Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3751/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək haqqına uyğun olaraq əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1955-ci il təvəllüdlüdür. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə müraciət emişdir. Lakin həmin Filialdan ona göndərilmiş 07 dekabr 2020-ci il tarixli cavab məktubunda güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edldiyi qeyd olunmuşdur. Ümumi iş stajı 25 ildən çox olmaqla o cümlədən, 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci l tarixli 12 nömrəli qərarında öz əksini tapmışdır. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 26.01.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 17 may 2021-ci il tarixli **********2 №li etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğu üçün rədd olunmalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş 20.04.1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 18.05.2010-12.05.2020-ci il tarixləri arasındakı dövr ərzində “Qaz İxrac” idarəsinin X12 Kəmərləri sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci l tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş neftin qazılması və hasilatı, neft qaz kondesatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) nəzərdə tutulmuş bilavasitə buruqlarda elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları vəzifəsinə uygun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X11 məhkəmə iclasında verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Şamaxı rayonunun Udulu kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - 25 may 1974-cü il tarixdə verilmiş NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 27 may1976-cı ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli 27.04.1979-cu il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 01.03.1972-ci ildə Qazı-Məhəmməd 5 №li rabitə şöbəsinə poçtalyon vəzifəsinə qəbul edilmiş, 16.05.1974-cü ildə işdən azad edilmişdir. 01.08.1976-cı ildə 3 saylı Tikinti idarəsinə işə qəbul olunmuş, 25.10.1978-ci ildə “Ximqazpromstroy (X18 Tikintisi”)-3 X6 X5 İdarəsinə üçüncü dərəcəli suvaqçı təyin olunmuş, 17.11.1978-ci ildə “Aztransqaz” İstehsalat Birliyində 3-cü dərəcə üzrə Maşinist-ocaqçı vəzifəsinə qəbul edilmiş; 11.04.1979-cu ildə üçüncü dərəcə üzrə xəttiborudüzən vəzifəsinə keçirilmiş; 01.12.1980-ci ildə 3-cü dərəcə üzrə elektrik montyory vəzifəsinə keçirilmiş, 01.08.1988-ci ildə elektrik montyoru vəzifəsinə təyin edilmiş, 01.11.1996-cı ildə Boru kəmərlərinin korroziyadan mühafisəzi üzrə 6-cı dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş, 01.05.1998-ci ildə Qaz kompressor sexində elektrik montyoru, 26.10.2009-cu il tarixdə Qaz kompressor stansiyasında elektik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, 17.05.2010-cu il tarixdə işdən azad olunmuş, 18.05.2010-cu il tarixdə Qaz kompressor stansiyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsinə təyin olunmuş, 12.05.2020-ci il tarixdə işdən azad olunmuşdur. “Qaz İxrac” İdarəsi X12 Kəmərləri sahəsi tərəfindən verilmiş NA-01-06/449 №li 31.05.2020-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, X2 18.05.2010-cu il tarixindən 12.05.2020-ci il tarixinə kimi SOCAR-ın “Qaz İxrac” İdarəsinin X12 Kəmərləri sahəsinin Hacıqabul Kompressor stansiyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdirdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarına əsasən (Netf qaz və kondesatının hasilatı) onun güzəştli şərtlərlə 09 il 11 ay 24 gün iş stajı vardır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş, “Qaz İxrac İdarəsinin” SOCAR **********30490075X00182 №li 16 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, X2 “AzQazTəchizat” İstehsalat Birliyinin X4 X14 İdarəsində 17.11.1978-ci il tarixindən 10.04.1979-cu il tarixinədək qazanxana maşinisti peşəsində, 11 04.1979-cu il tarixindən 30.11.1980-ci il tarixinədək xəttiborudüzən peşəsində, 01,12.1980-ci il tarixindən 30.04.1998-ci il tarixinədək elektrik montyoru peşəsində işləmişdir. 01.05.1998-ci il tarixindən 30.06.2009-cu il tarixinədək “xxxx” QSC-nın “xxxxnəql” X1 X14 İdarəsinin Qaz kompressor sexində elektrik montyoru peşəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli 366 nömrəli sərəncamına əsasən “xxxx” QSC SOCAR-ın tabeliyinə verilmişdir. SOCAR-ın 21.07.2009-cu il tarixli 95 nömrəli və 31.07.2009-cu il tarixli 100 nömrəli əmrləri ilə “xxxxnəql” İB ləğv edilərək onun bazasında Qaz Nəqli İdarəsi yaradılmışdır. 01.09.2009-cu il tarixindən X12 Kəmərləri İdarəsi ləğv edilərək onun bazasında X12 Kəmərləri sahəsi yaradılmışdır. B.Qəhrəmanov 01.07.2009cu il tarixindən 25.10.2009-cu il tarixinədək “xxxx" İB-nin Qaz Nəqli İdarəsinin X12 Kəmərləri sahəsinin Qaz kompressor- stansiyasında elektrik montyoru peşəsində işləmişdir. 26.10.2009-cu il tarixindən 17.05.2010-cu il tarixinədək “xxxx” X9 Nəqli İdarəsinin X12 Kəmərləri sahəsinin Qaz kompressor stansiyasında elektik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. 18.05.2010-cu il tarixindən 28.02.2013-cu il tarixinədək “xxxx” X1 X14 sahəsinin Qaz kompressor stansiyasında elektik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir. SOCAR-ın 15 yanvar 2013-cü il tarixli 05 nömrəli əmrinə əsasən “xxxx İB-nin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən X12 Kəmərləri sahəsi mövcud təşkilatı hüquqi forması saxlanılmaqla SOCAR-ın “Qaz İxrac” İdarəsinin tabeliyinə verilmişdir. B.Qəhrəmanov 01.03.2013-cü il tarixindən 12.05.2020-ci il tarixinədək SOCAR-ın “Qaz İxrac” İdarəsinin X12 Kəmərləri sahəsinin kompressor stansiyasında elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsində çalışmışdır. SOCAR-ın strukturuna daxil olan qurumlarda iş yerlərinin attestasiyasının aparılması qrafikinə (2016-2020) uyğun olaraq "Qaz İxrac" İdarəsinin X12 Kəmərləri Sahəsi üzrə iş yerlərində istehsalat amillərinin zərərli parametrlərin səviyyəsinin müəyyən edilməsi üçün aparılmış sonuncu instrumental ölçmə işləri nəticəsində B.Qəhrəmanovun çalışdığı Hacıqabul kompressor stansiyasının elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsi üzrə istehsalat mühitinin fiziki amillərindən biri olan səs-küy səviyyəsinin 80 dBA normadan 5 dBA artıq olduğu, digər amillərin normada olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu, neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin 10.5.2ci yarımbəndində fəhlələr sırasında elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsi qeyd olunmuşdur. Lakin həmin istehsalatlarla “Qaz İxrac” İdarəsinin fəaliyyəti uyğun deyil. Belə ki, “Qaz İxrac” İdarəsinin əsas fəaliyyəti qazın nəql xidmətlərinin, qazın nəql sistemləri ilə enerji dəhlizinə ötürülməsi üzrə texniki, texnoloji və metroloji əməliyyatların aparılmasından ibarətdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 07 dekabr 2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, müraciətçi tərəfindən Filiala təqdim olunmuş 20.04.1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 18.05.2010- 12.05.2020-ci il tarixləri arasındakı dövr ərzində “Qaz İxrac” idarəsinin X12 Kəmərləri sahəsində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci l tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş neftin qazılması və hasilatı, neft qaz kondesatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) nəzərdə tutulmuş bilavasitə buruqlarda elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları vəzifəsinə uygun deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçının 60 yaşına çatması və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı “Qaz İxrac İdarəsinin” SOCAR **********30490075X00182 №li 16 iyun 2021-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan peşələr əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Bu isə o, deməkdir ki, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3751/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3751/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver