Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3752/2023 17.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan X2rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan X2rşı “kompensasiyanın ödənilməsi barədə” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101e nömrəli bağ torpaq sahəsinin 0,167 kv.m. hissəsinin 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, qanuni istifadəsi və sahibliyində olan 0,12 ha torpaq sahəsi olan 1101E saylı bağ sahəsi Bakı şəhər X7 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında ayrılmışdır. Bağ sahəsi (0.1033 ha) üzərində hüquqları qeydə alınaraq dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya bildirilmişdir ki, bağ sahəsinin bir hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq 1033 kv.m təşkil edir, 0.167 kv.m torpaq sahəsi müvafiq layihəyə uyğun olaraq ümumi yola daxil edilmişdir. Cavabdeh tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin 0,167 kv.m hissəsi yol tikintisi sahəsinə düşmüşdür. Qeyd olunan tikinti layihəsinin icrasına başlanmasından ötən müddət ərzində mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşmüş hissəsinə qanunda nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi qaydada müraciət edilməsinə baxmayaraq bu günədək həmin kompensasiya iddiaçıya ödənilməmişdir. 0,0167 kv.m torpaq sahəsinə görə ədalətli şəkildə kompensasiya verilməsi barədə ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətdə qeyd edilənlərin icrasından imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, sözügedən layihə çərçivəsində ona kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Cavabdehin verdiyi əsassız cavab ona məhkəməyə müraciət etmək üçün əsas vermişdir. Cavabdehin imtinası onun mülkiyyət hüquqlarını pozmaqla, həm də mülkiyyət hüququ haqqında normaların tələblərini pozmuş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək şifahi məhkəmə baxışı iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirərək, iddianın təmin olunmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, iddiaçının istifadəsində olan 1101E saylı bağ sahəsinin bir hissəsi Novxanı-Pirşağı magistral yolunda həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq yol tikintisi sahəsinə düşmüş, lakin sözügedən layihə çərçivəsində iddiaçı müvafiq sənədləri təqdim etmədiyindən ona kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdehin xx.xx.2022-ci il tarixli ********* saylı məktubu ilə iddiaçının nümayəndəsinə bildirilmişdir ki, müraciətdə qeyd etdiyi məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-yə müraciət olunmuşdur. Alınmış cavabdan müəyyən olmuşdur ki, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində kadastr planından çıxarışlar hazırlanan zaman ona aid torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. (Torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış 30 avqust 2022-ci il tarixdə əldə edilmişdir). Sözügedən torpaq sahəsinə dair kadastr planından çıxarış hazırlanmadığından bununla bağlı hər hansı məlumatın verilməsi mümkün olmamışdır. Bu səbəbdən də sözügedən layihənin icrası zamanı tikinti altına düşən maneələrin siyahıya alınması zamanı qeyd olunan torpaq sahəsi qeydə alınmamışdır. Eyni zamanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “2014-2016-cı illər ərzində “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman qeyd etdiyi torpaq sahəsi üzərində hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Maddə 67 və 68) qeydə alınmamışdır və bu səbəbdən də sözügedən layihə çərçivəsində kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. - Məhkəmə sorğunun icrası ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101e saylı bağ sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmasına və ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş Sumqayıt şəhər 1 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş 4Ə- 332 reyestr nömrəli alqı-satqı müqaviləsinin, eləcə də həmin çıxarışın və torpaq sahəsinin planının təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. - ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101 e saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6602/2022 saylı qərarından görünür ki, iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, iddiaçının qanuni istifadəsində və sahibliyində olan 0,1147 ha torpaq sahəsinə malik, Bakı şəhər X7 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında ayrılmış 1101E saylı bağ sahəsinin X9 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Bakı şəhər X7 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında Novxanı bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 1101E saylı bağ sahəsi X10 verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin X10 ünvanlanmış xx.xx.2022-ci il tarixli **********06 saylı məktubu ilə bildirilmişdir ki, bağ sahəsinin bır hissəsi Novxanı-Pirşağı magistral yolunda yerləşir. - “X11 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 220 saylı mütəxəssis rəyi ilə bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1200,0 kv.m torpaq sahəsinin 170,0 kv.metr hissəsi yol tikintisi sahəsinə düşür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Novxanı-Pirşağı" (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası ilə əlaqədar olaraq iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1200,0 kv.m torpaq sahəsinin layihə altına düşən 170,0 kv.m hissəsinin dəyəri təqribən 17000,0 (on yeddi min) manat məbləğində müəyyən edilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə pul tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşin hallarına görə Bakı şəhər X7 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı order əsasında X10 Novxanı bağlar sahəsində yerləşən, ümumi sahəsi 0.12 ha olan 1101E saylı bağ sahəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6602/2022 saylı qərarı ilə həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1101 e saylı bağ sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarış verilmişdir. Daha sonra X12 həmin torpaq sahəsini İddiaçı satmış və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarış verilmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinin ölçüsünün Bakı şəhər X7 14 aprel 1989-cu il tarixli 3/100 saylı qərarı ilə 66 saylı BTK nəzdində 12 saylı orderində göstərilən ölçüdə olmadığını müəyyən etmişdir. Belə ki, sahəsi 0,12 ha olan 1101E saylı bağ sahəsinin 170 kv.metr hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. Buna görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********06 saylı imtian məktubuna əsaslanaraq onun mülkiyyət hüququ qeydə alınarkən bağ sahəsinin 170 kv.metr hissəsi nəzərə alınmamışdır. Beləliklə, iddiaçı bağ sahəsinin 170 kv.metr hissəsindən məhrum olmuşdur. İddiaçı cavabdehə müraciət edərək yolun tikintisi altına düşmüş torpaq sahəsinə görə kompensasiya ödənilməsini xahiş etmiş, lakin cavabdeh ona imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, layihə çərçivəsində kadastr planından çıxarışlar hazırlanan zaman ona aid torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən sözügedən layihənin icrası zamanı tikinti altına düşən maneələrin siyahıya alınması zamanı qeyd olunan torpaq sahəsi qeydə alınmamışdır. Məhkəmə, hesab edir ki, cavabdehin imtinasının əsası olmamış və iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməsi ilə bağlı münasibətlərdən yaranmışdır və mübahisənin həllinə mülkiyyətin müdafiəsi haqqında Konstitusiya müddəaları rəhbər tutulmaqla, əlaqəli hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İV. Heç kəs məhkəmənin qərarı ilmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlə ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Eyni zamanda, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda göstərilir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən 170 kv.metr hissəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti təşkilatı tərəfindən hazırlanmış kadastr planına əsasən yolun tikintisi altına düşmüşdür. Yuxarıda göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraatfiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Hazırki işdə iddiaçının istifadəsində olan torpaq sahəsində tikinti işlərinin aparılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin əldən alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri-mütənasib yük salacaq (bax X4rşı, 9 Dekabr 1994, § 71, A Seriyaları, no. 301-A, və Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır. Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§ 118 və 180) Məhkəmə nəzərə aldı ki, ərizəçi torpaq sahəsini çox ucuz qiymətə əldə etmişdir və dövlət orqanları prinsip etibarı ilə həmin sahənin tam bazar qiymətinin kompensasiya olaraq ödənilməməsi barədə qərar verərkən haqlı olmuşlar. Lakin Məhkəmə hesab etdi ki, 122 Lit məbləğində kompensasiyanın ödənilməsi ərizəçinin əmlakından məhrum olması ilə bağlı neqativ (mənfi) nəticələri kifayət qədər azaltmamışdır (yumşaltmamışdır). Hazırki işdə məhkəmə yuxarıda qeyd edilən milli qanunvericiliyin normalarına və Avropa Məhkəməsinin present hüququna əsaslanaraq ictimayyətin ümumi maraqları və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı maraqları arasında “ədalətli tarazlığın” (balansın) əldə olunması üçün (Urbarska X1rşı, no. 74258/01, § 126, 27 Noyabr 2007; Pirantiene Litvaya qarşı, § 68; və Albegras və Arlauskas Litvaya qarşı, § 74) hesab edir ki, iddiaçının əmlakının qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən sökülməsinə görə iddiaçıya dəymiş zərər iddiaçının təqdim etdiyi qiymətlərə uyğun olaraq (delikt törətmiş qarşı tərəf bu məbləğə dair hərhansı etiraz və əks-sübut təqdim etməmiş) hesablanmalıdır. İş üzrə alınmış “X11 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 220 saylı mütəxəssis rəyindən görünür ki, 1200,0 kv.m torpaq sahəsinin 170,0 kv.metr hissəsi yol tikintisi sahəsinə düşür və dəyəri təqribən 17000,0 (on yeddi min) manat məbləğində müəyyən edilir. Beləliklə də tikinti altına düşən 170 kv.metr torpaq sahəsinin naturada iddiaçıya qaytarılması ictimai maraqlara zidd olduğu üçün iddiaçı tərəfindən həmin əmlaka görə kompensasiya ödənilməsini tələb etmək ağlabatan və ədalətlidir. Buna görə məhkəmə hesab edir ki, iddiaçının məhrum olduğu 170 kv.metr torpaq sahəsinə görə ona kompensasiyanın ödınilməsindən cavabdehin imtina etməsi qanunsuz və ədalətsizdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsi, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilməsini mümkün saymışdır. Cavabdeh isə iddiaçının mülkiyyətində olan torpaqdan yol çəkməsinə və bundan xeyli müddət keçməsinə baxmayaraq, hesablanmış kompensasiyanı ödəməmişdir. Odur ki, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 kv.m. hissəsi 2017-2018-ci illərdə “Novxanı -Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1101 e nömrəli bağ torpaq sahəsinin 0,167 kv.m. hissəsi 2017-2018-ci illərdə “Novxanı -Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin layihə altına düşdüyünə görə 17.000 manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5
Hakim Mehriban Qarayeva