Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3728/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A79-7/21 2021-ci il 03 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və "İddiaçı, Sandhofer Straße 116, 68305 Mannheim (DE) adına № ******* saylı beynəlxalq qeydiyyatla, "VENTANA" nişanının beynəlxalq qeydiyyatına 05-ci sinif:"Tibbi diaqnostika məqsədləri üçün və patologiya sahəsində istifadə üçün kimyəvi, biokimyəvi və bioloji preparatlar- (Chemical, biochemical and biological preparations for medical diagnostics purposes and for use in the field of patology)" əmtəələri üzrə tam mühafizə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət təşkilatı Beynəlxalq Büroya göndərilməsi barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "İddiaçı" tərəfindən 2020/12 Gaz, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası ərazisinə genişləndirilməklə verilmiş ******* saylı "VENTANA" əmtəə nişanının beynəlxalq qeydiyyatına qismən 05-ci sinif: "Tibbi, əczaçılıq və baytarlıq məqsədli kimyəvi, biokimyəvi və bioloji preparatlar”- (Chemical, biochemical and biological preparations for medical, pharmaceutical and veterinary purposes.)" əmtəələri üzrə Beynəlxalq Bürodan xx.xx.2021-ci il tarixli qərarına qarşı əsaslandırılmış etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının № A79-7/21, xx.xx.2021- ci il tarixli qərarı ilə təmin edilməmişdir. "Cavabdeh" qərar verərkən, "İddiaçı" şirkətinin ******* saylı "VENTANA" əmtəə nişanının beynəlxalq qeydiyyatına qarşı qoyulmuş 608460 saylı beynəlxalq qeydiyyatla daha əvvəlki ilkinliklə 05-ci sinif “Əczaçılıq preparatları-Pharmaceutical products.” əmtəələri üzrə mühafizə olunan “VENİTAN”əmtəə nişanı ilə “VENTANA” əmtəə nişanının 05-ci sinif-“Tibbi diaqnostika məqsədləri üçün və patologiya sahəsində istifadə üçün kimyəvi, biokimyəvi və bioloji preparatlar”-həmcins olmayan əmtəələr üzrə “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının” 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4-cü bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığın qarışdırılacaq dərəcədə oxşar olmadığı, istehlakçılar arasında yanıltma, qarışdırma yaratmadığını, bu sözlərin qarışdırılacaq dərəcədə oxşar olmadığı barədə sübutları qanunsuz olaraq nəzərə almadığı üçün, eləcə də hüquq sahibi “LEK, farmacevtska druzba d.d” şirkətinin xx.xx.2021-ci il tarixli razılıq məktubunu nəzərə alaraq №A79-7/21, 03 avqust 2021-ci il tarixli qərra ləğv edilməli, iddia təmin edilməlidir. "İddiaçı" tərəfindən ******* saylı "VENTANA" əmtəə nişanının beynəlxalq qeydiyyatına 01-ci, 05-ci, 09-cu, 10-cu və 42-ci sinif əmtəələri 2020/12 Gaz, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası ərazisinə genişləndirilməklə verilmişdir. "İddiaçı" tərəfindən 177752 saylı "VENTANA" əmtəə nişanının beynəlxalq qeydiyyatına qismən 05-ci sinif “Tibbi, məqsədli diaqnostik məqsədləri üçün kimyəvi və biokimyəvi və bioloji preparatlar”- əmtəələri üzrə imtina edilməklə 2021/11 Gaz, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazisində qüvvədə olması qərarı verilmişdir. LEK, farmacevtska druzba d.d., şirkəti tibbi sahədə fəaliyyət göstərən şirkət olamaqla ona aid "VENİTAN" əmtəə nişanı 608460 saylı beynəlxalq qeydiyyatla 05-ci sinif "Əczaçılıq preparatları” əmtəələri üzrə qeydə alınmış və 05-ci sinif "Zahiri (xaricdən) istifadə üçün hel olmaqla terapevtik təyinatı venaların varikoz genişlənməsi" üçün dərman preparatlarında istifadə olunması araşdırılmışdır. "İddiaçı" tərəfindən 177752 saylı "VENTANA" əmtəə nişanının beynəlxalq qeydiyyatına qismən 05ci sinif "Tibbi, məqsədli dioqnostik məqsədləri üçün kimyəvi və biokimyəvi və bioloji preparatlar"- əmtəələri üzrə məhdudlaşdırılması barədə xahişi Apellyasiya şurası tərəfindən qəbul edilməmişdir. "VENTANA" əmtəə nişanı "VENİTAN" əmtəə nişanlarının oxşar olmadığının müəyyən edilməsi üçün "Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" (sonralar "Qaydalar") 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığı araşdırsaq bu sözlərin qarışdırılacaq dərəcədə oxşar olmadığı sübuta yetiriləcəkdir. "İddiaçı" bildirir ki, bu əmtəə əmtəə nişanlarının səslənməsində oxşarlıq olasa da bu oxşarlıq qarışdırılacaq dərəcə oxşar deyildirlər, hər birinin fərqli öz istehlakçıları tərəfindən yüksək fərqlənmə qabiliyyətinə malik olmaqla çaşma yaratması mümkün deyildir. "Qaydalar" 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu;d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) ə) kar və cingiltili tərkibin yaxınlığı;f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. Aydın görünür ki, "VENTANA" bir sözdən, yeddi hərfdən, üç səsdən (hecadan) "ven-tana" ibarət olmaqla, - bir sözdən, yeddi hərfdən, üç səsdən (hecadan) "ve-ni-tan" ibarət olan "VENİTAN" əmtəə işanından, səslənmə üzrə "ven-ve", "ta -ni" və "na-tan" səsləri ilə fərqlənir və bu səslər eyni və qarışdırılacaq dərəcədə oxşar səs deyil, onların ahəngdarlığı və xarakterlərində fərqlər mövcuddur, 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq qarışdırılacaq dərəcədə deyildir, bu əlamətlərlə bu nişanların istehlakçılar və istehsalçılarında çaşma yaratmır...İddiaçı şirkəti bildirir ki, "VENTANA" əmtəə nişanı altında əczaçılıq məhsulu deyil, 05-ci sinif "Diaqnostik məqsədləri üçün kimyəvi və biokimyəvi və bioloji preparatlar"əmtəələri üzrə preparatlar istehsal edilir. Bu nüans "VENTANA" əmtəə nişanlı əmtəələri "VENİTAN" əmtəə nişanlı preparatlar bir-birindən kəskin dərəcədə fərqləndirir. "VENTANA" preparatların təyinat sahəsi diaqnostik məqsədlidir. VENİTAN" zahiri (xaricdən) istifadə üçün hel olmaqla terapevtik təyinatı venaların varikoz genişlənməsi olan dərman preparatıdır. Yəni, bu əmtəələrin istifadə və təyinat sahələri də oxşar deyil "Qaydalar"-ın 29.9.1. və 29.9.2 maddələrin əsasları pozulmur. ÜƏMT (WİPO) Əqli Mülkiyyət Kitabçası: Siyasət, Qanun və İstifadə(elektron dərs vəsaiti) Keçid: https://www.wipo.int/edocs/pubdocs/en/intproperty/489/wipo pub 489.pdf xüsusi ilə 2.467 maddəsində-"Əmtəələrin qarışdırılacaq qədər oxşarlığının sınanmasına (ekspertizasına) aid daha bir maraqlı nümunəni əczaçılıq sahəsində tapmaq olar. Reseptlə satılan dərmanlarfhəkimlərin resepti ilə) istehlakçıya adətən fərqli göstəricilərə görə dərmanlar üçün istifadə edilən nisbətən oxşar əmtəə nişanlarını yalnış yönləndirmə ehtimalı az olan təhsilli əczacılar tərəfindən satılır, ona görə oxşarlığın ekspertizası zamanı bu hal nəzərə alınmalıdır". Yəni, Apellyasiya şurasının "Qaydalar"-ın 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 maddələrinin əsaslarına görə "VENTANA" əmtəə nişanı ilə "VENİTAN" əmtəə nişanı qarışdırılacaq dərəcədə oxşar deyildirlər, bu əlamətlərlə bu nişanların istehlakçılar və istehsalçılarında çaşma yaratmadığını eləcədə, "Qaydalar"-ın 29.9.1. və 29.9.2 maddələrinə əsasən 05-ci sinif "Dioqnostik məqsədləri üçün kimyəvi və biokimyəvi və bioloji preparatlar"- 05-ci sinif "Əczaçılıq preparatları- əmtəələri üzrə həmcins deyildirlər, bu əmtəələrin təyinatı, əmtəənin satışı və istehlakçıların dairəsi nəzərə almamış nəticədə səhv qərar vermişdir. İddiaçı" şirkəti "VENİTAN" əmtəə nişanına 608460 saylı beynəlxalq qeydiyyatın sahibi "LEK, farmacevtska druzba d.d.", şirkətinin razılıq məktubu təqdim edilir. xx.xx.2021-ci il tarixli razılıq məktubu ilə "LEK, farmacevtska druzba d.d.", (ünvan: Verovskova 57, Sİ-1526 Ljubljana (Sİ) şirkəti Azərbaycan Respublikasında lazımi qaydada 05-ci sinif: "Əczaçılıq preparatları-Pharmaceutical products" əmtəələri üzrə mühafizə olunan, "VENİTAN" -əmtəə nişanının 608460 beynəlxalq qeydiyyatının sahibi olaraq İddiaçı, Sandhofer Straße 116, 68305 Mannheim (DE) adına № ******* saylı beynəlxalq qeydiyyatla, "VENTANA" əmtəə nişanının 05 sinif: Tibbi diaqnostika məqsədləri üçün və patologiya sahəsində istifadə üçün kimyəvi, biokimyəvi və bioloji preparatlar- (Chemical, biochemical and biological preparations for medical diagnostics purposes and for use in the field of patology.)'' əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qeydiyyatına və istifadəsinə razılıq vermişdir. Azərbaycan Respublikası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 15-ci maddəsinə əsasən "Bu Qanunun 6-cı maddəsinin 1ci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə, Apellyasiya şurasında nəzərə alına bilər". Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı qeyd edir ki, “VENTANA” əmtəə nişanı (1177752) 2013-cü il 19 mart tarixində 01, 05, 09, 10 və 42-ci sinif əmtəələri və xidmətləri üzrə “İddiaçı” Şirkəti adına beynəlxalq qeydiyyata alınmış və həmin qeydiyyat 2020-ci il 02 aprel tarixində (2020/12 Gaz) Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzinin (bundan sonra - Ekspertiza) 2021 -ci il 05 mart tarixli qərarı ilə “VENTANA" əmtəə nişanı 01, 09, 10 və 42-ci sinif əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmış, 05-ci sinif əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Respublikası ərazisində daha əvvəl “LEK, farmacevtska druzba d.d” adına 1993-cü il 26 oktyabr tarixində 05-ci sinif (“əczaçılıq məhsulları”) əmtəələri üzrə qeydiyyata alınmış 608460 beynəlxalq qeydiyyat nömrəli “VENİTAN” əmtəə nişanına oxşar olması göstərilmişdir. İddiaçı etirazla Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına müraciət etmişdir. Apellyasiya Şurasının 2021-ci il 03 avqust tarixli A79-7/21 nömrəli qərarı ilə, iddiaçı “İddiaçı” Şirkətinə məxsus ******* beynəlxalq qeydiyyat nömrəli“VENTANA” əmtəə nişanının 05-ci sinfin iddia edilən əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Ekspertizanın 2021-ci il 05 mart tarixli qərarına qarşı ərizəçinin nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin olunmamışdır. “VENTANA” əmtəə nişanını və qarşı qoyulmuş “VENİTAN” əmtəə nişanlarını müqayisə edildikdə müəyyən olur ki, hər iki nişan standart şriftlə, qara rəngdə yazılmışdır. Hər iki nişanda nişanın əsas hissəsi olan söz elementi “ven” və “tan” hissəcikləri üst-üstə düşür və oxşar səslənməyə malikdir. Qeyd edilənlər istehlakçılarda eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər. Müqayisə edilən nişanlar Qaydalara əsasən, istər qrafiki (görünüşlü) və səs üzrə (fonetik) (bütün əlamətlər üzrə), istərsə də məna etibari ilə (ideya uyğunluğu) oxşardırlar. Cavabdeh bildirir ki, qeyd edilən nişanlar müqayisə olunarkən ümumən istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. Qeyd edilməlidir ki, Apellyasiya şurasında işə baxılarkən iddiaçı tərəfindən “VENTANA” əmtəə nişanının 05-ci sinif (“Tibbi, məqsədli diognostik məqsədləri üçün kimyəvi və biokimyəvi və bioloji preparatlar (Chemical, biochemical and biological preparations for medical diagnostic purposes)”) əmtəələri üzrə məhdudlaşdırılmasi xahiş edilmişdir. Qarşı qoyulmuş “VENİTAN” əmtəə nişanı isə ƏXBT-nin 05-ci sinfin başlığında qeyd edilmiş “əczaçılıq məhsulları" (Pharmaceutical products) əmtəələri üzrə qeydiyyata alınmışdır. Bununla bağlı Apellyasiya şurası ÜƏMT-nin “Madrid sistemi çərçivəsində beynəlxalq ərizələrin ekspertizası zamanı əmtəələrin və xidmətlərin təsnifləşdirilməsinə dair tövsiyələr”ini nəzərə alır. Tövsiyələrin 2.3-cü bəndinə əsasən, sinif başlıqları əmtəə və xidmətin aid olduğu fəaliyyət növünü ümumi olaraq göstərir. Tövsiyələrdə daha sonra qeyd edilir ki, Beynəlxalq büro beynəlxalq ərizədə Nitsa təsnifatındakı bütün sinif başlığının istifadə edilməsini mövcud tələblərin pozulması kimi qəbul etmir. Sinif başlıqlarının istifadə edilməsinə dair Beynəlxalq büronun yanaşması bəzi milli qurumların yanaşmasından fərqlənə bilər. Bəzi idarələr sinif başlığının göstərilməsinin kifayət qədər yetərli olmaması qənaətinə gələ bilər və mühafizə tələb edilən əmtəə və xidmətlərin konkret göstərilməsi tələb oluna bilər. Bundan başqa, razılığa gələn Tərəflər arasında Nitsa təsnifatının başlıqlarının tam və ya qismən istifadəsi ilə bağlı bu və ya digər sinif başlığının konkret hansı əmtəə və xidmətə aid olması ilə bağlı fikir ayrılığı ola bilər. Buna görədə cavabdeh qeyd etməyi zəruri hesab edir ki, hər bir işə fərdi yanaşılmalı və müqayisə edilən əmtəə və xidmətlərin həmcinsliyi və istehlakçıda çaşqınlıq yarada bilmə ehtimalı həmin sinfə aid konkret iddia olunan əmtəə və xidmətlərdən (sinif başlığında göstərilməyən, lakin ərizədə iddia edilən) asılı olaraq müəyyən edilməlidir. Odur ki, “VENTANA” əmtəə nişanının iddia edildiyi 05-ci sinif: “Tibbi, məqsədli diognostik məqsədləri üçün kimyəvi və biokimyəvi və bioloji preparatlar (Chemical, biochemical and biological preparations for medical diagnostic purposes)” əmtəələri ilə qarşı qoyulmuş “VENİTAN” əmtəə nişanının qeydiyyata alındığı 05-ci sinif (“əczaçılıq məhsulları”) əmtəələri həmcinsdir, bəzi hallarda isə bir-biri əlaqəlidir. Beləliklə “VENTANA” və qarşı qoyulmuş "VENİTAN” əmtəə nişanları üzrə 05-ci sinfə aid olan əmtəələrin üst-üstə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) üst- üstə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin biri-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. Qeyd olunanlara əsasən, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.1,29.6.2, 29.6.3, 29.6.4, 29.9.1 və 29.9.2-ci bəndlərini rəhbər tutaraq cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə cavabdehin etirazına dair yazılı münasibətində bildirmişdir ki, cavabdeh məhkəməni bilərəkdən qəsdən yanıltmaq məqsədilə "VENTANA" və "VENİTAN" sözlərinin "ven" və "tan” eyni hissəciklərdən ibarət olduğuna işarə edir. Halbuki “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydaları”nın 29.6.1, 29.6.2, 29.6.3 bəndlərində səslənmə hecalar üzrə "ven- ta-na" və "ve-ni-tan" kimi araşdırılmalıdır. Qaydaların 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır; 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Maddələr üzrə araşdırma apararkən "VENİTAN" əmtəə nişanın 608460 beynəlxalq qeydiyyatının 5-ci sinif "Əczaçılıq preparatları" ümumi başlıq adlandırır və 177752 saylı "VENTANA" əmtəə nişanının beynəlxalq qeydiyyatına qismən 05-ci sinif "Tibbi, məqsədli diaqnostik məqsədləri üçün kimyəvi və biokimyəvi və bioloji preparatlar"- əmtəələri həmcins adlandırır. Halbuki, umumi başlıq Sinif 05 əczaçılıq, baytarlıq və gigiena preparatları; tibbi məqsədlər üçün pəhriz maddələri, uşaq qidası; yara bandları, sarğı materialları; dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar, dezinfeksiyaedici vasitələr; ziyanverici heyvanları məhv etmək üçün preparatlar; fungisidlər, herbisidlər kimidir. Tibbi, məqsədli diaqnostik məqsədləri üçün kimyəvi və biokimyəvi və bioloji preparatlar"ın istehlakçıları, tibbi müəssisələrdir, apteklərdə deyil, xüsusi satış müəssisələri tərəfindən saatılır. "Əczaçılıq preparatları"ın istehlakçıları isə xəstələrdir və apteklərdə satılır. LEK, farmacevtska druzba d.d., şirkəti tibbi sahədə fəaliyyət göstərən şirkət olamaqla ona aid "VENİTAN" əmtəə nişanı 608460 saylı beynəlxalq qeydiyyatla 05-ci sinif "Əczaçılıq preparatları"əmtəələri üzrə qeydə alınmış və 05-ci sinif "Zahiri (xaricdən) istifadə üçün hel olmaqla terapevtik təyinatı venaların varikoz genişlənməsi” üçün dərman preparatlarında istifadə olunması araşdırılmasına qiymət verilməmişdir. Yəni, bu əmtəələrin istifadə və təyinat sahələri də oxşar deyil "Qaydalar"-ın 29.9.1. və 29.9.2 maddələrin əsasları pozulmur. Bu əmtəələr birbiri ilə əlaqədar deyildir. Bundan başqa, "İddiaçı" şirkəti "VENİTAN" əmtəə nişanına 608460 saylı beynəlxalq qeydiyyatın sahibi "LEK, farmacevtska druzba d.d.", şirkətinin razılıq məktubu təqdim edilir. xx.xx.2021-ci il tarixli razılıq məktubu ilə "LEK, farmacevtska druzba d.d.", (ünvan: Verovskova 57, Sİ-1526 Ljubljana (Sİ) şirkəti Azərbaycan Respublikasında lazımi qaydada 05-ci sinif: "Əczaçılıq preparatları-Pharmaceutical products" əmtəələri üzrə mühafizə olunan, "VENİTAN" -əmtəə nişanının 608460 beynəlxalq qeydiyyatının sahibi olaraq İddiaçı, Sandhofer Straße 116, 68305 Mannheim (DE) adına N9 ******* saylı beynəlxalq qeydiyyatla, "VENTANA" əmtəə nişanının 05 sinif: Tibbi diaqnostika məqsədləri üçün və patologiya sahəsində istifadə üçün kimyəvi, biokimyəvi və bioloji preparatlar- Chemical, biochemical and biological preparations for medical diagnostics purposes and for use in the field of patology.)" əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qeydiyyatına və istifadəsinə razılıq vermişdir. Azərbaycan Respublikası "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 15ci maddəsinə əsasən "Bu Qanunun 6-cı maddəsinin 1-ci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq oxşar əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə, Apellyasiya şurasında nəzərə alına bilər". Qeyd olunanlara əsasən iddiaçı etirazda qeyd olunanların əsassız olduğunu vurğulayaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki hazırlıq icraatı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin şfahi məhkəmə baxışı iclasında, cavabdehin nümayəndəsinin hazırlıq icraatı iclasında verdiyi izahatları dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli, A79-7/21 saylı qərarının verilməsinə əsas olmuş inzibati icraat materiallarının təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən tələb edilmişdir. Həmin icraat materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan Apelyasiya Şurasının A-797/21 saylı, 03 avqust 2021-ci il tarixli qərarına əsasən, iddiaçı (ərizəçi) İddiaçı şirkətinə məxsus ******* beynəlxalq qeydiyyat nömrəli “VENTANA" əmtəə nişanının 05-ci sinfin iddia edilən əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2021-ci il tarixli qərarına qarşı ərizəçinin nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunaraq, təmin edilməməsi qərara alınmışdır. Hazırki mübahisə üzrə iddiaçı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A79-7/21 2021-ci il 03 avqust 2020-ci il tarixli qərarını mübahisələndirərək onun ləğv edilməsi və "İddiaçı, Sandhofer Straße 116, 68305 Mannheim (DE) adına № ******* saylı beynəlxalq qeydiyyatla, "VENTANA" nişanının beynəlxalq qeydiyyatına 05-ci sinif:"Tibbi diaqnostika məqsədləri üçün və patologiya sahəsində istifadə üçün kimyəvi, biokimyəvi və bioloji preparatlar- (Chemical, biochemical and biological preparations for medical diagnostics purposes and for use in the field of patology)" əmtəələri üzrə tam mühafizə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət təşkilatı Beynəlxalq Büroya göndərilməsi barədə öhdəliyin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulmasını tələb edir . Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının etirazının təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı araşdırmanın nəticəsində müəyyən etmişdir ki, “VENTANA” əmtəə nişanı (1177752) xx.xx.2013-cü il tarixdə 01, 05, 09, 10 və 42-ci sinif əmtəələri və xidmətləri üzrə İddiaçı şirkəti adına beynəlxalq qeydiyyata alınmış və həmin qeydiyyat 02.04 2020-ci il tarixdə (2020/12 Gaz) Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Ekspertizanın xx.xx.2021 -ci il tarixli qərarı ilə “VENTANA” əmtəə nişanı 01, 09, 10 və 42-ci sinif əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmış, 05-ci sinif əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi Azərbaycan Respublikası ərazisində daha əvvəl LEK, farmacevtska druzba dd adına xx.xx.1993-cü il tarixdə 05-ci sinif “əczaçılıq məhsulları” əmtəələri üzrə qeydiyyata alınmış 608460 beynəlxalq qeydiyyat nömrəli “VENİTAN” əmtəə nişanına oxşar olması göstərilmişdir. Apellyasiya şurası etiraza baxılma prosesində qeyd etmişdir ki, nişanların oxşarlığını müəyyən etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.1-ci yarıınbəndınə əsasən: “Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir' 29 6 2-Cİ “Səs üzrə (fonetik) oxşarlıq”, 29.6.3-cü "Qrafiki (görünüşlü) oxşarlıq; 29.6.4-cü Məna etibarı ilə”. Qaydaların 29.9.1-ci yarımbəndinə əsasən, əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alaraq qərarı əsaslandırmağa çalışmışdır. Halbuki, Halbuki “Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydaları”nın 29.9.1-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Həmin Qaydaların 29.9.2-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Lakin qaydaların tələbi üzrə araşdırma aparılarkən müəyyən edilir ki, "VENİTAN" əmtəə nişanın 608460 beynəlxalq qeydiyyatının 5-ci sinif "Əczaçılıq preparatları" ümumi başlıq adlandırır və 177752 saylı "VENTANA" əmtəə nişanının beynəlxalq qeydiyyatına qismən 05-ci sinif "Tibbi, məqsədli diaqnostik məqsədləri üçün kimyəvi və biokimyəvi və bioloji preparatlar"- əmtəələri həmcins adlandırır. Halbuki, umumi başlıq Sinif 05 - əczaçılıq, baytarlıq və gigiena preparatları; tibbi məqsədlər üçün pəhriz maddələri, uşaq qidası; yara bandları, sarğı materialları; dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar, dezinfeksiyaedici vasitələr; ziyanverici heyvanları məhv etmək üçün preparatlar; fungisidlər, herbisidlər kimidir. Həmçinin araşdırma zamanı müəyyən edilir ki, hər iki məhsulun istifadə təyinatı da fərqlidir. Belə ki, “Tibb üçün diaqnostik məqsədlərə görə kimyəvi və biokimyəvi və bioloji preparatlar"ın istehlakçıları, apteklər deyil, tibbi müəssisələr hesab edilir. "Əczaçılıq preparatları"ın istehlakçıları isə xəstələrdir və apteklərdə satılır. Odur ki, LEK, farmacevtska druzba d.d., şirkəti tibbi sahədə fəaliyyət göstərən şirkət olamaqla ona aid "VENİTAN" əmtəə nişanı 608460 saylı beynəlxalq qeydiyyatla 05-ci sinif "Əczaçılıq preparatları"əmtəələri üzrə qeydə alınmış və 05-ci sinif "Zahiri (xaricdən) istifadə üçün hel olmaqla terapevtik təyinatı venaların varikoz genişlənməsi” üçün dərman preparatlarında istifadə olunması araşdırılmasına qiymət verilməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı, "İddiaçı" şirkəti "VENİTAN" əmtəə nişanına 608460 saylı beynəlxalq qeydiyyatın sahibi "LEK, farmacevtska druzba d.d.", şirkətinin razılıq məktubunun da olduğu müəyyən edilmişdir. Sözügedən xx.xx.2021-ci il tarixli razılıq məktubu əsasında "LEK, farmacevtska druzba d.d.", (ünvan: Verovskova 57, Sİ-1526 Ljubljana (Sİ) şirkəti Azərbaycan Respublikasında lazımi qaydada 05-ci sinif: "Əczaçılıq preparatları-Pharmaceutical products" əmtəələri üzrə mühafizə olunan, "VENİTAN" -əmtəə nişanının 608460 beynəlxalq qeydiyyatının sahibi olaraq İddiaçı, Sandhofer Straße 116, 68305 Mannheim (DE) adına N9 ******* saylı beynəlxalq qeydiyyatla, "VENTANA" əmtəə nişanının 05 sinif: Tibbi diaqnostika məqsədləri üçün və patologiya sahəsində istifadə üçün kimyəvi, biokimyəvi və bioloji preparatlar- Chemical, biochemical and biological preparations for medical diagnostics purposes and for use in the field of patology.)" əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qeydiyyatına və istifadəsinə razılıq vermişdir. Qanunvericiliyin tələblərinə əsasən eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Hazırki iş üzrə məhkəmə tərəfindən müqayisə edilən əmtəə nişanlarının eyni olmamaqla yanaşı, qarışdırılacaq dərəcədə bənzər olmadığı da müəyyən edilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir”. Həmin Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir. Həmin Qanunun 6-cı maddəsinin (a) bəndinə əsasən Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları əmtəə nişanı kimi qeydə alınmır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.6.1-ci maddəsinə əsasən sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: Qaydaların 29.6.2-ci maddəsinə əsasən səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. Qaydaların 29.6.3-cü maddəsinə əsasən Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). Qaydaların 29.6.4-cü maddəsinə əsasən məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. Qaydaların 29.9.1-ci maddəsinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Qaydaların 29.9.2-ci maddəsinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğunda təmin edilməli, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A79-7/21 2021-ci il 03 avqust 2020-ci il tarixli qərarı ləğv edilməli və "İddiaçı, Sandhofer Straße 116, 68305 Mannheim (DE) adına № ******* saylı beynəlxalq qeydiyyatla, "VENTANA" nişanının beynəlxalq qeydiyyatına 05-ci sinif:"Tibbi diaqnostika məqsədləri üçün və patologiya sahəsində istifadə üçün kimyəvi, biokimyəvi və bioloji preparatlar- (Chemical, biochemical and biological preparations for medical diagnostics purposes and for use in the field of patology)" əmtəələri üzrə tam mühafizə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət təşkilatı Beynəlxalq Büroya göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A79- 7/21 2021-ci il 03 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin, "İddiaçı, Sandhofer Straße 116, 68305 Mannheim (DE) adına № ******* saylı beynəlxalq qeydiyyatla, "VENTANA" nişanının beynəlxalq qeydiyyatına 05-ci sinif:"Tibbi diaqnostika məqsədləri üçün və patologiya sahəsində istifadə üçün kimyəvi, biokimyəvi və bioloji preparatlar- (Chemical, biochemical and biological preparations for medical diagnostics purposes and for use in the field of patology)" əmtəələri üzrə tam mühafizə verilməsi ilə bağlı son qərarın Ümumdünya Əqli Mülkiyyət təşkilatı Beynəlxalq Büroya göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3728/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3728/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver