Məhkəmə qərarları › İş №2-1(112)-3745/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3745/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3745/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X26 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X16 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X26 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X26 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X26 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X25 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********4761 nömrəli Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X26 üzrə Baş İdarəsinin xx.xx.2021 -ci il tarixli, **********2790 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarət təbiri təyin olunmuş və vergi ödəyıcisinın iştirakı ilə ünvan 1 ünvanında yerləşən “Bolnisi” kafesində tədbir keçirilmişdir. Keçirilmiş operativ vergi vergi nəzarətinin nəticələri haqqında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X26 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2021-ci il tarixli, 004094 nömrəli Akt tərtib edilmiş, 8 nəfər əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş işçi müəyyən edilərək izahatları alınmışdır. Qeyd edilən Akt hüquqların müdafiə etdiyim şəxsə təqdim edilmişdir. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X26 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X25 tərəfindən xx.xx.2021ci il tarixli **********4761 nömrəli Qərar qəbul edilmiş və həmin qərar əsasında İddiaçı ümumilikdə 16000 (on altı min) manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X26 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş qərar əsassızdır və aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir: Belə ki, aparılan operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxləri tərəfindən Vergi Məcəlləsinin maddələrinin tələbləri kobud şəkildə pozulmuş, bir sıra qanunsuz hərəkətlərə yol verilmiş və operativ vergi nəzarəti yoxlaması işçilərə təzyiq və bir sira hallarda zor tətbiq edilməklə aparılmışdır. 1)Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsinin əsasları göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X26 üzrə Baş İdarəsi tərəfindən aparılan operativ vergi nəzarəti bu maddənin tələbləri kobud pozulmaqla aparılmışdır. Belə ki, sahibkar İddiaçı işlətdiyi “Bolnisi” kafesində operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslar olmamışdır. 2)Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Bildirir ki, operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxlərindən vergi orqanının qərarı tələb olunsa da buna məhəl qoyulmamış və qərar təqdim olunmamışdır. 3) Bildirir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X26 üzrə Baş İdarəsi tərəfindən operativ vergi nəzarəti xx.xx.2021 -ci il tarixdə aparılmasına baxmayaraq, həmin nəzarətin aparılmasına dair qərar sahibkara "Onlayn kargüzarlıq" sistemi vasitəsi ilə göndərilmişdir. Həmin sənədlərlə əlaqədar bildirirəm ki, 1) qərar qanuna uyğun olaraq operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə dərhal təqdim olunmalı idi, təqdim olunmamışdır; 2) aparılan yoxlamanın vahid məlumat reyestrindən Çıxarış operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə. dərhal təqdim olunmalı idi, təqdim olunmamışdır. 4) Operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsləri o dərəcədə özlərini kobud və aqressiv aparmışlar ki, vergi ödəyicisinin nümayəndəsinin izahatını və etirazını dinləmək istəmiyiblər. Hesab edir ki, vergi orqanının vəzifəli şəxsləri bunu qəsdən etmişlər ki, vergi ödəyicisi tərəfindən onlara hər hansı sənədlərin təqdim olunmasına imkan olmasın və onlar öz istədiklərin edib, öz qanunsuz işlərini rahat başa vursunlar. Operativ vergi nəzarəti zamanı o dərəcədə qanunsuzluqla aparılmışdır ki, obyektdə işləməyən şəxslərdən izahat alınmış və onlar da obyektin işçiləri kimi göstərilmişdir. Onu da qeyd edir ki, yoxlamanın həyata keçirildiyi obyekt daha çox ilin soyuq aylarında fəaliyyət göstərir. 2021 -ci il də də eyni qaydada fəaliyyətə başlamaq üçün vergi ödəyicisi tərəfindən işinin peşakarı olan xəngəlxana kafesində işləyə bilən işçilər tapmaq üçün elan veribmişdir. Həmin elan əsasında işləmək istəyən şəxslərin peşəkarlıq səviyyəsi yoxlanılması üçün onlarla kafedə görüş keçirilmişdir. Bu görüşlər zamanı həmin şəxslərin peşəkarlğını əyani şəkildə müşahidə edildikdən sonra həmir şəxslər sırasından seçimlər edilmişdir. İşçilərin axtarılması ilə bağlı elan xx.xx.2021-ci il tarixdə verilmişdir. Elandan iki gün sonra vergi orqanının tədbir keçirməsi sahibkarlıq fəaliyyətinə mümkün vurula biləcək ağır bir zərbə hesab etmək olar. Buna qərəzli mövqe də demək olar. Operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsləri obyektin fəaliyyətini tam iflic vəziyyətinə salmış, obyektin gündəlik fəaliyyətinə mane törətmişdir. Eyni zamanda bildiririk ki, operativ vergi nəzarəti zamanı alınan izahatlar vergi, orqanının vəzifəli şəxsləri tərəfindən vətəndaşlara psixoloji təsir göstərməklə alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 31.0.3-cü maddəsinə əsasən vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq vergi orqanının vəzifəli şəxsinin vəzifəsi sayılır. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək vergi orqanlarının vəzifəsidir. Onu da qeyd etmək istəyirik ki, alınan izahatların məzmunundan da görünür ki, alınmış izahatlat psixoloji təsir altında alınmışdır. Belə ki, bütün izahatlar eyni məzmunludur. İş üzrə vergi orqanı tərəfindən alınmış izahatlar bu günədək bizə təqdim edilməmişdir. Bununla bağlı olaraq “Onlayn kargüzarlıq” sistemi vastəsi ilə vergi orqanına müraciət edilmişdir. Aktda göstərilən şəxslərdən heç biri həmin vaxt sahibkarla əmək münasibətlərində olmamışdırlar. Həmin şəxslər elan əsasında işə qəbul olunmaq üçün gəlmişlər. Bu hal vergi orqanı əməkdaşlarına bildirilmişdir. Lakin vergi orqanı əməkdaşları sahibkarı və həmin şəxsləri aldadaraq guya pandemiya qaydalarına nəzarət etmək adı ilə onlara izahat yazdırmışdırlar. Vergi orqanı əməkdaşları bilirmişdirlər ki, işə qəbul üçün gəlmiş şəxslər pandemiya qaydalarını, dəqiq desək tibbi maska taxmaq qaydalarını pozmuşdurlar. Buna görə cərimə olunmasınlar deyə izahatlarında guya həmin kafedə işlədiklərini lakini hələ əmək müqaviləsi bağlamadıqlarını yazmalarını bildirmişlər. Bundan sonra akt tərtib edilmiş və bildirilmişdir ki, bu sahibkarın xeyrinədir və ona imza atmaldır. Bununla o böyük cərimədən yaxa qurtaracaq. Lakin həmin şəxslər əmək müqaviləsiz işə cəlb olunan şəxs kimi qiymətləndirilmişdir ki, bu da sahibkarın hüquqlarının kobud surətdə qərəzli olaraq pozulması deməkdir. Əlavə olaraq qeyd etmək istərdim ki, izahatı alınmış və əmək müqaviləsiz işə cəlb olunmuş kimi qeyd edilmiş şəxslərdən X1 kimi fəaliyyətdədir. Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitin əlverişliliyinin artırılması ilə şərtlənmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif dövlət səviyyəli çıxışlarında da bildirmişdir ki, sahibkarlara dövlət dəstəyi artırılmalı və onların işinə əsassız müdaxilələrə son qoyulmalı, icra orqanları sahibkarlara kömək etməli, onların işinə qarışmamalı, dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə indiyədək bir çox qanunlar qəbul olunmuşdur. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də 2013-cü ilin 2 iyul tarixində qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Ölkə ərazisində aparılan bütün növ yoxlama tədbirləri (araşdırma, müayinə, monitorinq, müşahidə, nəzarət, reyd və s.) yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada, əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparılmalıdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda yoxlamaların məqsəd və prinsipləri aydın şəkildə müəyyən olunmuşdur. Belə ki, yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasınıntəmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsidir. Qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü, yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması, eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması Qanunun əsas prinsipləri sırasındadır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzitəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarım (qərarlarını) və tələblərini yerinə yetirməmək vergi ödəyicisinin hüququ sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53-cü maddəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları göstərilmişdir. Həmin maddənin 53.3-cü bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasım sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Yuxarıda sadalanan xüsusatlardan və istinad edilən hüquq normalarından göründüyü kimi, operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsləri qanun pozuntularına yol vermişlər, operativ vergi nəzarəti zamanı bütün faktiki halları aydınlaşdırmaq istəməmişlər, öz qanunsuz hərəkətləri ilə fiziki şəxslərə psixoloji təsir göstərmişlər, izhatlarda onlar dediyi kimi yazmadıqları təqdirdə cərimə ediləcəkləri ilə qorxutmuş və bunun nəticəsi kimi qanunsuz aktlar tərtib edərək, vergi ödəyicisinin qanunla müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********2790 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən “Bolnisi” adlı kafedə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004094 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4761 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********447300 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021 -ci il tarixdə saat 12:23:08-də oxunduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq bildirmişdir ki, vergi orqanının operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Qeyd edilənin əksinə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. İddiaçının digər bir qanunsuz əsası ondan ibarət olmuşdur ki, operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxlərindən vergi orqanının qərarı tələb olunsa da, vergi orqanının qərarı və aparılan yoxlamanın vahid məlumat reyestrindən Çıxarışı dərhal təqdim edilməmişdir. İddia edilənin əksinə bildirirlər ki, həm vergi orqanının qərarı, həm də sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2021-ci il tarixində operativ vergi nəzarəti zamanı İddiaçı təqdim olunmuş və tərəfindən imzalanmışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, vergi orqanı tərəfindən operativ vergi nəzarəti xx.xx.2021-ci il tarixdə aparılmasına baxmayaraq, həmin nəzarətin aparılmasına dair qərar sahibkara “Onlayn kargüzarlıq” sistemi vasitəsilə göndərilmişdir. İddiaçının əsassız fikri ilə əlaqədar qeyd edirlər ki, operativ vergi nəzarəti xx.xx.2021-ci il tarixində keçirilmişdir. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Yəni yuxarıda da qeyd ediləndən göründüyü kimi, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın operativ vergi nəzarəti zamanı dərhal təqdim edilməsi nəzərdə tutulmuşdur. Onlayn kargüzarlıq vasitəsilə göndərilmiş xx.xx.2021-ci il tarixli **********4761 tarixli qərar isə vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarıdır. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin müvafiq müddəalarından da aydın olduğu kimi, vergi orqanı tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların qəbul olunması və vergi ödəyicisinə təqdim olunması prosedurları tamamilə qanunvericiliyə uyğun şəkildə aparılmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış vergi ödəyicisi xx.xx.2021-ci il tarixli izahatında sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Bolnisi” adlı kafedə aşkar edilmiş 8 nəfər işçi ilə aralarında əmək müqaviləsinin olmadığını etiraf etmiş və onlarla tez bir zamanda əmək müqaviləsi bağlanacağını qeyd etmişdir. X7 xx.xx.2021-ci il tarixli izahatında xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən işə götürüldüyünü və ona əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin təqdim olunmadığını bildirmişdir. X4 da öz növbəsində xx.xx.2021-ci il tarixli izahatında xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə qəbul olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X8 xx.xx.2021-ci il tarixli izahatında xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə qəbul olunduğunu və onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. X5 da öz növbəsində xx.xx.2021-ci il tarixli izahatında xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı tərəfindən kafeyə qabyuyan vəzaifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. X9 xx.xx.2021-ci il tarixli izahatında xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən ofisiant vəzaifəsinə iş qəbul olunduğunu, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik əmək haqqı məbləğinin 12 manat təşkil etdiyini və ona nağd şəkildə ödənildiyini bildirmişdir. İddiaçı ərizəsində X12 fərdi sahibkar kimi uçotda olduğunu bildirmişdir. İddiaçının qeyd olunan fikri də tamamilə əsassızdır. X24 vergi orqanında uçotda deyildir. Digər 4 nəfər işçi oxşar məzmunlu izahatlar verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını bildirmişdirlər. Xüsusilə vurğulayırlar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasından alınmış məlumata əsasən İddiaçı operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra xx.xx.2021-ci il tarixində X19, X23, X24, X20, X22, xx.xx.2021-ci il tarixində isə X3 ilə əmək müqaviləsi bağlamışdır. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1 -ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1 -ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı AA******* nömrəli Şəxsiyyət vəsiqəsinin surəti. - Bakı şəhər X26 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********4761 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı. - cavabdeh tərəfindən təqdim edilmiş operativ vergi nəzarəti tədbirinə dair sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibatiprosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Bakı şəhər X26 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********4761 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X26 üzrə Baş İdarəsinin xx.xx.2021 -ci il tarixli **********2790 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən “Bolnisi” adlı kafedə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004094 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4761 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən cavabdehin xx.xx.2021-ci il tarixli **********4761 nömrəli qərarı ilə bağlı qeyd edir ki, obyektdə fəaliyyət göstərən 8 nəfər fiziki şəxsin şəxsiyyət vəsiqələrinin rekvizitləri müəyyən olunmuşdur. İddiaçı izahatında “Bolnisi” adlı kafedə aşkar edilmiş 8 nəfər işçi ilə aralarında əmək müqaviləsinin olmadığını etiraf etmiş və onlarla tez bir zamanda əmək müqaviləsi bağlanacağını qeyd etmişdir. İş materiallarında olan X13 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən işə götürüldüyünü və ona əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişinin surətinin təqdim olunmadığını bildirmişdir. İş materiallarında olan X10 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021- ci il tarixində İddiaçı tərəfindən ofisiant vəzifəsinə iş qəbul olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. İş materiallarında olan X14 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixindən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə qəbul olunduğunu və onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. İş materiallarında olan X11 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı tərəfindən kafeyə qabyuyan vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. İş materiallarında olan X12 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixində İddiaçı tərəfindən ofisiant vəzifəsinə iş qəbul olunduğunu, onunla əmək müqaviləsi bağlanmadığını, gündəlik əmək haqqı məbləğinin 12 manat təşkil etdiyini və ona nağd şəkildə ödənildiyini bildirmişdir. İş materiallarında olan X6 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı tərəfindən kafeyə xəmirçi vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. İş materiallarında olan X2 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı tərəfindən kafeyə kababçı vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. İş materiallarında olan X15 xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixindən etibarən İddiaçı tərəfindən kafeyə qabyuyan vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər fiziki şəxsdən alınmış izahatlara əsasən onların təsadüfən bir araya gəlmələri deyil, daha çox bir yerdə işlədikləri müəyyən olunur. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, iddiaçıya məxsus obyektdə aşkar olunan fiziki şəxslərin iddiaçıya məxsus obyektdə işləməsi təqdim etdiyi izahatlarla, həmin işçilərin idiaçı ilə hər hansı müqavilələrinin olmaması ilə bir daha təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. - 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. - 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.3-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.3-ci maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-ci maddəsinə əsasən Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5-ci maddəsinə əsasən Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-ci maddəsinə əsasən Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. -50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. - 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunlarınverilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə hər bir işçi üçün 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. Beləliklə, yuxarıda sadalanan maddələrin tələbləri baxımından, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə müvafiq maliyyə sanksiyasını tətbiq etməlidir. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməsi ilə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, (...) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 3-cü maddəsinin 5.1-ci bəndinə əsasən, əmək müqaviləsi bildirişi- (...) əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (...) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, (...) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanmış maddələrin mənasından isə məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, lakin həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. Bu müddəaların tətbiqi ilə bağlı məhkəmə müəyyən etmişdir ki, operativ vergi nəzarəti qaydasında aparılmış yoxlama zamanı 8 nəfər şəxsin işlərə cəlb olunduğu müəyyən edilmiş, lakin onlarla əmək müqavilələri bağlanılmamış, elektron informasiya sistemində onlar qeydiyyatda keçirilməmiş və bu barədə iddiaçı müvafiq sənədlərini təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, operativ vergi nəzarəti tədbiri hər hansı qanun pozuntusu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Belə olan halda, hazırkı iş üzrə 8 nəfər işçinin də izahatları ilə də müəyyən olunur ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunur, belə ki, işçi ilə bağlanmış müqavilənin elektron informasiya sisteminə daxil edilib-edilməməsi cavabdeh tərəfindən yoxlanılmış, həmin 8 nəfər barəsində elektron informasiya sistemində məlumat tapılmamış, iddiaçı tərəfindən də bu hal mübahisələndirilmir. Vergi Məcəlləsinin 58.10-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqi üçün isə yalnız Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi deyil, həm də bu yolla onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması müəyyən olunmalıdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X26 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin X26 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X25 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********4761 nömrəli Qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar