Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3745/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X10 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X10 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X10 İdarəsinə (hazırki X10 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (həmin illər üzrə) hesablanması və pensiya hüququ yarandığı tarixdən hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının təyin edilməli olduğu 55 yaşdan hal-hazıradək fərqin müəyyən edilərək cavabdehdən tutularaq, birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.2003-cü il tarixədək xxxxxxxxxxxnda işləmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 44 saylı sexin germetizasiya sahəsində yığıcı (yarımötrücü cihazların qaynaqçısı) vəzifəsində işləmişdir. Bu sahədə iş zamanı 450 dərəcə temperaturda, mikrosxemdə hidrogen qazı istifadə edilməklə, AL və Au naqilləri ilə çıxışlara qaynaq edilmişdir. Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarın 2 nömrəli siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə şifr 2170100a, kod 11982-yə və xx.xx.2007-c il tarixli 12 saylı Qərarının 13(a) bölməsinə daxildir. xx.xx.1984-cü il tarixdən xx.xx.1993-cü ilədək 39 saylı sexin germetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində çalışmışdır.Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarın 2 nömrəli siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə şifr ******* a, kod 16464-ə və xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 13.1(a) bölməsinə daxildir. Beləliklə də o, 1977-ci ildən 2003-cü ilə qədər ağır işdə işləmişdir. 1977-ci ildən 1992-ci ilə qədər işləyəndə 5 uşaqlı ana olduğuna görə ona 52 yaşında pensiya təyin olunmuşdur. Ona az pensiya təyin olunmuş və qeyd edilən məsələ ilə bağlı güzəştli şərtlərlə pensiyanın verilməsi və yaxud yenidən hesablanması tələbinə dair ərizə ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən imtina verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X10 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının çalışdığı yığıcı şagirdi (xx.xx.1977-xx.xx.1978) və nişanlayıcı (xx.xx.1978-xx.xx.1984) peşələri NK-nın 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda öz əksini tapmayıb. İddiaçı xx.xx.1977-xx.xx.1978-ci illər üzrə 44 saylı sexin germetizasiya sahəsində yığıcı; xx.xx.1978-xx.xx.1984-cü illər üzrə nişanlayıcı; xx.xx.1984xx.xx.1993-cü illər üzrə germetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı peşələrin güzəştli olduğunu iddia edir. İddiaçı “Azon” zavodunun xx.xx.2019-cu il tarixli, 03/287 saylı Arayışına istinad edərək NK-nın 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı” adlanan XVİ Bölməsindəki şifrlər altında nəzərdə tutulmuş peşələrə istinad edir: 2170100a-1982, yarımötürücü cihaz qaynaqçıları; 2170100a-15452 tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri; 2170200a-16464 selen düzləndiricilərinə birləşdirilən qalaylarla məşğul olan radiohissələrin qalayçıları. Bu sonuncu peşə, adı çəkilən bölmənin “Selen turşularının və kuproksların düzləndiriclərinin istehsalı adlanan L alt-bölməsinə daxildir. Göründüyü kimi iddiaçının çalışdığı peşələrdə NK-nın 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda nəzərdə tutulmuş peşələrə uyğun gəlmir. Dolayısı ilə iddiaçının güzəştli iş stajı yetərsiz olduğundan filialın imtinası qanuni və əsaslı olub. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X10 İdarəsinin nümayəndəsi X3 imtina məktubuna uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Yasamal rayon Polis İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1940-cı il təvəllüdlüdür, ünvan 1 B ünvanında qeydiyyatdadır. İşdə olan iddiaçının ИБ №235865 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -xx.xx.1957-ci ildə 3 saylı Tikiş fabriki Kütləvi tikiş dərzisi vəzifəsinə qəbul edilmişdir. -xx.xx.1959-cu ildə öz istəyinə əsasən işdən azad edilmişdir. -xx.xx.1971-ci ildə oktyabr rayon 17 saylı Uşaq bağçasına paltaryuyan vəzifəsinə qəbul edilmişdir. -xx.xx.1973-cı ildə-paltaryuyan vəzifəsindən azad edilir və tam məşğulluq üzrə dayə vəzifəsinə keçirilir. -xx.xx.1976-cı ildə tam məşğulluq üzrə dayə vəzifəsindən azad edilir və dayə-xadimə vəzifəsinə keçirilir. -xx.xx.1977-ci ildə öz istəyi ilə dayə-xadimə vəzifəsindən azad edilmişdir. -xx.xx.1977-ci ildə “Azon” zavodu 4 saylı Sexdə Germetizasiya sahəsinə toplayıcı vəzifəsinə qəbul edilmişdir. -xx.xx.1978-ci ildə 1-ci dərəcəli elektron cihazların markalanması peşəsi verilmişdir. -xx.xx.1980-ci ildə 3-cü dərəcəli elektron cihazların və radio aparatlarının marka vuranı dərəcəsi verilmişdir. -xx.xx.1984-cü ildə 3-cü dərəcəli qaynar üsulla cihazların qalayçısı ikinci peşə verilmişdir. -xx.xx.1984-cü ildə 3-cü dərəcəli qaynar üsulla cihazların qalayçısı dərəcəsi verilmişdir. -xx.xx.1991-cü ildə 43 saylı sexə 3-cü dərəcəli qaynar üsulla cihazların qalayçısı vəzzifəsinə keçirlmişdir. -xx.xx.1994-cü ildə AXO-ya xadimə qəbul edilmişdir. -xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxxxxxxxxx” MMC-nin 03/235 nömrəli xx xxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubdan görünür ki, İddiaçı həqiqətən də,xx.xx.1977-ci il tarixdən (əmr №586 xx.xx.1977) xx.xx.2003-cü il tarixədək (əmr №65k xx.xx.2003) “AZON” zavodunda işləyib. xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 44 saylı sexin germetizasiya sahəsində yığıcı (yarımötürücü cihazların qaynaqçısı) vəzifəsində işləyib. ( 4 ay 9 gün). Bu sahədə iş zamanı 450C temperaturda, mikrosxemdə hidrogen qazı istifadə edilməklə, Al və Au naqilləri ilə çıxışlara qaynaq edilmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№li siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr ******* a, kod 11982-yə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 13(a) bölməsinə daxildir. xx.xx.1978-ci ildən xx.xx.1984cü ilədək nişanlayıcı (rəngləyici) vəzifəsində işləyib. (6 il 7ay 18 gün) Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100a, kod 15452-yə və xx.xx.20074-ci il tarixli 12 saylı qərarının 13(a) bölməsinə daxildir. xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək 39 saylı sexin germetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində işləyib( 8 il 4 ay 18 gün). Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarına əsasən XVİ bölgünün istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170200a, kod 16464-ə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 13.1(a) bölməsinə daxildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X10 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli **********8 saylı məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şətlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı bölməsində (XVİ şifr-2170100) yarımötürücü cihaz qaynaqçıları (kod-11982) və tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri (kod-15452) vəzifələri nəzərdə tutulmuşdur.İddiaçının xx xxxxxx 1957-ci il tarixli əmək kitabçasında “xxxxxxxxxxx” MMC-nin germetizasiya sahəsində xx.xx.1977-xx.xx.1978-ci il tarixləri arasındakı dövr ərzində yığıcı şagirdi və xx.xx.1978-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində nişanlayıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifələr yuxarıda qeyd edilən vəzifələrə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1940-cı il təvəllüdlüdür, 5 uşaqlı ana olduğuna görə ona 52 yaşından pensiya təyin edilmişdir. İddiaçı əmək kitabçasında qeyd edilən ayrı-ayrı dövrün iş stajı nəzərə alınmaqla güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququnun olduğunu bildirir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. İddiaçı iddia ərizəsində həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 nömrəli Siyahı üzrə güzəştli peşədə işləməsini, yaşla bağlı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə edilən əlavənin tətbiq olunmasını vurğulayıb. Məhkəmə aşağdakı əsaslara görə iddianın əsassız olmadığını hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. -1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; -2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək hər il 6 ay artırılır. Lakin iddiaçının AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəriciləri”ndə peşələrdə azı 10 il əmək stajının olması iş materialları ilə təsdiqlənmir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 10 il güzəştli stajının malik olubolmamasıdır. Odur ki, Azərbacan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, 03/235 saylı arayışından da açıq-aydın görünür ki, iddiaçı xx xxxxxxxx 1984-cü ildən xx.xx.1993-cü ilədək 39 saylı sexin germetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində 8 il 4 ay 18 gün işləmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malik ola bilməsi üçün lazımi qədər güzəştli əmək stajı yaranmır. Eyni zamanda, arayışda iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək germetizasiya sahəsində yığıcı (yarımötürücü cihazların qaynaqçısı), xx xxxxxx 1978-ci ildən xx xxxxxxxx 1984-cü ilədək nişanlayıcı (rəngləyici) vəzifəsində işlədiyi qeyd edilsə belə, əmək kitaçasından görünür ki, iddiaçı həmin tarixlərdə toplayıcı və cihazların markalanması peşəsində işləmişdir. Məhkəmə ətraflı araşdırma apararaq yığıcı vəzifəsinin yarımötürücü cihazların qaynaqçısı, nişanlayıcı vəzifənin rəngləyici vəzifə ilə eynilik təşkil etməsinə dair ətraflı məlumatın verilməsi məqsədilə Azərbacan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxxxxxxxxx” MMC-yə sorğu ünvanlamış,Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxxxxxxxxx” MMC-nin 03/32 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1977-ci il tarixdən (əmr №586 xx.xx.1977) xx.xx.2003-cü il tarixədək (əmr №65k xx.xx.2003) “Azon” zavodunda işləyib. xx.xx.1977-ci il tarixdən xx.xx.1978ci il tarixədək 44 saylı sexin germetizasiya sahəsində yığıcı (yarımötrücü cihazların qaynaqçısı) vəzifəsində işləyib. Bu sahədə iş zamanı 450 C temperaturda, mikrosxemdə hidrogen qazı istifadə edilməklə, Al və Au naqilləri ilə çıxışlara qaynaq edilmişdir. Qalay, civə, indium və qalium birləşmələrindən alınan civəli yağlamadan istifadə edilmişdir.Kanifol, azot, xlorid turşusu və qliserin qatışından alınan flyus birləməsindən istifadə edilib. xx.xx.1984-cü ildən xx.xx.1993-cü ilədək 39 saylı sexin qermetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində işləyib. Bu işin icrası zamanı mikrosxemlər fotorezistdə aşılanıb, xlorid turşusu, qliserin və qalay istifadə edilməklə mikrosxemlərin çıxışlarının səthi qalaylanıb. Xüsusi olaraq qeyd edilmişdir ki, qermetizasiya sahəsində daimi olaraq, müxtəlif kimyəvi maddələrdən, o cümlədən xlorid, selen, nitrat, sulfat, azot, ftorit, fosfat turşularından, qələvilərdən, butilasetat, dimetilformamid, dibutilftalat, dəmir-xlorid, qliserin, qalay, toluol, aseton, üzvi həlledicilər və b. Kimyəvi maddələrdən istifadə edilib. Göründüyü kimi, ilk növbədə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən konkret hansı peşələrdə işlədiyini, müvafiq kodlara istinadla həmin peşələrin Siyahıda nəzərdə tutulub-tutulmadığını, eləcə də güzəştli şərtlə pensiya hüququ verən işlərdə çalışmanın qanunvericiliyin tələb etdiyi müddətlərdə olduğunu dəqiq göstərilməlidir. Bu hal ona görə vacibdir ki, cavabdehin əsas etirazı iddiaçının işlədiyi peşələrin Siyahısında nəzərdə tutulmaması ilə bağlı olmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının toplayıcı –yığıcı və cihazların markalanmasınişanlayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarın 2 nömrəli siyahısında müvafiq kodla göstərilməmişdir. Belə olan halda iddiaçı üçün tələb olunan güzəştli iş stajı tamamlanmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X9 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X10 üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, fərq məbləğinin birdəfəlik ödənilməsi ”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərаrа аldı: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X11 X2rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-3745/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3745/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver