Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3741/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X7, X22, X26, X27, X16 və X28) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1975-ci il təvəllüdlü X4, xx.xx.1976-cı il təvəllüdlü X9, xx.xx.1977-ci il təvəllüdlü X12, xx.xx.1982-ci il təvəllüdlü X13, xx.xx.1997-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X14 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 43 evin pasport qeydiyyatından çıxarılması vəzifəsini cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, ev 43 ünvanında yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir. Lakin 1994-cü ildən İran İslam Respublikasının vətəndaşı olan xx.xx.1975-ci il təvəllüdlü X7, xx.xx.1976-cı il təvəllüdlü X22, xx.xx.1977-ci il təvəllüdlü X26, xx.xx.1982-ci il təvəllüdlü X27, xx.xx.1997-ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X2 rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, ev 43 ünvanında pasport qeydiyyatında olduqlarından, İddiaçı həmin əmlaka dair sahiblik hüquqlarını həyata keçirilməsinə maneə törədilir. Belə ki, 1994-cü ildən İran İslam Respublikasının vətəndaşı olan xx.xx.1975-ci il təvəllüdlü X7, xx.xx.1976-cı il təvəllüdlü X22, xx.xx.1977-ci il təvəllüdlü X26, xx.xx.1982-ci il təvəllüdlü X27, xx.xx.1997-ci il təvəllüdlü X16 və xx.xx.2018-ci il təvəllüdlü X28 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, ev 43 ünvanında yaşamırlar, onların həmin ünvanda heç bir daşınar əmlakları yoxdur, kommunal xərcləri ödəmirlər və onların həmin ünvanda qeydiyyatda qalmaları formal xarakter daşıyır. Onların qeyd olunan ünvanda yaşamaması, onlara aid heç bir daşınar əmlakın olmaması faktını qonşular təsdiq edirlər. İddiaçı xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan xx.xx.1975-ci il təvəllüdlü X5, xx.xx.1976-cı il təvəllüdlü X15, xx.xx.1977-ci il təvəllüdlü X17, xx.xx.1982-ci il təvəllüdlü X18, xx.xx.1997-ci il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X19 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, ev 43 ünvanında pasport qeydiyyatından çıxarılması barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda xx.xx.1975-ci il təvəllüdlü X5, xx.xx.1976-cı il təvəllüdlü X15, xx.xx.1977-ci il təvəllüdlü X17, xx.xx.1982-ci il təvəllüdlü X18 və xx.xx.2018-ci il təvəllüdlü X19 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, ev 43 ünvanında pasport qeydiyyatından çıxarılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Qeydiyyat Məsələləri Bölməsinin səlahiyyətləri daxilində olmaması və faktla bağlı məhkəməyə müraciət olunmasının məqsədəmüvafiq hesab edilməsi bildirilmişdir. Şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X22, X26, X27, X16 və X28 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddia mümkün və əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı xx.xx.2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Cavabdeh tərəfindən İddiaçıa ünvanlanmış 49/2-Q-44737 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaş X7, X22, X26, X27, X16 və X3 qəsəbəsi M.Şəfai küçəsi ev 43 ünvanından qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan faktla əlaqədar olaraq məhkəməyə müraciət etmək məqsədəmüvafiq hesab edilmişdir. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) çıxarışa əsasən ünvan 4 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X7, X22, X26, X27, X16 və X28 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Ərdəbil şəhəri 4 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş **********83000029 saylı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X11 ünvan 1 ünvanında yerləşən əmlaka dair heç biri mülkiyyəti və ya iddiası yoxdur. Gələcəkdə adının müvafiq daşınmaz əmlakın reyestrindən çıxarılmasına etirazı olmayacaq. ** AD ***3452 saylı xx.xx.2023-cü il tarixli Moskva şəhərinin notariat dairəsi tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, X16 həmin ərizə ilə yeni yaşayış yerinə köçməyi ilə əlaqədar Azərbaycan Respublikası, ünvan 2 ünvanından qeydiyyat uçotundan çıxarılmasını xahiş etmiş və buna razılıq vermişdir. Qeydiyyat uçotundan çıxmağı ilə əlaqədar pasport və digər sənədlərdə ştampların qoyulmasına, (yaşayış ünvanı üzrə) uçotdan çıxma vərəqəsinin (sənədinin) və digər sənədlərin alınmasına razılığını vermişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18/2-39121/23 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, X11 xx.xx.2005-ci il tarixdən, X22 xx.xx.2005-ci il tarixdən, X16 xx.xx.2013-cü il tarixdən X27 xx.xx.2018-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən və Ş.Bağırovun qeydiyyata alınmasına əsas olunmuş sənədlər elektron bazada aşkar olunmadığından, göndərilməsi mümkün deyil. X26 xx.xx.2019-cu il tarixdən, X28 xx.xx.2022-ci il tarixdən qeyd olunan ünvanında qeydiyyatdadırlar və qeyd olunan ünvana qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin surəti təqdim edilmişdir. **********826 saylı xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı ona məxsus olan ünvan 4 ünvanına X12 yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etməmiş, razıdır. AZ-İV seriyalı 116314 saylı xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X28 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – X6; atası – X26). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-47321/2024 **********21 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, X4, X9, X12, X13, X8, X14 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 43 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu il tarixdə ölmüş X1 vərəsələri ünvan 5 ünvanında qeydiyyatda olanlar İddiaçı, X22 və onlardan hər biri miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ünvan 6 ünvanında yerləşən a/hissə ümumi sahəsi 53,93 kv.m olan, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi b/hissə 78,5 kv.m olan fərdi yaşayış evindən ibarətdir. X22 və İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli miras payının bağışlanma müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən a/hissə ümumi sahəsi 53,93 kv.m olan, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi b/hissə 78,5 kv.m olan fərdi yaşayış evi İddiaçı bağışlanılmışdır. 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X26 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədə bildirilmişdir ki, qeydiyyatda olduğu ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmağına etiraz etmir, gələcəkdə bu barədə heç bir tələbi və şikayəti olmayacaq. IV. Məhkəmənin mövqeyi Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. - 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. - 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarda göstərilmişdir ki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Həmin Qərarda qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsində təsbit olunmuş hüququn çox mühüm olduğunu bir daha xatırladır və hesab edir ki, həmin hüququn real və səmərəli həyata keçirilməsi sadəcə dövlətin müdaxilə etməmək üzrə öhdəliyindən asılı deyil, bu, həm də pozitiv müdafiə tədbirlərini tələb edə bilər. Pozitiv öhdəliklərin mövcud olub-olmadığını müəyyən edərkən cəmiyyətin ümumi marağı ilə fərdin maraqları arasında ədalətli tarazlığın gözlənilməsinə diqqət yetirilməlidir, bu tarazlığın axtarılması Konvensiyanın bütün mətni üçün səciyyəvidir. Bu öhdəlik, ərizəçinin dövlət orqanlarından gözlədiyi tədbirlərlə ərizəçinin öz mülkiyyətindən istifadə etməsi arasında birbaşa əlaqə olan hallarda qaçılmaz olaraq yaranır. (Avropa Məhkəməsinin Önəryıldız (Oneryıldız) Türkiyəyə qarşı iş üzrə 18 iyun 2002-ci-ci il tarixli Qərarı, § 145) “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli və X7, X22, X26, X27, X16 və X14 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X7, X22, X26, X27, X16 və X14 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3741/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3741/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver