Məhkəmə qərarları › İş №2-1(112)-3742/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3742/2022

27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3742/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona təyin edilmiş pensiyanın dayandırılması hərəkətlərinin aradan qaldırılması və pensiyanın bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarının ləğv edilməsi və həmin qərara əsasən dayandırılmış ona təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 22 mart 1978-ci ildən 13 aprel 1992-ci il ilədək "xxxx" MMC-də zərərli əmək şəraitli itiləyici peşəsində işləmişdir. Ona görə də ona güzəştli şərlərlə yaşa görə 06 mart 2014-cü il tarixdən pensiya təyin edilmişdir. 2021-ci ilin mart ayından təyin edilmiş pensiyanin verilməsi cavabdeh tərəfindən dayandırılmışdır. "xxxx" MMC-nin rəhbərliyi və onun tərəfindən cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, pensiyanın verilməsi indiyə qədər bərpa edilməmişdir. Pensiyanın verilməsinin dayandırılmasını səbəbi kimi cavabdeh tərəfindən onun "xxxx" MMC-də işlədiyi itiləyici pəşəsinin guya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” Metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.4) fəhlələr, metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr siyahısına məhz itiləyici peşəsinin uyğun olmaması bildirilmişdir. "xxxx" MMC-nin rəhbərliyinin cavabdehə təqdim etdiyi arayışlarla onun işlədiyi itiləyici peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahının “XİV Metal emalı” bölməsində 2151200-1753a kodu ilə göstərilən “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr” peşəsinə tamamilə uyğun olması təsdiq edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərəli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə iddaçıya pensiya təyin olunarkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının "xxxx" MMC-də xx.xx.1978-xx.xx.1978-ci il tarixləri arasındakı dövr ərzində itiləyici şagirdi və xx.xx.1978-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində itiləyici peşələrində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi itiləyici şagirdi və itiləyici peşələri sözügedən siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq, iddiaçıya xx.xx.2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15.800,26 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, Sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərəli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə Sizə pensiya təyin olunarkən təqdim edilən sənədlərinizdə qeyd olunan məlumatlara əsasən "xxxx" MMC-də xx.xx.1978-xx.xx.1978-ci tarixləri arasındakı dövr ərzində itiləyici şagirdi və xx.xx.1978xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində itiləyici peşələrində işlədiyiniz müəyyən edilmişdir. Göründüyü kimi işlədiyiniz itiləyici şagirdi və itiləyici peşələri yuxarıda Siyahı üzrə qeyd olunan metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlə peşələrinə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq, Sizə xx.xx.2014-cü il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Sizə xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15.800,26 manat artıq pul vəsaitinin Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda Sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayəsi Nazirliyi "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş “İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsi haqqında” arayış-açılışda qeyd olunur: İddiaçı həqiqətən Bakı Aqreqat İstehsalat Konstruktor Birliyində (hazırki vaxtda "xxxx" MMC) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olan zərərli əmək şəraitli işlərdə: xx.xx.1978-ci ildən xx.xx.1978ci ilə qədər itiləyici şagirdi; xx.xx.1978-ci ildən xx.xx.1992-ci ilə qədər itiləyici peşəsində işləmişdir. İddiaçı işlədiyi müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində “Fəhlə peşələri və işlərin Vahid X2”na uyğun quru üsulla abraziv dairələrlə işləyən 3B642 markalı universal itiləmə və 3601 markalı itiləyici dəzgahlarında müxtəlif kəsici alətlərin quru üsulla abraziv dairələrin köməyi ilə soyulması (kobud cilalanması), itilənməsi, kəsilməsi, cilalanması işləri ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (2 nömrəli siyahı, XİV bölmə “Metal emalı” 12-ci bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “2151200a-1753a metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr”) və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (11-ci bölmə “Metal emalı” 11.14cü bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr) müəyyənləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 sentyabr 1995-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid X2”ndan (hissə 2) itiləyici peşəsinin tarif-ixtisas xüsusiyyətlərindən çıxarışdan görünür ki, işin xüsusiyyəti: Sadə normal kəsici alətin kəsən kənarının düzxətt görünüşü olan verilmiş bucaqlara görə 11-13-cü kvalitetlər üzrə universal avadanlıqda itilənməsi. Kəsici alətin 7- 11-ci kvalitetlər üzrə ixtisaslaşdırılmış, müəyyən aləti itiləmək üçün uyğunlaşdırılmış və sazlanmış yarımavtomat, yaxud avtomat dəzgahlarda itilənməsi və tamamlanması. Tərtibatlar və kopirlər tətbiq etməklə emal olunan alətin müxtəlif bucaqlar altında dəzgaha qurulması. Böyük sayda və müxtəlif görünüşdə kəsən üzü olan kəsici alətin 8-11-ci kvalitetlər üzrə və Ra 2,5-0,63 parametri üzrə itiləmə dəzgahlarında itilənməsi və tamamlanması, müstəqil olaraq dəzgahların əlavə sazlanması. Ərzağı və tütünü kəsmək üçün olan müxtəlif alətlərin, habelə kəsmə və digər oxşar maşınlar üçün olan alətlərin itilənməsi. Bilməlidir: bir tipli və universal itiləmə dəzgahının quruluşunu və iş prinsipini; geniş yayılmış universal və xüsusi tərtibatların adlarını, təyinatını və tətbiqi şərtlərini, sadə və orta mürəkkəbli nəzarət-ölçü alətinin quruluşunu; cilalayıcı (abraziv) dairələrin xarakteristikalarını və tətbiqi şərtlərini; cilalayıcı (abraziv) dairələrin qurulma və düzləndirmə qaydalarını; emal olunan materialların adlarını və markalanmasını; müsaidə və oturtmalar haqqında əsas məlumatları, kvalitetləri və nahamarlıq parametrlərini; itiləyən dəzgahın quruluşunu və əlavə sazlanma qaydasını; cilalama (abraziv) dairələrin formaya, bərkliyə, dənəvariliyə bağlanmasına görə xarakteristikalarını, temperaturun itilənən alətin deformasiyasına təsirini; emal rejimi amillərinin əhəmiyyətini və onların itiləmə keyfiyyətinə təsirini; mürəkkəb nəzarət-ölçü alət və cihazlarının təyinatını və tətbiqi qaydalarını, müsaidə və oturtmaları. Həmin məktuba əlavə edilmiş İtiləyici peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə aid olması barədə açılışdan görünür ki, itiləyici peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına qədər qüvvədə olan SSRİ Nazirlər Kabinetinin 26 yanvar 1991-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Ob utverjdenii spiskov proizvodstv, rabot, professiy, doljnostey i pokazateley, dayuşix pravo na lqotnoye pensionnoye obespeçeniye” əsasən (2 nömrəli siyahı, XİV bölmə “Metal emalı” 12-ci bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “2151200a-1753a raboçiye, zanyatıye na obdirke, toçke, rezke, şlifovke metalliçeskix izdeliy i instrumenta abrazivnımi kruqami suxim sposobom”) müəyyənləşdirilmişdir (əlavə 1). Belə ki, o dövrün müvafiq normativ hüquqi aktlarına uyğun əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələrinə görə itiləyici peşəsində işləyən QurbanovFamil Şamil oğlunun əmək şəraitinin zərərli olması müəyyən edilmişdir və müvafiq sənədlərlə sənədləşdirilmişdir. Bu hal Azərbaycan Respublikasının Əmək pensiyaları haqqında Qanunun 9-cu maddəsinin 9.5 hissəsində nəzərdə tutulmuşdur. Toçka sözü rus dilindən tərcümədə mənası 1. itiləmə, itilənmə; 2. yonma, yonulma mənasında işlənir (bax. Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında 1990-cı ildə çap olunmuş beşinci nəşr, İİİ cild, səhifə 336 ). İtiləyici peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ( 2 nömrəli siyahı, XİV bölmə “Metal emalı” 12-ci bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “2151200a-1753a metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr”) (əlavə 2) və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (11-ci bölmə “Metal emalı” 11.14-cü bənd, “Metal emalının digər peşələri” a) fəhlələr: “metal məmulatların və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr) (əlavə 3) göstəricilərinə görə müəyyənləşdirilmişdir. Bu göstəricilərdə əks olunan fəhlələr qrupuna işinin xüsusiyyətinə görə itiləyicilər də daxildir. Göstəricilərdəki “yonulması” sözü alətlərin “itilənməsi” kimi başa düşülür. Belə ki, Azərbaycan dilinin qrammatikasında alətlərin yonulması deyil, alətlərin itilənməsi işlədilir. Göstərilən bu hal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 sentyabr 1995-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid X2”nda (hissə 2) itiləyici peşəsinin işinin xüsusiyyətində öz əksini tapmışdır: Bir tipli və universal itiləmə dəzgahlarında dəzgahın təyinatına müvafiq olaraq kəsici alətlərin (frezlərin, burğuların, kəskilərin, rayberlərin, dişli mişarların və s.) quru üsulla abraziv dairələr vasitəsi ilə itiləmədən əvvəl alətlərin ölçüyə salınması üçün səthin soyulması (kobud cilalanması), cilalanması, kəsilməsi və təmizlik (dəqiqlik) sinfindən asılı olaraq itiləmə texnologiyasına uyğun olaraq itilənməsi itiləyicinin işinin xüsusiyyətini təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********5 nömrəli Artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərarına əsasən xx.xx.1957-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona 15800,26 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək 10 gün müddətində Binəqədi rayonu, Ziya Bünyadov, 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2014-cü ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. İddiaçıya 57 yaşının təmam olduğu xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin Əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2014-cü ildə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması qərara alınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçının "xxxx" MMC-də xx.xx.1978-xx.xx.1978-ci tarixləri arasındakı dövr ərzində itiləyici şagirdi və xx.xx.1978-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində itiləyici kimi işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndində (11.14) metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşəsinə uyğun gəlmədiyindən güzəştli iş stajının olmaması səbəbi ilə iddiaçıya təyin edilmiş pensiyanin ödənilməsi dayandırılmışdır. Lakin iş materiallarında olan sənədlərdən, eləcə də "xxxx"xxxx"xxxx" MMC-də işlədiyi itiləyici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda XİV bölmə - Metal emalı, 12-ci bənd - Metal emalının digər peşələri, a) fəhlələr, kod 2151200a—1753a - metal məmulatların və alətlərin quru üsulla abraziv dairə ilə soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr peşəsinə uyğundur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda 11-ci bölmə - Metal emalı, 11.14-cü bənd - Metal emalının digər peşələri, a) fəhlələr: metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və məhkəməyə təqdim edilmiş iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Ona görə də qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı kimi nəzərə alınmalıdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********5 nömrəli qərarı ləğv edilsin və həmin qərara əsasən dayandırılmış İddiaçı təyin olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa olunaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar