Məhkəmə qərarları › İş №2-1(112)-3735/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3735/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3735/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncama dəyişiklik edilərək mənzil növbəsinə alınma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısının birinci müavinin 05 aprel 2021-ci il tarixli 1-1/47 saylı sərəncamını dəyişdirərək bacısı ilə onun 2015-ci ildə mənzil növbəsinə qəbul edilmələri barədə müraciəti nəzərə alınmaqla həmin tarixdən imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmələrinin sərəncamda göstərilməsi barədə sərəncam verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun bacısı X11 10 iyul 1992-ci il tarixdə, o isə xx xxxx 1994-cü il tarixdə doğulmuşlar. X3 17 may 1994-cü il tarixdə Gədəbəy rayonunun İvanovka kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı gedən döyüşlərdə şəhid olmuş və onlara şəhid ailəsi statusu verilmişdir. Ümummilli X7 bacısına təqdim etdiyi açıqcalar vardır. 1996cı ildən ünvan 1 ünvanda o və bacısı müvəqqəti yaşamaqla orada qeydiyyatdadırlar. Qeydiyyatda olduqları evin sahibi onlarla heç bir qohumluq əlaqəsində deyil və onlara aid heç bir öhdəlikdə deyil. Hazırda evin mülkiyyətçisi evini satmaq niyyətindədir və bacısı ilə o, mənzili tərk etməlidirlər. Onların nəinki daimi yaşamağa, ümumiyyətlə yaşamağa yaşayış sahələri yoxdur. Onların yaşayış sahəsinə ehtiyacları olduğundan 1998-cı ildə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, müraciətləri Bakı şəhəri Cavabdehnə göndərilərək onların ailəsinin torpaq sahəsi ilə təmin olunmaları barədə göstəriş verilmişdir. Onun ailəsi torpaq sahəsi ilə təmin edilməsi üçün növbəyə götürülmüş, sonra isə sənədlər yoxa çıxmışdır. Həmin vaxtdan dəfələrlə Bakı şəhəri Cavabdehnə müraciət etsələr də, nəticəsi olmamış, ailələri nə torpaq sahəsi ilə, nə də yaşayış sahəsi ilə təmin edilməmişdir. Nizami rayonu icra hakimiyyəti hər dəfə imtinada onlara qeydiyyatda olduqları evin sahəsi 58.0 kv.m olduğunu qeyd etmişdir, göründüyü kimi, cavabdeh sadəcə formallığa üstünlük verərək onun müraciətinə imtina cavabının dəlillərini yaşayış sahəsinin həcmi üzərində əsaslandırmışdır. Onlar Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə o və bacısının 23 yaşları tamam olmadan 2015-ci ildə Cavabdehnə müraciət etdikləri ərizə əsasında ev növbəsinə alınmaları barədə 29.09.2020-ci ildə müsbət qərar vermiş və indiyə qədər növbəyə alınmamalarını əsassız hesab etmişdir. Bakı şəhəri Cavabdeh başçısının birinci müavini 05 aprel 2021-ci il tarixli 1-1/47 saylı sərəncamı ilə Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2-1(112)-3188/2020-ci saylı qərarı və 2015-ci il onların ərizələri əsasında, İnzibati icraat komissiyasının 30 mart 2021-ci il tarixli 01 saylı qərarı nəzərə alınmaqla o və bacısı yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmiş, lakin onların ev növbəsinə alınmaları barədə verilən sərəncamda 2015-ci ilin ərizəsi əsasında onların ev növbəsinə alınmaları qeyd edilməmişdir. Onlar bu sərəncamla 2025-ci ilə qədər mənzillə təmin olunmalarını gözləməlidirlər, o zaman bacısının 33, onun isə 31 yaşı tamam olacaq. Bu səbəbdən bacısı ilə o, Sosial Xidmətlər Agentliyinə müraciət edib vəziyyətlərini nəzərə alaraq növbədən kənar yaşayış sahəsi ilə təmin edilmələrini xahiş etsələr də, Agentlik Bakı şəhəri Cavabdeh 05 aprel 2021-ci il tarixli 1-1 /47 saylı sərəncamında onların 2015-ci ilin ərizəsi əsasında növbəyə alınmaları göstərilmədiyi üçün həmin quruma müraciət etmələrini tövsiyə etmişdir. Onların Bakı şəhəri Cavabdehnə müraciətləri isə təmin edilməmişdir. Bu səbəbdən bacısı və o, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 05 iyun 2015-ci il tarixli, İ-19 saylı məktubun təsdiq edilmiş surətində qeyd olunur: Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış ərizəniz baxılması üçün Nizamı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bir daha bildiririk kı, 5 nəfər ailə tərkibi ilə (özünüz, ananız, 2 bacınız, ögey atanız) 1996-cı ildən daimi qeydiyyatla yaşadığınız 4 otaqlı mənzilin yaşayış sahəsi (58.0 kv.m) müəyyən edilmiş uçot normasından artıq olduğundan 01.10.2009-cu il tarixədək qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən mənzil növbəsinə dayanmağınız üçun hüquqi əsas olmayıb. Həmin tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 №-li Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası və müvafiq uçot normaları müəyyən edildikdən sonra hüququnuz yaranarsa mənzil növbəsinə qəbul edilmənizlə bağlı məsələyə baxılacaqdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 28.02.2022-ci il tarixli, 11-13/126 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Cavabdeh başçısının «Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2-1(112)- 3188/2020 nömrəli qərarının və İnzibati icraat komissiyasının 30 mart 2021-ci il tarixli, 01 saylı qərarının icrasının təmin edilməsi haqqında» 05 aprel 2021-ci il tarixli 1-1/47 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2-1(112)-3188/2020 №-li qərarı və İnzibati icraat komissiyasının 30 mart 2021-ci il tarixli, 01 saylı qərarı əsas tutularaq Qarabağ müharibəsində şəhid olmuş X12 oğlu İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, bacısı) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli 2- 1(112)-3188/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə qəbul edilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, məhkəmənin hazırki qərardakı hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 286/2008 saylı 18 yanvar 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X9 Nizami rayon ƏSMM-nin və Şəmkir rayon hərbi komissarlığının vəzifəli şəxslərinin hərəkətlərindən şikayət ərizəsi qismən təmin olunmuş, Şəmkir rayon Hərbi Komissarlığının 13 noyabr 2007-ci il tarixli 1694 nömrəli məktubunun etibarsız hesab edilməsi, X10 şəhid statusunun bərpa olunması, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 22.01.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildiririk ki, X2 X19 X1 şəhid olması ilə əlaqədar Sizin (FİN xxxxxxx) 01.01.2007-ci il tarixdən 30.06.2017-ci il tarixədək, X6 (FİN 4UDMG5Y) isə 01.07.2007-ci tarixdən 30.06.2015-ci tarixədək şəhid ailəsinin üzvü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alması barədə məlumatlar öz əksini tapmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 07.05.2018-ci il tarixli 2(103)- 1735/2007 saylı qətnaməsinin surətindən görünür ki, maraqlı şəxs Nizami rayon ƏSMMnin apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 18586745 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən (əslinə baxış keçirildi) görünür ki, X13 10.07.1992-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Şəmkir rayonu VVAQ şöbəsi tərəfindən 28.07.1992-ci il tarixdə verilmiş XVİİ-JQ seriyalı 290109 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X13 10.07.1992-cü il tarixdə Şəmkir rayonunda doğulmuşdur. X5, anası X14r. İş materiallarında olan Şəmkir rayonu VVADQ şöbəsi tərəfindən 07.09.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 817018 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunda doğulmuşdur. X5, anası X14r. İş materiallarında olan Şəmkir rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 15.06.1994cü il tarixli İİ-JQ seriyalı 431955 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X17 17 may 1994-cü il tarixdə Gədəbəy rayonunun İvanovka kəndində ölmüşdür. Ölümün səbəbi: Vətənin müdafiəsi zamanı həlak olub. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 18 mart 2021-ci il tarixli, İ-22-068 saylı məktubun surətindən görünür ki, 5 aprel 2021-ci il tarixli 1- 1/47 №-li sərəncamla imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 5-ci maddəsinə əsasən şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-286/2008 saylı 18 yanvar 2008-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X9 Nizami rayon ƏSMM-nin və Şəmkir rayon hərbi komissarlığının vəzifəli şəxslərinin hərəkətlərindən şikayət ərizəsi qismən təmin olunmuş, Şəmkir rayon Hərbi Komissarlığının 13 noyabr 2007-ci il tarixli 1694 nömrəli məktubunun etibarsız hesab edilməsi, X10 şəhid statusunun bərpa olunması, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.05.2018-ci il tarixli 2(103)-1735/2007 saylı qətnaməsinə əsasən maraqlı şəxs Nizami rayon ƏSMM-nin apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, iddiaçının X5 şəhid olmuşdur. İddiaçı xx.xx.1994-cü il tarixdə doğulmuşdur. İddiaçı şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi üçün hələ 2015-ci ildə cavabdehə müraciət etsə də, cavabdeh 05 iyun 2015-ci il tarixli, İ-19 saylı məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli 2-1(112)-3188/2020 saylı qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə qəbul edilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, məhkəmənin hazırki qərardakı hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, iddiaçının atası 17.05.1994-cü ildə şəhid olduğundan bundan bir ay sonra, yəni xx.xx.1994-cü ildə doğulmuş iddiaçı da 23 yaşına çatana qədər (ali təhsil məktəblərində təhsil aldığı üçün) şəhid ailəsi statusuna malik olmuş, lakin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1993-cü ildə qəbul edilməsinə və həmin Qanunla şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməli olmasına baxmayaraq, ötən müddət ərzində güzəştli mənzil növbəsinə götürülməmiş və mənzillə təmin edilməmiş, ondan asılı olmayan səbəbdən mənzillə təmin edilmədiyi üçün iddiaçının şəhid ailəsi kimi mənzillə təmin edilməsi hüququ pozulmuş, bu səbəbdən də hazırda mənzillə təmin edilməyə ehtiyacı olan şəxs olaraq qalmışdır. Bakı şəhəri Cavabdeh başçısının 05 aprel 2021-ci il tarixli 1-1/47 saylı sərəncamına əsasən Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2-1(112)-3188/2020 №-li qərarı və İnzibati icraat komissiyasının 30 mart 2021-ci il tarixli, 01 saylı qərarı əsas tutularaq Qarabağ müharibəsində şəhid olmuş X12 oğlu İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, bacısı) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi qərara alınmışdır. Lakin iddiaçının mənzilə növbəsinə götürülməsi ilə əlaqədar 2015-ci ildən müraciət etməsinə baxmayaraq, qeyd olunan sərəncamda bu, göstərilməmişdir. Göründüyü kimi iddiaçının mənzil növbəsinə götürülməsi barədə 2015-ci ildə cavabdeh orqana müraciət etməsinə baxmayaraq, onun müraciəti yalnız Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2-1(112)-3188/2020 №-li qərarına əsasən cavabdeh tərəfindən 05.04.2021-ci il tarixdə təmin edilmişdir və həmin tarixdən şəhid ailəsinin üzvü kimi 2 nəfər ailə tərkibi ilə (özü, bacısı) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Halbuki iddiaçı bu barədə cavabdehə müraciət etdiyi tarixdən mənzil növbəsinə götürülməli olduğu halda cavabdeh tərəfindən heç bir əsas gətirilmədən tələbi təmin edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, bacısı) yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul edilməsi 2015-ci ildən hesab edilməklə cavabdeh Bakı şəhəri Cavabdeh başçısının 05 aprel 2021-ci il tarixli 1-1/47 nömrəli sərəncamı dəyişdirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar