Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3735/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sürücülük hüquqlarının məhdudlaşdırılması və sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina edilməsinə görə 2019-cu ildən 2023-cü ilə qədər məhrum olduğu 50.000 manat məbləğində pul vəsaitinin, qeydiyyat nişanı 90MX294 olan “MERCEDES E220 CDİ” minik avtomobilinə dəymiş zərər kimi 14873.45 manat məbləğində pul vəsaitinin, qeydiyyat nişanı 10ZG849 olan “SZAP 9327” markalı yarımqoşquya dəymiş zərər üçün 4820 manat məbləğində pul vəsaitinin, qeydiyyat nişanı 10VP398 olan “RENAULT RVİ F BA02A7” yük avtomobilinə dəymiş zərər kimi 8410 manat məbləğində pul vəsaitinin, qeydiyyat nişanı ** MM *** olan “Zil 130 76” minik avtomobilinə dəymiş zərər kimi 4620 manat məbləğində pul vəsaitinin, xx.xx.2019-cü il tarixdə ödədiyi 80 manat pul vəsaitinin, ümumilikdə maddi ziyana görə 82853.45 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi və sürücülük vəsiqəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(112)-10970/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “zərərin ödənilməsi” tələbləri üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli təqib nəticəsində, xx.xx.2022-ci ildə qanuna zidd olaraq 10VP398 nömrə nişanlı “Renault” markalı ** ZG *** nömrə nişanlı yarımqoşqulu əmlakının qərar təqdim etmədən 18 saylı duracaqda 3 gün saxlanması nəticəsində 1000 manat zərərin ödənməsi (həmin zaman GMS firmasının köçürülməsi üçün yük daşıma xidməti göstərirdi), 64 manat ödədiyi pul vəsaitinin geri qaytarılması, xx.xx.2020-ci il tarixində ona saxlanma barədə qərar təqdim etməyərək 18 saylı duracaqda zərər çəkmiş, dörd təkəri yararsız vəziyyətə düşüb, təzə aldığı akkumulyator batareykası sıradan çıxıb, açıq havada qalaraq kosmetik zərər almış 10XT873 dövlət nömrə nişanlı “Qaz 3110” markalı əmlakının yararlı vəziyyətə salınaraq özünə qaytarılması, 7-8 min manat zərərin ödənilməsi, 6-7 il əsassız olaraq mənəvi əzablara görə 10.000 manat pul vəsaitinin ona ödənilməsi” barədə iddia tələbi və İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı “Asan Xidmət mərkəzində sürücülük vəsiqənin dəyişdirilməsi üçün yaradılmış suni maneənin aradan qaldırılması” barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır. İddiaçının hazırki iş üzrə iddia tələbi “xx.xx.2021-ci il tarixli təqib nəticəsində, xx.xx.2022-ci ildə qanuna zidd olaraq 10VP398 nömrə nişanlı “Renault” markalı 10ZG849 nömrə nişanlı yarımqoşqulu əmlakının qərar təqdim etmədən 18 saylı duracaqda 3 gün saxlanması nəticəsində 1000 manat zərərin ödənməsi (həmin zaman GMS firmasının köçürülməsi üçün yük daşıma xidməti göstərirdi), 64 manat ödədiyi pul vəsaitinin geri qaytarılması, xx.xx.2020-ci il tarixində ona saxlanma barədə qərar təqdim etməyərək 18 saylı duracaqda zərər çəkmiş, dörd təkəri yararsız vəziyyətə düşüb, təzə aldığı akkumulyator batareykası sıradan çıxıb, açıq havada qalaraq kosmetik zərər almış 10XT873 dövlət nömrə nişanlı “Qaz 3110” markalı əmlakının yararlı vəziyyətə salınaraq özünə qaytarılması, 7-8 min manat zərərin ödənilməsi, 6-7 il əsassız olaraq mənəvi əzablara görə 10.000 manat pul vəsaitinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ndən ibarətdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək sürücülük hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılması və sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina edilməsinə görə əmək hüququnun pozulması nəticəsində 2019-2023-cü illərdə qazancdan mərhum edildiyinə görə 50.000 manat, 5 ədəd əmlakı istifadəsiz qaldığı üçün zərərə uğramış hissələrinə xərclədiyi pulun - 90MX294 qeydiyyat nişanlı, MERCEDES E220 CDİ MİNİK markalı nəqliyyat vasitəsi üçün zərərə görə 14873.45 manat, 10ZG849 qeydiyyat nişanlı, SZAP 9327 YARİMQOŞQU markalı nəqliyyat vasitəsi üçün zərərə görə 4820 manat, 10VP398 qeydiyyat nişanlı, RENAULT RVİ F BA02A7 YÜK markalı nəqliyyat vasitəsi üçün zərərə görə 8410 manat, 10MM796 qeydiyyat nişanlı Zil13076 markalı yük nəqliyyat vasitəsi üçün zərərə görə 4620 manat, xx.xx.2019-cu ildə 80 manat ödədiyi pul vəsaiti də əlavə edilməklə, cəmi əmək və əmlak zərərinə görə 82853.45 manat, mənəvi zərərə görə 10.000 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əmək və əmlak hüquqları pozulmuş, ona fiziki, maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, AR İXM-nin 125.8-ci maddəsinin tələbinə görə inzibati xəta haqqinda elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz. Lakin iddiaçıya məxsus olan 10VP398 dövlət nömrə nişanlı "Renault" markalı yarımqoşqu nəqliyyat vasitəsi qanunsuz saxlanılaraq Binəqədi rayonunda yerləşən duracağa aparılmışdır. Onu 2-3 saat saxlayaraq fiziki, mənəvi, maddi, əmək, əmlak zərəri verən şəxslər barəsində 102 xidmətinə müraciət etmiş, qanunsuz əməl nümayiş etdirən polis əməkdaşları ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin vəzifəli şəxsləri növbəti dəfə də iddiaçının nəqliyyat vasitəsini qanunsuz olaraq xx.xx.2022-ci il tarixində Qaradağ ərazisində yerləşən siqnal idarəsinin 18 saylı cərimə meydançasında 3 gün saxlayaraq qanuna zidd olaraq 64 manat məbləğində pulunu iddiaçıdan almışlar. xx.xx.2022-ci il saat 16:30:03-də ödənişi etməsinə baxmayaraq, nəqliyyat vasitəsini buraxmayaraq iddiaçıya yenidən əmlak, əmək, maddi, mənəvi, fiziki zərər vurulmuşdur. Bunun üçün iddiaçıya saxlanma barədə AR İXM-sinin 96.1.6.-cı maddəsinin tələblərinə uyğun olaraq yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı təqdim edilməmişdir. Həmçinin iddiaçıya məxsus 10XT873 dövlət nömrə nişanlı "Qaz 3110" markalı avtomobili xx.xx.2020-ci il tarixindən qanunsuz olaraq YPX-nin inspektorları tərəfindən müsadirə olunmuş və Səbail rayon ərazisində veloparkın yaxınlığında siqnal idarəsinin dayanacağına aparılmışdır. Barəsində heç bir hüquqi əsas olmadan AR İXM 529.3-cü maddəsi üzrə işin məhkəməyə göndərilməsi qanuna zidd əməldir. İddiaçı bununla bağlı DİN-nə yazılı müraciəti BDYPİdə araşdırılarkən xx.xx.2020-ci il tarixli №016-81335R-3220 saylı məktubunda dörd ədəd protokol əsasında saxlandığı bildirilmişdir. Həmin protokollar AR İXM-nin müvafiq maddələri ilə öz təsdiqini tapmadıgından buna əsasən nəqliyyat vasitəsinin əlindən alınması hüquqlarını pozmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin 15 yanvar 2019-cu il tarixli, 3(009)-51/2019 saylı qərarı ilə sürücülük hüquqları 6 ay müddətinə məhdudlaşdırılmış, lakin xx.xx.2022-ci ildə iddiaçının məhkəməyə vəsatəti üzrə xitam verilmişdir. Buna baxmayaraq bu xitam qərarları DİN BDYPİ-si tərəfindən icra edilməmişdir. E-kabinetdə heç bir hüquqi əsas olmadan saxlanaraq qanuna zidd pul tələbi dayandırılmamışdır. “QAZ 3110” markalı 10XT873 nömrə nişanlı nəqliyyat vasitəsinin saxlanmasında DİN BDYPİ-si inzibati xəta haqqında protokola (№MMX 6683968, tərtib edilmə vaxtı xx.xx.2018-ci il, qərarın tarixi xx.xx.2018-ci il) istinad edir. Bu qeyd edilənə nəzər saldıqda, AR İXM 122.1., 122.5.,38.6-cı maddəsinin tələbi pozulub. Nəqliyyat vasitəsinin saxlanması barədə qərar (xx.xx.2018-ci il) AR İXM 96.1.6-cı maddəsinə əsasən 2 ay müddətində icra edilməməsinə görə yaranır. Məcəllənin bu tələbi də pozulmuşdur. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İddiaçı qeyd edir ki, sürücülük hüquqlarının məhdudlaşdırılmasını əsas göstərərək cavabdehin sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina edilməsi nəticəsində onun əmək və əmlaklarından istifadə hüquqları pozulmuşdur. Belə ki, qeydiyyat nömrəsi 10MM796 markası Zil13076 yük, qeydiyyat tarixi xx/xx/2004 olan nəqliyyat vasitəsini əldə etmək üçün pul vəsaiti xərcləmiş, o, istifadəsiz qalaraq yararsız vəziyyətə düşmüşdür. Belə ki, 6 ədəd işçi+1 ədəd ehtiyyat təkərlərinin bazar qiymətlərinə görə birinin qiyməti 450-500 manatdır. Bu da 7x500=3500 manat. Akkumulyator batareykası istifadə olunmadıgından istismar müddətindən əvvəl sıradan çıxmış, satış qiyməti 200-250 manatdır. Mühərrik yağı yararsız vəziyyətə düşmüş, bazar qiymətinə görə 8 L yağ 150 manata təklif olunur. Sürətlər qutusunun və arxa körpü üçün yag 200 manata təklif olunur. Soyutma sisteminin maye tutumu 29 litrdir. Bazarda həmin antfriz adlanan mayenin 1L qiyməti 15- 20 manata təklif olunur. Bu da təxminən 350-400 manat məbləğində zərər təşkil edir. Alışma şamları 8 ədəd, 1 ədədi 10-15 manata təklif olunur. Təmir xərcləri 200 manat təşkil edir. Səsboğucu boruların, qazanın, çıxış borusunun dəyişdirilməsi üçün 120 manat pul tələb olunur. Həmin sözü gedən yük avtomobilini idarə edərək öz dolanışığını təmin etməyə çalışırdı (Bəzi firmalarda işlədiyini təsdiq edən yük daşıma qaimələrinin sürətlərini təqdim edir). Bəzən öz işlərini və qohum-əqraba üçün istifadə edirdi. Lakin sürücülük hüquqlarının məhdudlaşdırılmasına və müddəti bitdiyi üçün dəyişdirilməsindən cavabdehin imtina etməsinə görə əmlakdan istifadə hüququ pozulmuşdur. Həmçinin də qeydiyyat nömrəsi 10XT873, markası “QAZ 3110” minik nəqliyyat vasitəsini almaqdan ötrü xaricə getmək üçün pasport alınmasına 50 manat pul ödəmişdir. Rusiya Federasiyasının mərkəzi Moskva şəhərinə təyyarə bileti alaraq 180 manat məbləğində pul xərcləmişdir. Həmin əmlakın alınması üçün 3500 ABŞ dolları müqabilində alqı-satqı sövdələşməsi baş tutmuşdur. 2500 km yol idarə edərək, Moskva- Bakı səfərini başa çatdırmaq üçün, 500 dollar miqdarında yanacaq və digər ehtiyac meyarlarına pul xərcləmiş, gömrük rüsumu ödəmişdir. BDYPİ-də qeydiyyat üçün pul xərcləmişdir. Həmin əmlakına 4 ədəd təkər almış, onlar istifadəsiz qaldığı üçün yararsız vəziyyətə düşmüş, onların bazarda 1 ədədinin satış qiyməti 130-150 manatdır. 4 təkər 600 manat edir, dəyişdirilib vurulması 40 manat, alınıb həmin yerə aparılması 40 manat xərc tələb edir. İstifadəsiz qalan avtomobilin mühərrik yağı dəyişdirilməlidir, bazarda qiyməti 140-150 manatdır. Alışma şamlarının 1 ədədi bazarda 10-15 manata təklif edilir. “QAZ 3110” markalı avtomobilin mühərriki 4 ədəd alışdırma şamıyla təchiz olunub, bu da cəmi 60 manat qiymətləndirilir, servis xidməti 15 manat tələb olunur. Soyutma sisteminin "Antifriz" maye tutumu 12 lt miqdarındadır, bazarda 1 lt qiyməti 15-20 manatdır, bu da cəmi 240 manat edir, servis xərci 20 manat təşkil edir. Sürətlər qutusunun və arxa körpünün yağları 5 litr dəyişdirilib yenilənməsi üçün 150 manat pul vəsaiti tələb olunur. Akkumulyator batareykası bazarda 150-200 manata təklif olunur, bu avtomobil 4 ədəd amartizatorla təchiz edilib. Səs boğucunun boruları, qabaq qazan, orta boru, orta qazan, arxa qabaq qazan, boru, arxa orta qazan, boru, arxa böyük qazanın yenilənib istismara yararlı vəziyyətə gətirilməsi üçün 200 manat pul vəsait tələb olunur. Bunun yenilənməsi üçün 300 manat pul vəsaiti tələb olunur. “QAZ 3110” markalı avtomobili girov saxlanıldığı üçün iddiaçıya 1975 manat miqdarında zərər dəymişdir. Qızmar günəş altında 30 aydan çox qanuna zidd olaraq 18 saylı siqnal idarəsinin mühafizə olunan duracağında saxlanması nəticəsində kosmetik zərərə və korroziyaya uğraması nəticəsində 1500 manat zərər müəyyən edilmişdir. Beləliklə də iddiaçı cəmi 8475 manat zərərin və əmlakının özünə qaytarılmasını təmin edilməsini xahiş etmişdir. Yük avtomobili üçün isə 2 qabaq təkərə görə 1200 manat, arxa körpünün təkərlərinə görə 2000 min manat pul xərcləmişdir. “Renault” markalı həmin yük maşınının arxa resorları 2 ədəd hava yastıqları ilə təchiz edilib, bunların alınıb dəyişdirilməsi üçün 500 manat pul vəsaiti tələb edilir. 4 ədəd amartizatorla təchiz edilib, bunların da yenilənməsi üçün 800 manat pul tələb edilir. Avtomobilə təzə aldığı akkumulyator batereykası oğurlanmış, həmin hadisə barədə 102 xidmətinə zəng vurub xəbər vermiş, Səbail rayon polis bölməsində hadisə ilə bağlı axtarış aparılaraq öz təsdiqini tapmış, lakin 500 manat zərər ona ödənilməmişdir. Sürücülük hüquqlarının məhdudlaşdırılması və sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina oluduğu üçün istifadə hüquqları pozulmuşdur. İstifadəsiz qalan avtomobilin akkumulyator batareykaları sıradan çıxmış, 1 ədədinin bazarda satış qiyməti 500 manata təklif olunur, odur ki, 1000 manat akkumulyator batareykası üçün, 10 manat nəqliyyat xərci, 10 manat dəyişdirilməsi üçün pul tələb olunur. İstifadəsiz qalan mühərrik yağı dəyişdirilməli, 25 litr yağ tələb olunur, bazarda 250-300 manata təklif olunur. Yağ filtrləri 2 ədəd 40 manat, yağın dəyişdirilməsi üçün 20 manat xərc tələb olunur. Sürətlər qutusunun və arxa körpünün yağ həcmi 30 litr yağ tövsiyə edilir, bu yağlar bazarda 300-350 manata təklif olunur, yağ dəyişmə üçün 30 manat pul tələb olunur. Soyutma sistemi 30 litr həcmindədir, “Antifriz” mayesi üçün 350-400 manat pul tələb edilir. 5 il müddətində texniki baxış üçün xərclədiyi 500 manat pul vəsaiti də istifadə edə bilmədiyi üçün alınıb iddiaçıya ödənilməlidir. Həmçinin sığorta ödənişləri də 5 il müddətində istifadə edə bilmədiyi üçün 1250 manat zərərdə alınıb ona ödənilməlidir. Hər il sığorta ödənişinə 250 manat pul ödəmişdir. Sürücülük hüquqlarının məhdudlaşdırılmasına və dəyişdirilməsindən imtina edilməsinə görə ona əmlakına xərclədiyi 8410 manat zərər dəymişdir. Bundan əlavə qeydiyyat nişanı 10ZG849, SZAP 9327 YARİMQOŞQU üçün 8 ədəd şinlərdə istifadə edə bilmədiyinə görə istismar müddəti qısalmış, bunların bir ədədinin qiyməti bazarda 450 manata təklif olunur, 6 ədədə 2700 manat, iki ədəd təkər Rusiya Federasiyasının şinləridir, 1 ədədinin satış qiyməti 450-500 manata təklif olunur, x2 ədəd =1000 manat, sökülüb üstünə vurulması 15 AZN-dir x 8 ədəd =120 manat, bazardan alınıb gətirilməsi üçün nəqliyyat xərci 30 manat, yük platformasına vurduğu 12 ədəd 18-lik dikt 1 ədədi 35 AZN, x 12 ədədə = 420 manat, sökülüb yenilənməsi üçün 100 manat vəsait tələb olunur. Bunun üçün də texniki baxışa xərclədiyi 300 manat, sığorta ödənişləri üçün 150 manat olmaqla, cəmi 4820 manat zərərin ödənilməsi təmin edilməlidir. Qeydiyyat nişanı 90MX 294, MERCEDES E220 CDİ MİNİK markalı avtomobili Gürcüstan Respublikasından 8 min ABŞ dollarına alıb gətirmiş, bunun üçün xarici pasporta 50 manat ödəyərək almış, 2 gün əziyyət çəkmiş, gömrük üçün 3565.45 manat, DİN BDYPİ-də qeydiyyat üçün, avtomobilin pasportunun tərcümə-təsdiq edilməsi üçün xeyli miqdarda pul ödəmişdir. Həmin avtomobilin saz saxlanması üçün 4 ədəd təkərə xərclədiyi 700 manat, akkumulyator batareykasına xərclədiyi 300 manat pul vəsait istifadə hüquqlarının pozulması nəticəsində ziyan olmuş, 4 ədəd amartizatora görə 600 manat, yağ filtrinin dəyişməsinə 200 manat, soyutma sisteminin mayesinin dəyişdirilməsi üçün 300 manat, sürətlər qutusunun yağına 400 manat, arxa körpü 150 manat, tormoz mayesinin yenilənməsi 100 manat, səs boğucunun dəyişdirilməsinə 500 manat, cəmi 14873.45 manat zərərin ödənilməsini tələb edir. Bu avtomobilin qanuna zidd olaraq texniki baxışdan keçirilməsi və alqı-satqısının edilməsinə suni maneə yaradan cavabdeh iddiaçının əmlakdan istifadə hüquqlarını pozmaqda davam edir. İddiaçı hesab edir ki, əmlaklarından istifadə hüquqlarına süni maneənin yaradılması, qazancının zorla əlindən alınması onun əmək hüququnun da pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya etirazın tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən sərəncam icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 3(009)-801/2018 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati icraata xitam verilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 016-69822R-3222 saylı məktubu ilə bildirilmişdir ki, 2017-ci ildən 2019-cu ilədək «QAZ-3110» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntularına yol verilməsi halları üzrə foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə başlanılmış inzibati xəta haqqında işlər üzrə qərarlar qəbul olunmuşdur. Həmin qərarlar qanunvericiliklə müəyyən edilmiş müddətdə icra olunmadığından, Məcəllənin 150.11-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilmiş, bununla yanaşı Məcəllənin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ Səbail rayon Məhkəməsi tərəfindən 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Həmçinin barəsində qəbul olunmuş qərarlardan narazılığına dair Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətlər əsasında araşdırma aparılaraq qanunvericiliyin tələbləri izah olunmuş, eləcə də inzibati xətaların aşkar olunması və sənədləşdirilməsində hüquqazidd hərəkətlərə yol verilməməsinə dair yazılı cavablar verilmişdir. Bununla yanaşı, barəsində tətbiq edilmiş cərimələrin ləğv edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair müxtəlif vaxtlarda Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi və Bakı şəhər Səbail Rayon Məhkəməsinə verdiyi iddia ərizələrinə məhkəmələr tərəfindən baxılmamış və həmin tələblər mümkünsüz sayılmışdır. - Cavabdeh tərəfindən tərtib edilmiş MMX ******* saylı xx.xx.2017-ci il tarixli inzibati xəta barədə protokoldan görünür ki, iddiaçı İnzibati Xətalar Məcəlləsinin 469.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş MMX ******* saylı xx.xx.2017-ci il tarixli inzibati xəta barədə protokoldan görünür ki, Bakı-Qazax-Gürcüstan Yolunda 4.7-ci km 20 Yanvar istiqamətində 1 ünvanında iddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş MMX ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta barədə protokoldan görünür ki, iddiaçı İnzibati Xətalar Məcəlləsinin 469.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş MMX ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta barədə protokoldan görünür ki, iddiaçı barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3cü maddəsinə əsasən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş EQ 358512 saylı xx.xx.2018-ci il tarixli inzibati xəta barədə protokoldan görünür ki, iddiaçı İnzibati Xətalar Məcəlləsinin 339.1-339.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş EQ ******* saylı xx.xx.2019-ci il tarixli inzibati xəta barədə protokoldan görünür ki, iddiaçı İnzibati Xətalar Məcəlləsinin 339.1-339.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş EQ ******* saylı xx.xx.2019-ci il tarixli inzibati xəta barədə protokoldan görünür ki, iddiaçı İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş EQ ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta barədə protokoldan görünür ki, iddiaçı İnzibati Xətalar Məcəlləsinin 339.1-339.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş EQ 12210318 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokoldan görünür ki, iddiaçı İnzibati Xətalar Məcəlləsinin 339.1-339.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. - Məhkəmə tərəfindən “Elektron məhkəmə sistemi“ vasitəsi ilə iddiaçı barəsində edilmiş sorğunun nəticəsindən görünür ki, onun barəsində xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarlarla yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə inzibati təhbeh tədbiri qismində inzibati cərimə tətbiq edilmiş və cərimələr iddiaçı tərəfindən ödənilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının idarə etdiyi avtomobilin yol patrul xidməti əməkdaşı tərəfindən dayandırılaraq barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi haqda Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin rəhbərliyinə elektron poçt vasitəsi ilə ünvanladığı təkrar müraciətə Binəqədi rayon Polis idarəsinin X2 Şöbəsində baxılmışdır. Bildirilmişdir ki, eyni məzmunlu ilkin müraciətinə Binəqədi RPİ DYP Şöbəsində baxılmış və nəticəsi barədə məlumat verilmişdir. Müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Binəqədi yolunda idarə etdiyi «Renault» markalı Az**-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin tələbinə zidd olaraq yük daşıma qaydasını pozduğu üçün Binəqədi RPİ DYP Şöbəsinin YPX inspektoru tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası DİN-in elektron ünvanına etdiyi müraciəti araşdırılıb müvafiq tədbir görülməsi üçün ona göndərilmişdir. Belə ki, ''Siqnal’’ İxtisaslaşdirilmiş Layihə-istehsalat İdarəsinin 18 saylı cərimə meydançasından alınan məlumata əsasən vət. İddiaçı məxsus Qaz-3110 markalı, 10XT873 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə Kia markalı, 99YP855 patrul avtomobilində xidmət aparan DİN-in BDYPİ-nin Vİ tağımının YPX inspektorları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. - xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlama qəbulu barədə aktdan görünür ki, Qaz-31, 10XT-873 dövlət nömrə nişanlı avtomobil iddiaçının öz razılıgı ilə dayanacağa gətirilmişdir.
4.İddianın növü və mümkünlüyü İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçının hazırki tələbi sürücülük hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılması və sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina edilməsinə görə əmək hüququnun pozulması nəticəsində qazancdan mərhum edildiyi və 5 ədəd nəqliyyat vasitəsi istifadəsiz qaldığı üçün zərərə uğramış hissələrinə xərclədiyi pulların cavabdehdən tutulması barədədir. İddiaçı iddia tələbi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İş materiallarından görünür ki, iddiaçının 2017-ci ildən 2019-cu ilədək «QAZ-3110» markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə olunması zamanı yol hərəkəti qayda pozuntularına yol verilməsi halları üzrə foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin Baş X2 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə başlanılmış inzibati xəta haqqında işlər üzrə qərarlar qəbul olunmuşdur. Həmin qərarlar qanunvericiliklə müəyyən edilmiş müddətdə icra olunmadığından, iddiaçıya məxsus Qaz-3110 markalı, 10XT873 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə YPX inspektorları tərəfindən ''Siqnal’’ İxtisaslaşdirilmiş Layihə-istehsalat İdarəsinin 18 saylı cərimə meydançasına yerləşdirilmişdir. xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlama qəbulu barədə aktdan görünür ki, Qaz-31, 10XT-873 dövlət nömrə nişanlı avtomobil iddiaçının öz razılıgı ilə dayanacağa gətirilmişdir. Həmçinin də iddiaçının xx.xx.2021-ci il tarixdə Binəqədi yolunda idarə etdiyi «Renault» markalı Az**-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinin tələbinə zidd olaraq yük daşıma qaydasını pozduğu üçün Binəqədi RPİ DYP Şöbəsinin YPX inspektoru tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibatı xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı barəsində qəbul edilmiş inzibatı xətalar haqqında qərarlar nəticəsində xx.xx.2019-cu ildən 2023-cü ilədək 5 ədəd əmlakdan istifadə edə bilmədiyi üçün əmək hüququnun pozuldugunu iddia etsə də, həmin qərarları mübahisələndirməmiş, təqsirsizliyi müvafiq məhkəmə qərarları ilə müəyyən edilməmişdir. “Elektron məhkəmə sistemi“ vasitəsi ilə iddiaçı barəsində edilmiş sorğunun nəticəsindən isə görünür ki, onun barəsində xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərarlarla yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə inzibati təhbeh tədbiri qismində inzibati cərimə tətbiq edilmiş və cərimələr iddiaçı tərəfindən ödənilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən qanunverciliyinin tələblərinə tam riayət olunaraq, iddiaçının müddəti bitmiş sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 4.-cü maddəsinə əsasən 1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti, habelə yol hərəkəti standartlarını müəyyən etmək və onları həyata keçirmək; 2) yol hərəkətinin təşkili, onun təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydalarının, habelə onların pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi ilə bağlı qanunlar və digər normativ-hüquqi aktlar qəbul etmək, onların icrasını həyata keçirmək;...25) hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, yol-nəqliyyat hadisələri ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət işləri üzrə təhqiqatın aparılmasını və inzibati xətalar haqqında işlər üzrə icraatın həyata keçirməsini təşkil etmək; …27) yol-nəqliyyat hadisələrinin, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş vətəndaşların, yol hərəkəti qaydaları pozuntularının, bununla əlaqədar görülmüş tədbirlərin uçotunu aparmaq, şəxslərin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar barələrində tətbiq edilən inzibati tənbeh haqqında qərarlarla və onların nəticələri (cərimələr və onların ödənilməsi, balların sayı və ya silinməsi) ilə bağlı rəsmi internet informasiya ehtiyatlarından məlumat almasını təmin etmək;... yol hərəkəti sahəsində dövlətin vəzifələrinə aid edilmişdir. 6-cı maddəsinə görə: İ. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı hüquqları vardır:...6) yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və məhkəməyə şikayət etmək;... İİ. Yol hərəkəti sahəsində fiziki şəxslərin aşağıdakı vəzifələri vardır: 1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək;... 14.-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. 35-ci maddəsinin Vİİ-ci hissəsinə əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər (şəxsiyyət vəsiqəsi, zəruri halda sürücülüyə yararlı olmaq barədə tibbi arayış, sürücülük vəsiqəsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd) təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan, yəni cərimə ödənildikdən sonra imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ("ASAN xidmət" mərkəzlərində) 30 dəqiqə ərzində həyata keçirilir. 83.-cü maddəsinə əsasən İ. Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Daxili İşlər Nazirliyi) əməkdaşları həyata keçirirlər. İİ. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. 85.-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı: 1) Qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir; 2) nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda;... 9) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda fiziki şəxsləri nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırır və həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsini saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərir (nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir). Qeyd: Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 10) Bu Qanunun 52-ci maddəsinin İV və ya Vİ hissələrində nəzərdə tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və nəqliyyat vasitəsinin ən yaxın mühafizə edilən duracağa aparılmasını təmin edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346-1.2-ci, 346- 1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar tərtib edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyur. Qeyd: Nəqliyyat vasitəsinin sahibi inzibati pozuntuya görə müəyyən edilmiş cəriməni verdikdən və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına nəqliyyat vasitəsinin gətirilməsi və onun orada saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödədikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Yuxarıda göstərilən normalarının tələblərindən görünür ki, iddiaçı barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələr ödənilmədiyindən onun sürücülük vəsiqəsinin dəyişdirilməsindən cavabdeh imtina etmişdir. Həmçinin də yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə iddiaçının avtomobili saxlanılaraq duracaga yerləşdirilmişdir. Həmin dövrdə inzibati xətaların törədilməsinə görə inzibati cərimənin ödənilməsini, yaxud bu barədə olan qərarların ləgv edilməsini təsdiq edən sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki inzibati prosessual qanunvericiliyin tələbinə görə iddiaçı inzibati orqandan inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb etdikdə belə hərəkətlərin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Məhkəmə tərəfindən araşdırılan işin halları ilə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər-hansı qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilməmişdir. Belə ki, cavabdehin iddiaçı tərəfindən yol hərəkəti qaydalarının pozuntularına görə ona qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati təhbeh tədbiri görməsi qanun pozuntusu hesab edilə bilməz. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddi ziyanın dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş və bu hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar guya ona vurulmuş maddi ziyanın məbləğini öz şəxsi mülahizələrinə əsasən əsaslandırmağa çalışsa da, bu barədə məhkəmə mötəbər sübut təqdim edə bilməmişdir. İddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin ödənilməli olması istisna olunduğundan iddia əsassızdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsina qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4
Hakim Mehriban Qarayeva