Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-374/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcu barəsində hesabatın qəbul edilməsi və əsassız hesablanmış faizlərin silinməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi mansard mərtəbəsinin tikintisi üçün Vergilər Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan kooperativlərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan yaranan 49.914.22 manat məbləğındəki vergi borcu barəsindəki hesabatının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilməsi, 49.914,2 manat əsassız hesablanmış faizlərin silinməsi barədə qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi sonradan ərizə verərək iddia tələbinin dəqiqləşdirilərək, İddiaçı MTK-nın mansard mərtəbəsinin tikintisi üçün Vergilər Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan kooperativlərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan, 2019-cu il iyununda yaranan 49.914,22 manat məbləğındəki vergi borcu barəsindəki hesabatının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilməsi, 49.914,22 manata vergi öhdəliyinə görə əsassız hesablanmış 37.689,60 manat faizin silinməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Bakı şəhəri İcra Hakimiyyətinin 24 oktyabr 2014-cü il tarixli 505 saylı və 22 dekabr 2015-ci il tarixli 550 saylı sərəncamlarına əsasən ünvan 2 ünvanda çoxmənzilli yaşayış binası tikmişdir. Vergilər Nazirliyi Vergi Məcəlləsinin tələbinə uyğun olaraq Bina Tikintisi Fəliyyəti ilə məşğul olan kooperativlərin Sadələşmiş Vergisi (BTFSV) üzrə MTK-ya hər rüb üzrə 95.623 manat olmaqla, ümumilikdə, 956.230 manat vergi hesablanmışdır. Daha sonra binanın tikintisi zamanı Xüsusi Dövlət Mühafizə Xidmətinin göstəriş və tələblərinə əsasən binanın 2 mərtəbəsi sökülmüşdür. Bununla bağlı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hesabata dəqiqləşmə təqdim edilmiş və nəticədə ödəniləcək vergi məbləği 106.835,62 manat (o cümlədən hər rüb üzrə 10.683,10 manat) azaldılmışdır və bu fakt şirkətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Qalan 849.394,38 manat məbləğində hesablanmış vergi məbləği vaxtlı - vaxtında İddiaçı MTK tərəfindən vergiyə tam ödənilmişdir. 2019-cu ilin iyun ayında isə Xüsusi Dövlət Mühafizə Xidməti ilə aparılan intensiv danışıqlar nəticəsində, yalnız səmaya baxmaq şərti ilə binanın dam örtüyünə pəncərələr quraşdırılmasına Xüsusi Dövlət Mühafizə Xidməti icazə vermişdir. Məhz bu səbəbdən yeni icazə verilmiş sahəyə görə BTFSV üzrə 49.914,22 manat vergi hesablanıb ödənilməli idi. Bununla bağlı kooperativin mühasibi BTFSV hesabatına yeni dəyişiklik təqdim etməli idi. Lakin, yeni istifadəyə verilmiş sahə üzrə ayrıca dövr kimi götürülməklə hesabat təqdim edilməli olduğu halda, MTK-nın mühasibi vergi əməkdaşlarının təkidi ilə texniki səhvi üzündən 28.06.2019-cu il tarixdə İddiaçı MTK-nın əvvəlki BTFSV hesabatına dəqiqləşmə vermişdir. Bu texniki səhv nəticəsində yeni yaranan borc şəxsi vərəqədə 3 il əvvəldən yaranmış borc kimi nəzərə alınaraq İddiaçı MTK-ya xeyli miqdarda faiz hesablamışdır. İddiaçı MTK 24.07.2019-cu il tarixdə **********399800 saylı ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək MTK-nın təqdim olunmuş dəqiqləşdirilmiş BTFSV hesabatında texniki səhvin düzəldilməsi ilə bağlı köməklik göstərilməsi üçün müraciət etmişdir. Həmçinin, müraciətdə bildirmişdik ki, Xüsusi Dövlət Mühafizə Xidməti (sonradan XDMX) ilə uzun müddət aparılan danışıqların nəticəsində yalnız 2019-cu ilin iyun ayında sonuncu mansard hissəni istifadə etmək üçün binanın damına səmaya baxan pəncərə qoyulmasına icazə verilmişdir. Bununla bağlı MTK-nın mühasibi cari dövr üçün yeni hesabat verməli olduğu halda vergi əməkdaşlarının texniki səhvi nəticəsində əvvəlki BTSVH üzrə 28.06.2019-cu ildə yenidən dəqiqləşmə vermişdir. Bu texniki səhv nəticəsində yeni yaranan borc şəxsi vərəqədə əvvəldən yaranmış borc kimi nəzərə alınaraq MTK-ya külli miqdarda faiz hesablanmışdır. İddiaçı hal-hazırda həmin texniki səhvi düzəltmək üçün dəqiqləşmə vermək istəsə də, sistem bəyannamə verilən dövrü düzgün hesab etməyərək açılmır. Bununla bağlı iddiaçı 24.07.2019-cu il tarixdə **********399800 saylı ərizə ilə Vergilər Nazirliyinə həmin texniki səhvin düzəldilməsi üçün iddiaçıya köməklik göstərilməsini xahiş etmişdir. Lakin bu ərizəsinə Vergilər Nazirliyi tərəfindən 07.08.2019-cu il tarixdə **********221200 saylı məktub ilə imtina cavabı verilmişdir. Həmin cavabdan görünür ki, Vergilər Nazirliyi verginin düzgün hesablanmasını təmin etmək əvəzinə, sadəcə formal “rədd cavabı vermək üçün” yazmışdır. Belə ki, öz əli ilə səhvən tərtib edib göndərdiyi hesabata cəmi iki gün sonra düzəliş edilməsi üçün MTK-dan binanın layihəsinə edilmiş dəyişikliklər, eləcə də təsdiqlənmiş yeni bina layihə forması tələb edilir, halbuki, texniki səhv nəticəsində verilmiş dəqiqləşmə üzrə borcun artmasına səbəb olmuş həmin mansard mərtəbənin əslində heç bir layihəsi olmayıb. Binanın layihəsi faktiki 18 mərtəbə olsa da, tikintisi dəfələrlə XDMX tərəfindən dayandırılmış və yalnız XDMX-nın israrlı tələbi və nəzarətində yerində operativ dəyişikliyə məruz qalmaqla tikilmiş iki mərtəbə tamamilə sökülmüşdür. Bu fakt vergi əməkdaşlarına məlumdur. Çünki, müvafiq vergi əməkdaşları monitorinq apararkən dəfələrlə bu halın şahidi olmuşdur. Həmçinin, MTK həmin binanın BTFSV üzrə cari vergi öhdəliklərini 2018-ci ilin sentyabr ayına qədər tamamilə yerinə yetirmişdir. Əgər belə bir tikinti o vaxtı aparılmış olsaydı, bu hal sözsüz ki, vergi əməkdaşlarının diqqətindən yayına bilməzdi və anında müəyyən edib kameral qaydada sistemə vurularaq onun vergisini tələb edərdilər. Amma nədənsə MTK-nın müraciətinə imtina cavabı hazırlayan vergi əməkdaşları bu anı "xxxx" və bu da öz növbəsində MTK-ya külli miqdarda itki yaranmasına səbəb olur. Necə olur ki, eyni situasiyada borcun artdığı halda əlavə layihə sənədi tələb olunmur, amma vergi əməkdaşlarının səhvi üzündən baş vermiş texniki səhvi düzəltmək üçün həmin layihə istənilir. Ümumiyyətlə, həmin mansard mərtəbə binanın layihəsində heç vaxt nəzərdə tutulmayıb və ona görə də hər hansı bir tikinti sahəsinə görə ödənilməmiş vergi borcunun gecikməsindən söhbət gedə bilməz. Halbuki, iddiaçı həmin mövqe üzrə yeni yaranmış 49.914,22 manat borcu ödəməyə hazırdır Lakin əsassız hesablanan faiz borcu iddiaçıya maddi ziyan vurur. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mansard mərtəbəyə pəncərə qoyduğu üçün iddiaçını BTFSV-nə cəlb edərək, kooperativin verdiyi hesabata şirkət tikintiyə başladığı gündən cərimə hesablamağa başlayıb və son 4 ilə İddiaçı MTK-ya durmadan cərimə hesablayaraq şirkətin bütün bank hesablarına həmin pulun tutulması üçün sərəncamlar qoymuşdur. Halbuki, şirkətin vergiyə təqdim etdiyi layihəsində ümumiyyətlə mansard mərtəbənin tikintisi nəzərdə tutulmurdu. Sadəcə iş prosesində qanuni sənədlər olmasına baxmayaraq XDMX-nin müdaxiləsi ilə tikinti iddiaçının iradəsindən asılı olmayaraq dəyişikliyə məruz qalmışdır. Göründüyü kimi Vergilər Nazirliyinin əməkdaşları əlavə mansard mərtəbənin tikintisi üçün faktiki olaraq cəmi manat 49.914,22 manat hesablamalı olduqları halda, qanunsuz olaraq, həmin məbləği köhnə dövrə aid etmiş və əlavə olaraq 31.357.76 manat məbləğində də faiz hesablamaqla, ümumilikdə 81.271,98 manat borc hesablayaraq həmin pulun tutulması üçün şirkətin bütün bank hesablarına 08.07.2019-cu il tarixdən sərəncam qoymuşdur. Həmçinin, hər ay həmin məbləğə əsassız faiz hesablamaqda davam etdirilir. Hər ay həmin məbləğlər daha da artırılaraq sərəncam təzələnir. Sonuncu dəfə 21.10.2019-cu il tarixdə qoyulmuş sərəncamla 86.016,52 manat tələb olunur. Bu isə şirkətin XDMX-nın tikintiyə müdaxiləsi nəticəsində düşdüyü çətin vəziyyəti daha da ağırlaşdırır və iddiaçının fəaliyyətini iflic edir. Sonda iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 22.12.2015-ci il tarixli sərəncamı ilə iddiaçıya ünvan 3 ünvanında 18 mərtəbəli 1 bloklu yaşayış binasının tikintisinə icazə verilmişdir. Əvvəlcə binanın 17 mərtəbə və əlavə mansard sahəsindən ibarət olması nəzərdə tutulan binanın 12.662,02 kv.m. yaşayış və 1.002,9 kv.m. qeyriyaşayış sahəsi olmaqla ümumi 13.664,92 kv.m. sahə üzrə iddiaçı tərəfindən 10.08.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən 956.229,98 manat vergi hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən 28.06.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim edilərək, bəyan edilmiş vergi məbləği 49.914,3 manat artırılmışdır. 2019-cu ilin iyun ayında müvafiq orqan tərəfindən yalnız səmaya baxmaq şərtiylə binanın dam örtüyünə pəncərələr quraşdırılmasına icazə verilmiş və həmin sahəyə görə hesablanmalı olan 49.914,22 manat vergi iddiaçının 2016-cı ilin İİ rübü üzrə təqdim edilmiş BTFSV bəyannaməsinə dəqiqləşmiş bəyannamə kimi təqdim edildiyindən, həmçinin həmin borc şəxsi hesab vərəqəsində 3 il əvvəldən yaranmış borc kimi nəzərə alındığından iddiaçıya xeyli miqdarda faiz hesablanmışdır. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş vergi məbləğinə münasibətdə faiz hesablanması vergi öhdəliyinin yerinə yetirilməsi müddəti çatdığı zamanı ödəniş həyata keçirilmədiyindən hər gecikdirilmiş günə münasibətdə həyata keçirilir. İddiaçı tərəfindən artırılmış sahə üzrə bəyannamə 2016-cı ilin İİ rübü üzrə təqdim olunmuş bəyannaməyə dəqiqləşmə şəklində təqdim olunduğundan gecikmə üçün faiz ümumi məbləğə münasibətdə hesablanmışdır. Başqa sözlə desək, mübahisə predmetini təşkil edən faiz məbləğinin yaranması əsası vergi ödəyicisinin özünün təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamədir. Digər tərəfdən iddiaçı yenidən dəqiqləşmiş bəyannamə təqdim etmək istədiyini, lakin sistemin dəqiqləşmiş bəyannaməni qəbul etmədiyini və qeyd edilən halın aradan qaldırılması ilə bağlı vergi orqanına müraciət ünvanladığını bildirmişdir. Vergi orqanı tərəfindən verilmiş cavab məktubunda da qeyd edildiyi kimi dəqiqləşmiş vergi bəyannaməsinin təqdim olunması müddəti keçmişdir. Lakin iddiaçı tərəfindən 2016-cı ilin İİ rübü üzrə təqdim edilmiş BTSFV bəyannaməsi üzrə dəqiqləşmiş bəyannamənin təqdim edilməsi müddəti artıq ötürülmüşdür. Belə ki, 2016-cı ilin İİ rübü üzrə hesabat dövrü 2016-cı ilin iyul ayının 20-dən gec olmayaraq müəyyən edildiyindən və 2019-cu ilin iyul ayının 20-dən sonra həmin müddətdən 3 il keçdiyindən iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə təqdim edilməsinə qanunvericiliklə yol verilmir. İddia ərizəsində həmçinin qeyd edilir ki, 28.06.2019-cu il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim olunduğu gündən etibarən 4 il üzrə faiz məbləği hesablanmaqda davam etmişdir. Vergi Məcəlləsinin 59.1 -ci maddəsi ilə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulması nəzərdə tutulmuşdur. Lakin 59.2-ci maddədə qeyd edildiyi kimi Vergi Məcəlləsinin 59.1-ci maddəsində müəyyən edilmiş faiz yoxlama nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə və cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu səbəbdən iddiaçının dəqiqləşdirilmiş bəyannamə üzrə bəyan edilmiş məbləğə 4 il üzrə faiz hesablanmasına dair arqumenti əsaslı deyildir və öz təsdiqini tapmır. Sonda iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Vergi orqanı tərəfindən qəbul edilmiş 21.10.2019-cu il tarixli, **********6A saylı sərəncamdan görünür ki, İddiaçı MTK-nın "xxxx" ASC-dəki AZ64GUNA**********10000000 saylı hesabına sərəncam qoyulmuşdur. - Vergi orqanı tərəfindən qəbul edilmiş 21.10.2019-cu il tarixli, **********1A saylı sərəncamla İddiaçı MTK-nın "xxxx" ASC-dəki AZ32PAHA40030AZNHC********** saylı hesabına sərəncam qoyulmuşdur. - Vergi orqanı tərəfindən qəbul edilmiş 08.07.2019-cu il tarixli, **********8D saylı sərəncamla İddiaçı MTK-nın "xxxx" ASC-dəki AZ25NABZ******************** saylı hesabına sərəncam qoyulmuşdur. - Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyətinin başçısının 24.10.2014-cü il tarixli 505 saylı sərəncamından görünür ki, İddiaçınə yaşayış binalarının tikintisinin layihələndirilməsi icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin başçısının 22.12.2015-ci il tarixli 550 saylı sərəncamından görünür ki, İddiaçı 16.09.2015-ci il tarixli, 60 saylı müraciəti, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələri və Bakı Şəhər İcra Hakimiyyətinin 24.10.2014-cü il tarixli, 505 saylı sərəncamı nəzərə alınaraq ünvan 4 ünvanda 18 (on səkkiz) mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün İddiaçı MTK-ya icazə verilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 24.07.2019-cu il tarixli “müraciətə baxılmasının nəticəsi barədə” məktubu ilə iddiaçıya bildirilmişdir ki, tərəfinizdən təqdim edilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə Məlumat Forması”nda tikinti quraşdırma işlərinə başlanılma tarixi 02.04.2016-cı il qeyd edilmişdir. Odur ki, tərəfinizdən "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi" 2016-cı ilin 2-ci rübü üçün təqdim edilmişdir. Tərəfinizdən təqdim olunmuş bəyannamənin “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin vergi hesabatı dövrünün qurtarmasından 3 ildən artıq müddət keçdiyini nəzərə alaraq qeyd olunan bəyannamə ilə hesablanmış vergi məbləğinin yenidən hesablanması və dəqiqləşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi qanunamüvafiq hesab edilmir. Həmçinin bildiririk ki, binanın layihəsinə edilmiş dəyişikliklər, eləcə də təsdiqlənmiş yeni layihə forması araşdırmaya təqdim edildikdən sonra məsələyə yenidən baxıla bilər”. - İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı MTK 10.08.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən 956.229,98 manat vergi hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən 28.06.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş BTSV bəyannaməsi təqdim edilərək, bəyan edilmiş vergi məbləği 49.914,3 manat artırılmışdır. - İddiaçı Mənzil Tikinti Kooperativi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanladığı 13.11.2017-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı MTK 20.04.2016-cı il tarixdə ƏDV qeydiyyatının ləğvi üçün ərizə ilə müraciət etmiş və 01.04.2016-cı il tarixdən etibarən əlavə dəyər vergisindən azad olunmuş, 02.04.2016-cı il tarixdə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin vergi tutma metodu barədə məlumat formasını təqdim etmiş və cari hesabatı 25.04.2016-cı ildə təqdim etmişdir. Yoxlama məktubunuzda tələb etdiyiniz kimi həmin dövr üçün dəqiqləşdirilmiş hesabatı qoşmada sizə göndəririk və bir daha bildiririk ki, dəqiqləşdirilmiş hesabatın təqdim edilməsi Xüsusi Dövlət Mühafizə Xidməti və Bakı şəhər İcra Hakimiyyətinin tələbinə uyğun olaraq binanın son iki mərtəbəsinin sökülməsi ilə əlaqədar olmuşdur. Hesabatı qəbul edib azalmanı nəzərə almağınızı xahiş edirik”. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı Mənzil Tikinti Kooperativinə ünvanladığı 01.02.2019-cu il tarixli **********309900 saylı məktubla bildirilmişdir ki, “tərəfinizdən inşa edilən yaşayış binası üzrə vergilərin ödənilməsinə dair məlumatın verilməsi barədə müraciətlərinizə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmışdır. İddiaçı MTK (VÖEN: **********) sədələşdirilmiş vergi ödəyicisidir və kooperativ tərəfindən ünvan 7 ünvanlarında inşa edilən yaşayış binasının A bloku ilə əlaqədar hesablanmış və vaxtı çatmış öhdəliklər üzrə sadələşdirilmiş verginin büdcəyə ödənişi təmin edilmişdir”. - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İddiaçı Mənzil Tikinti Kooperativinə ünvanladığı 06.02.2019-cu il tarixli **********983800 saylı məktubla bildirilmişdir ki, “tərəfinizdən inşa edilən yaşayış binası üzrə vergilərin ödənilməsinə dair məlumatın verilməsi barədə müraciətinizə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmışdır. İddiaçı MTK (VÖEN: **********) sadələşdirilmiş vergi ödəyicisidir və kooperativ tərəfindən ünvan 8 ünvanında inşa edilən yaşayış binasının A bloku ilə əlaqədar hesablanmış sadələşdirilmiş verginin büdcəyə ödənişi təmin edilmişdir”. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri tətbiq edilir: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.2. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. 221.3.1. Bu Məcəllənin 218.4.2-ci maddəsində göstərilən şəxslər hesabat rübü üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.9-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 22.12.2015-ci il tarixli 550 saylı sərəncamı ilə İddiaçı MTK-ya yüksək mərtəbəli yaşayış binasının tikintisə icazə verilmiş, İddiaçı MTK (VÖEN: **********) sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı tərəfindən ünvan 8 ünvanında inşa edilən yaşayış binasının tikintisi ilə baglı cavabdeh vergi orqanına 10.08.2016-cı il tarixdə 2016-cı ilin İİ rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmiş və qeyd olunan bəyannaməyə əsasən 956.229,98 manat vergi hesablanmışdır. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rüb oldugundan sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verməli və həmin müddətdə vergini dövlət büdcəsinə ödəməlidirlər. İddiaçı isə 28.06.2019-cu il tarixdə 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”ni təqdim etmiş, bunun səbəbini isə “vergi əməkdaşlarının təkidi və öz mühasibinin səhvi” kimi əsaslandırmaga çalışmışdır. Buna görə də vergi məbləği dəqiqləşdirilmiş bəyannamə ilə 49.914,3 manat artırıldıgından gecikməyə müvafiq faizlər hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan 28.06.2019-cu il tarixdə 49.914,3 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini iddiaçı tərəfindən 2016-cı ilin İİ rübü üzrə dəqiqləşdirilmiş bəyannaməyə əsasən düzgün hesablamışdır. Belə olan halda, vergi orqanı tərəfindən həmin məbləğin hesablanması iddiaçının iradə ifadəsinin nəticəsi olduğu üçün qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin də həmin məbləğə faizlərin hesablaması ilə bağlı cavabdehin hərəkətləri vergi qanunvericiliyinin yuxarıda göstərilən müddəalarına uyğundur. Odur ki, iddiaçının mansard mərtəbəsinin tikintisi üçün sadələşdirilmiş vergi üzrə faktiki olaraq sonradan, yəni 2019-cu il iyununda yaranan 49.914,22 manat vergi borcu hesabatının cavabdeh vergi orqanı tərəfindən qəbul edilməsi və həmin vergi öhdəliyinə görə hesablanmış 37.689,60 manat faizlərin silinməsi barədə iddiası əsassız oldugundan təmin edilə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MTK-nın mansard mərtəbəsinin tikintisi üçün Vergilər Məcəlləsinin tələbinə uyğun bina tikinti fəaliyyəti ilə məşğul olan kooperativlərin sadələşdirilmiş vergisi üzrə faktiki olaraq sonradan, 2019-cu il iyununda yaranan 49.914,22 manat məbləğindəki vergi borcu barəsindəki hesabatının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilməsi, 49.914,22 manat vergi öhdəliyinə görə əsassız hesablanmış 37.689,60 manat faizin silinməsi” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-374/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-374/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver