Məhkəmə qərarları › İş №2-1(112)-3734/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3734/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3734/2020 30.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Yeni Azərbaycan Partiyasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın qismən ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Yeni Azərbaycan Partiyası cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Səbail rayonu Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş yeni avtomobil yolunun kənarında yerləşən torpaq sahəsinin yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Yeni Azərbaycan Partiyasının istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 2014-cü il tarixli 196 saylı sərəncamının birinci bəndindəki “icarə əsasında” sözlərinin və sərəncamın 3-cü bəndinin, həmin sərəncamın qəbul edildiyi andan ləğv edilməsi və qeyd olunan 7000 kv. metrlik torpaq sahəsinin hüquqi rejiminin iddiaçı, Yeni Azərbaycan Partiyasının daimi istifadə hüququ asəsında müəyyən edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Yeni Azərbaycan Partiyasının etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Yeni Azərbaycan Partiyasının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı Yeni Azərbaycan Partiyasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın qismən ləğv edilməsi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar