Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3724/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Cavabdehnə qarşı “qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehin xx/xx/2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 21000 manat və xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 100 manat məbləğində görə fərqləndirici əlaməti qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214988 kuzov nömrəli) **-ES-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214972 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli. 73214984 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX"markalı (qızılı rəngli, 73214957 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX"markalı (qızılı rəngli. 73215000 kuzov nömrəli) 10-TE- 556 dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214849 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qara rəngli, 73214963 kuzov nömrəli) İ0-TE-560 dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214878 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73215105 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" (açıq boz rəngli, 73214960 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (tünd boz rəngli, 73214228 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214889 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri olmaqla, ümumilikdə 36000 manat məbləğində siyahıya alınmş əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan iddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022-ci il tarixli və xx/xx/2023-cü il tarixli Qərar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 84583,38 manat və xx/xx/2023-cü il tarixə dövlət büdcəsinə 100 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214988 kuzov nömrəli) **-ES-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214972 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214984 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214957 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73215000 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214849 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qara rəngli, 73214963 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214878 kuzov nömrəli) **-TE- *** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73215105 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, qiyməti 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (açıq boz rəngli, 73214960 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (tünd boz rəngli, 73214228 kuzov nömrəli) **-TE-*** dövlət qeydiyyat nişanlı, 3000 manat məbləğində 2007-ci il buraxılış olan "Azsamand LX" markalı (qızılı rəngli, 73214889 kuzov nömrəli) **- TE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri olmaqla, ümumilikdə 36000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********6 və **********1 saylı Protokollar tərtib edilmişdir. Protokollar siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafıq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022-ci il tarixə yuxanda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 21000 manat və xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 100 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Tərəflər məhkəmə iclasında iştirak etmirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bildirişdən görünür ki, cavabdehin borcu üzrə öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar, eyni zamanda borcun ödənilmədiyi halda əmlakların siyahıya alınması ilə əlaqədar xəbərdarlıq iddiaçı tərəfindən edilmişdir. Əmlakın siyahıya alınması haqqında qəradan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən cavabdehin əmlaklarının siyahıya alınması qərara alınmışdır. Əmlakın siyahıya alınması haqqında protokoldan görünür ki, vergi ödəyicisinin əmlakları siyahıya alınmışdır. Xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilmədiyi təqdirdə siyahya alınmış əmlakların satılması ilə bağlı məhkəməyə iddia qaldırılacağı cavabdehə bildirilmişdir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdən Cavabdeh adında qeydiyyatda olan "AZSAMAND LX" markalı **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-***, **-TE-*** və **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri girovdadır. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyiniz "AZSAMAND LX" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2008-ci il tarixdən Cavabdeh adında qeydiyyatda olmaqla, girov müqaviləsi əsasında "xxxx" ASC-nin 1 saylı Yasamal filialında girovdadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə heablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Lakin, hazırkı iş üzrə siyahıya alınmış avtonəqliyyat vasitəsiləri girovda olduğundan onların satışının həyata keçirilməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2. Bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir.
273. Girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. 284.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan girov predmetindən onun təyinatına uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər və gəlir götürə bilər. 284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, mövcud iş üzrə siyahıya alınmış əmlakların girov predmeti olması səbəbilə onların vergi orqanının iddiası üzrə satışının həyata keçirilməsi və ya hər hansı formada özgəninkiləşdirilməsi qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284.2-ci maddəsinə əsasən, girov predmeti yalnız girov saxlayanın yazılı razılığı ilə özgəninkiləşdirilə bilər. Hazırkı işdə isə belə bir razılığın mövcudluğunu təsdiq edən hər hansı bir sübut və ya sənəd təqdim olunmamışdır. Bundan əlavə, məhkəmə vurğulayır ki, girov hüququnun qorunması yalnız mülki qanunvericiliyin deyil, həm də girov münasibətlərinə dair tərəflərin mənafelərinin balanslaşdırılmasını nəzərdə tutan digər hüquqi prinsiplərin təmin edilməsinə yönəlmişdir. Bu baxımdan, girov saxlayanın razılığı olmadan əmlakın özgəninkiləşdirilməsi həm hüquq pozuntusuna səbəb ola bilər, həm də tərəflər arasında yaranmış müqavilə münasibətlərinin məzmununa zidd hesab edilə bilər. Göründüyü mülki hüquq münasibətlərinin təminatı üzrə girov qoyulmuş əmlakın girov müqavilələri qüvvədə olduğu, girov götürülmədiyi müddətdə vergi mübahisəsinin həlli üsulu kimi satışının aparılması istisna edilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilə bilməz. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov