Məhkəmə qərarları › İş №2-1(112)-3726/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3726/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3726/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X12, X24) qarşı “plan-ölçünün ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı, X25 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X6 adına verilmiş mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2020-ci il tarixli **********29 reyester nömrəli çıxarışın koordinatlarında yol verilən xətaların aradan qaldırılması, həmçinin Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 188 saylı Qərarı və xx.xx.2008-ci il tarixli 116 saylı Müqavilə ilə mülkiyyətə verilən X30 600 kv.m. bağ torpaq sahəsinin sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla plan və ölçünün, eləcə də torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evləri xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq İddiaçı adına müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 188 saylı qərarı ilə X30 istifadəsində olan 600 kv.m. bağ torpaq sahəsi əlavə edilmiş cizgi əsasında alqı-satqı yolu ilə ödəmək şərti ilə onların mülkiyyətinə ayrılmışdır. Bundan sonra X25 ilə Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ilə 116 saylı müqavilə bağlanmış və qeyd edilən torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Hazırki ərizəyə əlavə edilən qərar, müqavilə və həmin müqavilənin əlavəsi olan situasiya planı ilə X15 mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi yer dəqiq müəyyən edilmişdir. Həmin bağ sahəsi artıq uzun illərdir ki, mübahisəsiz qaydada X1, istifadəsində və sərəncamında olmuşdur. Bu gün də X25 həmin bağ sahəsində 2008-ci il tarixdə inşa etdi evdə yaşayır. Lakin, bu ilin əvvəllərində X14 etibarnamə üzrə nümayəndəsi X3 Arif Əzizağa oğluna məxsus olan bağ sahəsinə gələrək guya bu bağ sahəsinin İsmayıl Alıyev tərəfindən alındığını və anası X6 adına keçirdiyini və buna dair xx.xx.2020-ci il tarixli **********29 reyester nömrəli çıxarış alındığını bildirmişdir. Bundan sonra onlar araşdırma apararkən məlum olmuşdur ki, qeyd edilən çıxarış 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-3645/2019 saylı qərarı əsas götürülməklə verilmişdir. Həmin qərarda iddia təmin edilərkən Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ sahəsində yerləşən 0,12 ha sahəsi olan 1290J saylı bağ sahəsinin X14 adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla plan və ölçünün, eləcə də xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Əİ-nin üzərinə qoyulmuşdur. Bundan sonra bəzi vacib sənədlərin də əldə edilməsi çətinliyini nəzərə alıb Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək qeyd edilən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-1648/2021 saylı Qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan tərəfindən şikayət verilmiş və şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında qəbul edilən xx.xx.2021-ci il tarixli 2(103)-4132/2021 saylı qərardadda qeyd edilmişdir ki, iddianın əsasını cavabdehlərin qanunsuz yollarla iddiaçıya məxsus olan əmlak üzərində mülkiyyət hüquqlarını qeydə aldırmasına əsaslandığı və həmin sənədin gələcək mülkiyyət hüquqlarına toxunduğunu, məhz bu səbəbdən də çıxarışı məhkəmə qaydasında mübahisələndirdiyini göstərilsə də, bu dəlillər məhkəmə aidiyyətinin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki mübahisənin məhkəmə aidiyyəti iddianın hüquqi təbiətindən, yəni tələbin mülki hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-3645/2019 saylı qərarının icrası ilə əlaqədar aparılmış qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirir. Bu cür hallarda isə onlar ya həqiqətən maraqlarına toxunduğu halda qeyd olunan məhkəmə qərarından şikayət verməli yaxud da qeydiyyatın düzgün aparılmaması barədə inzibati orqana müraciət etməli, inzibati orqanın hərəkətindən(hərəkətsizliyindən) narazı olduqda isə inzibati məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddianı icraata götürməkdən imtina edərkən, qənaətini öz qərardadında əsaslandırmış, iddianın mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığını və inzibati məhkəməyə müraciət etməli olduğunu iddiaçıya aydın şəkildə izah etmişdir. Ancaq iddiaçılar bununla razılaşmayaraq qərardaddan şikayət vermişdir. Məhkəmə qərardadlarından da göründüyü kimi çıxarış verilərkən yalnışlığa yol verilmiş və sxematik xəritəyə düzgün istinad olunmadan çıxarış verilmişdir. X4 mülkiyyətində olan bağ sahəsinin koordinatları həmin çıxarışa qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş DƏDRX-nın Alıyev İsmayıla verdiyi cavab məktublarındanda görünürki həmin 1290j saylı bağın onun torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. X34 eyni sənədlərlə digər ərazilər göstərməklə dəfələrlə DƏDRX-ya müraciətləri olmuşdur. Maraqlıdır ki, çıxarış verilərkən daşınmaz əmlakın yerləşdiyi ərazinin koordinatlannı dəqiqləşdirmək üçün həmin daşınmaz əmlaka baxış keçirilməli olsa da xx.xx.2020-ci il tarixli **********29 reyester nömrəli Çıxarış verilərkən bu tədbir həyata keçirilməmişdir. Maraqlıdır ki, bundan əvvəl X26 çıxarışın verilməsi ilə bağlı etdiyi xx.xx.2019-cu il tarixli ********** saylı müraciətə imtina barədə Bildiriş göndərilmiş və orada qeyd edilmişdir ki, “...göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 1290J saylı bağın bu yerə aidiyyəti yoxdur. Eyni sənədlə digər ərazi göstərilməklə müraciət olunmuşdur”. Qeyd edilənlərdən də görünür ki, xx.xx.2020-ci il tarixli **********29 reyester nömrəli çıxarış verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra DƏDRQnin) tələbləri kobud şəkildə pozulmuş, çıxarışda göstərilən kordinatlarda texniki səhvə yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəmənin 2-1(112)-14179/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 və X24 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X15 iddiaçı qismində prosessual iştirakına xitam verilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2-1(81)-3645/2019 nömrəli qərarı əsasında X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və alqı-satqı əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hazırda mülkiyyətindədir. Həmçinin fərdi yaşayış evinə dair məlumatlandırma icraatı barədə ərizə təqdim edilməmişdir. Bundan başqa, təqdim etdiyiniz bələdiyyə qərarı və icarə müqaviləsi xx.xx.2008-ci il tarixində tərtib edilmişdir. “X13 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli, **********89 saylı cavab ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “X13 edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ sahəsində yerləşən 0.12 ha sahəsi olan 1290 j saylı bağ sahəsinə dair üçüncü şəxs X14 və üçüncü şəxs X6 adına verilmiş plan ölçülərin Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 188 saylı qərarla Göradil bağ sahəsində İddiaçı istifadəsində olan 600 kv.m-ə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X24 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarı ilə Binəqədi rayonu X30 vət. İddiaçı tərəfindən istifadə olunan 600 kv.m. bağ torpaq sahəsi əlavə edilmiş cizgi əsasında alqı-satqı yolu ilə (hər kv.m. üçün YAN ilə 2 man. 24 qəp.) ödəmək şərti ilə onun mülkiyyətinə ayrılması, Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə vət. İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsi bağlanılması qərara alınmışdır. -Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında xx.xx.2008-ci il tarixli 116 nömrəli müqaviləsindan görünür ki, alıcı İddiaçı X30 uzun müddət istifadə etdiyi 600 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının «16» noyabr 2007-ci il tarixli Pr N 15 iclasının qərarına asasən Fərdi bağ evinin tikintisi üçün «Alıcıya» təklif edilmiş, alıcı Fərdi bağ evinin tikintisi üçün təyinatlı olaraq təklif edilən sahəni qəbul etmişdir. -Binəqədi rayonu, X30, 272j saylı bağ sahəsinin yanında İddiaçı bağ sahəsi kimi istifadə etdiyi torpaq sahəsinin (600 kv.m.) Binəqədi rayon Binəqədi Bələdiyyəsinin möhürü ilə təsdiqlənmiş situasiya planı tərtib edilmişdir. -Binəqədi rayon Binəqədi Bələdiyyəsinin AAE466620 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı X30 600 kv.m torpaq sahəsinin alqı-satqısı üçün 1344 (bir min üç yüz qırx dörd) manat pul kassaya mədaxil edilmişdir. -Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, BRB/N-02 nömrəli Arayışında qeyd edilmişdir ki, verilir, İddiaçı İləsən qızına ondan ötəri ki, Binəqədi rayonu, Göradil bağ massivi, 600 kv.m-dən ibarət bağ sahəsinin xx.xx.2021-ci il tarixinədək Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə torpaq vergisi borcu yoxdur. -Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X27 Bağlar Sahəsindəki 132 nömrəli kooperativinin B/C nömrəli orderi ilə X18 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən ona Gorədil bağlar sahəsində 132 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1290j nömrəli bağ ayrılmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X18 ünvanladığı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvanında yerləşən 1290J saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, 1290J saylı bağın bu yerə aidiyyəti yoxdur. Həmçinin bildiririk ki, eyni sənədlə digər ərazi göstərilməklə müraciət olunmuşdur. Bundan əlavə təqdim edilmiş sənədlərdə (qəzetdə elan və BPİ nm arayışında) bağ sahəsi haqqında məlumatlar natamamdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" X9 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxıl edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunan nöqsanlara görə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3645/2019 nömrəli, xx.xx.2019cu il tarixli Qərarı ilə iddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu, Goradil bağ sahəsində yerləşən 0,12 ha sahəsi olan 1290 «J» saylı bağ sahəsinin X14 adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də xüsusi mülkiyyət huququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərin surətindən görünür ki: -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi 1290J saylı 0.12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X14 adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin planında qeyd edilmişdir ki, torpaq sahəsinin ünvanı (yerləşdiyi ərazi): Baki şəhəri, ünvan 2 hüquq sahibi: X24, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı): yaşayış məntəqələrinin torpaqları, torpaq sahəsinin mülkiyyət növü: xüsusi, torpaq sahəsi üzərində hüququn növü: mülkiyyət, reyestr nömrəsi: **********29, Sənəd üzrə sahəsi (hektarla): 0.12, faktiki sahə (hektarla): 0.12. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi 1290J saylı 0.12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli Torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmişdir ki, torpaq sahəsinin ünvanı (yerləşdiyi ərazi): Baki şəhəri, ünvan 2 hüquq sahibi: X10, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı): yaşayış məntəqələrinin torpaqları, torpaq sahəsinin mülkiyyət növü: xüsusi, torpaq sahəsi üzərində hüququn növü: mülkiyyət, reyestr nömrəsi: **********29, Sənəd üzrə sahəsi (hektarla): 0.12, faktiki sahə (hektarla): 0.12. -Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********00 nömrəli məktubunda bildirilmişdir ki, Göradil bağ massivi, 1290J saylı bağ nömrəsi sxematik xəritədə qeyd olunmamışdır. Sorğunun icrası ilə əlaqədar olaraq 132 nömrəli bağ tikinti kooperativinə aid bağların yerləşmə sxeminin, Göradil bağ massivi, 1290J saylı bağ sahəsinə dair X14 adına xx.xx.2020-ci il tarixdə **********29 reyestr nömrəli plan-ölçü tərtib edilərkən İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş daşınmaz əmlakın texniki vəziyətini əks etdirən müayinə aktının və digər sənədlərin surətlərindən görünür ki: -xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200,0 kv.m, faktiki 1200,0 kv.m (700.0 kv.m + 500 kv.m). Göstərilən sahənin 700.0 kv.m-i hasarın daxilindədir, digər 500.0 kv.m isə sahəyə bitişikdir. Şərq hissədə şərti olaraq göstərildir. Hasar daxilində olan 700.0 kv.m hissədə 2 mərtəbəli, mansardlı ev, köməkçi və həyət tikililəri var, şərti göstərilən 500.0 kv.m sahədə isə tikili yoxdur. Bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmayıb. Bağ sahəsinin yerləşməsinə kadastr şöbəsində baxılması məqsədə uyğundur. Məlumat üçün bildirilmişdir ki, 1290j saylı bağ kimi başqa bir sahədə göstərilib. Əvvəl göstərilən sahə 400890, 4490816. -xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, sözügedən sahəyə baxış keçirildi. Elektron baza məlumatlarına əsasən göstərilən sahə 1290j saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş 1200,0 kv.m bağ sahəsinin 700.0 kv.m hissəsidir. 700.0 kv.m sahə hasar daxilində, digər 500.0 kv.m isə şərtidir. Sahədə bağ evi və həyət tikililəri var. Evin dam hissəsi terras kimi istifadə olunur. Bağ evi və hasar daxilində olan 700.0 kv.m sahə faktiki X19 istifadəsindədir. Məlumat üçün bildirilmişdir ki, ərazidə olan ölçmə işləri də Muxtarov Arif və Abdullayev Mikayılın iştirakı ilə aparılmışdır. 1290j saylı bağ sahəsi məhkəmə qərarı əsasında qeydiyyatdan keçmişdir. -Təqdim edilmiş Göradil bağ massivi 12 saylı BTK tərkibində bağ sahərlərin yerləşmə sxemində 1290 j saylı bağ sahəsi öz əksini tapmamışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********42 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan bağ sahəsi məhkəmə qərarı əsasında 1290j saylı bağ kimi qeydiyyatdan keçmişdir (hazırda 0.12 ha sahə **********29 reyestr nömrəsi ilə X7 mülkiyyətindədir ). Həmin bağ sahəsinin 0.07 ha hissəsi X25 və İrina Koçatkovayanın faktiki olaraq istifadəsində olan torpaq sahəsinin hasarı daxilindədir (üzərində ikimərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur). Digər iddia olunan 0.05 ha sahə həmin sahənin şərq hissəsində hasara bitişik hissəsidir. Bundan başqa sözügedən ərazilərdə 1290-la başlayan bağ nömrələri yoxdur. Həmin məktubla göndərilən baş plana əsasən: Hasar daxilində 700.0 kv.m: X=399876.4012 Y=4491048.0857 Z=0.0000 X=399895.6115 Y=4491049.0423 Z=0.0000 X=399895.9209 Y=4491012.5544 Z=0.0000 X=399877.1189 Y=4491010.8926 Z=0.0000 Şərti göstərilən 500.0 kv.m X=399895.6115 Y=4491049.0423 Z=0.0000 X=399909.5548 Y=4491049.6597 Z=0.0000 X=399909.5700 Y=4491013.7345 Z=0.0000 X=399895.9209 Y=4491012.5544 Z=0.0000 Ümumi sahə 1200.0 kv.m X=399876.4012 Y=4491048.0857 Z=0.0000 X=399895.61 15 Y=4491049.0423 Z=0.0000 X=399909.5548 Y=4491049.6597 Z=0.0000 X=399909.5700 Y=4491013.7345 Z=0.0000 X=399895.9209 Y=4491012.5544 Z=0.0000 X=399877.1189 Y=4491010.8926 Z=0.0000 Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********28 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının adına Goradil bağ massivində 1290J saylı bağ sahəsinin ayrılmasına dair sənəd aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi göstərilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********70 nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********88 nömrəli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 1290J saylı torpaq sahəsi kimi qeydiyyata alınmış torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələri göstərilməklə ortofoto görüntüsündən görünür ki, 1290j saylı bağ sahəsinin yaxınlığında 272q, 302q, 322z, 1102k, və 1726 saylı qonşu bağ sahələri yerləşir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********89 nömrəli məktubunda qeyd olunmuşdur ki, bağ sahəsinə dair sizin adınıza İdarənin arxivində məlumat aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb və özgəninkiləşdirilmişdir. Həmçinin, fərdi yaşayış evinə dair məlumatlandırma icraatı barədə ərizə təqdim edilməmişdir. Bundan başqa, təqdim etdiyiniz bələdiyyə qərarı və icarə müqaviləsi xx.xx.2008-ci il tarixində tərtib edilmişdir. “X13 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “X13 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” İddia tələbindən görünür ki, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-3645/2019 saylı qərarının icrası ilə əlaqədar aparılmış qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını, bağ torpaq sahəsinə dair koordinatların düzgün müəyyən edilmədiyini, bununla da üçüncü şəxslərin adlarına tərtib edilmiş plan-ölçü sənədlərinin iddiaçıya bələdiyyə qərarı ilə ayrılmış koordinatlarda yerləşən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvini mübahisələndirir. Məhkəmə hesab edir ki, plan-ölçü sənədi texniki sənəd olsa da mahiyyət etibarı ilə torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın tərkib hissəsi hesab olunur. Eyni zamanda qeyd edilməlidir ki, reyestrdən çıxarışda torpaq sahəsinin yerləşdiyi koordinatlar göstərilmir. Lakin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinin yerləşdiyi və elektron bazaya daxil edilmiş coğrafi koordinatları plan-ölçü sənədində öz əksini tapdığından məhkəmə hesab edir ki, əmlakın yerləşdiyi koordinatların naturada müəyyənləşdirilərək plan-ölçü sənədinin tərtibi inzibati orqanın faktiki xarakterli hərəkəti kimi qiymətləndirilə və bu əsasdan həmin sənəd inzibati məhkəmə icraatında mübahisə predmeti kimi çıxış edə bilər. Beləliklə, plan-ölçü sənədinin ləğvi ilə bağlı hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılması mümkündür. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı həm də subyektiv hüquqa malik olmuşdur. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair əmlak hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də məhkəmə iddiaçının iddia etdiyi torpaq sahəsinin ona ayrılması barədə bələdiyyə qərarını təqdim etdiyi, həmin torpaq sahəsində tikili inşa edərək orada yaşadığını, üçüncü şəxsin adına koordinatların inzibati orqan tərəfindən ona məxsus torpaq sahəsinə sürüşdürüldüyü, bununla da istifadə etdiyi torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi ilə bağlı əmlak hüququna toxunduğunu iddia etdiyini, üçüncü şəxs tərəfindən iddiaçıya qarşı torpaq sahəsinin boşaldılması ilə bağlı mülki məhkəmə icraatında iddia qaldırdığı və həmin mülki işin hazırkı iddiaya baxılması ilə əlaqədar dayandırıldığını nəzərə alarq məhkəmə hesab edir ki, qeyd edilən hallar iddiaçının üçüncü şəxslərin adına verilmiş plan-ölçü sənədini mübahisələndirməyə hüquqi ixtiyar verir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyəti üzrə əsaslıdır. İşin hallarından görünür ki, İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarı ilə Binəqədi rayonu X30 600 kv.m. bağ torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında alqı-satqı aktı tərtib edilmiş, ayrılmış torpaq sahəsinin bələdiyyə tərəfindən yerləşmə cizgsi tərtib edilmişdir. Yerləşmə cizgisində ayrılan 600 kv.m torpaq sahəsinin bağ massivində yerləşdiyi, qonşuluğunda ən yaxın məsafədə 272 j, 272 q nömrəli bağ sahələrinin olduğu öz əksini tapmışdır. Eyni zamanda müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarına əsasən 132 nömrəli kooperativinin B/C nömrəli orderi ilə X18 Gorədil bağlar sahəsində 132 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1290j nömrəli bağ ayrılmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3645/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə həmin 1290 «J» saylı bağ sahəsinin X14 adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də xüsusi mülkiyyət huququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini almış, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi 1290J saylı 0.12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X14 adına xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan-ölçüsü tərtib edilmişdir. Daha sonra X5 torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X2, X6 bağ sahəsi ilə bağlı mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, eyni zamanda ona da bağ torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək verilmişdir. Hazırkı iddiasında iddiaçı cavabdeh tərəfindən 1290 j saylı bağ sahəsinə mülkiyyət hüququ qeydiyyata alınarkən həmin torpaq sahəsinin yerinin düzgün müəyyən edilmədiyini, bağ sahəsinin yeri müəyyən edilərkən yalnışlıqla ona məxsus torpaq sahəsinin yerləşdiyi koordinatların iddiaçının plan-ölçüsünə işlənildiyini, bununla da plan-ölçünün iddiaçının həmin əmlaka dair mülkiyyət hüquqlarına toxunduğunu iddia edir. Beləliklə, işin mübahisələndirilən halı üçüncü şəxsin adına mülkiyyət hüququ qeydiyyata alınmış 1290j saylı bağ sahəsinin coğrafi koordinatlarının, yerləşdiyi yerin düzgün müəyyən edilməsidir. Məhkəmə hazırkı mübahisəyə baxarkən işin araşdırılması üçüncü şəxs X14 adına olan ilkin hüquqmüəyyənedici sənədlərin-bağ sahəsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarı, həmin qərar əsasında verilmiş 132 nömrəli BTK tərkibində bağın ayrılmasına dair B/S seriyalı orderin hüquqi qüvvəsi və ya məhkəmə qərarının ilə gəlinmiş hüquqi nəticənin yoxlanılmasını ehtiva etmir. Hazırkı məhkəmə inzibati orqanın bağ sahəsinin koordinatlarının müəyyən edilməsi ilə bağlı hərəkətlərini məhkəmə qərarının gəldiyi nəticədən ayrıca, müstəqil inzibati icraatın nəticəsi olaraq qiymətləndirir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin icraatında olmuş iş üzrə cavabdeh inzibati orqanın imtinasından, eləcə də həmin iş üzrə iddiaya etirazından müəyyən olunur ki, inzibati orqan 1290 j saylı bağ sahəsinin bağların sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etdiyini, həmin bağ sahəsinin iddiaçı (Alıyev İsmayıl) tərəfindən göstərilən bağ sahəsinə aidiyyatının olmamasını, eləcə də eyni sənədlə iddiaçının daha əvvəl başqa əraziləri naturada 1290 j saylı bağ sahəsi kimi təqdim etdiyini bildirmişdir. Başqa sözlə, iddiaçının iddia etdiyi 1290 j saylı bağ sahəsinin naturada təqdim etdiyi bağ sahəsi ilə uyğun olmadığı əvvəlcədən inzibati orqana bəlli olmuşdur. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarından görünür ki, məhkəmə 1290 j saylı bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla qeydiyyata alınması nəticəsinə gəlmişdir. Başqa sözlə, məhkəmə konkret koordinatlarda göstərilən bağ sahəsinə (o cümlədən hazırkı iddiaçının bələdiyyə qərarı ilə iddia etdiyi, üzərində fərdi yaşayış evi tikdiyi tikilinin yerləşdiyi əraziyə) hüququn qeydiyyata alınmasını deyil, onun sxematik xəritəyə yeləşməli olduğu yerə uyğun qeydiyyata alınmasını cavabdehin üzərinə vəzifə olaraq qoymuşdur. Qeyd edilməlidir ki, sözügedən məhkəmə qərarının icrası zamanı tərtib edilmiş xx.xx.2020-ci il tarixli yerli müayinə aktından görünür ki, cavabdehin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən 1200 kv.m ölçüdə qeydiyyata almalı olduqları bağ sahəsinin 700 kv.m hissəsinin hasar daxilində olmaqla üzərində 2 mərtəbəli fərdi yaşayış evinin olduğunu, digər 500 kv.m torpaq sahəsinin isə həmin əraziyə bitişik olduğunu və boş olduğunu müəyyən etmiş, lakin həmin bağ sahəsinin məhz 1290j saylı bağ sahəsinə uyğun gəlməsi ilə bağlı hər hansı qeyd etməmiş, əksinə bağ sahəsinin nömrəsinin sxematik xəritədə öz əksini tapmadığı, bağ sahəsinin yerləşməsinə kadastr şöbəsində baxılmasının məqsədə uyğun olduğu, eləcə də 1290j saylı bağ kimi başqa bir sahə də göstərildiyini vurğulamış, iddiaçının əvvələr 1290 j kimi təqdim etdiyi bağ sahəsinin koordinatlarını akta əlavə etmişdir. Hazırkı məhkəmə icraatında xx.xx.2020-ci il tarixdə **********29 nömrəli reyestr nömrəsi ilə 1290 j saylı bağ sahəsi kimi qeydiyyata alınmış mübahisələndirilən planölçüdəki koordinatlarda yerləşən faktiki torpaq sahəsinin qeydiyyata alınmazdan öncə bağların bölgüsünə dar sxematik xəritədə hansı nömrəli bağ sahəsinin ərazisinə uyğun gəldiyi barədə məhkəmə sorğusuna cavabında inzibati orqan vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsinin göstərilmədiyini, eyni zamanda sözügedən ərazilərdə 1290-la başlayan bağ nömrələrinin olmadığını bildirmişdir. Bundan əlavə mübahisələndirilən ərazinin ortofotgörüntüsündə 1290j saylı bağ sahəsi kimi qeydiyyata alınmış bağın qonşuluğunda 272q, 302q, 322z, 1102k, və 1726 bağ sahələrinin olduğu müəyyən olunmuşdur. İddiaçıya 600 kv.m torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarına əlavə edilmiş situasiya planında iddiaçının istifadə etdiyi torpaq sahəsinin yanında 272 j və 272 q nömrəli qonşu bağ sahələrinin yerləşdiyi qeyd edilmişdir. Beləliklə, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılmaqla qeydiyyata alınması qərara alınsa da inzibati orqan sxematik xəritəyə uyğunlaşdırmasını hansı qaydada həyata keçirdiyini, ərazinin məhz 1290 j saylı bağ sahəsi kimi qeydiyyata alınması əsaslarını məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nin: -3-cü bəndinə görə plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. -4-cü bəndinə əsasən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; -5-ci bəndinə görə bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Beləliklə, iddiaçının bələdiyyə qərarı ilə ona ayrıldığını iddia etdiyi, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yerləşmə koordinatlarının elektron bazada üçüncü şəxsə aid 1290j saylı bağ sahəsi kimi qeydə alınmasının faktiki və hüquqi əsasları cavabdeh tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X14 adına xx.xx.2020-ci il tarixli və X6 adına xx.xx.2020-ci il tarixli Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi 1200 kv.m ölçüdə 1290J saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş planölçü sənədləri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarı ilə cizgi əsasında iddiaçıya ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X14 adına xx.xx.2020-ci il tarixli və X6 adına xx.xx.2020-ci il tarixli Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi 1200 kv.m ölçüdə 1290J saylı bağ torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədləri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarı ilə cizgi əsasında İddiaçı ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar