Məhkəmə qərarları › İş №2-1(112)-3738/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3738/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3738/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı “doğum haqqında akt qeydinin ləğvi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1999-cu il təvəllüdlü X3 doğum haqqında akt qeydində ata məlumatlarının ləğv olunmasının təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı X7 ilə 1996-cı ilin fevral ayından faktiki nikah münasibətlərinə daxil olmuş və nikahları xx.xx.1997-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində qeydə alınmışdır. Həmin nikahdan xx.xx.1996-cı il təvəllüdlü X11 adlı bir övladı doğulmuşdur. xx.xx.2005-ci il tarixdə nikahları Binəqədi rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-1434/2005 saylı qətnaməsi ilə pozulmuşdur (Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2006-cı il tarixli, 17 saylı nikahın pozulması haqqında akt qeydi ilə). Bundan sonra Səidə Qasımova ilə 2004-cü ilin sonlarından başlayaraq faktiki nikah münasibətlərinə daxil olmuş, lakin nikahları xx.xx.2022-ci ildə 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Həmin nikahdan övladları xx.xx.2009-cu il təvəllüdlü X13, xx.xx.2005-ci il təvəllüdlü X16, xx.xx.2007-ci il təvəllüdlü X14 doğulmuşlar. Bildirilir ki, sənədləşmə işləri apararkən iddiaçıya aşkar olmuşdur ki, Leyla Əhmədova adlı və soyadlı övladı da vardır. Lakin ümumiyyətlə onun nə birinci nikahdan, nə də ikinci nikahdan xx.xx.1999-cu il təvəllüdlü Leyla Əhmədova adlı və soyadlı övladı olmamışdır. Yuxarıda qeyd olunan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci tarixli 2-1434/2005 saylı qətnaməsi ilə də birinci nikahdan Lamiyə Əhmədova adlı və soyadlı yalnız bir övladının doğulması məsələsinə münasibət bildirilmişdir (həmin qətnamədə birinci həyat yoldaşı X7 ilə faktiki ər-arvad münasibətlərinin 2000-ci ildən pozulması məsələsi qeyd olunmuşdur). Hal-hazırda bu yanlışlıq iddiaçıya sənədləşdirmə işləri aparılan zaman problem yaşadır, maneələrlə qarşılaşmasına səbəb olur. İddiaçı xx.xx.1999-cu il təvəllüdlü X3 doğum haqqında akt qeydində ata məlumatlarının ləğv olunması barədə 6 saylı Cavabdehnə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Hesab edir ki, cavabdeh orqanın gəldiyi nəticə əsassızdır. Doğum haqqında akt qeydində ata qrafasında valideyn kimi iddiaçının məlumatlarının ləğv olunması onun hüququ olduğu halda sözügedən orqan həmin hüququn həyata keçirilməsini məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə X7 və X15 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndinə görə, doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 47.1-ci maddəsinə görə bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bildirilir ki, iddiaçının X7 ilə xx.xx.1997-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsində 47 saylı nikah haqqında akt qeydi ilə nikahı qeydə alınmışdır. Həmin nikah Gəncə şəhər qeydiyyat şöbəsinin 01,02.2006-cı il tarixli, 17 saylı nikahın pozulması haqqında akt qeydi ilə pozulmuşdur. Göstərilənlərə əsasən uşaq birgə nikah dövründə doğulduğu üçün ata qrafasında valideyn kimi İddiaçı məlumatlarının silinməsi mümkün deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi və üçüncü şəxslər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 26-cı bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -Elektron məhkəmə informasiya sisteminin şəxsiyyət vəsiqəsi bölməsinin məlumatlarına əsasən ASAN 2 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. -Elektron məhkəmə informasiya sisteminin şəxsiyyət vəsiqəsi bölməsinin məlumatlarına əsasən xx.xx.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Xudiyeva (Əhmədova) Aynurə Bilman qızı xx.xx.1979-cu il tarixdə Göygöl rayonunda anadan olmuşdur. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-1434/2005 №-li, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X7 arasında xx.xx.1997-ci ildə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsində 47 sayla qeydə alınmış nikah pozulmuşdur. Qətnamədə həmçinin iddiaçının həmin nikahdan xx.xx.1996-cı il təvəllüdlü Lamiyə adlı bir övladının olması qeyd edilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubu ilə X3 xx.xx.1999cu il tarixli, 713 saylı doğum haqqında akt qeydinin təsdiq olunmuş surəti və Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubu məhkəməyə təqdim olunmuşdur. Həmin məktubda bildirilmişdir ki, doğum haqqında akt qeydinin tərtib olunmasına əsas olmuş sənədlər qanunvericiliyin tələblərinə əsasən 1 (bir) ildən sonra məhv olunur, Qeydiyyat şöbəsində yalnız akt qeydləri kitabında saxlanılır. -Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş 713 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. Doğum akt qeydinin uşağın atası qrafasında İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü), uşağın anası qrafasında isə X7 (xx.xx.1979-cu il təvəllüdlü) qeyd olunmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəmənin X3 qohumluq əlaqəsində olduğu şəxslər barədə məlumatların təqdim edilməsinə dair sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri 1974-cü il təvəllüdlü İddiaçı ilə 1979-cu il təvəllüdlü X7 olan xx.xx.1999-cu il təvəllüdlü X3 doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin informasiya sistemində valideynləri İddiaçı ilə 1982-ci il təvəllüdlü Qasımzadə Səidə olan xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 doğumu və atalığının müəyyən edilməsi haqqında məlumat aşkar edilmişdir. -TƏBİB “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X26 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, tabelikdə olan Gülüstan Ailə Sağlamlıq Mərkəzinin müdiri xanım Sevinc Heydərlidən 09 yanvar 2025-ci il tarixli, 01 nömrəli məktub alınmışdır. Təqdim edilmiş Gülüstan Ailə Sağlamlıq Mərkəzinin müdiri xanım Sevinc Heydərlinin 09 yanvar 2025-ci il tarixli, 01 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 28 iyun 1999-cu il tarixli, 713 nömrəli akt qeydindən görünür ki, 17 iyun 1999-cu il təvəllüdlü olduğu göstərilən X3 doğulduğu yer Gəncə şəhəri göstərilmiş və 3 nömrəli uşaq poliklinikasının xx.xx.1999-cu il tarixli, 5 nömrəli sənədi uşağın doğumunu təsdiq edən sənəd kimi qeyd edilməsini bildirmişdir. xx.xx.2025-ci il tarixdə ailə həkimi X6 və tibb bacısı X9 iddiaçının ünvanında, B.Əliyev ev 73 ünvanında olmuşdur. Lakin həmin ünvanda yaşayış olmadığı məlum olmuşdur. Qonşuların dediyinə görə 22 ilə yaxın olan müddətdə adı çəkilən ailə həmin ünvandan köçmüşdür. Hal-hazırda B.Əliyev 73 ünvanında başqa ailə yaşayır. Hazırkı GBX Z.Məmmədov adma xəstəxananın 2 ci poliklinik şöbəsinin və Gülüstan ASM-nin arxivinə baxıldı və X17ma məxsus ambulator tibbi kitabçanın olmadığı məlum oldu. X1 ASM-ə müraciət etməyib və qeydiyyatda olmayıb. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı X15 adlı övladının olmadığını iddia edərək Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən X3 (xx.xx.1999-cu il təvəllüdlü) xx.xx.1999-cu il tarixli 713 nömrəli doğum haqqında akt qeydində uşağın atası kimi qeyd edilməsinin səhv olduğunu iddia edir və hazırda məqsədi həmin akt qeydində ata haqqında məlumatların ləğv edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -163.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. -166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. -166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. -166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması qaydalarını, onun məqsədlərini, qeydiyyatın aparılması üçün tələb olunan sənədləri aydın şəkildə göstərmişdir. Lakin hazırkı halda cavabdeh inzibati orqan tərəfindən X15 barəsində 713 nömrəli doğum akt qeydinin aparılması zamanı qanunvericiliyin qeyd olunan göstərişlərinə əməl edilmədiyi müəyyən edilmişdir. Həmçinin, cavabdeh tərəfindən də bu qənaətin əksini təsbit edən hər hansı mötəbər sübut, qeydiyyatın aparılması üçün əsas olmuş hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, istinad olunan Qaydalar yuxarıda sadalanan sənədlərin mövcudluğunu doğumun qeydiyyatı üçün məcburi göstərişlə şərtləndirmişdir. Bundan başqa, mübahisələndirilən akt qeydində doğumu təsdiq edən sənəd kimi Gəncə şəhəri 3 nömrəli uşaq poliklinikasının xx.xx.1999-cu il tarixli, 5 №li sənədi göstərilsə də, araşdırma zamanı xəstəxananın arxivində X10 məxsus ambulator kitabçanın, müraciətinin və qeydiyyatının olmadığı bildirilmişdir. O da vurğulanmalıdır ki, İddiaçı ilə X2 xx.xx.1997-ci ildə Gəncə şəhər Kəpəz rayon VVAQ şöbəsində qeydiyyata alınmış nikahının pozulmasına dair Binəqədi Rayon Məhkəməsinin 2-1434/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının həmin nikahından xx.xx.1996cı il təvəllüdlü Lamiyə adlı bir övladı olmuşdur. Bundan başqa elektron məhkəmə informasiya sistemində “qohumluq məlumatları” bölməsindək məlumatlardan da həm İddiaçı, həm də X2 X15 adlı övladları olması müəyyən edilmir. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən X3 doğulması haqqında aparılmış qeydiyyatda İddiaçı kimi yazılmasının hüquqi əsası olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 23-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların: -11-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişiklik haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. -12-ci bəndinə əsasən, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. -30-cu bəndinə əsasən, Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən X3 (xx.xx.1999-cu il təvəllüdlü) doğumu haqqında aparılmış xx.xx.1999-cu il tarixli 713 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumatların ləğv edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi (indiki Gəncə şəhər qeydiyyat şöbəsi) tərəfindən X3 (xx.xx.1999-cu il təvəllüdlü) doğumu haqqında aparılmış xx.xx.1999-cu il tarixli 713 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumatların ləğv edilməsi vəzifəsi cavabdeh 6 saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar