Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3720/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərələrin iştirakı olmadan, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin səbəbi kimi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı xəsarətin nəticəsi olmasının qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildən 2021-ci ilə qədər vətənin ərazi bütövlüyündə gedən döyüşlərlərdə iştirak etdiyi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əllilik dərəcəsinə görə pensiya almışdır. Lakin 2021-ci ildə iddiaçının pensiyası dayandırılmışdır. Sonradan isə xx.xx.2022-ci il tarixdə iddiaçının ikinci dərəcəli əlillik dərəcəsi müəyyən olunmuşdur ki, səbəb kimi ümumi xəstəlik göstərilmişdir. İddiaçı bildirir ki, onun xəstəlik sənədləri də sübut edir ki, müharibədə iştirakı ilə bağlı yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş sağ çiyin qurşağının dəlib keçən güllə yaralarının nəticələri sağ tərəfi travmatik pleksit aşağı ətrafların obilterədici endoartteriiti, aşağı ətrafların İİ dərəcəli xroniki işemiyası xəstəliyi qeyd olunmuşdur. Bundan sonra isə iddiaçı xərçəng xəstəliyinə tutulmuşdur. Həmin xəstəlik də elə müharibədə aldığı xəsarətlərin nəticəsində inkişaf edərək dərinləşmişdir. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar əllilik dərəcəsinə görə pensiya ilə, ümumi xəstəliyə görə aldığı pensiya arasında xeyli fərq vardır. Bu is onun maddi vəziyyətinə əhəmiyyətli dərəcədə ziyan vurur. Xəstəlikləri ilə əlaqədar müalicəsi xeyli miqdarda xərclə olunur. Sonuncu dəfə iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edərək ona yenidən ekspertizanın təyin olunmasını və orada nazirlik əməkdaşlarından da bir neçə şəxsin iştirakının təmin olunması barədə müraciətinə də imtina verilmişdir. İddiaçı hesab edir ki, onun hərbi pensiyasının kəsilməsi tamamilə əsassız və qanunsuzdur.
3. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik Diaqnozun mətni: Dissirkulyator ensefalopatiya xr beyin qan dövranı pozulması ilə. Hopertoniya xəstəliyi İİİ Hipertenzion sindrom. Vegetetativ damar distoniyası. Tez-tez təkrarlanan vegetetativ damar krizləri ilə.; Meyar: 2.2. İkinci dərəcə əlillik 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbilə müddətsiz əlillik təyin edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi- sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır." Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi əlillik təyinatının aparılması barədə xx.xx.2013-cü il tarixli qərarda qeyd edilmiş xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi əlillik təyinatının aparılması barədə yeni qərar qəbul edilməsidir. Qeyd edilən təyinat qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçı cavabdehin qərarından yuxarıda qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi (ləğv olunması) ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində, həmçinin müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə müraciət etməmişdir. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1923/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarından da göründüyü kimi kassasiya instansiya məhkəməsi analoji mövqedən çıxış etmiş və analoji qərarın inzibati akt olduğunu, həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı iddianın mübahisələndirmə haqqında iddia olduğu, bu iddialarda müddət ilə bağlı mümkünlük məsələsinə dair hüquqi mövqe nümayiş etdirmişdir. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; S/N: 005 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Orxan Həsənov Məhkəmənin adı: Bakı İnzibati Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Məhkəmə qeyd edir ki, qüvvədə olmuş qanunvericilik inzibati aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. İddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərar qəbul etməyi xahiş edilmişdir.
4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü 2265 nömrəli məktubda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində X8 barədə xx.xx.1994cü il tarixli, 6350 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” dən başqa hər hansı digər sənədlər saxlanılmır. Odur ki, həmin “Xəstəlik haqqında şəhadətnamə”nin surəti göndərilmişdir.
5. TSEK-Müayinələr: - xx.xx.2013-cü il tarixində dissirkulyator ensefalopatiya xr beyin qan dövranı pozulması ilə, hopertaniya xətəliyi, İİİ hipertenzion sindorum, vegetativ damar distoniyası, tez-tez təkrarlanan vegetativ damar kriziləri diaqnozun mətni ilə ikinci dərəcə əlillik (2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...) təyin edilmişdir. - xx.xx.2014-cü il tarixində sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasından s/v. Sağ tərəfli travmatik plevrit, şəkərli diabet, İİ tip a/ə obliterasiyası endroartrozu diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: Sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasından s/v.) təyin edilmişdir. - xx.xx.2015-ci il tarixində sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri, sağ tərəfli stavmatik pleksit, sağ yuxarı ətrafın funksiya pozulması diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: Sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri) təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri, sağ tərəfli stavmatik pleksit, sağ yuxarı ətrafın funksiya pozulması diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: Sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri) təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri stenokardiyanın digər formaları, ÜİX-satbil gərginlik stenokardiyası İİ f.s diaqnoz mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - xx.xx.2022-ci il tarixində mədənin kardial hissəsinin xərçəngi, qanaxma, posthemoraqik anemiya pT4aN3bM0 mərhələ İİİ C G2 ROLİVl.ÜİX. qeyri stabil stenokardiya, AKŞ-dan sonrakı vəziyyət, şiddətilənən stenokardiya diaqnoz mətni ilə müddətsiz ikinci dərəcə əlillik (2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ-İV mərhələ bədxassəli şişlər (C00-C97)) təyin edilmişdir. - xx.xx.2023-cü il tarixində Hipertrofik çapıq, Odlu silah yaralanmasından sonra sağ kürək sümüyünün yuxarı iç bucağı və sağ tərəfli döş qəfəsinin arxa sətində dartıcı çapıq toxumaları. Mədənin kardial hissəsinin xərçəngi, qanaxma, posthemoraqik anemiya mərhələ İİİ C G2 R0LİV1.ÜİX. qeyri stabil stenokardiya, AKŞ-dan sonrakı vəziyyət. diaqnoz mətni ilə göndərişin natamam doldurulması (Xüsusi səbəbdən- Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi iə əlaqədar – xx.xx.2022ci il tarixli qərar qüvvədə saxlanılır.) səbəbi ilə imtina edilmişdr.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini X4 (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün xidmətə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İ.İsmayılova Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 6350 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ çiyin nahiyyəsinin odlu silah dəlib keçən qüllə yaralanması nəticəsində bazu kələfinin zədələnməsi sağ yuxarı ətrafın funksiyasının kəskin dərəcədə məhdudiyyəti ilə." diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı Akademik C.Abdullayev adına X1 tərəfindən xx.xx.2021-ci il tarixli “ÜİX. Gərginlik stenokardiyası. İnfarktdan sonrakı kardioskleroz. Şəkərli diabet. AKŞ sonrakı vəziyyət. AF 45%. Xroniki ürək çatışmazlığı İİ f.s.” diaqnozlu Tibbi Rəyi verilmişdir. Əlillik təyinatına əsas verən xroniki ürək çatışmamazlığı qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-3569/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0050003AADGC nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 0050003AAEMK nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.14 bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Yenidən əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İ.İsmayılova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994cü il tarixli 6350 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ çiyin qurşağının odlu-silah dəlib-keçən güllə yaralanması (xx.xx.1994) çiyin kəmiyinin zədələnməsindən sonrakı vəziyyət və saq yuxarı ətrafın funksiyasının pozulması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, ürəkbulanmadan şikayət etmiş, müayinə otağına əsa ilə daxil olmuşdur. Şikayətləri əsəbilikdən, ürəkbulanmadan, olmuşdur. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, mədə rezeksiyası olunduğunu bildirmişdir. Baxış zamanı sağ kürəkdə çapıqlar, qarının ön divarında total laparotomiya çapığı qeyd edilmişdir. Müayinə zamanı boyu 170 sm, çəkisi 75 kq, nəbzi 90 vurğu, saturasiyası 97%, tənəffüsün sayı 16, BKİ 25.8 müəyyən edilmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilmiş, hər iki aşağı ətrafda ödem izlənilmiş, periferik nəbz çox zəif dolğunluqda hiss edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ kürək sümüyünün yuxarı-iç bucağı və saq tərəfli döş qəfəsinin arxa səthində dartıcı çapıq toxuması, sağ İ, İİ. İll, İV qabırğaların bitişmiş sınığı, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və sağ yuxarı ətrafın funksiyasının pozulması" kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sabunçu Tibb Mərkəzinin PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz “ÜİX. Stabil gərginlik stenokardiyası, f.s İİİ. İnfarktdan sonrakı kardioskleroz. Xroniki ürək çatmamazlığı İİ funksional sinif. Şəkərli diabet tip İİ. Mədə xərçəngi ilə əlagədar əməliyyatdan sonrakı vəziyyət. Periferik angioplastikadan sonrakı vəziyyət kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Hər iki tibial arteriyada grade 3 angiopatiya” kimi müəyyənləşdirilmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlamətləri təyin etmir və xx.xx.2022-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulsun: - İddiaçı X6 təyin edilmiş – ÜİX, Stabil gərginlik stenokardiyası, f.s İİİ. İnfarktdan sonrakı kardioskleroz, xroniki ürək çatmamazlığı İİ funksional sinif, şəkərli diabet tip İİ. Mədə xərçəngi ilə əlaqədar əməliyyatdan sonrakı vəziyyət, periferik angioplastikadan sonrakı vəziyyət – ikinci dərəcə əlillik diaqnozu ilə sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri, sağ tərəfli stavmatik pleksit, sağ yuxarı ətrafın funksiya pozulması diaqnozu arasında səbəbli əlaqə mövcuddurmu, həmin xəstəliyin ağırlaşmasıdırmı? - İddiaçı X5 odlu silahla yaralanmadan sonra sağ kürək sümüyünün yuxarı-iş bucağı və sağ tərəfli döş qəfəsinin arxa səthində dartıcı çapıq toxuması, sağ İ, İİ, İİ, İV qabırğaların bitişmiş sınığı, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və sağ yuxarı ətrafın funksiyasının pozulması xəstəliyi mövcuddurmu?
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş T 195/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyin phş-in müalicə müəssisəsi olmadığından İ.İ.İsmayılovun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, İ.İ.İsmayılovun qərardadda suallarda göstərilən xəstəliklərdən əziyyət çəkməsini inkar etmək mümkün deyildir. Belə ki, hər iki diaqnoz doldurulmuş Forma 088 göndərişlərində öz əksini tapmış, ona stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, xx.xx.2024-cü il tarixdə “X7 və Ortopediya İnstitutu” phş-də müayinəsi zamanı “Odlu silah yaralanmasından sonra sağ tərəfli döşqəfəsinin arxa və sağ kürək sümüyü üzərində kobud dartıcı çapıq toxumaları. Sağ bazu sümüyünün böyük qabarı və başı arasında impressiyası, deformasiyası, sklerotik sahəsi, sağ bazu oynağının yaxmlaş-dırıcı kontrakturası (uzaqlaşma- 30 dər) əzələ atrofiyası, daimi ağrı sindromu və sağ yuxarı ətrafın funksiyasının pozulması. (Y36.4, L90.5, L91.0, M24.5, M62.5, R52.1, Z73.6)” diaqnozu müəyyən olunmuşdur. Bu da qərardadın 2-ci bəndində göstərilən sualdakı xəstəliklərlə “ İ-İV qabırğaların bitişmiş sınıqları” istisna olmaqla digərləri ilə eynilik təşkil edir.
10. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak etməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
11. İddia tələbi ikinci dərəcə müddətsiz əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır.
12. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İddianın növü məcburetmə haqqında iddiadır.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
15. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
16. İddiaçı X4 əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı müraciətlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cavab məktubunun göndərilməsinin tarixi müəyyən edilmir.
17. İddia mümkündür.
İİİ. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
2. Əlilliyin müəyyən olunması meyarları 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşmasıvə ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.
19. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ...1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;.... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
İV. Məhkəmənin mövqeyi
23. Məhkəmə ilk növbədə müəyyən edir ki, iddiaçı X6 xx.xx.2022-ci il tarixində mədənin kardial hissəsinin xərçəngi, qanaxma, posthemoraqik anemiya mərhələ İİİ C G2 ROLİVl.ÜİX. qeyri stabil stenokardiya, AKŞ-dan sonrakı vəziyyət, şiddətlənən stenokardiya diaqnoz mətni ilə müddətsiz ikinci dərəcə əlillik (2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ-İV mərhələ bədxassəli şişlər (C00-C97)) təyin edilmişdir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.
25. Məhkəmə qeyd edir ki, xx.xx.2014-ci il tarixindən iddiaçıya xx.xx.2021-nə qədər sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri, sağ tərəfli stavmatik pleksit, sağ yuxarı ətrafın funksiya pozulması diaqnozun mətni ilə ikinci dərəcə əlillik (Digər: Sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri) təyin edilmiş və səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə təyin edilmiş ikinci dərəcə əlilliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməsi” nə əsasən xəstəliyin əlillik təyin etmədiyi müəyyən edilmişir.
26. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixində mədənin kardial hissəsinin xərçəngi, qanaxma, posthemoraqik anemiya mərhələ İİİ C G2 ROLİVl.ÜİX. qeyri stabil stenokardiya, AKŞ-dan sonrakı vəziyyət, şiddətilənən stenokardiya diaqnoz mətni ilə müddətsiz ikinci dərəcə əlilliyi ilə sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri, sağ tərəfli stavmatik pleksit, sağ yuxarı ətrafın funksiya pozulması diaqnozu arasında səbəbli əlaqə mövcud olub-olmamasının müəyyənləşdirilməsi ilə bağlı məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş T 195/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyin phş-in müalicə müəssisəsi olmadığından İ.İ.İsmayılovun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin, İ.İ.İsmayılovun qərardadda suallarda göstərilən xəstəliklərdən əziyyət çəkməsini inkar etmək mümkün deyildir. Belə ki, hər iki diaqnoz doldurulmuş Forma 088 göndərişlərində öz əksini tapmış, ona stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. O, xx.xx.2024-cü il tarixdə “X7 və Ortopediya İnstitutu” phş-də müayinəsi zamanı “Odlu silah yaralanmasından sonra sağ tərəfli döşqəfəsinin arxa və sağ kürək sümüyü üzərində kobud dartıcı çapıq toxumaları. Sağ bazu sümüyünün böyük qabarı və başı arasında impressiyası, deformasiyası, sklerotik sahəsi, sağ bazu oynağının yaxmlaş-dırıcı kontrakturası (uzaqlaşma- 30 dər) əzələ atrofiyası, daimi ağrı sindromu və sağ yuxarı ətrafın funksiyasının pozulması. (Y36.4, L90.5, L91.0, M24.5, M62.5, R52.1, Z73.6)” diaqnozu müəyyən olunmuşdur. Bu da qərardadın 2-ci bəndində göstərilən sualdakı xəstəliklərlə “ İ-İV qabırğaların bitişmiş sınıqları” istisna olmaqla digərləri ilə eynilik təşkil edir.
27. Məhkəmə qeyd edir ki, iddiaçıya vaxtilə təyin edilmiş “Odlu silah yaralanmasından sonra sağ tərəfli döşqəfəsinin arxa və sağ kürək sümüyü üzərində kobud dartıcı çapıq toxumaları. Sağ bazu sümüyünün böyük qabarı və başı arasında impressiyası, deformasiyası, sklerotik sahəsi, sağ bazu oynağının yaxmlaş-dırıcı kontrakturası (uzaqlaşma- 30 dər) əzələ atrofiyası, daimi ağrı sindromu və sağ yuxarı ətrafın funksiyasının pozulması. (Y36.4, L90.5, L91.0, M24.5, M62.5, R52.1, Z73.6) diazqnozu hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin etmir.
28. Odur ki, xx.xx.2022-ci il tarixində mədənin kardial hissəsinin xərçəngi, qanaxma, posthemoraqik anemiya mərhələ İİİ C G2 ROLİVl.ÜİX. qeyri-stabil stenokardiya, AKŞ-dan sonrakı vəziyyət, şiddətilənən stenokardiya diaqnoz mətni ilə müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyi ilə sağ çiyin qurşağının dəlib keçən güllə yaralanmasının nəticələri, sağ tərəfli stavmatik pleksit, sağ yuxarı ətrafın funksiya pozulması diaqnozu arasında səbəbli əlaqə mövcudluğu müəyyən edilmir. Yəni hazırda iddiaçının əziyyət çəkdiyi və əlillik təyinatına əsas verən (ümumi) xərçəng xəstəliyi odlu silah yaralanmasından sonra vəziyyətin ağırlaşması kimi qiymətləndirilə bilməz.
29. Odur ki, iddianın təmin edilməməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva