandemiya dövründə təcridxanadan öncə COVİD testlərinin alınması. Göyçay rayonunda şahidlərlə görüşlərin keçirilməsi. İsmayıllı rayonundan sənədlərin götürülməsi. Bakı şəhərində KİV-lərdə Röyal Hacıyevin sifarişi əsasında şikayət ərizələrinin verilməsi və onların ödənişlərinin edilməsi, online müraciətlərin verilməsi, ayrı-ayrı dövlət qurumlarına şikayətlərin verilməsi, müxtəlif şəxslərin qəbullarında iştirak etmək və s. məqsədlə vermişdir. Birinci instansiya məhkəməsi mərhələsi üçün bağlanılmış müqavilədə də xidmət haqqı 110 manat göstərilmişdir, həmin məbləğdə pulu da elektron ödəmə sistemi vasitəsi ilə özü ödəmişdir. Apellyasiya instansiya məhkəməsi mərhələsi üçün bağlanılmış xx.xx.2022-ci il tarixli 636 saylı müqavilədə xidmət haqqı 110 manat göstərilmişdir. 110 manat xidmət haqqını xx.xx.2022-ci il tarixdə M-pay ödəniş sistemi vasitəsi ilə özü ödəmiş, işlərin çoxluğu səbəbindən və unutduğundan, Röyal Hacıyevdən aldığı məbləğdən müqavilə üçün nəzərdə tutulan 110 manat pulu gec ödəmişdir. O, Röyal Hacıyevə demişdir ki, nə qədər ki atası Mübariz Hacıyev özünü təqsirli bilmir, o da müdafiəçi kimi bütün mərhələlərdə onun barəsində bəraət hökmünün çıxarılmasını tələb edəcək. Məhz buna görə də görəcəyi bütün işlər üçün Röyal Hacıyevdən hüquqi xidmətə görə 30000 manat məbləğində pul alacağını demişdi, o da bununla razılaşmışdı, həmin məbləği də R.Hacıyev ona ödəmişdir. O. Röyal Hacıyevə atasının mütləq şəkildə bəraət alacağını deməmişdir, bu barədə heç bir zaman vəd verməmişdir. Röyal Hacıyev ona təklif edirdi ki, Şəki Apellyasiya Məhkəməsində cinayət işinə baxan hakimlərdən biri ilə qeyri-prosessual münasibətə girsin, atasının barəsində bəraət hökmü çıxarılmasına qeyri-prosessual yolla nail olmuş, hətta, atasının azadlığa çıxarılması üçün digər növ cəzaya (şərti məhkum etmə və s.) da, razı idi. O, qeyri- prosessual münasibətlərdən qəti şəkildə imtina etmişdir, sonra eşitdiyinə görə Röyal Hacıyev şəxsi əlaqələri vasitəsi ilə hakimlərlə əlaqəyə keçməyə cəhd etmiş, lakin bu cəhdi alınmadığına görə R.Hacıyev ona demişdir ki, “ya atama bəraət alacaqsan, ya da ki bacımın da hazırda toyu olmalıdı, məndən aldığın pulun 25.000 manatını qaytar". Ona görə də, R.Hacıyev atasına bəraət alınmasını ondan tələb etməyə başlamışdır. Şəki Apellyasiya Məhkəməsində cinayət işinin sonuncu iclasından əvvəl, məhkəmə çıxışları mərhələsində, məhkəmə iclası başlamamışdan öncə Röyal Hacıyev ona demişdir ki, “ya atama bəraət alacaqsan, ya da ki məndən atamın müdafiəsi üçün verdiyim 25.000 manat pulu geri tələb edəcəm ”. R.Hacıyev ona demişdir ki, guya vəkil kimi o, atasına bəraət alacağına dair qarantiya vermişdir, ona görə də dedi ki, "ya atama bəraət alacaqsan, ya da, manat pulumu səndən tələb edəcəm və səndən şikayət edəcəm ". O da, çıxılmaz vəziyyətdə qaldığından, məhkəmə çıxışı başlamazdan öncə bu barədə yəni, ya atasına bəraət alacağını, ya da ki verdiyi pulu tələb edəcəyini məhkəmə kollegiyasına bildirmiş və ona heç bir təminat vermədiyini, Röyal Hacıyevin müdafiə taktikasını pozduğunu, ona təsirtəzyiqlər etdiyini deyərək, çıxış edə bilməyəcəyini məhkəmə kollegiyasına bildirmişdir. Bundan sonra məhkəmə kollegiyası Röyal Hacıyevə bildirmişdir ki, vəkil heç bir işdə təminat verə bilməz, atası Mübariz Hacıyev nə qədər ki vəkildən imtina etmir, vəkil iclaslarda çıxış etməlidir, vəkilin öz müvəkillindən imtina etmək səlahiyyəti də yoxdur, həmçinin atası Mübariz Hacıyevin də vəkil kimi ondan heç bir şikayəti və tələbi də yoxdur. Bundan sonra Röyal Hacıyev ona hüquqlarının aydın olduğunu dedi. Həmin vaxt Röyal Hacıyevin atası, müvəkkili Mübariz Hacıyev də məhkəməyə bildirmişdir ki, vəkil kimi onun həm göstərdiyi hüquqi yardımla bağlı, həm də ödənilmiş pul məbləği ilə bağlı hər hansı tələbi və şikayəti yoxdur, yalnız bundan sonra o, məhkəmə çıxışını etmişdir. 25.000 manat pul məbləğinə dair xx.xx.2022-ci il tarixli qəbzi özü yazmışdır, əlyazma ona məxsusdur, özü də imzalamışdır. Həmin qəbzi imzalasa da, orada yazılanları qəbul etmir. Çünki, qəbzdə pulun borc olaraq verildiyi qeyd edilir, lakin bir daha bildirir ki, Röyal Hacıyevdən aldığı pul məbləğləri atasının işi ilə bağlı gördüyü işlə əlaqədar alınmışdır, həmin məbləğ həm qonorar, həm də xərclərə hesablanmalıdır, aldığı 5000 manat və 25.000 manat məbləğində pulun haqqını artıqlaması ilə ödəmişdir, hətta, onun Mübariz Hacıyevin işi ilə bağlı cəmi aldığı 30.000 manatdan da, artıq məbləğdə xərci-əziyyəti olmuşdur. Röyal Hacıyev atasının işi ilə bağlı ibtidai istintaq mərhələsi üçün verdiyi 5000 manat məbləğində pulu ümumiyyətlə tələb etmirdi, ona görə də, xx.xx.2022-ci il tarixli qəbzdə məbləği 25.000 manat göstərmişdir. Ona görə də izahatının əvvəlində “Hüquqi Yardım və Tədris Mərkəzi"ndə verdiyi xx.xx.2023-cü il tarixli izahatını qismən təsdiqlədiyini yazmışdır, o, həmin məbləği borc olaraq almamışdır ki, 2023-cü ilin yanvar ayında da, qaytarsın, o gördüyü hüquqi xidmətlə bağlı Röyal Hacıyevdən pul almış, aldığı pulun haqqını da, qaytarmışdır. Röyal Hacıyevin atası Mübariz Hacıyevin də, ondan indiyə qədər heç bir şikayəti və tələbi olmamışdır. Hətta, Röyal Hacıyev onun barəsində Vəkillər Kollegiyasına verdiyi şikayət ərizəsində ona verdiyi 25.000 manat məbləğində pulu borc olaraq vermədiyini, atasının cinayət işi ilə bağlı verdiyini bildirmişdir. Qəbz yazılan tarixdə - xx.xx.2022-ci ildə Röyal Hacıyev ofisə öz xalası oğlu ilə birlikdə gəlmiş, o da, qəbzi həmin zaman yazıb R.Hacıyevə vermişdir. Hal-hazırda həmin qəbzin məzmununu, yəni “borc olaraq pul alması və pulu qaytaracağı" barədə yazdıqlarını təsdiq etmir. Röyal Hacıyevin Vəkillər X3 xx.xx.2023-cü il tarixdə daxil olmuş şikayət ərizəsinə əlavə edilmiş CD diskdə olan səs yazısına qulaq asmış, səs yazısında olan danışıq onunla Röyal Hacıyev arasındakı danışıq olduğunu təsdiq edir. Bu danışıq onunla Röyal Hacıyev arasındakı təqribən 1 ay əvvəlki danışıqdır. Həmin danışıqda Röyal Hacıyevin dediyi sözlər onun şikayət ərizəsində yazdıqları ilə uyğun gəlmir. Belə ki, R.Hacıyev şikayəti ərizəsində ona verdiyi pulu guya ki, kredit almaqla və atasına məxsus Niva markalı avtomaşını satmaqla əldə etdiyini göstərsə də, danışıqda olan səs yazısında Röyal Hacıyev təsdiq edir ki, o, atası Mübariz Hacıyevin müdiri olmuş Rafiq adlı şəxsdən 50.000 manat məbləğində pul almışdır. Röyal Hacıyev atası Mübariz Hacıyevin müdiri olmuş Rafiq adlı şəxsdən aldığı 50.000 manat məbləğində puldan 25.000 manatını ona atasına göstərdiyi hüquqi yardımla bağlı ödəmiş, qalan 25.000 manatına isə özünə BMW markalı avtomaşın almışdır. Vəkil Cavabdeh Komissiyanın xx.xx.2023-cü il tarixli iclasında iştirak edərək yazılı izahatlarını təsdiqləmiş və şifahi izahatında verilən suallara cavab olaraq bildirmişdir ki, Röyal Hacıyevin atasının hüquqlarını müdafiəsi ilə bağlı ibtidai istintaq mərhələsi üçün 5000 manat məbləğində pulu sonuncudan 2021-ci ilin iyun aylarında almışdır. Müqavilədə isə məbləğ tam əks etdirilməyib. Hüquqi yardım haqqında müqavilə forması, hüquqi xidmət haqqından əlavə digər xərcləri göstərməyi imkan verir, sadəcə o, məbləği müqavilədə tam göstərməmişdir. 25.000 manat məbləğində pulu isə 2022-ci ilin aprel-mart aylarında, müqavilə bağlanandan xeyli sonra almışdır. Hər iki məbləğdə pulu hüquqi yardım üçün almışdır, məhkəmədə R.Hacıyevin atasının işini həll etmək üçün almamışdır. Şikayətçi R.Hacıyev 25.000 manat məbləğində pulu işi həll etmək üçün verdiyini desə də, o, hüquqi yardım və həmin işlə bağlı digər xərclər üçün almışdır. İki il ərzində o, Şəki şəhərinə, məhkəmələr üçün gedib-gəlmişdir. Araşdırma zamanı ona təqdim olunan səs yazısını qəbul edir. R.Hacıyevə atasının işi ilə bağlı heç bir vəd verməmişdir. R.Hacıyevin ona ödədiyi pul məbləğlərindən sonuncunun atası, müdafiə etdiyi şəxs Mübariz Hacıyevin də məlumatı var idi. Məhkəmə mərhələsi üçün Röyal Hacıyevdən aldığı hüquqi yardım və xərclər üçün 25.000 manat məbləğində pulla həm birinci, həm apellyasiya, həm də kassasiya instansiya məhkəmələri üçün hüquqi yardım haqqında müqavilələrin pulunu özü ödəmişdir. Araşdırma zamanı tədqiq edilən sənədlər və digər sübutlar: xx.xx.2021-ci il tarixli 510 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh, X5 hüquqlarını Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müdafiə etməsi ilə bağlı X12 ilə müqavilə bağlamış, müqavilə üzrə xidmət haqqı 110 manat müəyyən edilmişdir. Müqavilə üzrə xidmət haqqı xx.xx.2021-ci il tarixdə “Mübariz’' təyinatı ilə e-Manat ödəniş sistemi vasitəsi ilə ödənilmişdir. Bu müqavilə üzrə xx.xx.2021-ci il tarixdə ******* saylı vəkil orderi təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli 872 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh, X5 hüquqlarını Şəki Ağır Cinayətlər Məhkəməsində müdafiə etməsi ilə bağlı X12 ilə müqavilə bağlamış, müqavilə üzrə xidmət haqqı 110 manat müəyyən edilmişdir. Müqavilə üzrə xidmət haqqı xx.xx.2021-ci il tarixdə "RAM təyinatı ilə e-Manat ödəniş sistemi vasitəsi ilə ödənilmişdir. Bu müqavilə üzrə xx.xx.2021-ci il tarixdə ******* saylı vəkil orderi təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli 636 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh, X5 hüquqlarını Şəki Apellyasiya Məhkəməsində müdafiə etməsi ilə bağlı X12 ilə müqavilə bağlamış, müqavilə üzrə xidmət haqqı 110 manat müəyyən edilmişdir. Müqavilə üzrə xidmət haqqı xx.xx.2022-ci il tarixdə mPay ödəniş sistemi vasitəsi ilə ödənilmişdir. Bu müqavilə üzrə xx.xx.2022-ci il tarixdə ******* saylı vəkil orderi təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli 491 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə üzrə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh, X5 hüquqlarını Azərbaycan Respublikası Ali Məhkəməsində müdafiə etməsi ilə bağlı X12 ilə müqavilə bağlamış, müqavilə üzrə xidmət haqqı 120 manat müəyyən edilmişdir. Müqavilə üzrə xidmət haqqı xx.xx.2023-ci il tarixdə mPay ödəniş sistemi vasitəsi ilə ödənilmişdir. Bu müqavilə üzrə xx.xx.2023-cü il tarixdə ******* saylı vəkil orderi təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh, Röyal Hacıyevdən aldığı 25.000 manat borc pulu 2023-cti ilin yanvar ayı ərzində qaytaracağını qeyd etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmdən çıxarışın surətindən görünür ki, X10 Azərbaycan Respublikası CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinib. CM-in 46.2 və 62-ci maddələri tətbiq olunmaqla 02 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan çıxarışın surətindən görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, X5 müdafiəçisi Cavabdeh apellyasiya şikayəti təmin edilməmişdir. Müəyyən olunur ki, X12 “Suqovuşanın azad olunmasına görə" və “Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuş, həmçinin ƏƏSMN X11 və Göyçay rayon İcra Hakimiyyəti tərəfindən ona "Təşəkkürnamə"lər təqdim edilmişdir. Araşdırma ilə müəyyən edilən hallar: vəkil Cavabdeh xx.xx.2021-ci il tarixdə X12 ilə 510 saylı müqavilə bağlasa da. həmin müqavilə üzrə xidmət haqqı - 110 manat məbləğində pul xx.xx.2021 -ci il tarixdə ödənilmişdir. Vəkil R.X1 ilə sonralar - xx.xx.2021 -ci il tarixdə 872 saylı və xx.xx.2022-ci il tarixdə 636 saylı müqavilələr imzalamış, hər bir müqavilə üzrə xidmət haqqı - 110 manat məbləğində pul müvafiq olaraq xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində ödənilmişdir. Müəyyən olunmuşdur ki, vəkil Cavabdeh. Mübariz Hacıyevin barəsindəki cinayət işi üzrə onun hüquqlarını Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Şəki Ağır Cinayətlər Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində müdafiə etmək üçün, sonuncunun oğlu Röyal Hacıyevdən ibtidai istintaq mərhələsi üçün 5000 manat, məhkəmə mərhələsi üçün isə 25.000 manat məbləğində pul almışdır. Röyal Hacıyevdən ümumilikdə 30.000 manat pul almasına baxmayaraq, vəkil R.X8 hüquqlarının ibtidai istintaq, birinci və apellyasiya instansiya məhkəmələrində müdafiəsi üçün hüquqi yardım haqqında müqavilələrdə xidmət haqqını 110 manat göstərmiş, cəmi 330 manat məbləğində pulu Büronun hesabına mədaxil etmişdir. Röyal Hacıyevin şikayəti Vəkillərin İntizam Komissiyasına daxil olduqdan sonra, sonuncu ilə vəkil Cavabdeh arasında Mübariz Hacıyevin hüquqlarını Azərbaycan Respublikası Ali Məhkəməsində müdafiə etmək məqsədi ilə yenidən xx.xx.2023-cii il tarixdə 491 saylı hüquqi yardım haqqında müqavilə imzalanmış, həmin müqavilə üzrə xidmət haqqı olaraq müəyyən olunmuş 120 manat məbləğində pul xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Vəkil Cavabdeh ilə Röyal Hacıyev arasında bağlanmış ümumilikdə dörd müqavilə üzrə 450 manat məbləğində pul Büronun hesabına ödənilmişdir. Vəkil Cavabdeh müqavilələrdən kənar qaydada Röyal Hacıyevdən 29.550 manat məbləğində pul vəsaitini əldə etmiş, bu məbləği bağladığı müqavilələr üzrə rəsmiləşdirməmiş və Büronun hesabına ödəməmişdir. Komissiyaya verdiyi həm yazılı, həm də şifahi izahatında vəkil Cavabdeh., Röyal Hacıyevdən atasının barəsindəki cinayət işi ilə əlaqədar, ibtidai istintaq mərhələsi üçün 5000 manat, məhkəmə mərhələləri üçün 25.000 manat məbləğində pul aldığını, həmin məbləğlərdən dörd müqavilə üzrə ümumilikdə 450 manatı Büronun hesabına mədaxil etdiyini, pulu öncədən Röyal Hacıyevdən aldığından hüquqi yardım haqqında müqavilələr üzrə pulu özünün ödədiyini etiraf etmişdir. Bundan başqa, Röyal Hacıyev şikayətində vəkil Cavabdeh ona Şəki Ağır Cinayətlər Məhkəməsindəki işi ilə əlaqədar atasına bəraət alacağını göstərsə də, bu hallara dair sübutlarını təqdim etməmiş, həmçinin Komissiyada aparılan araşdırma zamanı qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Araşdırmanın nəticəsi: Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən ona müraciət edən şikayətçi X12 ilə bağlanmış "CM-nin 311.3.1, 311.3.3-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya cjarşı Mübarizə Baş İdarəsində X5 hüquqlarının müdafiəsi" üçün xx.xx.2021-ei il tarixli 510 saylı. "CM-in 311.3.1, 311.3.3-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində X5 hüquqlarının müdafiəsi" üçün xx.xx.2021-ci il tarixli 872 saylı. "CM-in 311.3.1. 311.3.3-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsində X5 hüquqlarının müdafiəsi" üçün xx.xx.2022-ci il tarixli 636 saylı və "CM-in 311.3.1, 311.3.3-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində X5 hüquqlarının müdafiəsi " üçün xx.xx.2023-cü il tarixli 491 saylı müqavilələr əsasında müvafiq hüquqi yardımın göstərilməsi ilə bağlı peşə fəaliyyətini həyata keçirərkən, - müqavilələrə əsasən marka xərci daxil müəyyən olunan hüquqi yardım haqqlarını - xx.xx.2021-ci il tarixli 510 saylı, xx.xx.2021-ci i! tarixli 872 saylı, xx.xx.2022-ci il tarixli 636 saylı müqavilələrin hər biri üzrə 110 manat olmaqla cəmi 330 manat. xx.xx.2023-ü il tarixli 491 saylı müqavilə üzrə 120 manat olmaqla, ümumilikdə 450 manat məbləğində pul vəsaitini müvafiq mədaxil qəbzləri ilə "eManat" və "mPay” ödəniş sistemi vasitəsilə özü Büronun bank hesabına ödəməklə, xx.xx.2021-ci il tarixli 510 saylı, xx.xx.2021-ci il tarixli 872 saylı və xx.xx.2022-ci il tarixli 636 saylı müqavilələrin hər biri üzrə marka xərci daxil müəyyən olunan 110 manat olmaqla, cəmi 330 manat xidmət haqqları müqavilə bağlanan gün ödənilmədən vəkil orderlərini əldə etməklə, - X13 verdiyi şikayət ərizəsində göstərildiyinə və vəkilin özünün etiraf etdiyinə görə 2021-ci ilin iyun ayında 5000 manat və 2022-ci ilin mart-aprel aylarında 25.000 manat olmaqla, ümumilikdə 30.000 manat məbləğində pul vəsaitini alaraq, həmin məbləğdən tərəflər arasında bağlanmış müvafiq müqavilələrə əsasən marka xərci daxil hüquqi yardım haqqı kimi Büronun bank hesabına köçürmə yolu ilə ödənilən cəmi 450 manat çıxılmaqla, qalan 29.550 manat məbləğində pul vəsaitini müqavilədən kənar qaydada, nağd şəkildə əldə etməklə və Röyal Hacıyev ödədiyi məbləğin 25.000 manatını geri istədikdə, məbləği qaytarmaqdan imtina etməklə, peşə fəaliyyəti zamanı yalnız qanunun tələblərini, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəalarını rəhbər tutmaq və icra etmək vəzifəsinə, qanunun aliliyi prinsipinə, vəkil andına və vəkil etikasına riayət etməmiş, qanunvericiliyin və Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edərək, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan, qanuna zidd olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər etmiş, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməmiş, öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını, vəkillik peşəsinin nüfuzunu artırmamış, əksinə bu inamın və etimadın sarsılmasını şərtləndirən, vəkilliyin və məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən və vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, bununla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Oanıınıınıın 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 2.2, 2.3, 2,4, 2.5, 2.10-cıı bəndlərinin və Azərbaycan Respublikası Vəkilər Kollegiyası Nizamnaməsinin 5.13-cii bəndinin, Azərbaycan Respublikası Vəkillər X6 xx.xx.2019-cıı il tarixli qərarı ilə təsdiq edilmiş uHüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1, 2.2, 2.3, 3.3-cü bəndlərinin tələblərini pozaraq, intizam pozuntusu sayıla və intizam məsuliyyətinə cəlb etməyə əsas ola biləcək əməlləri (hərəkətləri) törətmişdir. Eyni zamanda, vəkil Cavabdeh, şikayətçi X9 atasına bəraət alacağı barədə vəd verməsi xüsusatı üzrə isə Komissiya yekdilliklə belə nəticəyə gəlmişdir ki, qeyd edilən bu hal şikayətçi tərəfindən sübut olunmadığından və araşdırma zamanı öz təsdiqini tapmadığından, aparılmış intizam araşdırması nəticəsində bu hala Komissiya tərəfindən hüquqi qiymət verilməsi mümkün deyildir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Azərbaycan Respublikası Vəkillər X6 xx.xx.2023-cü il tarixli qərarı ilə onun Vəkillər Kollegiyasının üzvülüyündən xaric edilməsi iddia edilir. Həmin qərar Vəkillər Kollegiyasının İntizam Komissiyasının Röyal Hacıyevin şikayət ərizəsi üzrə apardığı araşdırmanın nəticələrinə əsaslanır ki, həmin araşdırma zamanı İntizam Komissiyası X15dən 30000 manat pul məbləğinin 29550 manat hissəsinin müqavilədən kənar qaydada, yəni nəğd şəkildə əldə edilməsi, şikayətçinin tələbi ilə həmin məbləğin qaytarılmaması qənaətinə gəlməklə, tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun” 1-ci maddəsinin İİ-İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 19-cu maddəsinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2., 1.3., 2.2., 2.3., 2.4., 2.5., 1.10. bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnamənin 5.13. bəndinin, “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1., 2.2., 2.3., 3.3. bəndlərinin tələblərinin pozulduğu göstərilmişdir. O, iddia tələbini qəbul etmir və etirazının əsaslarını məhkəmənin diqqətinə çatdırır. X15 Vəkillər Kollegiyasına ünvanladığı şikayət ərizəsində həqiqətlərə uyğun olmayan məlumatları əks etdirdiyindən şikayət ərizəsi üzrə izahat verməsi üçün İntizam Komissiyasının çağırışlarına və iclaslara gəlməmişdir. Barəsində aparılan intizam araşdırması zamanı şikayətçinin şikayət ərizəsində göstərdiklərinə inanılaraq qərar verilmişdir. Vəkillər X6 barəsində verdiyi yekun qərardan sonra X15 Vəkillər Kollegiyasına ünvanladığı şikayət ərizəsində göstərilənləri inkar edən əsaslarla Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Buna qədər şikayətçinin Azərbaycan Respublikası Baş Prokuroru yanında KQMBİ-nə şikayət ərizəsi də, olmuşdur ki, həmin şikayət ərizəsində eynilə Vəkillər Kollegiyasına yazmış olduğu şikayət ərizəsində göstərilən əsaslara istinad etmişdir. Qeyd edilən şikayət üzrə KQMBİ-si tərəfindən verilən yekun qərar Rəyasət Heyəti tərəfindən barəsində verilmiş qərardan sonra ona təqdim edildiyindən bunu İntizam Komissiyasına və Rəyasət Heyətinə təqdim etmək imkanım olmamışdır. İşin hallarından görünür ki, o, şikayətçinin atası Mübariz Hacıyevin müdafiəçisi olmuş, 20 aydan artıq bir müddətdə Bakı və Şəki şəhərlərində aparılan cinayət işinin istintaq və məhkəmə baxışlarında iştirak etmişdir. Şikayətçi ilə aralarında olan razılaşmaya əsasən, ümumilikdə 30000 manat məbləğində pul vəsaiti yalnız vəkilə ödəniləcək qonarar deyil, işin gedişatı müddətində şikayətçi tərəfindən ödənilməli olan xərclər olmuşdur. Bu xərclərin razılaşdırılmış rəsmi hissəsi müqaviləyə daxil edilmiş və nağdsiz qaydada ödənilmiş, daha sonra şikayətçi tərəfindən digər xərclər qarşılanmışdır. Həmin xərclərin nədən ibarət olması izahatlarımda qeyd edilmiş, eyni zamanda şikayətçiyə də bildirilmişdir. X13 əsassız tələblərlə həm Azərbaycan Respublikası Baş Prokuroru yanında KQMBİ-nə, həm Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, həm də, Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. X13 KQMBİ-nə şikayət ərizəsində onun guya dələduzluq yolu ilə aldadaraq 30000 manatını ələ keçirdiyimi bildirmiş və aparılan araşdırma nəticəsində ona xx.xx.2023-cü il tarixdə məktub ünvanlanaraq, tərəflər arasında hər-hansı bir qanuna zidd əməlinin olmasının müəyyən edilmədiyi bildirilmişdir. X13 Bakı şəhər Xətai Rayon Məhkəməsində qaldırdığı iddia tələbində ondan tələb etdiyi eyni pulu borc olaraq verdiyini bildirmiş və ondan tutularaq ona ödənilməsini xahiş etmiş, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Şikayətçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasına verdiyi şikayətində isə tələb etdiyi pul məbləğinin atasının təqsirləndirildiyi cinayət işi üzrə bəraət alınması məqsədilə vəkildən aldığı təminatın müqabilində verildiyini bildirmişdir. İntizam Komissiyası tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq ona işin nəticəsinə təminat verilmənin təsdiq edilmədiyi, lakin, vəkilin Azərbaycan Respublikası Vəkillər X6 xx.xx.2019-cu il tarixli “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsiz qaydada ödənilməsi barədə” Qaydalarının pozulması əsas götürülməklə barəsində ən ağır tənbeh növü seçilməklə fəaliyyətim dayandırılmışdır. X15 30000 manat pulun ondan dələduzluq yolu ilə alındığını iddia etməklə bir halda cinayət mühakimə icraatı qaydasında istintaqda, 2-ci halda borc münasibətlərinə əsaslanmaqla mülki mühakimə icraatı qaydasında məhkəmədə, 3-cü halda isə vəkilin ona bəraət alınmasına verdiyi təminata əməl etməməsi və ona vurulmuş ziyanın geri qaytarılması məqsədilə Vəkillər Kollegiyasına etdiyi şikayətlə tələb etmişdir. Barəsində aparılan intizam araşdırması zamanı şikayətçi mövqeyinin və tələbinin dəyişməsi barədə Vəkillər Kollegiyasına məlumat verməməsi səbəbindən Rəyasət Heyəti tərəfindən yalnış olaraq, barəsində həqiqətə uyğun olmayan faktlara əsasən qərar verilmişdir. Şikayətçinin Vəkillər Kollegiyasına şikayətinin əsasını 2 arqument - vəkilin bəraət almasına dair verdiyi vəd və bu məqsədlə verilmiş 30000 manat pul vəsaitinin tələb edilməsi təşkil edir. Şikayətçi heç bir halda verilmiş pulu müqavilə üzrə ödənildiyini iddia etmir. O, bu vəsaitin ondan bir halda dələduzluqla, digər halda isə borc münasibətləri üzrə tələb edib. Aparılan intizam araşdırması onun vəkil kimi hər hansı bir təminat vermədiyi qənaətinə gəlsə də, şikayətçi tərəfindən verilmiş pulu şikayətçinin yalnış məlumatı əsasında müqavilə üzrə ödənilməli qonarar kimi qəbul edilmişdir. X13 atası Mübariz Hacıyevin müdafiəçisi zamanı tərəfindən iddia ərizəsində qeyd edilən qanun, əsasnamə və qaydaları pozmaqla vəkilliyin nüfuzuna xələl gətirəcək hər hansı bir hərəkət edilməmiş, bu məqsədlə bağlanılmış müqavilələr üzrə razılaşdırılmış rəsmi hissələr müqaviləyə daxil edilmiş və ödənilmiş, digər xərclərin isə şikayətçi tərəfindən ödənilməsi razılaşdırılmış, müdafiə müddətində bütün prosessual hüquq və vəzifələrdən vicdanla istifadə edilmiş, hətta məhkəmə araşdırması müddətində əsassız olaraq vəsatətlərini təmin etməyən hakim haqqında Vəkillər Kollegiyasına məlumat da verilmiş, müdafiəsi qanuna və müqaviləyə uyğun şəkildə sonlandıraraq, sonda müdafiə etdiyi şəxsə CM-nin 62-ci maddəsi tətbiq edilməklə minumun həddən də, aşağı cəza verilmişdir. Əgər onun müdafiəsində qüsurlar olmuş və bu şikayətçini narazı salmışdırsa, o zaman nə məqsədlə ondan şikayət verdiyi və barəsində İntizam Komissiyasında araşdırma aparıldığı müddətdə onunla təkrar olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində müdafiənin davam etdirilməsi üçün müqavilə bağlamışdır? Şikayətçinin ondan etdiyi şikayətin və guya ona 25000 manat borcunun olması barədə yazılmış qəbz formal olaraq yazılmış və bunun da, səbəbi olmuşdur. Bu səbəblər Röyal Hacıyevin bildirdiyi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində atasının işində ona kömək etməyin müqabilində ondan edilmiş tələblər olmuşdur ki, bu tələblərə görə, o, onun vəkil xidmətindən imtina etməli və ona vəd verən şəxsin bildirdiyi vəkil ilə müqavilə bağlamalı, ondan şikayət etməli və pul tələb etməsi idi. Məhz bu səbəbdən də, şikayətçi İntizam Komissiyasının araşdırmasına gəlməmiş, izahat verməmiş və etirazlarına münasibət bildirməmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun” 22-ci maddəsinin İ hissəsinə əsasən, Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən “Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir”. O, müdafiəçi kimi vəkilliyin əsas vəzifələrini layiqincə yerinə yetirmiş, bu məqsədlə bütün qanuni üsul və vasitələrdən istifadə etmiş və nəticədə CM-nin 62-ci maddəsinin tətbiq edildiyi hökm çıxarılmışdır. Şikayətin əsasları vəkillik vəaliyyəti ilə bağlı olmadığından, bu şikayətçinin sonrakı hərəkətləri ilə təkzib edildiyindən, aralarında olan münasibətlər vəkilliyin nüfuzuna zərər gətirməsi kimi qiymətləndirməsi düzgün deyil. Etiraza əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, X13 şikayətinin əsasları həqiqətləri əks etdirməmiş, şikayət ərizəsində göstərdikləri yalanlar səbəbindən İntizam Komissiyasının çağırışlarına və iclaslarına hörmətsizlik edərək gəlməmiş, nəticədə Rəyasət Heyəti tərəfindən barəsində yalnış qərarın verilməsinə nail olmuşdur. Məhkəmədən xahiş edir ki, etirazında göstərdiyi xüsusatlar obyektiv araşdırılaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilsin.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İntizam icraatı ilə əlaqədar materialların, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin intizam icraatının başlanması braədə qərarının surəti, Vəkillərin İntizam Komissiyasının rəyinin surəti, Vəkillər X6 intizam məsuliyyətinə cəlb etmə barədə qərarının surəti, intizam işində olan müvafiq sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

9. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

10. Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

11. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

13. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

14. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

15. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi; Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər; Həmin Qanunun 23-cü maddəsinin İ hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;f əaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə;məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.

16. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçı olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh vəkil etikasını kobud şəkildə pozması barədə müraciətlər daxil olduğundan, vəkil Cavabdeh barəsində intizam icraatı başlanmış və bununla əlaqədar Kollegiyanın İntizam Komissiyası tərəfindən apaşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Cavabdeh peşə fəaliyyətini həyata keçirərkən müqavilələrə əsasən marka xərci daxil müəyyən olunan hüquqi yardım haqqlarını – xx.xx.2021-ci il tarixli 510 saylı, xx.xx.2021-ci il tarixli 872 saylı, xx.xx.2022-ci il tarixli 636 saylı müqavilələrin hər biri üzrə 110 manat olmaqla cəmi 330 manat, xx.xx.2023-cü il tarixli 491 saylı müqavilə üzrə 120 manat olmaqla, ümumilikdə 450 manat məbləğində pul vəsaitini müvafiq mədaxil qəbzləri ilə “eManat” və “mPay” ödəniş sistemi vasitəsilə özü Büronun bank hesabına ödəməklə, xx.xx.2021-ci il tarixli 510 saylı, xx.xx.2021-ci il tarixli 872 saylı və xx.xx.2022-ci il tarixli 636 saylı müqavilələrin hər biri üzrə marka xərci daxil müəyyən olunan 110 manat olmaqla, cəmi 330 manat xidmət haqqları müqavilə bağlanan gün ödənilmədən vəkil orderlərini əldə etməklə, X13 verdiyi şikayət ərizəsində göstərildiyinə və vəkilin özünün etiraf etdiyinə görə 2021-ci ilin iyun ayında 5000 manat və 2022-ci ilin mart-aprel aylarında 25.000 manat olmaqla, ümumilikdə 30.000 manat məbləğində pul vəsaitini alaraq, həmin məbləğdən tərəflər arasında bağlanmış müvafiq müqavilələrə əsasən marka xərci daxil hüquqi yardım haqqı kimi Büronun bank hesabına köçürmə yolu ilə ödənilən cəmi 450 manat çıxılmaqla, qalan 29.550 manat məbləğində pul vəsaitini müqavilədən kənar qaydada, nağd şəkildə əldə etməklə və Röyal Hacıyev ödədiyi məbləğin 25.000 manatını geri istədikdə, məbləği qaytarmaqdan imtina etməklə, peşə fəaliyyəti zamanı yalnız qanunun tələblərini pozmuşdur.

17. Vəkil Cavabdeh intizam icraatı üzrə dəvət olunmuş, o, Komissiyaya verdiyi həm yazılı, həm də, şifahi izahatında Röyal Hacıyevdən atasının barəsindəki cinayət işi ilə əlaqədar, ibtidai istintaq mərhələsi üçün 5000, məhkəmə mərhələləri üçün 25.000 manat məbləğində pul aldığını, həmin məbləğlərdən dörd müqavilə üzrə ümumilikdə 450 manatı Büronun hesabına mədaxil etdiyini, pulu öncədən Röyal Hacıyevdən aldığından hüquq yardım haqqında müqavilələr üzrə pulu özünün ödədiyini etiraf etmişdir. Vəkillər Kollegiyasının İntizam Komissiyasında aparılmış araşdırma üzrə 24 iyun 2023-cü il tarixdə rəy tərtib olunmuş və rəydə araşdırma zamanı vəkil Cavabdeh tərəfindən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, 19-cu maddəsinin İİ və İİİ hissələrinin, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1.2, 1.3, 1.5, 2.2, 2.3, 2.4, 2.10cu bəndlərinin, eləcə də «Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi»nin 5.13-cü bəndinin, Azərbaycan Respublikası Vəkillər X6 xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfinədn vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydaların 2.1, 2.2, 2.3, 3.3-cü bəndlərinin tələblərinin pozulduğunun müəyyən edildiyi bildirilmişdir. Həmin rəy əsasında X4 xx.xx.2023-cü il tarixli iclasında vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunmuşdur. Hazırda Vəkillər Kollegiyası vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric olunmasını tələb edir.

18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

19. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X4 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". Həmin Qanunun “vəkilin vəzifələri” təsbit olunmuş 16-cı maddəsinə görə: - (maddənin İ hissəsi) Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, «Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» AR Qanunundan irəli gələn tələblərə əməl etməlidir; Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. 20.«Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1-ci bəndinə görə: - (1.2) Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; - (1.3). Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Əsasnamənin 2-ci bəndinə görə: - (2.3) Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması). - (2.4) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir (Loyallıq). - (2.5) Vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır (İctimai etimad). - (2.7) Vəkillərin fəaliyyəti hər bir şəxsin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Vəkil hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyən və qanuni maraqlarını pozan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir (Hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət); - (2.8) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır (Mədəni davranış); - (2.13) Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, Vəkillər Kollegiyasının orqanlarının qərarları barədə cəmiyyətdə yanlış təsəvvürlər yarada bilən hərəkətlərdən və ictimai çıxışlardan, təhqir və böhtan xarakterli məlumatların yayılmasından çəkinməlidir. Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və kütləvi çıxışlarda dövlət, qeyri-dövlət və onların vəzifəli şəxsləri barəsində əsassız, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli və davranışlara yol verməməlidir (İctimailik). Əsasnamənin 5.3-cü bəndinə görə vəkil həmkarlarına münasibətdə hörmətlə davranmalı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməlidir.

21. Məhkəmə yuxarıda sadalanan normaları hazırkı işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə” 01 sentyabr 2022-ci il tarixli qərarı qanuni əsaslarla qəbul olunmuşdur.

22. Məhkəmə bu qənaətini məhkəmə icraatında bildirilmiş dəlil və tədqiq olunmuş sübutlarına məcmu halında qiymət verərək belə əsaslandırır ki, vəkil Cavabdeh müvafiq hərəkətləri özlüyündə vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılan icraatda «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13 və 17-ci maddələrinin tələblərinə riayət olunmuş, eləcə də həmin Qanunun başqa müddəalarının pozulması hallarına yol verilməmişdir.

23. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə xx.xx.2023-cü il tarixli qərarı qanunazidd sayılmaması Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric edilməsi tələbinin əsaslı olması nəticəsini doğurur.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri 19 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar