Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3750/2020 31.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Yadulla qızının iştirakı ilə İddiaçı Yadulla qızının cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinəqarşı «artıq ödənilmiş məbləğin geri qaytarılması və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü ƏYYƏN ETDİ: İddiaçı Yadulla qızı cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 61 (altmış bir) manat 60 (altmış) qəpik məbləğində ödədiyi artıq pulun ona verilməsinə dair qətnamə çıxarılmasını və və cavabdehin yol verdiyi qanunsuz hərəkətlərinə görə məsuliyyəti cəlb olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İş üzrə 31 may 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı Yadulla qızı tələb etdiyi məbləğ məhkəmədən kənar qaydada cavabdeh tərəfindən ona geri qaytarıldığından hazırkı iddiasından imtina etdiyini bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Yadulla qızının cavabdeh Binəqədi qəsəbə bələdiyyəsinəqarşı «artıq ödənilmiş məbləğin geri qaytarılması və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi» tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3750/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3750/2020
31.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver