Məhkəmə qərarları › İş №2-1(112)-3720/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3720/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3720/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzil sahəsinin verilməsi və aylıq kirayə haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzillərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə təqdim etdiyi bölgü sxemi əsasında 4 (dörd) ədəd çıxarış və texniki pasport ilə təmin edilməsinə maneçilik törətməsi ilə əlaqədar cavabdehin hərəkətlərinin qeyri-qanuni hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mənzillərinin əvəzinə yerində tikiləcək yeni binada mənzilinin ümumi sahəsinə uyğun olaraq 239,9 kv.metr təmirli mənzil sahəsinin ona verilməsi və tikinti müddətində ailəsinin müvəqqəti məskunlaşması üçün aylıq 1250 (bir min iki yüz əlli) manat pulun ödənilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək, mülkiyyətində olan və qəzalı hala düşmüş ünvan 2 ünvanında yerləşən mənzillərinin əvəzinə yerində tikiləcək yeni binada mənzilinin ümumi sahəsinə uyğun olaraq 191,9 kv.metr mənzil sahəsinin, mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə olaraq 25 % artıq sahənin, cəmi olaraq 239,9 kv.metr təmirli mənzil sahəsinin ona verilməsini və tikinti müddətində ailəsinin müvəqqəti məskunlaşması üçün aylıq 1250 (bir min iki yüz əlli) manat pulun ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh onun müraciətinə müsbət cavab verməmişdir. Belə ki, cavabdehin 0-12/11-152/4 saylı, xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, guya iddiaçının mənzili barədə qanuna uyğun olaraq yerində mənzil verilməsi qeyri-mümkündür. Halbuki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, insanların rifah halının daha da yüksəldilməsi dövlətin əsas məqsədlərindən biridir. Bundan əlavə bildirilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, bölgü sxemi əsasında ona məxsus olan 4 (dörd) mənzilin çıxarış və texniki pasportunun hazırlanaraq ona verilməsini xahiş etmişdir. Lakin cavabdehin qanunsuz olaraq müdaxiləsi nəticəsində iddiaçının mənzillərinin çıxarışının əldə edilməsi qeyri-mümkün olur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün 20 may 2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırkı iddiasının əsası yaradan mənzillər məhz Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş mübahisənin bilavasitə onlarla əlaqədar yarandığı mənzillərdir. İddiaçı izahatının sonunda işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi hazırkı iddia tələbinə qarşılıqlı iddia kimi artıq bir dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verildiyindən va hazırda işin Bakı Apelyasiya Məhkəməsinin icraatında oldugundan iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. 20 may 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddiaçı Bakı şəhəri Cavabdeh İddiaçı qarşı “qəzalı vəziyyətdə olan binanın sakinin köçürülməsi” tələbinə dair ilk iddiasına və İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “yeni mənzillə təmin edilmək ilə mənzilin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə baxılmış və həmin tələblər üzrə mahiyyəti üzrə müvafiq məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 3 ünvanda yerləşən mənzillərin əvəzinə yeni tikiləcək binadan yeni mənzillərin verilməsinə dair onunla müqavilə bağlanılmasını, bina tikilib başa çatana qədər hər mənzilə görə 250 manat hesablanmaqla, cəmi 1250 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə qarşılıqlı iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xahiş etmişdir ki, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı yaşayış binasında yerləşən (ümumi sahəsi 191.1 kv.metr olan bölgüyə əsasən dörd ədəd) mənzillərin mülkiyyətçisi kimi onunla müvafiq razılaşma əldə olunmadan, razılaşma şərtləri əks olunan müqavilə bağlanmadan ona məxsus mənzillərə hər hansı müdaxilə, qəsd mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1198/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilməklə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi 27 saylı binanın sakini İddiaçı hər kv.metr üçün 1000 AZN olmaqla 143.0 kv.metr mənzil üçün 143.000 AZN kompensasiya ödənilməklə, ailə üzvləri – X4, X2 və X5 ilə birlikdə yaşadığı mənzildən köçürülmələri qət edilmiş, qarşılıqlı iddia digər hissələrdə təmin edilməmişdir. Həmin qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən apelyasiya şikayəti verildiyindən qətnamə hələ qanuni qüvvəsini almamışdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbində qaldırdığı məsələyə Bakı şəhəri Cavabdeh İddiaçı qarşı “qəzalı vəziyyətdə olan binanın sakinin köçürülməsi” və İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “yeni mənzillə təmin edilmək ilə mənzilin sökülməsi” tələbinə dair iddiası üzrə işə mülki məhkəmə icraatı qaydasında Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılmış və iddia edilən bütün hallara hüquqi qiymət verilməklə yekun məhkəmə qərarı qəbul edilmişdir. Beləliklə, eyni iddia ilə bağlı əvvəllər mahiyyəti üzrə qərar qəbul edildiyindən, başqa sözlə, mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.4-cü və 15.6-cı bəndlərinə görə, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddia ərizəsinin digər məhkəmənin icraatında olmasına baxmayaraq, eyni məsələ ilə əlaqədar yenidən məhkəməyə müraciət etməsi ilə bağlı iddiaçının hərəkətlərinə qanunvericiliyin ona verdiyi imkanlardan sui-istifadə etmək cəhdi kimi qiymət verilə bilər. Məhkəmə iddiaçıya izah edir ki, onun hazırkı tələbinə artıq bir dəfə mülki məhkəmə icraatı qaydasında baxılaraq mahiyyəti üzrə hüquqi qiymət verildiyindən, həmin iş üzrə tələblərinin təmin edilməmiş hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlarını müvafiq məhkəmə qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılarkən apelyasiya instansiyası məhkəməsinə təqdim edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar