Məhkəmə qərarları › İş №2-1(112)-3737/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3737/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3737/2020 05.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsinə (X9 üzrə Mərkəzi Filialı) qarşı “pensiya fərqinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən ona ödənilməli olan Prezident təqaüdünün və pensiyasına əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun hazırda aldığı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin 80 % ilə, əvvəllər aldığı 55 % arasındakı pensiya məbləğinin son 3 il üçün ödənilməmiş hissəsinin ödənilmə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki,o,xx xxxx 1951-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Kəlbəcər rayonundan məcburi köçkündür.O, Qarabağ müharibəsində tibb bacısı vəzifəsində xidmət edərkən əlil olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 2018-ci il tarixli 486 nömrəli qərarı ilə onun xx.xx.1994-cü ildə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş zamanı hərbi xidmət keçərkən “kəskin böyrək sancısı,sol tərəfi böyrək daşı xəstəliyi" diaqnozu ilə aldığı xəsarət nəticəsində ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyinin səbəbli əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.Bundan əvvəl xx.xx.1995-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı ona “Xroniki beyin qan dövranının pozulması nevrastenik sindromla,hipertonik xəstəlik İ dərəcə Osteoxondroz C4-C7”diaqnozu qoyulmuş və həmin xəstəliyin səbəbli əlaqəsi "xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. O, bu xəstəliyin səbəbli əlaqəsinin düzgün müəyyən edilməməsindən narazı qalaraq bununla bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N saylı, xx xxxxx 1998-ci il tarixli arayışında onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında kiçik tibb bacısı vəzifəsində xidmət edərkən əlil olduğu qeyd edilmişdir. O,döyüş zamanı hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü il və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 2 nömrəli Tərtər Hərbi Səhra Cərrahiyyə Hospitalında döyüş zamanı aldığı xəstəliklərdən müayinə və müalicə almışdır.Bütün bu qeyd edilənlər nəzərə alınaraq X8 Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(85)- 1614/2018 saylı qərarı ilə də müəyyən edilmişdir ki, onun xəstəlikləri eyni dövrdə yarandığından, digər xəstəliyində səbəbli əlaqəsi birinci xəstəliyə uyğun olaraq dəyişilməli idi. Hərbi həkim komissiyasının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəbli əlaqəsini düzgün təyin etməkdir. Ona görə də X6 Məhkəməsi bütün bunları nəzərə alaraq iddiasını təmin etmiş, xx xxxxxx 1995-ci il tarixli 1820 nömrəli "Xəstəlik haqqında şəhadətnamədə" də qeyd edilən xəstəliklərinin səbəbli əlaqəsinin dəyişdirilərək “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin edilməsini qərara almışdır.Həmin qərar Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən icra olunaraq onunəlillik dərəcəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı əlil kimi qeyd edilmişdir. Onunəlillik dərəcəsi və pensiyası 1995-ci il tarixdən təyin edildiyi halda (hərbi xidmət dövründə) və məhkəmənin onunəlilliyinin səbəbinə düzəliş etdiyinə baxmayaraq,onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd olunması X13 Komissiyası tərəfindən xx xxx 2019-cu il tarix kimi qeyd edilmişdir.Necə ola bilər ki, o 1995-ci il tarixdən müharibə zamanı əlil olmuş və ona pensiya təyin edilmiş, “hərbi xidmət zamanı əlil” kimi yazılmış qeyd qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilmiş, lakin bunlara baxmayaraq,o, yenə də ona təyin edilməli olan pensiya məbləğini ala bilməmişdir. Halbuki həmin pensiya məbləği ona 1995-ci il tarixdən təyin edilməli və yaranmış fərq ona ödənilməli idi.Bundan başqa,o, 1995-ci il tarixdən yaranmış və məhkəmə qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi ilə əlaqədar olaraq hüququndan istifadə edərək ona ödənilməli olan əlavələrin ödənilməsi üçün DSMF-nin X9 İdarəsinə müraciət etsə də, ona gələn xx xxxxxx 2020-ci il tarixli **********3 nömrəli imtina məktubu ilə onun hüququnun yarandığı tarixdən əmək pensiyasınaəlavələrin ödənilməsindən imtina etmişdir.İmtinanın səbəbi kimi qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 36.1-ci maddəsinə əsasən əlillik qrupu dəyişdikdə, əmək pensiyasının məbləği əlillik qrupunun dəyişdiyi aydan sonrakı ayın 1dən yenidən təyin edilir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Ona görə ki, cavabdeh imtinada qeyd etdiyi əsasda yazılmışdır ki, əlillik qrupu dəyişdikdə, iş materiallarından və yuxarıda qeyd etdiklərindən də görünür ki, onunəlillik qrupu dəyişməmişdir. Hərbi Həkim Komissiyasının səhvlik nəticəsində qəbul etdiyi qərarla o, 1995-ci il tarixdən hərbi xidmət dövrü əlili kimi pensiya almış və bu məhkəmənin müvafiq qərarı ilə düzəldilmiş, onunəlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilmişdir. Bu o demək deyil ki, onunəlilliyi dəyişmişdir. O, müharibə dövründə əlil olmuş və bu da müvafiq sənədlərlə öz təsdiqini tapmışdır. Necə ola bilər ki, cavabdeh bunu nəzərə almır.Cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən iddinın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, iddiaçının adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsindən “məlumat vərəqi” daxil olmuşdur və qanunvericiliyə uyğun olaraq əmək pensiyası hesablanaraq ödənilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən - “əmək pensiyası ödənişinin maliyyə mənbələri” və maddə 6.2. - “əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əlavə olaraq həmin Qanunun 6.3 maddəsində qeyd edildiyi kimi “əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsait olduğu halda həyata keçirilir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən “Əlil, sağlamlıq imkanları məhdud şəxs təkrar müayinə üçün təyin edilmiş vaxtda müvafiq icra hakimiyyəti orqanına gəlmədikdə, əmək pensiyasının ödənilməsi dayandırılır. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən “Yenidən əlil, sağlamlıq imkanları məhdud hesab edilərsə, əmək pensiyasının verilməsi yenidən əlil, sağlamlıq imkanları məhdud hesab edildiyi gündən bərpa edilir.Həmçinin “Hüquqi Aktların Dövlət Reyestrindən qeydiyyatdan keçmiş (qeydiyyat N: **********0017), Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil olmuş (daxil edildiyi tarix: xx.xx.2011-ci il), “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına əsasən, həmin Qaydaların 4.2-ci maddəsinə əsasən “Əmək pensiyasının təyin olunması üçün ərizələrin qeydiyyata alınması” - 4.2.3 - maddəsinə əsasən “X13 Komissiyası (bundan sonra TSEK) tərəfindən əlillik müəyyən edilməsi barədə tibbi ekspertiza sənədləri bilavasitə TSEK-dən rəsmi qaydada qəbul edilir və kargüzarlıq işləri ilə məşğul olan şəxs tərəfindən qeydiyyatdan keçirilir. Əlilliyi təyin edən orqan Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin ərazi üzrə X13 Komissiyasıdır, Vətəndaşa əlillik neçənci qrup olduğu, nə vaxtdan təyin edildiyi və əlilliyinin səbəbi “X13 Komissiyasının müayinə aktından çıxarış”ında qeyd edilir. Həmçinin həmin çıxarışda “ilkin (təkrar) müayinədən keçən əlillər üçün” pensiya təyinatı aparan orqana göndərilir.Belə ki, iddiaçıya qanunamüvafiq olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı yenidən X2 müraciət edərək əlilliyin səbəbini dəyişdirmiş, tərəflərindən"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə və TSEK-in təyinat tarixinə əsasən müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiyası yenidən hesablanmışdır. İddiaçıya, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən, iddiaçıya “xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara”, müvafiq təminat xərcliyinin 80 faizi miqdarında pensiyası hesablanaraq, hüququ yarandığı gündən pensiya təyin edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE serialı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1412 nömrəli qərarından görünür ki, İddiaçı barəsində qəbul edilmiş qərar - “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. MN MHHK-nın xx.xx.2018-ci il tarixli 486 nömrəli qərarı ləğv edilmişdir. İş materialında olan ƏƏSMN TSEK-də sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2019-cu ildə müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. İş materiallarında olan Dövlət X11 X9 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********3 saylı məktubda qeyd edilir: "Ərizənizə baxaraq bildiririk ki, sizə x xxxxxx 2016-cı il tarixində İdarə tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinin tələblərinə uyğun olaraq “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir.Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert və Reabilitasiya Xidməti tərəfindən sizə təkrar olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik xx xxx 2019-cu il tarixində təyin edilmişdir."Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən əlillik qrupu dəyişdikdə, əmək pensiyasının məbləği əlillik qrupunun dəyişdiyi aydan sonrakı ayın 1-dən yenidən təyin edilir.Qeyd olunanlara əsasən sizə x xxxx 2019-cu il tarixindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (531,50 manat) 80 faizi-425,20 manat məbləğində əmək pensiyası müəyyən edilməklə ödənilir. Eyni zamanda İdarənin sizə keçmiş dövr üzrə ödənilməli olan hər hansı borc məbləği yoxdur. İş materiallarında olan M/V 067773 saylı xx.xx.2003-cü il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan 025715 saylı vəsiqədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlildir. İş materiallarında olan pensiya işindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli qərarla “Əmək pensiyaları haqqında"Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlilliyinə görə xx.xx.2016-cı il tarixdən təminatxərcliyinin 55% miqdarındapensiya təyin edilmişdir. Daha sonra xx.xx.2019-cu il tarixli qərarla isə əlilliyin səbəb əlaqəsinin dəyişməsi səbəbi ilə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası yenidən hesablanmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-cimaddəsinəəsasənhərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir; 20.1, 20.1.12-cimaddəsinəəsasən Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.16-cımaddəsinəəsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə - 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə - 55 faizi; 20.16.2. İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin - 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə - 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə - 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Məhkəmətərəfindənmüəyyənedildiki, iddiaçıya xx.xx.2016-cı il tarixli qərarla “Əmək pensiyaları haqqında"Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlilliyinə görə xx.xx.2016-cı il tarixdən təminatxərcliyinin 55% miqdarındapensiya təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1412 nömrəli qərarına əsasən iddiaçı barəsində “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərar qəbul edilmişdir və buna uyğun olaraq iddiaçıya xx.xx.2019-cu ildə əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik göstərilməklə müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli qərarla əlilliyin səbəb əlaqəsinin dəyişməsi səbəbi ilə təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası yenidən hesablanmışdır. Lakin iddiaçıya keçmiş dövr üçün pensiya fərqi ödənilməmişdir. Hazırda iddiaçı sonuncu təyin edilmiş təminat xərcliyi ilə əvvəl aldığı təminat xərcliyi arasında yaranmış fərqin son 3 il üçün ödənilməmiş hissəsinin ödənilməsini tələb edir. İddiaçı qeyd olunan tələblə cavabdehə müraciət etsə də, cavabdeh orqan "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən istinad etməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd olunan maddə əlillik qrupunun dəyişdiyi halları nəzərdə tutur. Hazırki halda isə əlillik qrupu dəyişməmiş, sadəcə olaraq əvvəlki müayinə, müalicə və diaqnoz əsasında əlilliyin səbəb əlaqəsi dəyişdirilmişdir. Göründüyü kimi, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin səbəb əlaqəsi düzgün olmadığı üçün sonradan bu, aradan qaldırılmış, əlilliyin səbəb əlaqəsi yenidən eyni diaqnoz əsasında dəyişdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçı son 3 il üçün pensiya məbləğinin ödənilməsini xahiş edir, lakin iş materiallarından görünür ki, iddiaçıya pensiya xx.xx.2016-cı il tarixdə təyin edilmişdir və xx.xx.2019-cu il tarixdə əlilliyin səbəb əlaqəsinin dəyişməsi səbəbi ilə əmək pensiyası yenidən hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək iddiaçının hazırda aldığı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyə görə təminat xərcliyinin 80%-i ilə əvvəllər aldığı təminat xərcliyinin 55%-i arasındakı fərqin - pensiya məbləğinin ödənilməmiş hissəsinin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı hazırda aldığı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlilliyə görə təminat xərcliyinin 80%-i ilə əvvəllər aldığı təminat xərcliyinin 55%-i arasındakı fərqin - pensiya məbləğinin ödənilməmiş hissəsinin xx.xx.2016-cı il tarixdən hesablanaraq ödənilməsiöhdəliyi cavabdehAzərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X9 üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar