Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3746/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın və elektron çıxarışın verilməsi” barədə iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, 48 saylı evə dair hüququn ölmüş şəxsə, yəni mərhum X2na məxsus olması barədə arayışın və elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, 48 saylı ev 1965-ci il tarixli evin texniki pasport sənədinə əsasən X2nun adına olmuşdur. Atası 1979-cu ildə rəhmətə getmişdir. Bacıları isə hər biri ailə qurub və özlərinə məxsus evdə yaşayırlar. X6 isə 30 ildir ki, Rusiya Respublikası vətəndaşıdır. Qeyd edilən evə dair miras əmlakı mən qəbul etmişdir və hal-hazırkı günədək həmin mənzildə qeydiyyatda olmaqla ailəsi ilə birlikdə faktiki olaraq yaşayır. Hazırda, Bakı şəhəri, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, 48 saylı evə dair hüququ ölmüş şəxsə, yəni X5 məxsus olması barədə arayışın və elektron çıxarışın verilməsinə zərurət vardır. Bununla bağlı cavabdehə aidiyyatı üzrə müraciət etsə də, bugünədək müsbət cavab ala bilməmişdir. Odur ki, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, 48 saylı evə dair hüququn ölmüş şəxsə, yəni mərhum X2na məxsus olması barədə arayışın və elektron çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı qeyd edilən məsələyə dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********07 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər surətdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı qeydiyyatdan keçmiş fərdi yaşayış evinin söküldüyü müəyyən edilmiş, lakin sökülmüş fərdi yaşayış evi üzərində hüquqların ləğvinə dair ərizə, eləcə də vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariausun məktubu təqdim edilməmişdir. Həmçinin sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,17454 ha qeyd edilsə də, faktiki sahə 0,1592 ha təşkil edir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, 48 saylı evə dair hüququn ölmüş şəxsə, yəni X5 məxsus olması barədə arayışın verilməsinə və həmin arayış əsasında sözügedən evin mərhum X4 adına hüquqların dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsini xahiş etmişdir. İ-ИE seriyalı 300625 saylı xx.xx.1957-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur.X2, anası isə X1r. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliynin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* saylı arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 987 nömrəli arayışından görünür ki, İddiaçı Bilgəh qəsəbəsi 28 may (aprel) küçəsi 48 saylı evdə xx.xx.1957-ci ildən hal-hazıra kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/252097/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə Bakı şəhəri, Bilgəh qəsəbəsi, 28 aprel küçəsi, 48 saylı fərdi yaşayış evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətini təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın hüquq müəyyənedici sənəd sahəsi üzrə 65.1 kv.m, faktiki sahəsi isə sökülmüşdür.Bilgəh bələdiyyəsinin qərarına əsasən ümümi torpaq sahəsi hüquq müəyyənedici sənəd sahəsi üzrə 0.17454 ha, faktiki sahəsi isə 0.1592 ha-dır. Fərdi ev 4 tərəfdən hasar daxilindədir və torpaq sahəsi 153.4 kv.m-dır. Evə baxış keçirildi və məlum olmuşdur ki, qeydiyyatdan keçmiş fərdi yaşayış evi sökülərək yerində əlavə olaraq tikintialtı sahəsi 150.0kv.m olan 1 mərtəbəli zirzəmili ev inşa edilmişdir. Torpaq sahəsinin bir hissəsi bölünərək satılmış, həyətyanı sahədə tikinti altı sahəsi 67.0 kv.m olan həyət tikililəri inşa edilmişdir. Məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım barədə məktub göndərmiş, evə dair bütün hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin və X4 ölüm haqqında şəhadətnaməsinin, vərəsəlik işinin açılması və vərəsələr dairəsində olmasına dair sənədlərin 10 gün müddətində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2- ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı hüquqi maraqlarını (subyektiv hüquqlarını) təsdiq edən hər hansı bir sübut nə iddia ərizəsinə əlavə etməmiş, nə də məhkəmə prosesində bu barədə hüquqi yardım göstərilməsinə baxmayaraq hər hansı bir dəlil təqdim edilməmişdir. Odur ki,məhkəmə hesab edir ki, iddiaçının inzibati məhkəmə icraatı qaydasında bu tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Belə ki, əmlakın qanunvericilikdə nəzərdə tutulmuş hər hansı qaydada iddiaçının mülkiyyətinə keçməsini və ya iddiaçının digər qanuni gözləntisinin olmasını (notariusun arayışının) təsdiq edən hər hansı bir sənəd nə məhkəməyəqədər dövrdə cavabdeh quruma, nə də məhkəmə icraatı zamanı məhkəməyə təqdim edilməmişdir. Belə bir sənədin mövcudluğu məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Belə ki, cavabdeh qurum da, iddiaya dair etirazda iddiaçı tərəfindən cavabeh quruma vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariausun məktubu təqdim edilməməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda iddiaçının hazırda vərəsəlik işinin açılaması ilə əlaqədar vərəsələr dairəsində olan şəxs olmasını təsdiq edən notariusun məktubu olmadığından iddiaçının həmin əmlakla bağlı hazırki iddianı qaldırmaq üçün hüquqi marağı müəyyən edilmir. Yuxarıda sadalanan hallar barədə məhkəmə tərəfindən iddiaçılara hüquqi yardım göstərilmiş, X4 ölüm haqqında şəhadətnaməsinin, vərəsəlik işinin açılması və vərəsələr dairəsində olmasına dair sənədin məhkəməyə təqdim edilməsi üçün müddət müəyyən edilmiş, hüquqi yardım barədə məktub iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana lazımi qaydada çatdırılmışdır. Lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş, həmçinin iddia tələbinə dair subyektiv hüquqlarını (hüquqi marağı) təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia mümkün hesab edilməməli, iddiaçıya qeyd edilən çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə tərəfindən hüquqi müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-3746/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3746/2025
10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver