Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3721/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi (direktor) Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin OVN tədbirlərinin davamı olaraq hələ də davam edən Lokal Gəlirlər İdarəsinin təyin etdiyi səyyar vergi yoxlaması barədə qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati iş üzrə icraata xitam verilməsi barədə iddiaçının ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin OVN tədbirlərinin davamı olaraq hələ də davam edən Lokal Gəlirlər İdarəsinin təyin etdiyi səyyar vergi yoxlaması barədə qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 04 fevral 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Ərizədə göstərilmişdir ki, DVX qarşı olan iddia ərizənizə dəqiqləşmə vermək niyyətindədirlər. Belə ki iddia qaldırdıgı məsələlərədən bir çoxu öz həllinin tapmışdır. Və DVX ilə aralarında razılığa gəlmişlər. Odur ki, iddiaya xitam verilməsini xahiş etmişdir. Odur ki, iddiaya xitam verilməsi barədə qərardad çıxaılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə uyğun olaraq, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə iş materiallarını və iddiadan imtina barədə ərizəsini nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, iddiaçının qanuni təmsilçisi iddiadan imtinası qanunvericiliyə zidd omadığından, iddiadan imtina barədə vəsatəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin OVN tədbirlərinin davamı olaraq hələ də davam edən Lokal Gəlirlər İdarəsinin təyin etdiyi səyyar vergi yoxlaması barədə qərarının ləğv edilməsi”nə dair iddiadan imtina edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Dövlət Vergi Xidmətinin OVN tədbirlərinin davamı olaraq hələ də davam edən Lokal Gəlirlər İdarəsinin təyin etdiyi səyyar vergi yoxlaması barədə qərarının ləğv edilməsi” barədə iddia ərizəsi üzrə inzibati iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3721/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3721/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver