Məhkəmə qərarları › İş №2-1(112)-375/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-375/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-375/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının əlilliyin müəyyən olunmasından imtina olunması barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və xəstəliyi ilə bağlı müvafiq əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 35 ildir ki, şəkərli diabet xəstəsidir. Qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanan Göndərişdən də göründüyü kimi ona E.10.7- insulindən asılı şəkərli diabet, İ tip, çoxsaylı ağırlaşmalarla diaqnozu qoyulmuşdur. 2006-cı ildən bəridir ki, ona İİ qrup əlillik təyin olunmuşdur. O cümlədən, xəstəliyi ilə əlaqədar uzun müddətdir ambulator, həmçinin 2007-ci və 2016-cı illərdə müxtəlif tibbi müəssisələrdə stasionar müalicə almışdır. xx.xx.2020-ci il tarixində əlillik müddətinin qurtarması səbəbindən qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən əlliliyə yenidən baxılması əsasıyla TSEK-ə göndəriş ünvanlanmışdır. Lakin TSEK tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilmiş, səbəb olaraq isə 1985-ci ildən xəstə olmağına baxmayaraq Səhiyyə Nazirliyinin pulsuz dərman alan xəstələrin reyestrində olmaması, 2016-cı ildən sonra müayinə və müalicə olunmaması göstərilmişdir. İmtinanın səbəbləri əsassız olduğu üçün tərəfindən təkrarən müraciət edilmiş və qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən əlillik müddətinin qurtarması səbəbindən ona yenidən baxılması əsasıyla TSEK-ə təkrar xx.xx.2021-ci il tarixində 2756003AAEYZ №-li göndəriş ünvanlanmışdır. Bu dəfə imtinanın səbəbi kimi əvvəlki qərarda əks olunan əsassız səbəblərin digərləri göstərilməmiş, onlardan yalnız biri təkrarlanmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli qiymətləndirmənin nəticəsi olaraq əlilliyin müəyyən edilməsindən imtina olunmuş, səbəb olaraq əlavə müalicəyə ehtiyacın olması, ətraflı olaraq isə son illər stasionar müalicəsinin olmaması, ixtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicənin məsləhət görülməsi qeyd olunmuşdur. TSEK yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsasında və Əlilliyin müəyyən edilməsi meyarlarına əsasən onun əlilliyini qiymətləndirmək hüququna malikdir və bu qiymətləndirmə zamanı şəxsin reabilitasiya potensialını, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyini nəzərə almalıdır. O, 35 ildir ki, şəkərli diabet xəstəsidir və bu müddət ərzində ambulator və bir neçə dəfə stasionar müalicə almışdır. Bu müddət ərzində aldığı ambulator və stasionar müalicələrin ciddi təsiri olmamış və xəstəliyinin aradan qalxmasına gətirib çıxarmamışdır. İllərdir aldığı müalicə nəticəsində xəstəliyinin yüngülləşmədiyini, əksinə ağırlaşdığını nəzərə alaraq, bu son illərdə hər hansı stasionar müalicə almış olduğu təqdirdə xəstəliyinin aradan qalxacağına dair TSEK tərəfindən konkret nəticəyə gəlinməsinə kifayət qədər əsas deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 19 saylı Şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip,ağır forma,insulin tələbli. Biab. polineyropatiya, nefropatiya. A\ə diab.angiopatiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra 20 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip,ağır forma, insulin tələbli. Biab. polineyropatiya, nefropatiya. hər iki A\ə diab.angiopatiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10- E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Biab. polineyropatiya, nefropatiya. hər iki A\ə diab. angiopatiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksionallergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2020-ci ildə sözügedən poliklinikanın 2756003AAEFD saylı göndərişi əsasında baxılmış və “X2: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet İ tip, çox saylı ağrılaşmalarla. Aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya. Diabetik polinevropatiya. OU-Diabetik retinopatiyası. VlS OD=0.5;VİS OS=0.8; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 1985ci ildən xəstə olmasına baxmayaraq Səhiyyə Nazirliyinin pulsuz dərman alan xəstələrin reyestrində yoxdur. 2016-cı ildən sonra müayinə və müalicəsi yoxdur. İxtisaslaşmış Xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 2756003AAEYZ saylı göndərişi əsasında baxılmış və “X2: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip,çox saylı ağrılaşmalarla Diabetik polinevropatiya(E10-14 ümumi dördüncü .4 işarəsi ilə), OU-Diabetik retinopatiyası.VİS OD=0.5;VİS OS=0.8. Aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14, Diabetik nefropatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illər stasionar müalicəsi yoxdur İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə 19 saylı Şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Biab. polineyropatiya, nefropatiya. A\ə diab.angiopatiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 20 nömrəli şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Biab. polineyropatiya, nefropatiya. hər iki A\ə diab.angiopatiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-ci il tarixdə baxılmış və elektron təyinatla “Səbəbi: Ümumi xəstəlik; X2: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet; Diaqnozun mətni: Şəkərli diabet İİ tip,ağır forma,insulin tələbli.Biab.polineyropatiya,nefropatiya.hər iki A\ə diab. angiopatiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli 2756003AAEFD saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə baxılmış və “X2: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, çoxsaylı ağrılaşmalarla. Aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya. Diabetik polinevropatiya. OU-Diabetik retinopatiyası.VİS OD=0.5;VİS OS=0.8.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 1985ci ildən xəstə olmasına baxmayaraq Səhiyyə Nazirliyinin pulsuz dərman alan xəstələrin reyestrində yoxdur. 2016-cı ildən sonra müayinə və müalicəsi yoxdur. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 20 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2756003AAEYZ saylı göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: əsas diaqnoz:İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İ tip, çox saylı ağırlaşmalarla, Ağırlaşma: G63.2 Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə), H36.0- Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə), OU-Diabetik retinopatiya, VİS OD=0.5; VİS OS=0.8, İ 79.2 Digər rubriklarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya. N08.3 şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14 diabetik nefropatiya, Yanaşı xəstəliklər: E04.2 Qeyri-toksik çox düyünlü ur, F48.0 Nevrasteniya, astenonevrotik sindrom, İ10 Essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mər. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illər stasionar müalicəsi yoxdur. İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 20 günlük müddət təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Tam reabilitasiya olması” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Şəkərli diabet İ tip, çox saylı ağrılaşmalarla. Diabetik polinevropatiya. Aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri” diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Tam reabilitasiya olması” qərarı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında və xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə şəxsin iştirakı olmadan qiymətləndirilməmiş və hər iki halda əlilliyin təyin edilməsindən imtina qərarları verilmişdir. Məhkəmənin qərardadı əsasında vətəndaşın əyani müayinəsi aparılaraq tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2007-ci il tarixdə tibbisosial ekspert komissiyasında ilkin müayinə edilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1. bəndinə müvafiq olaraq xx.xx.2016-cı il tarixdə şəxsin əlillik müddəti onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir. Əsas şikayəti sussuzluq, yanğı, tez yorulmadandır. Obyektiv müayinə hər iki ayaqda art dorzalis pedis üzərində nəbz zəifləyib, aşağı ətraflarda əzələ tonusu, dərinin turqoru saxlanılıb. Aşağı ıtrafların dopier müayinəsi zamanı arteriyalarda bifazik axın aşkar edilir ki, bu da ll-lll dərəcə arterial qan dövranı pozğunluğunu inkar edir. ExoKQ müayinəsində AF 60% olmaqla ürək çatmamazlığının olmadığını göstərir, Görmə itiliyi VİS OD=0.5;VİS OS=0.8 olmaqla əlilliyin təyininə əsas vermir. Qanda kreatinin 100mmol/l qeyd edilir, bu da böyrək çatmamazlığının olmadığını göstərir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə” yə uyğun olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən tam reabilitasiya - hazırda əlillik əlaməti aşkar edilməməsi barədə qərar verilir. Yuxarıda qeyd olunanlara əsasən Komissiya qərara alır: İddiaçı (FİN: xxxxxxx ) tam reabilitasiya - hazırda əlillik əlaməti aşkar edilmədiyindən əlillik təyinatından imtina edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1808/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, T 384/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1-3. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 2756003AAEYZ saylı Forma 88-də qeyd olunan “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla; diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü.4 işarəsi ilə); OU- diabetik retinopatiyası, VİS OD=0,5; VİS OS=0,8; aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya, şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14) diabetik nefropatiya” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. 4. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə bərpa müalicəsinə ehtiyac yoxdur. Beləliklə, iş üzrə cavabdeh sonuncu dəfə iddiaçı barəsində əlavə müalicəyə ehtiyacın olması, son illər stasionar müalicəsi yoxdur. İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” əsası gətirərək əlillik dərəcəsinin təyinatından imtina etmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilərkən və əlillik təyinatından imtina edilərkən əsas götürülmüş (qüvvədə olmuş) hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə əsasın ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2007-ci ildə ilkin müayinə edilmiş və ona 1 il müddətinə “Diaqnozun mətni: Şəkərli diabet İİ tip, ağır forma, insulin tələbli. Biab. polineyropatiya, nefropatiya. A\ə diab.angiopatiyası” diaqnozuna uyğun 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra 2014-cü il tarixdə eyni diaqnozla 1 il müddətinə əlillik dərəcəsi təyin edilmiş, 2016-cı ildə isə iddiaçının iştirakı olmadan, əlillik alt sisteminə yeni tibbi göndəriş yerləşdirilmədən elektron təyinat üzərindən növbəti 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində iki dəfə tərtib edilmiş tibbi göndərişlər əsasında qiymətləndirmə aparılarkən iddiaçının əlillik təyinatından imtinanən əsası kimi son illər müayinə və müalicəsinin olmamasına istinad edilmişdir Sonuncu dəfə iddiaçı barəsində tərtib edilmiş 20 nömrəli Şəhər Poliklinkasının xx.xx.2021-ci il tarixli 2756003AAEYZ saylı göndərişindən görünür ki, stasionar müalicə aldığı müəssisə olaraq göstərilmişdir: xx.xx.2007-xx.xx.2007-ci il tarixlərdə 7 gün F.Ə.Əfəndiyev adına 4 nömrəli şəhər klinik xəstəxanasında E10.7 insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, xx.xx.2016-xx.xx.2016-cı il tarixədək 4 gün Bakı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında E10.7 insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, 24.11.202-xx.xx.2020-ci il tarixədək 11 gün Yeni Klinika (Milli Sağlamlıq Mərkəzi” PHŞ) B34.2 dəqiqləşdirilməmiş lokalizasiyalı koronavirus infeksiyası diaqnozu ilə müalicədə olduğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: -1.2-ci bəndinə görə şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. -1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Göründüyü kimi iddiaçı barəsində tərtib olunmuş tibbi göndərişdə onun 2016-cı ildən sonra “E10.7 insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla” diaqnozu ilə stasionar və ambulator müayinə və müalicələri yoxdur. Belə olan halda iddia olunan diaqnozla bağlı müalicə müddəti yuxarıda adı çəkilən Qaydaların tələblərinə (eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması) uyğun deyildir. Bundan əlavə məhkəmənin aralıq qərardadı ilə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əyani müayinəsi zamanı barəsində tərtib olunmuş tibbi göndərişdəki əsas diaqnoza uyğun ağırlaşmalar (periferik angiopatiya, aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya və digərləri) obyektiv müayinələrdə öz təsdiqini tapmadığı müəyyən olunduğundan, tibbi göndərişdə qoyulmuş diaqnozun hazırda əlillik əlaməti təyin etmədiyi qərarı qəbul edilmişdir. Həmçinin, məhkəmə icraatında iddiaçı barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli T 384/2022 nömrəli ekspert rəyi ilə də iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci il tarixli, 2756003AAEYZ saylı Forma 88-də qeyd olunan “insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İ tip, çoxsaylı ağırlaşmalarla; diabetik polinevropatiya (E 10- 14 ümumi dördüncü.4 işarəsi ilə); OU- diabetik retinopatiyası, VİS OD=0,5; VİS OS=0,8; aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya, şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14) diabetik nefropatiya” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi nəticəsinə gəlinmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar