Məhkəmə qərarları › İş №2-1(112)-3727/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3727/2023

22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3727/2023 22.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X1 Ataş adlı şəxslə ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1957-ci ildə iddiaçı anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsi 30 il bundan əvvəl evi yananda yanmışdır. O, təkrar doğum haqqında şəhadətnamənin alınması üçün cavabdehə müraciət etmiş, lakin şəxsiyyət vəsiqəsi də bütün sənədləri ilə evində yandığından ərizəsinin təmin edilməsinin mümkün olmadıgı və yaşadığı rayonun məhkəməsinə müraciət edilməsi məsləhət görülmüşdür. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq iş üzrə keçiriləcək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - Cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-1544/15 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Eyni zamanda həmin “Qayda”nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərlə bağlı bildirilmişdir ki, şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə hazırda doğum haqqında təkrar şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. - İİ-ЖГ seriyalı, 287817 nömrəli, 29 aprel 1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı X4 ilə nikahları 29 aprel 1980-ci ildə bağlanmışdır. - Salyan Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibat iərazi dairəsi üzrə nümayəndəsi tərəfindən İddiaçı verilmiş 593 nömrəli arayışın surətinə əsasən o, Şəkərli kəndində yaşayır. - İddiaçı verilmiş 1496 nömrəli attestatın surətindən görünür ki, o Salyan şəhərində peşə məktəbində traktorist-maşınist peşəsi üzrə orta təhsil almışdır. - İddiaçı adına 07 fevral 1979-cu ildə БТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası açılmışdır. - Bakı şəhəri Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-1736/13 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin “Qayda”nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, 05/2-10374/13 nömrəli məktuba əsasən bildirilmişdir ki, İddiaçı doğumu, nikahı, eləcə də övladlarının doğumu haqqında akt qeydlərinin kserosurətləri məhkəməyə göndərilir. Məlumat üçün qeyd edilmişdir ki, həmin dövrdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına əsas olmuş sənədlərin surətləri qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmır. Həmin məktuba qoşma olaraq göndərilmiş: - İddiaçı xx.xx.1957-ci il tarixli 68 saylı doğum haqqında akt qeydinə əsasən o, 1 aprel 1957-ci ildə Azərbaycan SSR-də doğulmuşdur. Atası – X11, anası isə X2r. - İddiaçının oğlu, X7 20 may 1986-cı il tarixli, 44 nömrəli doğum haqqında akt qeydinə əsasən o, 22 fevral 1986-cı ildə doğulmuşdur. Atası – İddiaçı, anası isə X3r. - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli, 069-21620 nömrəli tələbnamədən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Salyan rayonunda doğulmuş, yaşayış yeri – Salyan rayonu, Yenikənd kəndidir, Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilərək 600 manat cərimə cəzası təyin olunmuşdur. - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-13-48/2-293/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi müəyyən edilməmişdir. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı doğum faktı xx.xx.1957-ci il tarixli 68 saylı doğum haqqında akt qeydində qeyd edilmişdir. Həmin qeyddən müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə atası X11, anası X5 olmaqla anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. İddiaçıya məxsus doğum haqqında şəhadətnamə yandığı üçün təkrar şəhadətnamənin verilməsi məqsədilə Cavabdehnə müraciət etsə də, şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə xahişi təmin edilməmişdir. Halbuki, iddiaçının doğumu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeydiyyat aparıldığı üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi cavabdeh qurum tərəfindən təmin olunmalı idi. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar